yazıları sözü azərbaycan dilində

yazıları

Yazılış

  • yazıları • 97.3995%
  • Yazıları • 2.5401%
  • YAZILARI • 0.0605%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bolnisi yazıları
Bolnisi yazıları (gürc. ბოლნისის წარწერები) — Gürcüstanın Bolnisi bələdiyyəsi ərazisindəki Bolnisi şəhərində yerləşən Bolnisi bazilikasında aşkarlanmış, gürcü yazılarının Asomtavruli xətti ilə yazılmış kitabələrdir. Kitabələr 494-cü ilə aiddir. == Yazılar == === I yazı === Tərcüməsi: "İsa Məsih, Yepiskop Davidi və bu kilsəni tikməyi xahiş edən şəxsləri hifz eləsin." === II yazı === Tərcüməsi: "Müqəddəs üçlüyün mərhəməti ilə kral I Firuzun hakimiyyətinin iyirminci ilində bu kilsənin əsası qoyuldu və 15 il sonra inşaat tamamlandı.
Gürcü yazıları
Gürcü yazısı – müstəqil fonetik yazı sistemi. Gürcü dilində yazmaq üçün Asomtavruli, Nusxuri və Mxedruli yazılarından istifadə olunur və hər üç yazının hərfləri bir-birinin ekvivalenti olub, eyni ad və əlifba sırasına malikdirlər, üçü də tək kameralıdır (böyük və kiçik hərflər arasında fərq yoxdur). Baxmayaraq ki, onların hər üçü istifadə olunur, Mxedruli yazısı (aşağı bax) gürcü dili və onunla əlaqəli olan digər kartvel dilləri üçün standart yazı hesab olunur.Gürcü yazıları orijinalda 38 hərfdən ibarətdir. Lakin hazırda gürcü dilində 33 hərfdən istifadə olunur, çünki beş hərf köhnəldiyi üçün istifadədən çıxarılmışdır. Meqrel əlifbasında 36 hərfdən istifadə olunur: gürcü dili üçün istifadə olunan 33 hərf, həmin dil üçün köhnəlmiş olan bir hərf və əlavə olaraq Meqrel və Svan dilləri üçün spesifik olan iki hərf. Həmin hərflər, üstəlik Yunan əlifbasından bir hərf də əlavə olmaqla 35 hərf Laz əlifbasında istifadə olunur. Dörd kartvel dilindən yalnız Svan dili yazı sisteminə malik deyil, lakin, bu dildə yazmaq istəyərkən Meqrel əlifbasının hərflərindən istifadə olunur, bəzən də çoxsəsliliyi təmin etmək üçün diakritik işərələr tətbiq olunur.Gürcü yazıları Gürcüstan mədəni irsində milli statusu daşıyır və hazırda UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına salınmağa namizəddir. == İlk baxış == == Tarixi və mənşəyi == Gürcü yazılarının mənşəyi haqqında çox az məlumat var, gürcü və xarici alimlər arasında gürcü yazılarının tarixi, həmin yazıların kim tərəfindən yaradılması və bu prosesə əsas təsir edən amillər haqqında ortaq rəy yoxdur. Yazıların ilk versiyası Asomtavruli kimi tanınır, digər hərflər isə sonrakı əsrlər ərzində formalaşmışdır. Əksər tədqiqatçılar gürcü əlifbasının yaradılmasını gürcü dilli əhalinin məskunlaşdığı Kartli (klassik mənbələrdə İberiya) ərazisinin xristianlaşdırılması dövrü ilə bağlayırlar.
Mingəçevir yazıları
Mingəçevir yazıları — Mingəçevir kilsə kompleksində qazıntılar zamanı tapılmış, üzərində Qafqaz albanlarının dilində mətnlər olan kitabələr. == Xaç daşı == Mingəçevir kilsə kompleksi ərazisində arxeoloji qazıntılar zamanı üzərində tovuzquşları və müqəddəs xaç təsviri olan alban yazılı daş aşkarlanmışdır. Daş bəzi araşdırmaşılara görə xaç altlığı, bəzilərinə görə isə qurbangah olmuşdur. Daşın üzərindəki mətni Jost Gippert deşifr etməyi bacarmışdır: == Şamdanlar == === Yoqun şamdanı === Qazıntılar zamanı tapılan bəzi şamdanlardan birinin üzərindəki yazıları Volfqanq Şulze 2003-cü ildə deşifr etməyə çalışmış, Jost Gippert isə daha dəqiq tərcümə təklif etmişdir: Mən Yoq, Tanrının günahkar qulu, bunu ürəyimin ləyaqətli təmsili kimi hazırladım. Jost Gippert bu şamdana "Yoqun şamdanı" adını verib. === Əlifba sıralı şamdan === Azərbaycan Tarix Muzeyinin inventarındakı bir başqa şamdanın üzərindəki yazılar tam oxunsa da müəyyən bir hərfi mənası olmadığı, əlifbanın 16 hərfinin müəyyən bir sırada düzüldüyü qənaətinə gəlinib. === Əl işi şamdan === Şamdanlardan birinin üzərindəki mətn Udi dili ilə oxunulmuşdur: == Keramik məişət qabları == Mingəçevir kilsə kompleksində tapılmış yazılı əşyalardan biri də məişət qablarıdır. Bu məişət qablarından birinin üzərindəki yazı hələ 1967-ci ildə Georgi Klimov tərəfindən "Manas" kimi oxunmuşdur. Jost Gippert "Manas"ın Manasse adının qısaldılmış variantı olduğunu düşünür. Bir başqa məişət qabının isə əslində şamdan ayağı olduğu düşünülür.
