yaşamaq sözü azərbaycan dilində

yaşamaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yaşamaq • 97.2388%
  • Yaşamaq • 2.6357%
  • YAŞAMAQ • 0.1255%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yaşamaq hüququ
Yaşamaq hüququ (ing. Right to life) — İnsanın ən mühüm təbii hüquqlarından biri. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Yaşamaq hüququ insanın mövcudluğu ilə bağlıdır və onu insana heç kəs vermir. Bu hüquq, sadəcə insanın doğulması faktı ilə yaranır. Hər bir şəxs psixobioloji catışmazlığa malik olub olmamasından, habelə şəxsi-mənəvi keyfiyyətlərindən asılı olmayaraq yaşamaq hüququna malikdir. Yaşamaq hüququnun konstitusion təminatlarından biri ölüm cəzası ilə bağlıdır. Yaşamaq hüququ ölüm cəzasının məhdudlaşdırıcısı kimi çıxış edir. İnsanın yaşamaq hüququ beynəlxalq birlik tərəfindən birmənalı şəkildə qəbul edilmiş və beynəlxalq hüquqi aktlarda öz əksini tapmışdır. == Tarixi və məzmunu == Ümumiyyətlə, insan və vətəndaş hüquqları, onun əsas azadlıqları problemi mürəkkəb və çoxplanlı xarakterə malikdir.
Yaşamaq (film, 1952)
Yaşamaq (生きる, Ikiru) – Akira Kurosavanın rejissorluğu ilə çəkilmiş 1952-ci il istehsalı Yaponiya dram filmi. Baş rolda Takaşi Şimura oynayır. Film Tokio bürokratiyasının çatışmazlıqlarından və həyatın mənasından bəhs edir. Ssenari Lev Tolstoyun 1886-cı ildə yazdığı "İvan İlyiçin ölümü" novellasından təsirlənib. Filmin əsas mövzularına yaşamağın yolu, bürokratiyanın çatışmazlıqları və Yaponiyada ailə həyatıdır. Bu mövzular akademiklər və tənqidçilər üçün mövzu olmuşdur. Film tənqidçilər tərəfindən bəyənilmiş, Kinema Cunpo və Mayniçi mükafatlarını qazanmışdır. 2007-ci ildə televiziya filmi remeyki çəkilmişdir. == Məzmun == Filmin baş qəhrəmanı Kanci Vatanabe adlı orta yaşlı dövlət məmurudur. O, öz bürokratik vəzifəsində 30 il boyunca monoton həyat tərzi keçirib.
Yaşamaq uğrunda mübarizə
Yaşamaq uğrunda mübarizə — Yaşamaq uğrunda mübarizə dedikdə təkcə açıq şəkildə birbaşa mübarizə deyil, bir növ daxilində, növlər və mühit amilləri arasında olan mürəkkəb, çoxcəhətli münasibətlər nəzərdə tutulur. Hər bir fərdin təbiətdə yaşaması üçün müəyyən yaşayış sahəsi lazımdır, lakin onların doğulan balalarının sayı yaşayış üçün zəruri olan sahədən çox olur, yəni intensiv çoxalırlar. Kütləvi surətdə çoxalan orqanizmlərin bir qismi əlverişsiz mühit şəraitinin təsirindən, digər qismi isə başqa heyvanlar tərəfindən məhv edildiyindən onların çox az bir hissəsi cinsi yetkinliyə çatır. Məsələn, bir dəniz tısbağası yüzlərlə yumurta qoyur, lakin bu yumurtalardan çıxan balaların heç də hamısı sağ qalmır. Qida və su çatışmazlığı, habelə yaşayış məskənlərinin məhdudluğu, yaranan rəqabət, yırtıcıların hücumu, xəstəliklər onların yaşamaq qabiliyyətinə mane olur və yaşamaq uğrunda mübarizəyə gətirib çıxarır . Var olmaq mübarizəsi konsepsiyası, yaşamaq üçün lazımlı qaynaqlar uğrunda rəqabət və ya döyüşə aiddir. İnsan cəmiyyətinə və ya təbiətdəki orqanizmlərə müraciət edə bilər. Konsepsiya qədimdir və mövcudluq uğrunda mübarizə termini 18-ci əsrin sonlarında istifadə olunurdu. 17-ci əsrdən etibarən bu konsepsiya populyasiyanı aşan insanla əlaqələndirildi; bu məsələ Tomas Robert Maltusun Binjamin Franklinin Bəşəriyyətin Artması, Ölkələrin Yenidənqurma və s. ilə əlaqəli müşahidələrinə əsaslanan əhali prinsipinə dair Bir məqalədə sərt şəkildə göstərilmişdir .
Yaşamaq gözəldir, qardaşım!
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г. Zeynalov, N. “Yaşamaq gözəldir, qardaşım!” //Kino yenilikləri.- 1967.- 11-20 sentyabr.
Yaşamaq yanğısı (film, 1956)
"Yaşamaq yanğısı" (ing. Lust for Life) — rejissor Vinsent Minnellinin 1956-cı ildə İrvinq Stounun eyniadlı əsəri əsasında lentə aldığı film. Film dünya şöhrətli holland rəssam Vinsent van Qoqun həyat və yaradıcılığından bəhs edir. == Məzmun == Film Vinsent Van Qoqun tərcümeyi-halının ümumi cizgilərini göstərərək, eynilə İrvinq Stounun romanının süjet xəttini özündə əks etdirir. Vinsent van Qoqun dəhşətli dərəcədə incəsənətə mübtəla olması onu məcazi mənada nəfəsini kəsir və məhv etməyə başlayır. Din əleyhinə çıxış edən insanlar onun Allaha məhəbbətini heç cür qəbul edə bilmirlər. Buna görə də onlar rəssamı ictimai fəallıqda və kömür sənayesində çalışan kasıbların qayğısına qalmaqda ittiham edirlər. Bütün bunlardan cana doyan rəssam ata evinə qayıdır. Orada dəlicəsinə sevdiyi qadın tərəfindən rədd edilir. Sonra isə bir fahişə ilə dostluğa başlayır.
