Yekaterina sözü azərbaycan dilində

Yekaterina

Yazılış

  • Yekaterina • 99.8082%
  • yekaterina • 0.1918%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yekaterina
Yekaterina — qadın adı və təxəllüs. II Yekaterina - Rusiya imperiyasının imperatriçası Yekaterina Valiulina — Rus əsilli Azərbaycanlı sinxron üzgüçü Yekaterina Peçe — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Yekaterina Mediçi – Fransa kraliçası. Yekaterina Artamonova — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Yekaterina Sarıyeva — Azərbaycanlı yüngül atlet. Yekaterina Levina — İsraili təmsil edən bədii gimnast. Yekaterina Ryabova — rus müğənni. Yekaterina Xilko — Özbəkistanı təmsil edən batut gimnastı. Yekaterina Teleşeva — rus balerinası. Yekaterina Mironova — Rusiyanı təmsil edən skeletonçu.
II Yekaterina
II Yekaterina, Böyük Yekaterina (rus. Екатерина Великая; * 2.5.1729 Şetsin; † 17 noyabr, 6.11.1796, Sankt Peterburq) 9 iyul 1762 ci ildən Rusiya imperiyasının uzurpator imperatriçəsi, Şlezviq-Holştayn-Qottorf hersoginası. 1793-cü ildən Yever hakimi. “Böyük” adını tarixə yazdırmış ilk qadın imperatriça. == Həyatı == II Yekaterina Şetsində, 1729-cu ildə Anhalt-Çerbst şahzadə Sofiya Avqust Friderik kimi, Ştettində doğulmuşdur. O, Prusiya imperiyasına aid Anhalt-Çerbstin knyazı Xristiyan Avqustun qızıdır. Hersoq Xristiyan Avqust von Anhalt-Çerbest bir oqədər də zəngin olmadığından, Yekaterina evdə təhsil almışdır. O, ingilis, fransız və italyan dillərinə, rəqs, musiqi, tarix, coğrafiya, ilahiyyat üzrə biliklərə yiyələnir. Yekaterina uşaqlıqda şıltaq, ərköyün, həyasızcasına hər şeylə maraqlanan, nadinc, oğlanlar qarşısında özünü öyən qız olmuşdur. Anası onu uşaqlıqda Fiqxen (alm.
I Yekaterina
I Yekaterina və ya Yekaterina Alekseyevna (Rusca: Екатери́на Алексе́евна Миха́йлова) (d. 15 aprel 1684, Latqale – ö. 17 may 1727, Sankt-Peterburq) — Rus imperatoru I Pyotrun ikinci xanımı və Rusiya imperatriçası. == Həyatı == === Köləlik illəri === Fransız tarixçisi Volterə görə, Yekaterinanın həyatı ən az əri Pyotrun həyatı qədər maraqlıdır. Əsli və sülaləsi haqqında dəqiqi məlumatlar yoxdur. 15 aprel 1684-cü ildə Latviyanın Latqale vilayətinə bağlı Vişki kəndində dünyaya gəlmişdir. İlk adı Marta Helena Skavronskaya idi. Atası polyak kəndli Samuel Skavronski, anası isə alman əsilli Elizabet Morisdir. Martanın ailəsi 1689-cu ildə vəba epidemiyası səbəbilə vəfat etdi və geridə 5 övlad buraxdı: Kristina, Anna, Karol, Fridrix və Marta. Ən məşhur versiyaya görə, 3 yaşlı Marta bibisi tərəfindən alındı və şimali Latviyaya göndərildi.
Yekaterina Andreyeva
Yekaterina Andreyeva (rus. Екатери́на Серге́евна Андре́ева; 27 noyabr 1965 və ya 27 noyabr 1961, Moskva, ) — Rusiyalı jurnalist, aktrisa, televiziya aparıcısı. == Karyerası == 1995-ci ildən Rusiyanın "Pervıy" telekanalının "Vremya" proqramının aparıcısı olmuşdur. 2015-ci ilin oktyabr ayında rəhbərliklə münaqişə səbəbindən efirdən kənarlaşdırılmışdır.
