yaylaqlar sözü azərbaycan dilində

yaylaqlar

Yazılış

  • yaylaqlar • 91.6667%
  • Yaylaqlar • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaylaqlar
Yaylaq — mal–qaranın yay zamanı otarıldığı ərazi, yer. Maldarlıq meydana gəldikdən sonra yaylaqlardan geniş istifadə olunur. Azərbaycanda yaylaqların əksəriyyəti dəniz səviyyəsindən orta hesabla 2800 m-ə qədər yüksəklikdədir. Böyük və Kiçik Qafqaz dağlarındakı alp və subalp çəmənlikləri qoyunçuluğun qədim yaylaqları sayılır. Yaylaq həm də sərinliyinə görə yay istirahəti üçün əlverişli olan dağ yeridir. Azərbaycanda təqribən 6 minillik tarixi olan yaylaqlardan indi də geniş istifadə olunur. Yaylaq Azərbaycanda geniş yayılmış müvəqqəti yaşayış məskənlərindən biridir. Yaylaqlar, adətən, yüksək dağlıq yerlərdə, alp çəmənliklərində yerləşir. İlin 3-4 ayını yaylaqlarda keçirən maldar elatlar burada alaçıq və dəyələrdə yaşayırdılar. Yaylaqlara köçmə və yurdsalma qaydalarında, əsasən, su mənbələrinə yaxınlıq və otlaq qayğıları, həmçinin qohumluq münasibətləri üstün yer tuturdu.
Harami yaylaqları
Harami yaylaqları — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonunda, Gığı dərəsi ərazisində yerləşən yaylaq. Yaylaqdan qədim zamanlardan Sovet dövrünə kimi Cəbrayıl, Füzuli elləri mal-qara otarılması üçün istifadə edib.Gığı dərəsində Acıbac kəndindən yuxarıda Sarıdərə çayının başında yerləşən Harami yaylaqları qədim yaylaq yerlərindən biridir. Yaylaq ərazisində eyniadlı ərazicə iri Harami qəbiristanlığı da yerləşib ki, burada yaylaq vaxtı dünyadan köçənlər dəfn ediliblər. Erməni qadağalarına baxmayaraq Azərbaycanlıların Qafan rayonu ərazisindən deportasiyasına kimi Cəbrayıl rayonunun Hovuslu, Horovlu (Horavlı), Şahvəlli (Şahvəlili), Qovşudlu (Qovşud), Mahmudlu, Çərəkən fermaları Harami yaylaqlarına gəliblər. Yaylaq yaxınlığındakı azərbaycanlı kəndləri ilə Cəbrayıl rayonunda yerləşən kəndlər arasında qohumluq münasibətləri bugünə kimi qalır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 ••••••••••••••••• 0.34
2006 •••••••••••• 0.23
2011 ••••• 0.09
2020 •••••••••••••••••••• 0.40

"yaylaqlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaylaqlar nədir? #yaylaqlar sözünün mənası #yaylaqlar nə deməkdir? #yaylaqlar sözünün izahı #yaylaqlar sözünün yazılışı #yaylaqlar necə yazılır? #yaylaqlar sözünün düzgün yazılışı #yaylaqlar leksik mənası #yaylaqlar sözünün sinonimi #yaylaqlar sözünün yaxın mənalı sözlər #yaylaqlar sözünün əks mənası #yaylaqlar sözünün etimologiyası #yaylaqlar sözünün orfoqrafiyası #yaylaqlar rusca #yaylaqlar inglisça #yaylaqlar fransızca #yaylaqlar sözünün istifadəsi #sözlük