* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2000 | •••••••••••••••••••• | 6, 134.97 |
2002 | •• | 596.15 |
2003 | ••• | 640.52 |
2004 | ••• | 754.94 |
2005 | ••• | 684.91 |
2006 | ••• | 758.60 |
2007 | ••• | 722.24 |
2008 | ••• | 708.93 |
2009 | ••• | 794.96 |
2010 | ••• | 747.15 |
2011 | ••• | 754.79 |
2012 | ••• | 727.45 |
2013 | ••• | 844.17 |
2014 | ••• | 738.10 |
2015 | ••• | 679.62 |
2016 | ••• | 684.96 |
2017 | ••• | 678.31 |
2018 | ••• | 664.02 |
2019 | ••• | 665.13 |
2020 | •• | 580.95 |
1 sif. 1. Məsafə etibarilə çox uzaqda olmayan; yovuq (uzaq qarşılığı). Yaxın çay. Yaxın yer. Evimizə yaxın mağaza. Yaxın aptekdən dərman al. // Zərf mənasında. Yaxın otur. Yaxın gəl. – Keşikçi yaxına gəlcək Telli xanım onun təpəsindən bir əmud ilişdirib öldürdü. “Koroğlu”. İnsan oğlu, uzaqlaşma, gəl yaxın; Başqa yerdən alınmasın sorağın. M.Müşfiq. Pərşan iki qızla çiyid dolu çuvalı yaxına gətirdi. M.İbrahimov. // Qısa. Yaxın yol. Yaxın mənzil. 2. Zaman etibarilə uzaq olmayan, tezliklə olacaq, yaxınlaşan; gələcəyinə, olacağına və s.-yə az qalmış. Yaxın gələcək. Yaxın səfər. Yaxın görüşlərdə. // Qan qohumluğu və ya dostluq münasibəti ilə bağlı olan. Yaxın qohum. Yaxın dost. Yaxın yoldaş. – Telli, müəllimi özünə ən yaxın bir adam hesab edirdi. S.Hüseyn. Çox çəkməzdi ki, ev sahibinin qohum-əqrəbası, yaxın yoldaşlardan bəziləri yığılardı. Mir Cəlal. □ Yaxın olmaq – 1) dost olmaq; yaxınlaşmaq. Böyükxanım Qulam xana yaxın olmaq üçün qəlbində vəsilələr axtarırdı. M.S.Ordubadi; 2) aralarında sevgi, məhəbbət olmaq, yaxınlıq olmaq. // İs. mənasında. Yaxın adam, dost; qohum. Mənim yaxınlarım; 3) oxşar, bənzər, çox oxşayan (bənzəyən). Məzmunca bir-birinə yaxın əsərlər. Bir-birinə yaxın dillər. Sarıya yaxın bir rəng. Yaxın görüşlər. 4. Bilavasitə aidiyyəti olan, dərindən maraqlandıran, ürəyinə görə olan, mənafeyini əks etdirən; doğma, əziz. Bu kölgəli gecəni bayğın-bayğın seyr edir və ürəklərinə yaxın şeylərdən danışırlar. M.S.Ordubadi. Ədəbiyyat oxucuya, xalqa yaxın (z.) olmalıdır. M.İbrahimov. 5. Mötəbər, inanılmış. [Aslan bəy:] Yaxın yerdən bilmişəm, özü xəbər göndərmiş. C.Cabbarlı. 6. zərf Təxminilik, təqribilik bildirir. Üç aya yaxın bir müddət. Saat beşə yaxındır. Sabaha yaxın (sübh açılanda). Axşama yaxın (gün qaralanda). – Bir ilə yaxın idi ki, Gülpərinin zülmü davam edirdi. S.S.Axundov. Gecədən xeyli keçib, sübhə yaxındır artıq; Ey könül, dinlə, bahar öz qonağındır artıq. S.Rüstəm. Qafar yaşı əlliyə yaxın olan, xırdaca, arıq bir adamdı. Ə.Əbülhəsən. ◊ Yaxın durmaq – 1) yaxınlaşmaq, yanına getmək; 2) köməyə gəlmək, əl yetirmək, hümmət göstərmək. Heç kəs ona yaxın durmadı. Yaxın durmamaq – 1) yaxınına belə gəlməmək, qətiyyən iştirak etməmək, heç maraq göstərməmək. İşə yaxın durmur; 2) hətta əl vurmamaq, meyil etməmək, toxunmamaq. Yeməyə heç yaxın durmadı. – Əliqulu lavaş arasında iki yanmış sümük gətirdi, Məsmə ona yaxın durmadı. Mir Cəlal. Yaxın düşmək – bax yaxın durmaq 1-ci mənada. [Mehriban] ərindən başqa bir [kişini] sevməyi bağışlanmayan bir qəbahət sanırdı. Bu qəbahəti əxlaqa müxalif bildiyi üçün Səlimə yaxın düşməkdən qorxur, mümkün olduğu qədər ondan qaçırdı. S.Hüseyn. Nə qədər əlində dövlət var idisə, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. S.S.Axundov.