Yekaterina Andryuşina
Yekaterina Andryuşina (17 avqust 1985, Moskva) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yekaterina Andryuşina Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Yekaterina Anikeyeva
Yekaterina Anikeyeva (d. 22 yanvar 1969) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Anikeyeva, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Yekaterina Artamonova
Yekaterina Artamonova (d. 3 iyun 1989) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Yekaterina Artamonova, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Yekaterina Artamonova, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Yekaterina Avvakumova
Yekaterina Avvakumova (26 oktyabr 1990) — Cənubi Koreyalı biatlonçu. Yekaterina Avvakumova Cənubi Koreyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yekaterina Avvakumova birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında qadınlar 7.5 km məsafəyə sprint yarışlarında iştirak etdi. Avvakumova 26:24.9 saniyəlik nəticəsi ilə 87 atlet arasında 87-ci yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Yekaterina Davıdenko
Yekaterina Davıdenko (7 mart 1989, Tolyatti, Samara vilayəti) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yekaterina Davıdenko Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Yekaterina Guliyeva
Yekaterina Quliyeva. Rusiyalı yüngül atlet. 2012-ci il London yay olimpiya oyunlarında qadınlar arasında 800 metr məsafəyə qaçışda 2-ci yerə layiq görülüb. 2019-cu ildə Azərbaycan əsilli Türkiyə yüngül atleti Ramil Quliyevlə ailə həyatı qurub. Cütlüyün 2020-ci ildə Aylita adında qız övladı dünyaya göz açıb. Yekaterina, Ramil Quliyevlə ailə həyatı qurduqdan sonra soyadını Quliyeva olaraq dəyişdirib.
Yekaterina Levina
Yekaterina Levina (d. 1 fevral 1997) — İsraili təmsil edən bədii gimnast. Yekaterina Levina 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Levina həmdə I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. == Karyerası == Yekaterina Levina 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Karina Lixvar və İda Mayrin ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
Yekaterina Lisunova
Yekaterina Lisunova (6 oktyabr 1989, Lvov) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Lisunova, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Yekaterina Lisunova, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Yekaterina Lisunova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Yekaterina Marennikova
Yekaterina Marennikova (d. 30 aprel 1982; St. Peterburq, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Yekaterina Marennikova Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Yekaterina Marennikova Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu. Yekaterina Marennikova Rusiya yığmasının heyətində 2016-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Fransa yığmasını 20:22 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Yekaterina Mediçi
Yekaterina Mediçi (it. Caterina de' Medici; fr. Catherine de Médicis) (d. 13 aprel 1519 – ö. 5 yanvar 1589) — Fransa kralı II Henrinin xanımı, Fransa kraliçası. O, eyni zamanda 3 Fransa kralının - II Fransisk, IX Karl və III Henrinin anasıdır. Yekaterina 1519-cu ildə Florensiyada Urbino hersoqu Lorenzo Mediçi və xanımı Medlin La-tur-Davernin yeganə övladı olaraq dünyaya gəldi. 1533-cü ildə o, hələ 14 yaşında Yekaterina Fransa kralı I Fransiskin oğlu Henriylə evləndirildi. Onun bu evliliyi qohumu olan Roma papası VII Klement tərəfindən tərtib edilmişdi. 1547-ci ildə Fransa kralı olan əri II Henri onu dövlət işlərindən uzaq tumağa çalışsa da, onun 1559-cu ildə vəfatının ardından Yekaterina siyasi arenada təkbaşına qaldı.
Yekaterina Mironova
Yekaterina Stepanovna Mironova (d. 3 noyabr 1977) — Rusiyanı təmsil edən skeletonçu. Yekaterina Mironova, Rusiyanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Yekaterina Mironova, 2002-ci ildə Rusiya yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Yekaterina Mironova, 1-ci gedişdə 52.97 saniyə, 2-ci gedişdə isə 52.98 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında 7-ci yerdə başa vurdu.