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
"Yaşamaq gözəldir, qardaşım!" — rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos ilk tammetrajlı bədii filmi. == Məzmun == Kino əsərinin qəhrəmanları 20-ci illərdə Yaxın Şərq ölkələrindən birində gizli fəaliyyət göstərən gənc kommunistlərdir.Əhməd(Vladimir Koval) gizli fəal kommunistlərdən biridir. O və dostu İsmayıl(Oleq Xabalov) kəndlərdən birində yerləşib kommunizmi təbliğ edən qəzet çıxarmaq fikrindədirlər. Lakin Əhmədi quduz olma ehtimalı olan itin dişləməsi hadisələrin xəttini dəyişir... == Festivallar və mükafatlar == 1)1967-ci ildə Tbilisidə I Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-67" zona kinofestivalı Kinodebütə və filmdə müasir dövrün görkəmli şairi Nazim Hikmətin avtobioqrafik nəsr əsərinin ekranda təcəssümünə cəhd göstərildiyinə görə SSRİ Kinematoqrafçılar İttifaqının Diplomu verilmişdir. == Film haqqında == Film türk yazıçısı Nazim Hikmətin "Romantika" romanı əsasında ekranlaşdırılmışdır. Film rejissorlar Ramiz Əsgərov və Antonis Voyazosun ilk yaradıcılıq işidir. Film quruluşçu rəssam Fikrət Bağırovun kinoda ilk işidir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi : Nazim Hikmət Ssenari müəllifi : Leonid Aqranoviç Quruluşçu rejissor : Ramiz Əsgərov, Antonis Voyazos Quruluşçu operator : Rasim İsmayılov Quruluşçu rəssam : Nadir Zeynalov, Fikrət Bağırov Bəstəkar : Fikrət Əmirov Səs operatoru : İqor Popov Rejissor assistenti : Əşrəf Mamayev, Murad Məlikov, Ramiz Əliyev (R. Əliyev kimi) Operator assistenti : Eduard Qalakçiyev, R. Əliyev Rəssam assistenti : Rafiz İsmayılov, M. Səfərəliyeva Qrim edən : Telman Yunusov Montaj edən : A. Filimonova Məsləhətçi : Ə. Babayev (filologiya elmləri namizədi) Redaktor : Nataliya Şneyer Filmin direktoru : S. Bəyazov Çalır : Azərbaycan Radio və Televiziya Studiyasının Kamera Orkestri Dirijor : Nazim Rzayev === Rollarda === Vladimir Koval-Əhməd Oleq Xabalov-İsmayıl Nelli Zinovyeva-Annuşka Murad Məlikov-Kərim Kseniya Minina-Marusya M. Qasımbəyov-Si Ya-u Ağasadıq Gəraybəyli-Şükrü bəy Bəşir Səfəroğlu-Ziya Valentin Qrudinin-Qolçomaq Abbas Rzayev - Kəndli Məleykə Ağazadə-Şükrü bəyin arvadı Yusif Yulduz-Naməlum adam Abşeron Adıgözəlov Jenya Aleksandrov Əliheydər Həsənzadə-Türk qəzet alan === Filmi səsləndirənlər === Hamlet Xanızadə-Ziya (Bəşir Səfəroğlu) (titrlərdə yoxdur) Şahmar Ələkbərov-Əhməd (Vladimir Koval) (titrlərdə yoxdur) Həsənağa Turabov-İsmayıl (Oleq Xabalov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Annuşka (Nelli Zinovyeva) (titrlərdə yoxdur) Rafiq Əzimov-Si Ya-u (M. Qasımbəyov) (titrlərdə yoxdur) Sadıq Hüseynov (titrlərdə yoxdur) Yusif Vəliyev-Kəndli (Abbas Rzayev)(titrlərdə yoxdur) Həsən Əbluc-Petrosyan (titrlərdə yoxdur) Kamil Qubuşov-Rus kəndli (titrlərdə yoxdur) Əzizağa Qasımov (titrlərdə yoxdur) == İstinadlar == == Mənbə == Газета "Советская культура", 5 августа 1967 г. Zeynalov, N. “Yaşamaq gözəldir, qardaşım!” //Kino yenilikləri.- 1967.- 11-20 sentyabr.
Yaşamaq üçün öldür (film, 1973)
Yaşa və ölməyə imkan ver (ing. Live and Let Die) — 1973-cü ildə Qay Hamilton tərəfindən çəkilən detektiv filmi . == Film haqqında == Film Yan Fleminqin eyniadlı romanı əsasında çəkilmişdir. Film Britaniya superagenti Ceyms Bond haqqında səkkizinci filmdir. Filmdə kinoaktyor Rocer Mur ilk dəfə Ceyms Bond obrazını canlandırmışdır. == Mükafatları == Film 1974-cü ildə "Live and Let Die" bəstəsinə (Pol Makkartni və Wings tərəfindən) görə Oskar mükafatı nominasiyasının "Ən yaxşı mahnı" kateqoriyasına layiq görülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 33.70 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 75.38
2003 ••••••••• 32.28
2004 •••••••• 29.31
2005 ••••••• 23.62
2006 ••••••• 23.20
2007 ••••••• 25.37
2008 •••••••••• 36.06
2009 •••••••••••• 43.52
2010 ••••••••• 31.50
2011 •••••••••• 37.15
2012 ••••••••• 32.70
2013 ••••••••••••• 46.97
2014 ••••••••••••• 47.02
2015 •••••••• 27.39
2016 ••••••••• 31.06
2017 ••••••••• 32.03
2018 ••••••• 22.77
2019 ••••••••• 30.46
2020 •••••••••• 36.47

yaşamaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Həyatda var olmaq, diri olmaq, sağ olmaq. Babası hələ də yaşayır. – [Sərvər:] Çünki mən Gülnazı öldürəndən sonra daha özüm yaşamayacağam. Ü.Hacıbəyov. // İs. mənasında. Həyat, dirilik. …Tək bircə nəfərin də fikrinə gəlmir ki, dünyada yaşamaq ibarət deyil ondan ki, səhər dükana gedib, axşam abguştu yeyib yatasan. C.Məmmədquluzadə. Zəfər! Zəfər! Məncə, bu söz yaşamağın mənasıdır; Tarix deyir ölməmişdir, ölməyəcək qəhrəmanlar. S.Vurğun. Bu dünyada yaşamaqdan şirin bir şey ola bilməz. S.Rəhimov. 2. Ömür sürmək, həyat keçirmək. Mirzə Qədir bir kübar həyatı yaşayırdı. S.Hüseyn. Piri kişi Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını ona ətraflı nağıl edirdi. S.S.Axundov. // Həyatdan, onun zövq və səfasından faydalanmaq. Əzizim, yaşamaq lazımdır! 3. Davam etmək, mövcud olmaq, var olmaq. Köhnə adətlərin qalıqları hələ də yaşayır. – Biz [kəndlilər və fəhlələr] əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yaşaya bilməz. S.S.Axundov. 4. Bu və ya başqa tərzdə həyat sürmək, dolanmaq, keçinmək, güzəran etmək. Varlı yaşamaq. Kasıb yaşamaq. Pis yaşamaq. Tək yaşamaq. – Axı bilmirik hara gedəcəyik, necə yaşayacağıq. M.Hüseyn. // Həyatı, diriliyi, dolanışı üçün vasitə olmaq. Maaşla yaşamaq. Atasının hesabına yaşamaq. Təqaüdlə yaşamaq. 5. Bir yerin sakini olmaq, daim və ya müvəqqəti bir yerdə həyat sürmək. Şəhərdə yaşamaq. Kənddə yaşamaq. Harada yaşamağı məlum deyil. Təzə evdə yaşamaq. Ümumi yataqxanada yaşamaq. Hansı küçədə yaşayırsınız? – Ata-oğul Çənlibeldə yurd saldılar, yaşamağa başladılar. “Koroğlu”. [Orxan:] Yaşar dağlar başında qartal kimi; Qoşar səhralarda bir maral kimi. H.Cavid. Çoxdan bəri yaşadığı balaca daxmanın qarşısındakı hündür yerdə dayanıb şəhərə baxırdı. M.Hüseyn. // Heyvanlar, quşlar haqqında. Balıq suda yaşayır. Dəvəquşu Afrikada yaşayır. 6. Bir yerdə həyat keçirmək, bərabər ömür sürmək. Elə adamla yaşamaq çətindir. – [Mirzağa] ata və anası ilə bir evdə yaşayır, onlarla bərabər yatıb-dururdu. S.Hüseyn. // Aralarında ər-arvadlıq münasibəti olmaq. O, arvadı ilə daha yaşamır. – Beləliklə, [Murad] sevə bilmədiyi bir qadınla yaşamaq məcburiyyətində idi. S.Hüseyn. 7. Aralarında qeyri-qanuni, intim əlaqə olmaq. 8. Bir şeyin aludəsi olmaq, bir şeydən ilham almaq, bir şeyi öz həyatı üçün əsas hesab etmək. Gələcək ümidi ilə yaşamaq. Yoldaşının xatirəsi ilə yaşamaq. O, ancaq elmlə yaşayır. – Sizinlə yaşayır qəlbim indidən; Bizim də başqa bir baharımız var. S.Vurğun. Qəhrəman məktəb üçün düşünür, çalışır, onunla yaşayırdı. S.Rəhimov. 9. Əmr formasında: yaşa! – müvəffəqiyyət, uğur arzusu bildirən, yaxud mərhəba! afərin! var ol! mənasında nida. 10. Əmr formasında: yaşasın! tənt. – var olsun! Yaşasın bütün dünyada sülh! Yaşasın Vətənimiz!

