* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf 1. Yaxın yerlərin birində, bu ətrafda (bəzən “bu” sözü ilə). Evimiz bu yaxınlardadır. O, bu yaxınlarda yaşayır. 2. Bu günlərdə, bir az əvvəl, az müddət əvvəl. Yaxınlarda gəlmişdir. Yaxınlarda dissertasiya müdafiə etmişdir. Yaxınlarda, deyəsən, yağış yağıb. // Tez bir zamanda, yaxın bir vaxtda, bir az sonra, bu günlərdə. Yaxınlarda yubileyi olacaq. Yaxınlarda əlli yaşı tamam olacaqdır. Yaxınlarda gedəcəyəm.
Azərbaycan dilinin izahlı lüğəti / yaxınlarda2 нареч. 1. где-то недалеко, где-то рядом, поблизости, невдалеке. Bu yaxınlarda yaşayır живёт где-то недалеко, bu yaxınlarda yeməkxana var? поблизости есть столовая? 2. скоро, в скором времени, в ближайшее время. Yaxınlarda imtahanlar başlanacaqdır скоро начнутся экзамены, məsələ bu yaxınlarda həll olunacaqdır вопрос скоро будет решён, bu yaxınlarda biz kəndə köçəcəyik скоро мы переедем в деревню, bu yaxınlarda görüşərik скоро увидимся, bu yaxınlarda məşğələlər başlanacaq на днях начнутся занятия, yaxınlarda yola düşür на днях он уезжает 3. недавно. Hadisə bu yaxınlarda olmuşdur случай произошёл недавно, bu yaxınlarda ümumxalq şənlikləri keçirilmişdir недавно состоялись всенародные торжества, bu yaxınlarda görüşmüşdük мы недавно встречались
Azərbaycanca-rusca lüğət / yaxınlarda