Yekaterina Msituridze
Yekaterina Akakiyevna Msituridze (gürc. ეკატერინე მწითურიძე; d. 10 yanvar 1972, Tbilisi, Gürcüstan SSR) — Rusiya televiziya aparıcısı, kinoşünas və kinotənqidçi, "Variety Russia" jurnalının keçmiş baş redaktoru, "Roskino"nun rəhbəri (2011-ci ildən), Birinci kanalın kino üzrə mütəxəssisi, Sankt-Peterburq beynəlxalq mediaforumunun ideya müəllifi və baş prodüseri. Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının üzvü, Rusiya Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər İttifaqının üzvü, FİPRESSİ beynəlxalq kino mətbuatı Assosiasiyasının üzvü, Rusiya Kinematoqrafiya elmi və incəsənəti Milli Akademiyasının akademiki, tarix elmləri magistri. == Həyatı == 10 yanvar 1972-ci ildə Tbilisidə anadan olmuşdur. 1994-cü ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tarix və kinoşünaslıq fakültəsini bitirmişdir. Yekaterinanın tarix fakültəsindəki müdafiə mövzusu XVII əsr italyan missionerinə həsr olunmuşdur. Onun ixtisas sahəsi mediyevistikadır. Kinoşünaslıq fakültəsindəki mövzusu isə Otar İoselianinin yaradıcılığı olmuşdur. Tarix fakültəsindəki diplom işinə görə Yekaterina tarix elmləri magistri dərəcəsini qazanmışdır.
Yekaterina Mtsituridze
Yekaterina Akakiyevna Msituridze (gürc. ეკატერინე მწითურიძე; d. 10 yanvar 1972, Tbilisi, Gürcüstan SSR) — Rusiya televiziya aparıcısı, kinoşünas və kinotənqidçi, "Variety Russia" jurnalının keçmiş baş redaktoru, "Roskino"nun rəhbəri (2011-ci ildən), Birinci kanalın kino üzrə mütəxəssisi, Sankt-Peterburq beynəlxalq mediaforumunun ideya müəllifi və baş prodüseri. Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının üzvü, Rusiya Jurnalistlər İttifaqının və Beynəlxalq Jurnalistlər İttifaqının üzvü, FİPRESSİ beynəlxalq kino mətbuatı Assosiasiyasının üzvü, Rusiya Kinematoqrafiya elmi və incəsənəti Milli Akademiyasının akademiki, tarix elmləri magistri. == Həyatı == 10 yanvar 1972-ci ildə Tbilisidə anadan olmuşdur. 1994-cü ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tarix və kinoşünaslıq fakültəsini bitirmişdir. Yekaterinanın tarix fakültəsindəki müdafiə mövzusu XVII əsr italyan missionerinə həsr olunmuşdur. Onun ixtisas sahəsi mediyevistikadır. Kinoşünaslıq fakültəsindəki mövzusu isə Otar İoselianinin yaradıcılığı olmuşdur. Tarix fakültəsindəki diplom işinə görə Yekaterina tarix elmləri magistri dərəcəsini qazanmışdır.
Yekaterina Osadçaya
Yekaterina Aleksandrovna Osadçaya (ukr. Катерина Олександрівна Осадча; d. 12 sentyabr 1983, Kiyev) — Ukrayna jurnalisti və model və teleaparıcı. "1+1" telekanalında yayımlanan "Kübar həyat" (ukr. Світське життя) verilişinin aparıcısıdır. Gənclik illərində (13–18 yaşları arasında) Qərbi Avropada modellik sahəsində çalışmış, 18 yaşından sonra yenidən Ukraynaya qayıtmışdır. == Həyatı == Yekaterina Osadçaya 12 sentyabr 1983-cü ildə Kiyevdə anadan olmuşdur. Atası Aleksandr Vladimiroviç Osadçi "Kiyevcihaz" Dövlət İstehsalat Birliyi Müəssisəsinin baş direktorudur. Anası evdar qadındır, ixtisasca kitabxanaçıdır. Yekaterinanın özündən bir neçə yaş kiçik qardaşı da var.