    Azərbaycan dilinin izahlı lüğəti / yaşamaq

yaşamaq sözünün etimologiyası

yaşamaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 1. YAŞAMAQ Bundan sonra necə yaşamaq lazımdır (M.İbrahimov); GÜN SÜRMƏK Başında bir noxtadır, dalında bir palan var; Sədaqətlə gün sürüb, yaltaqlıq bilməyirsən (M.Rahim); KEÇİNMƏK (dan.) [Qafar:] Ay Kərim baba, ayrım qızı ilə necə keçinirsən? (A.Şaiq); ÖMÜR ELƏMƏK/ SÜRMƏK Hacı Əhməd: Doğrudur, biz avamıq, amma bu xaraba dünyada əlli il ömür eləmişik (C.Cabbarlı). 2. YAŞAMAQ, SAKİN OLMAQ 1825-ci ilə kimi Molla Ələsgər və Fətəli İranın Ərdəbil əyalətində yaşadılar və həmin ildə təkrar Qafqaza gəlib Gəncə şəhərində sakin oldular (Ə.Haqverdiyev). 3. YAŞAMAQ Axı bilmirik hara gedəcəyik, necə yaşayacağıq? (M.Hüseyn); DOLANMAQ [Qardaşxan:] Başın üçün Sənəm xala, indi yaxşı dolanırıq (M.İbrahimov); GİRLƏNMƏK Çimnaz birtəhər girlənən ailəni artıq xərcə-borca düşməkdən qorumaq istəmişdi (Ə.Əbülhəsən); GÜZƏRAN ETMƏK Bu kəndin əhli əkinçiliklə və çarvadarlıqla güzəran edərdi (S.S.Axundov); KEÇİNMƏK Məsmənin maaşı da yaxşı imiş. Firavanlıq ilə keçinir imiş (S.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / yaşamaq

yaşamaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. жить, существовать; 2. обитать;