Azərbaycan dilinin izahlı lüğəti / yaxın1 Mənbələrdə “приближаться” mənasını əks etdirən yaq feili var. Yaxın sözü isə “близкий” kimi açıqlanıb. Sər (терпеть) feilindən sərin sözü yarandığı kimi, yaq felindən də yaxın kəlməsi əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yaxın5 YAXIN (müxtəlif mənalarda) Yaxın gəl, gözəl qız; Yaxın gəl bir az! (S.Vurğun); YOVUQ Nola saqqala yovuq gəlməsə bir gül üzlü; Kimqıyar ki, düşə gül yarpağı qanqal içinə (M.P.Vaqif).
Azərbaycan dilinin sinonimlər lüğəti / yaxın1 YAXIN – UZAQ Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? (Elçin).
Azərbaycan dilinin antonimlər lüğəti / yaxın1 1. близкий, ближний, недалекий; 2. близко, приблизительно, около; 3. вхожий;
Azərbaycanca-rusca lüğət / yaxın2 I прил. 1. близкий: 1) находящийся или происходящий на небольшом расстоянии от кого-л., чего-л. Yaxın məsafə близкое расстояние, yaxın qonşuluq близкое соседство, yaxın qonşu близкий сосед 2) связанный кровным родством. Yaxın qohum близкий родственник, yaxın qohumluq близкое родство 3) связанный дружественными отношениями. Yaxın dost uzaq qohumdan yaxşıdır близкий друг лучше дальней родни, yaxın adam близкий человек, yaxın yoldaş близкий товарищ; ən yaxın самый близкий (ближайший), çox yaxın очень близкий 4) отдалённый небольшим промежутком времени, предстоящий. Yaxın ayrılıq близкая разлука, yaxın qələbə близкая победа 5) похожий, подобный. Səməd Vurğunun üslubuna yaxın близкий к стилю Самеда Вургуна, orijinalın özünə yaxın близкий к самому оригиналу 2. ближний (кратчайший, не дальний). Yaxın yol ближний путь, yaxın işıq ближний свет, yaxın rabitə antenası связь. антенна ближней связи 3. ближайший (скорый, недалёкий во времени). Yaxın iclasda на ближайшем заседании, yaxın günlərdə в ближайшие дни (на днях), yaxın zamanda (vaxtda) в ближайшее время, yaxın gələcəkdə в ближайшем будущем II нареч. близко. Yaxın durmaq стоять близко, рядом III послелог 1. около. Bir saata yaxın около часа, yüzə yaxın kitab около ста книг, yüz nəfərə yaxın adam около ста человек, müharizə üç saata yaxın davam etdi лекция продолжалась около трёх часов, gecə yarısına yaxın около полуночи 2. к. Axşama yaxın к вечеру, səhərə yaxın к утру, saat yeddiyə yaxın к семи часам IV предик. yaxındır близко. Şəhər yaxındır до города близко, çay yaxındır река близко; yaxın vaxtda в скором времени; yaxın vaxtda görüşənədək! до скорой встречи, до скорого свидания!; yaxın illərdə в ближайшие годы; yaxın keçmiş недалёкое прошлое; yaxın durmaq kimə принимать участие в ком: yaxın durmamaq: 1 kimə не принимать участия в ком 2. nəyə отказываться, отказаться от чего. O, yeməyə yaxın durmur он отказывается от пищи; yaxın gəlmək, yaxına gəlmək подходить, подойти близко, приближаться, приблизиться; yaxına gətirmək: 1. приближать, приблизить; 2. увеличивать, увеличить (о бинокле и т.