Yekaterina Pavlovna
Yekaterina Pavlovna (Rusca: Екатерина Павловна) (d. 10 may 1788 - ö. 9 yanvar 1819) — Rusiya imperatoru I Pavelin və Mariya Feodorovnanın dördüncü qızıdır. == Həyatı == Yekaterina Pavlovna, I Pavelin 4-cu qızı olaraq 1788-ci ildə Çarski Selo sarayında anadan oldu. O, nənəsi Böyük Yekaterinanın adını daşıyırdı. Həyat dolu və gözəl olaraq təsvir edilən Yekaterinanın xoşbəxt uşaqlığı olub və təhsili anasının xüsusi diqqəti ilə izlənirdi. Bu səbəbdən Yekaterina yaxşı təhsil almışdı və ədəbi kitablar oxuyub, müxtəlif məşhur insanlarla tanış olmaqla daha da irəliləyirdi. Ailəsində əsasən Katya olaraq çağırılan Yekaterinanın qardaş və bacıları ilə, əsasəndə çar Aleksandrla əlaqəsi yaxşı idi. O həyatının sonuna kimi ən səmimi əlaqələrini onunla saxlamışdı. Onun Aleksanderin ən sevimli bacısı və şərtsiz Aleksandrın həyatındakı ən dəyərli insanlardan biri olduğu deyilirdi.
Yekaterina Peçe
Yekaterina Peçe (d. 23 oktyabr 1982) — Rusiya əsilli Azərbaycanı təmsil edən həndbolçu. Yekaterina Peçe, Azərbaycan yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Karyerası == Yekaterina Peçe, 2017-ci ildə Azərbaycan yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Azərbaycan yığması, gərgin oyunun sonunda Türkiyə yığmasını 28:26 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının çempionu oldu.
Yekaterina Prokofyeva
Yekaterina Prokofyeva (13 mart 1991, Volqodonsk, Rostov vilayəti) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Prokofyeva, Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Yunanıstan yığmasını 12:6 hesabı ilə məğlub edən Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Yekaterina Prokofyeva, Rusiya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 15:16 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını altıncı pillədə başa vurdu. Yekaterina Prokofyeva, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Yekaterina Qabaşvili
Yekaterina Qabaşvili (tam adı: Yekaterina Revazovna Qabaşvili, gürc. ეკატერინე რევაზის ასული გაბაშვილი; 16 iyun 1851, Qori, Tiflis quberniyası, Rusiya imperiyası – 7 avqust 1938, Axalkalaki[d], Gürcüstan SSR, SSRİ) — Gürcüstan yazıçısı və ictimai xadimi. Qadın hüquqlarının müdafiəsində ilk Gürcü feministlərdən və aktivistlərdən biri.Qabaşvili knyaz nəslindən olan Yekaterina Revazovna Qabaşvili Aristokrat ailədə anadan olub. Gürcüstanın tənqidi realizminin tanınmış nümayəndələrindən biri olmuşdur. Gürcü ədəbiyyatına ilk o, kiçik bir nəsr janrını -qısa hekayə, esse təqdim etmişdir. Yazıçının ədəbi fikirləri rus inqilabçı demokratların və XIX əsrin "altmışlar"ın təsiri altında formalaşmışdır.Yaradıcılığına İlya Qriqoryeviç Çavçavadzenin xüsusi təsiri olmuşdur. Tbilisidə Didube panteonuda dəfn edilib. Oğlu, Revaz Qabaşvili tanınmış gürcü publisisti və siyasətçisidir. == Yaradıcılığı == 1870-ci ildə "Droyeba" ("Vaxt") qəzetində yazıçı kimi başlamışdır. Müharibə öncəsi Gürcüstanda kənd müəllimlərinin və kəndli həyatının qayğısı ilə bağlı bir neçə sentimental roman və hekayənin müəllifidir.
Yekaterina Qamova
Yekaterina Qamova - Rusiyalı qadın voleybolçu. Hücumçu və diaqonal mövqelərdə oynayır. Eyni zamanda bunu bacaran nadir voleybolçulardandır. Həmçinin dünyada ən uzun qadın idmançılar arasında da göstərilir. == Karyerası == Qamova karyerası boyu dəfələrlə çempionluq yaşamışdır. Bunların içində dünya çempionluğu mühüm yer tutur. Voleybolçu eyni zamanda 2013-14 mövsümündə keçirilən CEV Qadınlar Çempionlar Liqasında Ən Dəyərli Oyunçu mükafatını da qazanmışdır.