    Azərbaycanca-rusca lüğət / yaşamaq
  • 2 глаг. 1. жить: 1) быть живым здравствовать. Yaşamaq istəmək хотеть жить, uzun illər yaşamaq жить долгие годы, babam yüz il yaşadı мой дед прожил сто лет 2) вести тот или иной образ жизни, находиться в тех или иных условиях существования. Qayğısız yaşamaq жить беззаботно, şən və xoşbəxt yaşamaq жить весело и счастливо, bolluq və nemət içərisində yaşamaq жить в изобилии, kefi istədiyi kimi yaşamaq жить в своё удовольствие, firavan yaşamaq жить припеваючи, öz əməyi ilə yaşamaq жить своим трудом, tək yaşamaq жить в одиночестве 3) находиться, пребывать, проживать где-л. Kənddə yaşamaq жить в деревне, xaricdə yaşamaq жить за границей, Şimalda yaşamaq жить на Севере; перен. ürəklərdə yaşamaq жить в сердцах, xalqın xatirəsində yaşamaq жить в памяти народа, onun xatirəsi qəlbimizdə yaşayacaq память о нём будет жить в наших сердцах 4) находиться в каких-л. отношениях с кем-л. kimlə yaşamaq жить с кем, birgə yaşamaq жить совместно 5) быть поглощённым чем-л. Məhəbbət hissi ilə yaşamaq жить чувством любви, xatirələrlə yaşamaq жить воспоминаниями, kim və nə üçün yaşamaq жить для кого и для чего, uşaqları üçün yaşamaq жить для своих детей, özü üçün yaşamaq жить для себя, xalq üçün yaşamaq жить для народа 6) существовать (о растениях). Dəmirağacı iki yüz il yaşayır железное дерево живёт двести лет 2. существовать, просуществовать. İnsan qidasız yaşaya bilməz человек не может существовать без пищи 3. обитать где-л., населять что-л. ◊ bugünkü günlə yaşamaq жить настоящим, жить сегодняшним днём; birevli kimi yaşamaq kimlə жить одним домом с кем; bir damın altında yaşamaq kimlə жить под одной крышей с кем; dörd divar arasında yaşamaq жить в четырёх стенах; dünyanın qurtaracağında yaşamaq жить на краю света; keçən günlərin həsrətilə yaşamaq (dolanmaq) жить прошлым; özgə hesabına yaşamaq (dolanmaq) жить на чужой счёт; himayəsində yaşamaq kimin жить на содержании (иждивении) у кого; cəhənnəmin dibində yaşamaq жить у черта на куличках; canbir qəlbdə yaşamaq kimlə жить душа в душу с кем

    Azərbaycanca-rusca lüğət / yaşamaq

yaşamaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to live; to be* alive; tək / tənha ~ to live alone / a solitary life; xoşbəxt ~ to live a happy life / happily; şən ~ to live a merry life; öz zəhməti ilə ~ to live on one’s own earnings, to keep* oneself; qoca yaşına qədər ~ to live to a great age: qayğısız ~ to live free from care; sadə ~ to live in a small way; şəhərdə ~ to live in town; kənddə ~ to live in the village / country; mehmanxanada ~ to live in a hotel; xaricdə ~ to live abroad; özgənin hesabına ~ to live at smb. else’s expense / at the expense of another; birgə ~ to live together

    Azərbaycanca-ingiliscə lüğət / yaşamaq

yaşamaq sözünün fransız dilinə tərcüməsi

yaşamaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. яшамиш хьун (1. дири яз хьун, сагъ яз хьун, амаз хьун; // сущ. яшайиш, уьмуьр; 2. уьмуьр гьалун; дуланмиш хьун; уьмуьрдикай файда къачун; 3. амаз хьун, давам авун (мес. куьгьне адетар); 4. yaşasın! буйр. ф. яшамишрай!).

    Azərbaycanca-ləzgicə lüğəti / yaşamaq

"yaşamaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaşamaq nədir? #yaşamaq sözünün mənası #yaşamaq nə deməkdir? #yaşamaq sözünün izahı #yaşamaq sözünün yazılışı #yaşamaq necə yazılır? #yaşamaq sözünün düzgün yazılışı #yaşamaq leksik mənası #yaşamaq sözünün sinonimi #yaşamaq sözünün yaxın mənalı sözlər #yaşamaq sözünün əks mənası #yaşamaq sözünün etimologiyası #yaşamaq sözünün orfoqrafiyası #yaşamaq rusca #yaşamaq inglisça #yaşamaq fransızca #yaşamaq sözünün istifadəsi #sözlük