д.); yaxına buraxmaq подпускать, подпустить близко; давать, дать возможность подойти, приблизиться к кому-л., чему-л. ◊ yaxına buraxmamaq kimi не подпускать близко кого; araları yaxın olmaq быть на короткой ноге с кем; yaxın qoymamaq: 1. nəyi отбиваться, отбиться ногами от чего; 2. см. yaxına buraxmamag; yaxın düşmək (durmaq) mümkün deyil kimə не подступиться к кому; yaxın olmaq: 1. kimə быть близким к кому; 2. kimlə быть в близких отношениях с кем; mətləbə yaxın ближе к делу
Azərbaycanca-rusca lüğət / yaxın1 I. s. 1. near; ~ qohum near relation; ~ gələcəkdə in the near future; ~ məsafədə at a short distance, a short way off; 2. (münasibət) intimate, close; bir kəsə ~ olmaq to be* dear to smb.; bir kəslə ~ münasibətdə olmaq to be* on terms of intimacy with smb.; 3. like, similar; 4. next-door, neighbouring; ~ kənd the neighbouring village; ~ qonşu next-door neighbour; 5. nearest; next; immediate; ~ vəzifə immediate task; ~ günlərdə within the next few days II. z. near, closely; məc. nearly; ~ yaşamaq to live close by; to live near (to); ~ durmaq to stand* near; Qayanın qırağına çox yaxın getmə Don’t go too near (to) the edge of the cliff III. qoş. by; near; about; şəhərə ~ near the town; üç günə ~ about three days; günortaya ~ about noon
Azərbaycanca-ingiliscə lüğət / yaxın1 sif. 1) proche, prochain, -e ; 2) zərf. près ; lap ~ tout près ; bu ~larda bientôt
Azərbaycanca-fransızca lüğət / yaxın1 прил. 1. мукьвал, яргъал тушир; yaxın yer мукьвал чка; // нареч. мукьув; yaxın gəl мукьвал ша; mənə yaxın otur зи мукьув ацукь; 2. мукьвал, куьруь; yaxın yol мукьвал рехъ; 3. мукьва; yaxın dost мукьва дуст; yaxın olmaq а) мукьва хьун, дуст хьун; мукьвал хьун, агатун; б) арада кӀанивал (муьгьуьббат) хьун, мукьвавал хьун; // сущ. мукьва кас, дуст, мукьвад; mənim yaxınlarım зи мукьвабур; 4. мукьва, гзаф ухшар, ухшар; bir-birinə yaxın dillər сад-садаз мукьва чӀалар; qırmızıya yaxın bir rəng ярудаз мукьва са ранг; 5. мукьва, талукьвал авай, рикӀиз килигай тир; азиз; 6. нареч. мукьва, тахминвал къалурун манада; axşama yaxın рядениз мукьва, няниз мукьва; ** yaxın durmaq а) мукьув агатун, патав фин; б) куьмекдиз атун, гъил кьун, куьмекун; yaxın durmamaq а) мукьув агат тавун, мукьув татун, патав тефин; б) гьич гъилни ягъун тавун, майилвал тавун, кяни тавун; yaxın düşmək кил. yaxın durmaq а).
Azərbaycanca-ləzgicə lüğəti / yaxın