Yekaterina Qariyeva
Yekaterina Qariyeva (d. 11 iyun 1981) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Qariyeva, Qazaxıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində üç görüşün üçündə də məğlub olan Qazaxıstan yığması, Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.
Yekaterina Qerzaniç
Yekaterina Qerzaniç (d. 18 may 1972) — Qazaxıstanı təmsil edən su poloçusu. == Karyerası == Yekaterina Qerzaniç, Qazaxıstan yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Qrup mərhələsində beş görüşün beşində də məğlub olan Qazaxıstan yığması, Sidney Olimpiadasını altıncı pillədə başa vurdu.
"Müqəddəs böyük Yekaterina" ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. == Ordeninin statutu == 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.
Böyük Yekaterina sarayı
Böyük Yekaterina sarayı və ya Böyük Çarskosel sarayı' (rus. Екатерининский дворец, Большой Царскосельский дворец) – keçmiş İmperator sarayı; Peterburqun ətraflarında yerləşən ən böyük saraydır. == Tarix == Sarayın tarixində və memarlığında həm hər dövrün memarlıq meylləri, həm də Rusiya hökmdarların şəxsi seçimləri özündə əks etdirilmişdi. Sarayın əsası 1717-ci ildə alman memarı Yohann Fridrix Braunşteinin rəhbərliyi altında İmperatriça I Yekaterinanın yay iqamətgahı kimi inşa edilmişdi. 1743-cü ildə İmperatriça Yelizaveta Petrovna sarayın genişləndirilməsi və abadlaşdırılması üçün rus memarları Mixail Zemtsov və Andrey Kvasovu dəvət eləyir. Məhz İmperatriça Yelizavetanın dövründə, saray hazırkı görünüşünü almışdı. 1752-ci ildə o memar Bartolomeo Rastrelliyə sarayın yenidənqurulması işlərinə başçılıq etməyini istədi, çünki sarayın hazırkı görünüşü İmperatriçaya həddindən artıq köhnə üslublu və kiçik görsənirdi. Demontaj, möhtəşəm yenidənqurma və 4 il müddətində davam edən tikinti işlərindən sonra saray tamamilə yeni Rus barokko üslubunda yenidən qurulur. 30 iyul 1756-cı ildə Rusiya dövlət xadimləri və xarici qonaqlara 325 metr uzunluğunda möhtəşəm sarayın rəsmi prezentasiyası keçirilmişdi. === Sarayın yenidənqurulması === Bartolomeo Françesko Rastrelli 1752—1756-cı illərdə Böyük Yekaterina sarayını yenidən qurmuşdu.
Böyük Yekaterina sarayının kilsəsi
Böyük Yekaterina sarayının kilsəsi və ya İsa Məsihin dirilməsi kilsəsi (rus. Церковь Екатерининского дворца) — Puşkin şəhərində yerləşən Böyük Yekaterina sarayının pravoslav "ev kilsəsi". Kilsə Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasındakı Sofiya kafedralının tabeliyindədir. == Tarix == === Mərasim kilsəsi === Saar mızasının (iqamətgahın) Yekaterina Alekseyevnaya verildikdən sonra, Onun sarayında şəhid olmuş Müqəddəs Yekaterinanın şərəfinə mərasim kilsəsi yaradılmış və 12 (köhnə təqvimlə 23) mart 1713-cü ildə buraya yeni ruhani təyin olunmuşdur. Bu ilk Sarskosel kilsəsi idi. Mərasim kilsəsinin içərisində bir zamanlar kətan üzərində boyanmış çoxlu ikonalar, qızıl suyuna çəkilmiş göy oyma ikonostas, həmçinin üzərində dörd yevanlıgelistin simvolik obrazları təsvir olunan palıd qapaqlı taxt yerləşirdi. Yaşayış məntəqəsində başqa ayrı-ayrı kilsələr tikildikdən sonra, Mərasim kilsəsi əvvəlcə Uspenye, daha sonra isə Blaqoveşşeniye kilsələrin tabeliyinə verilmişdir. Sonuncunun 1728-ci ildə yanğın nəticəsində dağılmasından sonra, kilsə əşyaları Uspenyeyə geri qaytarılmış və daha sonra yeni tikilmiş Znameniye kilsəsinə köçürülmüşdür. Lakin bununla Mərasim kilsəsinin yerdəyişmə prosessinə son qoyulmamışdır; belə ki, 1817-ci ildə kilsə hospitalın yaxınlığındakı kapellanın, 1872-ci ildə isə Nikolayev kişi gimnaziyasının nəzdində olan kilsənin tabeliyinə verilmişdir. Yekaterina Saray-Muzeyinə 1930-cu ildə hədiyyə olunmuş ikonostas şəhərinin işğalı zamanı itirilmişdir.