Orxun yazıları
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar.Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir.Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir == Abidənin aşkar olunması == Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi. Türkcənin bilinən yazılı ilk nümunələri VIII əsrin əvvəllərinə aid olan və Orxon vadisində olan, buna görə də Orxon abidələri və ya Orxon-Yenisey Abidələri olaraq adlandırılan kitabələrdir. Bu kitabələr Türkcənin, tarixi müddətdəki qrammatik quruluşu və bu quruluşun dəyişməsiylə əlaqədar məlumatlar verdiyi kimi, türklərin dövlət anlayışı ilə rəhbərliyi, türklərin mədəni elementləri, türklərin qonşuları ilə soydaşlarıyla olan əlaqələri və ictimai həyatıyla və s. əlaqədar əhəmiyyətli məlumatlardan ibarətdir.
Yenisey yazıları
Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir. == Ümumi məlumat == Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.
Gürzəçöl yazıları (kitab)
Gürzəçöl yazıları — Vaqif Səmədoğlunun pritçalarından ibarət kitabı. Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun ilk dəfə çap edilən pritçaları "ATV Kitab" seriyasının “Parlaq İmzalar”la birgə layihəsi çərçivəsində nəşr olunub. Bu kitab silsilənin 7-ci nəşridir. Kitabın tərtibçisi, redaktoru və ön sözün müəllifi şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilovadır. Nəşrin redaktoru Toğrul Musayev, bədii-texniki tərtibat İsmayıl Süleymanlıya aiddir. == Məzmun == == Təqdimat == 2016-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində iştirak edən şairin həyat yoldaşı, kitabın tərtibçisi və redaktoru Nüşabə Vəkilova, fakültənin dekanı Elçin Məmmədov, professor Tofiq Hüseynoğlu, şairin yaradıclığının tədqiqatçısı, ədəbiyyatşünas İradə Musayeva, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, fakültədə fəaliyyət göstərən “Söz” yaradıcılıq birliyinin rəhbəri, dosent Məti Osmanoğlu və tələbələr çıxış edib. Tədbirdə V. Səmədoğlunun şeirləri səsləndirilib, pritçaları və poeziyası haqqında fikirlər, mülahizələr söylənilib, şairlə bağlı xatirələr yad olunub. == İstinadlar == == Həmçinin bax == ATV Kitab == Xarici keçidlər == parlaqimzalar.az "Vaqif Səmədoğlunun "Gürzəçöl yazıları"- "ATV Kitab" seriyasında "Parlaq imzalar"la" ( (az.)). ayb.az.
Nazaret Gürcü yazıları
Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları.Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir. Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır. Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır. == Ədəbiyyat == Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017. Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000. B. Bagatti, Excavations in Nazareth.
