yedək sözü azərbaycan dilində

yedək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yedək • 95.3488%
  • Yedək • 4.6512%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yedək gəmi
Yedək gəmi - Böyük gəmilərin önündə gedən və əsasən onların manevr imkanlarını genişləndirmək üçün istifadə olunan kiçik həcmli gəmi növü. Yedək gəmilərin, böyük gəmilərin sifarişləri əsasında yardımçı fəaliyyətlər üçün cəlb olunur və göstərdiyi xidmətlərə xilasetmə-yardım, dəstək, çatdırma və manevr daxildir. Yedək gəmi üçün tələb olunan əsas xüsusiyyət çəkmə gücünün çox olmasıdır. === Fəaliyyət sahələrinə görə yedək gəmilər === Açıq dəniz yedək gəmiləriXüsusiyyətləri: Böyük qayıq həcmində olmaları, güclü motorxanası, yüksək dartma gücü, açıq dənizdə manver imkanları .
Volqa yedəkçiləri
Volqa yedəkçiləri (rus. Бурлаки на Волге) əsəri 1872-1873-ci illərdə realist rus rəssamı və heykəltaraş İlya Repin tərəfindən çəkilmiş == Tarixi == Şəkil çəkmək niyyəti Repində hələ 1869-cu ildə rəssam Konstantin Savitski ilə birlikdə Neva sahillərinə «İov və onun dostları» müsabiqə əsərini çəkməkdən ötrü etüdlər etmək üçün yollandığı zaman oyanmışdı. Orada gördüyü gəmi yedəkçiləri qayğısız cəmiyyət və mənzərəli təbiətlə müqayisədə onda təzadlı duyğular yaratmışdı. Elə o zaman gələcək əsərin ilkin eskizləri çəkilmişdi. Əsərin özü 1873-cü ildə başa çatdırıldı və cəmiyyətdə həyəcanlar tufanının heyranlıqdan qızğın nifrətə qədər bir burulğanının əmələ gəlməsinə səbəb oldu.
Yedəkləmə
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədi ilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Yedəkləmə və düzəltmə
Yedəkləmə və düzəltmə (Backup and recovery ) – verilənlər bazasının idarəolunması sistemlərində: aparat və ya proqram xətası nəticəsində verilənlər bazası yararsız hala düşdükdə, sonuncu əməliyyatın (tranzaksiyanın) bərpasını təmin etmək üçün istifadə olunan strategiyadır. Bu proses verilənlər bazasının sonuncu ehtiyat kopiyasından başlayır. Verilənlər bazasının tranzaksiyalar jurnalı (dəyişikliklər faylı) nəzərdən keçirilir və ora yazılmış hər bir tranzaksiya jurnalda olan sonuncu yoxlama nöqtəsinə (CHECKPOINT) uyğun olaraq bərpa edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.12 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •••••• 1.68
2005 ••• 0.67
2006 ••••• 1.35
2007 •••••••••••• 3.59
2008 •••••••••••• 3.65
2009 •••••••••••••••••••• 6.24
2010 ••••••• 2.18
2011 •• 0.34
2012 •••••••• 2.50
2013 ••• 0.73
2014 ••••• 1.37
2015 ••••• 1.53
2016 •••••• 1.74
2017 ••••••••••• 3.25
2018 •••••••••••• 3.60
2019 ••••••••• 2.78
2020 0.27

yedək sözünün leksik mənası və izahı

  • 1 is. 1. Heyvanı çəkib arxasınca aparmaq üçün boynuna və ya boyunduruğuna bağlanan ip. İnəyi yedəyindən tutub çəkmək. – Hacı Rüstəm gəlib cəddinin payını istədi. Köç əhli etina eləmədi. Atının yedəyindən tutub, alaçıqları bir-bir gəzdi. Ə.Haqverdiyev. □ Yedəyə (yedəyinə) almaq – ipindən tutub dalınca çəkmək; dalınca çəkib aparmaq. [Vəzir:] Axırda atları yedəyimə alıb təpənin başına çıxdım!… Çəmənzəminli. Yedək vermək – atı və ya başqa heyvanı ipindən tutub dalınca çəkmək. Kələ, öküzə yedək vermək. 2. Gəmini, qayığı sahilə, körpüyə bağlayan ip və ya zəncir. Qayıq və gəmilərin yedəkləri dalğaların təsiri ilə gah gərilir, gah boşalırdı. □ Yedək ipi – bir gəminin, maşının digərini çəkib aparması üçün onlara bağlanan ip (buraz, kanat və s.). Yedək gəmisi (maşını və s.) – 1) başqa gəmiləri (maşınları) yedəyində aparan kişi (maşın və s.); 2) yedəkdə gedən gəmi (maşın və s.). 3. Motorlu maşına qoşulan yük arabası. Avtomobillərin dartıcı gücündən səmərəli istifadə etmək üçün avtomobil zavodları avtomobil yedəkləri buraxır. Ə.Cəfərov. 4. Yedəyində şəklində zərf – arxasınca, dalısınca, yedəyindən tutaraq. Kor Alı qulanlar da yedəyində tapdana-tapdana öz evinə gəldi. “Koroğlu”. Nəzərəli hələ atını minməyib yedəyində çəkir. C.Məmmədquluzadə. Kəndi dolaşıram yedəyimdə at; İçimdə bir qüvvə əmr edir: yarat! S.Vurğun. ◊ Yedəyi əldən qoymamaq məc. – bərk saxlamaq, əldən buraxmamaq, boş tutmamaq. [Namaz:] Həsən kişinin yedəyini əldən qoymur. Ə.Haqverdiyev. Yedəkdə qalmaq – hamıdan geridə qalmaq, axırıncı yeri tutmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / yedək