II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)
II Yekaterina abidəsi — Rostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır. == Tarixi == Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı.
Müqəddəs Yekaterina Monastırı
Sinay monastırı və ya Müqəddəs Yekaterina monastırı (yun. Μονὴ τῆς Ἁγίας Αἰκατερίνης, Monì tìs Agìas Ekaterìnis, ərəb. دير القدّيسة كاترينا ‎) — Misirin Santa Katerina şəhərində yerləşən ortodoks monastırı. Rəsmi adı - Allahgəzən Sinay dağının Müqəddəs monastırıdır (yun. Ιερά Μονή του Θεοβαδίστου Όρους Σινά). == Tarixi == Bizans imperatoru I Yustinianın əmri ilə 548-565-ci illər arasında inşa edilmişdir. Fatimilər xilafəti dövründə monastırın ətrafında məscid inşa edilsə də, qibləyə istiqamətləndirilmədiyi üçün heç vaxt istifadə olunmamışdır. == İncəsənət nümunələri == Monastırda yunan, ərəb, erməni, gürcü, ivrit, arami və Qafqaz Albaniyası dillərində əlyazmalar, 100-dən çox ikona və rəsm əsəri tapılıb. Bu əlyazmalardan biri də Qafqaz Albanlarının dilində yazılmış Sinay palimpsestidir.
Müqəddəs Yekaterina burnu
Müqəddəs Yekaterina burnu və ya Sent-Katerins-Poynt (ing. St. Catherine's Point) — Böyük Britanianın Vayt adasının ən ucqar cənub nöqtəsi. Nayton kəndindən bir qədər aralıda yerləşir. Burundan bir qədər aralıda Pepperpot daş mayakı yerləşir. Mayak 1323-cü ildə inşa edilmişdir. Bu mayak Böyük Britaniya ərazisində Roma imperiyası dönəmində inşaedilmiş Duvr mayakı ilə birlikdə ölkənin ən qədim hazırda mğövcudluğunu qoruyan mayakıdır. belə rəvayət edilir ki, mayakı inşa edən de Qodeton monastır üçün nəzərdə tutulan şərabıl itirilməsinə görə özünü günahkar hesab edirdi. Ona günahını yumaq məqsədi ilə mayak inşa etməyi həvalə edirlər. Mayakda yandırılan od gəmiləri sahilə yaxınlaşmaları barədə xəbərdarlıq etməli idi.
Müqəddəs Yekaterina erməni kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Yekaterina kilsəsi (erm. Սանկտ Պետերբուրգի Սուրբ Կատերինե եկեղեցի, rus. Армянская церковь Святой Екатерины) — Sankt-Peterburq şəhərinin mərkəzindəki Erməni Qriqorian Kilsəsi Nevski prospekti, ev № 40–42 ünvanında yerləşir. == Tarix == İlk ermənilər qısa müddət ərzində Sankt-Peterburq şəhərin yaranmasından sonra kütləvi şəkildə şəhərin müxtəlif rayonlarına köçmüşdülər. 1710-cu ildə onlar artıq burada öz icmalarını yaratmışdılar. Bu zaman onlar şəxsi evlərdə dini mərasimlərini keçirirdilər. Arximandrit Minas tərəfindən erməni kilsəsinin tikintisi üçün 1714-cü ildə ilk rəsmi xahiş qaldırılsa da, hakimiyyət orqanları tərəfindən bu rədd edilmişdir. Yalnız 25 sentyabr 1725-ci ildə 30 həyətdən ibarət böyük şəhər ictimaiyyəti, Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodundan Vasiliyev adasının 3-cü xəttində köhnə taxta bir evdə ibadət evinin açılışı üçün razılıq əldə edə bilmişdir. 1740-cı ilin yanvar ayında Luka Şirvanov (Ğukas Şirvanyan) artıq daşdan kiçik erməni kilsəsinin inşası barədə rəsmi şəkildə icazə almışdır, lakin Anna İoannovnanın ölümündən sonra tikinti işləri dayandırılmışdı. 1763-cü ilin iyul ayında "Rusiyada məskunlaşan bütün xalqların dini ayinlərini azad şəkildə həyata keçirilməsinə" dair dərc edimiş manifestə əsaslanan yerli bələiyyələr hər iki paytaxtda digər dinlərə sitayiş edən insanların kilsələri və onlara müdaxil digər binalar üçün yer ayrılmışdır.