Orxon-Yenisey yazıları
Orxon əlifbası (həmçinin Qədim Türk əlifbası, Orxon-Yenisey əlifbası, Göytürk əlifbası) — VIII-X əsrlər arasında istifadə olunmuş türk əlifbası. Əlifba 1889-cu ildə Nikolay Yadrintsev tərəfindən təşkil olunmuş ekspedisiya Orxon vadisində keçdiyi üçün belə adlandırılmışdır. Orxon abidələrindəki yazıların mətni ilk dəfə Vasili Radlov tərəfindən yayımlanmış və 1893-cü ildə Vilhelm Tomsen tərəfindən deşifr olunmuşdur. == Kökləri == Vilhelm Tomsen tərəfindən irəli sürülmüş və geniş olaraq qəbul olan fikir bu əlifbanın Arami əlifbasından törədiyidir. Tomsen həmçinin alternativ bir fikir olaraq bu əlifbanın Çin yazısından törəmiş ola biləcəyini irəli sürür. == Yazılı abidələri == 200-ə yaxın yazılı abidə və bir miqdar əlyazma dövrümüzə gəlib çatmışdır. VII - X əsrlərə aid olan bu abidələr əsasən müasir Monqolustan, Cənubi Sibirdəki Yenisey hövzəsi, Altay dağları və Sintszyan bölgəsində yerləşir. Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Dil Komitəsinə əsasən Orxon bölgəsində 54, Yenisey bölgəsində 106, Talas bölgəsində 15, Altayda 78 belə epiqrafik abidə mövcuddur. Əlyazma nümunələri isə Qədim Uyğur dilində yazılmışdır. Irk Bitig bunlardan biridir.
Umm Leysun yazıları
Umm Leysun yazıları (gürc. უმ ლეისუნის წარწერა) ― əhəng daşından hazırlanmış qəbir lövhəsi üzərində qədim gürcü dilinin Asomtavruli əlifbası ilə yazılmış yazı. O, 1996-cı ildə qazıntılar bərpa edildikdən sonra 2002-ci ildə Bizans dövrünün gürcü monastırında tapılmışdır. Həmin məkan Qüdsün Qədim şəhər adlanan ərazisindən 4, 5 km cənub-şərqdə olan Umm Leysun yaxınlığında yerləşir. Yazılar polixrom mozaika döşəmənin altındakı dəfn sərdabəsində tapılmışdır.Ümumilikdə sərdabədə təxminən 24 qəbir aşkar edilmişdir. İnsan skeletləri üçün cinsi qiymətləndirmədən sonra qalıqların yetkin kişilərə məxsus olduğu aşkar edildi ki, bu da monastır üçün təbii haldır. Üstündə gürcü yazısı olan aşkarlanmış ən vacib məqbərə "gürcü rahibi Yohan"a (qədim gürcü dilində Con) məxsus idi, hansı ki həm də ən qədim olan idi. Həmin şəxsin yaşı da tapıntıya xüsusi status verir, belə ki onun vəfatı zamanı yaşı 66 yada 67 idi və o, osteoparozdan əziyyət çəkirdi. Yazı həm müqəddəs torpaqlarda, həm də Gürcüstanda hər hansı arxeoloji artefkat üzərində ႵႠႰႧႥႤႪႨ (kartveli, yəni gürcü) etnoniminin qeyd olunduğu ən erkən nümunədir.Yazı məzar daşına həkk olunmuş 81×49 sm sahəni əhatə edir. Yazılar 5-ci əsrin sonu və ya 6-cı əsrin birinci yarısına aid edilir.
Bir El Qutt yazıları
Bir El Qutt yazıları (gürc. ბირ ელ ყუტის წარწერები) — Yerusəlimdən 6 km cənub-şərqdə, Betlehəmdən 2 km şimalda yerləşən Bir El Qutt ərazisindəki Gürcü monastırında 1952-ci ildə aparılan arxeoloji qazıntılar zamanı arxeoloq Virgilio Kanio Korbo tərəfindən aşkarlanmış gürcü yazılarının Asomtavruli xətti ilə gürcü dilində yazılmış kitabələrdir. Gürcü kitabələri mozaik döşəmədə aşkarlanmışdır. Kitabələrdən ikisi 430-cu, biri isə 532-ci ilə aiddir.Kitabələrin aşkarlandığı monastırın əsası gürcü şahzadəsi və filosofu Pyotr İber tərəfindən qoyulmuşdur. Kitabələrdən birində onun və atasının adı çəkilir. Digər kitabədə isə Pyotrun babası olduğu güman edilən Bakur İberin adı çəkilir.2015-ci ildən ilk iki kitabə gürcü dilinin ən qədim yazılı nüsxələri kimi qəbul edilir. Birinci və üçüncü kitabə hazırda Yerusəlimdəki Studium Biblicum Franciscanum muzeyində saxlanılır. İber Bakurun adının çəkildiyi ikinci kitabə isə itirilmiş hesab olunur.
Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi
Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi (qısaca: ARDSYA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə səs yazılarının saxlanılır. == Tarixi == Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 5 aprel tarixli qərarı ilə yaradılmışdır. Arxivdə 1903–2006-cı illərə aid 31445 iş saxlanılır. == Fəaliyyəti == Arxivə daxil olan yaxud gətirilən fonosənədlər ilk növbədə mütləq ekspertizadan keçirilərək qəbul olunmuş qaydada fonosənədlərin dövlət tərəfindən qorunması kitabında qeydə alınırlar. Qeydəalınmada fonosənədin təsviri, yəni onun tarixi-mədəni dəyəri, keyfiyyəti və digər özəllikləri göstərilməlidir. Həmin bilgilər əsasında hər fonosənədin adlı və mövzu kartı hazırlanaraq kartotekaya keçirilir. Bununla yanaşı: ən dəyərli fonosənədlərin sığorta fondu yaradılır və vaxtı ötmüş fonosənədlərin üzləri vaxtaşırı yenilənilir və yanğın təhlükəli fonoyazılar davamlı səs daşıyıcılarına köçürülür yüzilliyin başlanğıcında buraxılan qrammafon vallarının fungisid yolla kimyəvi təmizlənmə işi aparılır. Dövlət səslər arxivi 1995-ci ildən başlayaraq görüntü video yazılarını da toplayıb qoruyur və arxivin əməkdaşlarının özləri də çəkilişlər aparırlar. Dövlət səslər arxivinin əməkdaşları istənilən obyektlərdə (idarələr və təşkilatlarda) və ayrı-ayrı vətəndaşlarda dəyərli səs yazılarinı aşkarlayıb, onların dövlət tərəfindən qorunması üçün arxivə qəbulu yönündə genişmiqyaslı iş aparırlar.
Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi
Azərbaycan Respublikasının Dövlət Səs Yazıları Arxivi (qısaca: ARDSYA) — Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumlardan və Azərbaycan Respublikasının dövlət arxivlərindən biri. Bu arxivdə səs yazılarının saxlanılır. == Tarixi == Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 5 aprel tarixli qərarı ilə yaradılmışdır. Arxivdə 1903–2006-cı illərə aid 31445 iş saxlanılır. == Fəaliyyəti == Arxivə daxil olan yaxud gətirilən fonosənədlər ilk növbədə mütləq ekspertizadan keçirilərək qəbul olunmuş qaydada fonosənədlərin dövlət tərəfindən qorunması kitabında qeydə alınırlar. Qeydəalınmada fonosənədin təsviri, yəni onun tarixi-mədəni dəyəri, keyfiyyəti və digər özəllikləri göstərilməlidir. Həmin bilgilər əsasında hər fonosənədin adlı və mövzu kartı hazırlanaraq kartotekaya keçirilir. Bununla yanaşı: ən dəyərli fonosənədlərin sığorta fondu yaradılır və vaxtı ötmüş fonosənədlərin üzləri vaxtaşırı yenilənilir və yanğın təhlükəli fonoyazılar davamlı səs daşıyıcılarına köçürülür yüzilliyin başlanğıcında buraxılan qrammafon vallarının fungisid yolla kimyəvi təmizlənmə işi aparılır. Dövlət səslər arxivi 1995-ci ildən başlayaraq görüntü video yazılarını da toplayıb qoruyur və arxivin əməkdaşlarının özləri də çəkilişlər aparırlar. Dövlət səslər arxivinin əməkdaşları istənilən obyektlərdə (idarələr və təşkilatlarda) və ayrı-ayrı vətəndaşlarda dəyərli səs yazılarinı aşkarlayıb, onların dövlət tərəfindən qorunması üçün arxivə qəbulu yönündə genişmiqyaslı iş aparırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.44 dəfə / 1 mln.
2002 •••••••••••••••• 20.56
2003 •••••••••••••••••••• 27.16
2004 ••••••••• 12.13
2005 ••••••••• 11.47
2006 •••••••• 10.36
2007 ••••••• 8.67
2008 ••••••••• 11.21
2009 ••••••••• 11.04
2010 ••••••••• 11.80
2011 •••••••• 10.55
2012 ••••••••••• 14.20
2013 •••••••• 10.79
2014 ••••••••••• 14.93
2015 ••••••••• 11.40
2016 •••• 5.38
2017 •••••• 7.80
2018 ••••••• 9.44
2019 •••••••••••• 16.13
2020 •••••• 7.82

"yazıları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yazıları nədir? #yazıları sözünün mənası #yazıları nə deməkdir? #yazıları sözünün izahı #yazıları sözünün yazılışı #yazıları necə yazılır? #yazıları sözünün düzgün yazılışı #yazıları leksik mənası #yazıları sözünün sinonimi #yazıları sözünün yaxın mənalı sözlər #yazıları sözünün əks mənası #yazıları sözünün etimologiyası #yazıları sözünün orfoqrafiyası #yazıları rusca #yazıları inglisça #yazıları fransızca #yazıları sözünün istifadəsi #sözlük