yedək sözünün etimologiyası

  • 1 Dilimizdə yetmək feilinin bir mənası “dartmaq” kimi açıqlanıb. Yedək həmin feildən əmələ gəlib: “nəyisə, kimisə dartıb arxasınca aparmaq” deməkdir. Bəzən bu sözü ərəbcə ola yəd(əl) kəlməsi ilə də bağlayırlar, səhvdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yedək

yedək sözünün rus dilinə tərcüməsi

  • 1 1. ведение животного на поводу; 2. буксир;

    Azərbaycanca-rusca lüğət / yedək
  • 2 I сущ. 1. повод, узда, уздечка (часть конской сбруи – ремень, прикреплённый к удилам). Atın yedəyindən yapışmaq брать под уздцы лошадь, atı yedəyində (yedəkdə) aparmaq повести коня на поводу, yedəyinə almaq брать под уздцы, yedəkdən tutmaq держать за повод 2. буксир (канат или трос, при помощи которого одно средство передвижения тянет другое); 3.. прицеп (повозка, вагон, кузов и т.п., прицепляемые к самодвижущемуся транспортному средству) II прил. буксирный. морск. Yedək gəmisi буксирное судно, yedək qarmağı буксирный крюк, yedək trosu буксирный трос 2. прицепной. Yedək vaqonu прицепной вагон ◊ yedəyə almaq, yedəyə götürmək kimi, nəyi: 1. брать, взять на буксир кого, что 2. вести за руку кого; yedəyində getmək kimin идти на поводу у кого; yedəyində gəzdirmək kimi водить на помочках кого; yedəyini əldən qoymamaq kimin держать на поводу кого, не выпускать из рук чей повод; yedəyinə düşmək kimin идти следом за кем, быть на помочках у кого; yedəyinə salmaq kimi таскать за собой кого; yedəyindən əl çəkməmək kimin не отставать, не отходить ни на шаг от кого

    Azərbaycanca-rusca lüğət / yedək

yedək sözünün inglis dilinə tərcüməsi

  • 1 i. (at və s. üçün) halter; (nəqliyyat vasitələri üçün) tow(ing)-line, tow(ing)-rope; yedəyə almaq / götürmək to take* in tow (d.), to tow (d.)

    Azərbaycanca-ingiliscə lüğət / yedək

yedək sözünün fransız dilinə tərcüməsi

yedək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. буксир, едег (1. гьайван жуван гуьгъуьналлаз чӀугуна тухун патал адан гарданда твадай ва я викӀинихъ кутӀундай еб; yedəyə (yedəyinə) almaq епиникай кьуна гуьгъуьналлаз тухун (чӀугун); гуьгъуьналлаз чӀугуна тухун, ялна тухун, акална тухун; yedək vermək балкӀан ва я мс. гьайван епиникай кьуна гуьгъуьналлаз чӀугун; 2. къерехдиз акъуднавай гими, луьткве кутӀундай еб ва я зунжур; yedək ipi са гимиди, машинди масад чӀугуна тухун патал кутӀундай (буксирдин) еб (цӀил, канат ва мс.); yedək gəmisi (maşını və s.) а) вичи маса гимияр (машинар) кьулухъ акална чӀугуна тухудай гими (машин ва мс.); б) вич маса гимиди (машинди) кьулухъ акална чӀугуна тухузвай гими (машин ва мс.); 3. мотор алай машиндик акалнавай парцин араба; 4. yedəyində нареч. кьулухъ галаз, гуьгъуьнаваз; епиникай кьуна); ** yedəyi əldən qoymamaq пер. еб гъиляй ахъай тавун, кӀевиз хуьн (кьун), гъиляй ахъай тавун; yedəkdə qalmaq виридалай гуьгъуьна амукьун, кьулухъ галамукьун, эхиримжи чка кьун.

    Azərbaycanca-ləzgicə lüğəti / yedək

yedək sözünün türk dilinə tərcüməsi

yedək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Heyvanı çəkib arxasınca aparmaq üçün boynuna və ya boyunduruğuna bağlanmış ip. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

"yedək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yedək nədir? #yedək sözünün mənası #yedək nə deməkdir? #yedək sözünün izahı #yedək sözünün yazılışı #yedək necə yazılır? #yedək sözünün düzgün yazılışı #yedək leksik mənası #yedək sözünün sinonimi #yedək sözünün yaxın mənalı sözlər #yedək sözünün əks mənası #yedək sözünün etimologiyası #yedək sözünün orfoqrafiyası #yedək rusca #yedək inglisça #yedək fransızca #yedək sözünün istifadəsi #sözlük