Müqəddəs Yekaterina ordeni
Müqəddəs Yekaterina ordeni (rus. Орден Святой Великомученицы Екатерины) — Rusiya imperiyasının ali ordeni. Orden 1714-cü ildən 1917-ci ilə qədər verilmişdir.
Müqəddəs böyük Yekaterina ordeni (Rusiya Federasiyası)
Müqəddəs böyük Yekaterina ordeni — Rusiya Federasiyasının dövlət mükafatı. == Tarixi == Müqəddəs böyük Yekaterina ordeni Rusiya Federasiyasının Prezidenti D. Medvedyevin 3 may 2012-ci il tarixli 573 saylı "Yaxşılıq Uğrunda" Müqəddəs böyük Yekaterina fərqlənmə nişanı və ordeninin təsis edilməsi haqqında" fərmanı ilə yaradılmışdır. == Ordeninin statutu == 1. Müqəddəs böyük Yekaterina ordeni yüksək dini-mənəvi mövqeyi ilə tanınmış və Rusiya Federasiyasının vətəndaşlarına və xarici dövlətlərin vətəndaşlarına sülhməramlı, humanitar və xeyriyyəçilik fəaliyyətində, mədəni irsinin qorunmasında verdiyi töhfəyə görə təqdim edilir. 2. Müqəddəs böyük Yekaterina ordeni lenti sinənin sağ tərəfində daşınır. Müqəddəs böyük Yekaterina ordeni lentini sinənin sağ tərəfində Rusiya Federasiyasının digər dövlət mükafatları ilə birlikdə daşımağa icazə verilir. Müqəddəs böyük Yekaterina ordeninin ulduzu çiynin sol tərəfində "Vətənə xidmətə görə" ordenin ulduzu altında daşınır. 3. Xüsusi hallarda Müqəddəs böyük Yekaterina ordeninin lentini sinənin sağ tərəfində daşınmasına icazə verilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.74 dəfə / 1 mln.
2002 •••• 3.43
2003 0.79
2004 •••• 3.37
2005 •••••••••••• 11.47
2006 •••• 3.60
2007 •••• 3.81
2008 •••• 3.90
2009 •••••••• 7.68
2010 •••••• 5.17
2011 •••••• 5.15
2012 •••••••• 7.74
2013 ••••• 4.81
2014 •••• 3.78
2015 ••••••••• 8.85
2016 •••• 3.47
2017 •••••••••••••••••••• 20.32
2018 •• 1.95
2019 •••••• 5.15
2020 •• 1.59

"yekaterina" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yekaterina nədir? #yekaterina sözünün mənası #yekaterina nə deməkdir? #yekaterina sözünün izahı #yekaterina sözünün yazılışı #yekaterina necə yazılır? #yekaterina sözünün düzgün yazılışı #yekaterina leksik mənası #yekaterina sözünün sinonimi #yekaterina sözünün yaxın mənalı sözlər #yekaterina sözünün əks mənası #yekaterina sözünün etimologiyası #yekaterina sözünün orfoqrafiyası #yekaterina rusca #yekaterina inglisça #yekaterina fransızca #yekaterina sözünün istifadəsi #sözlük