yelqovan sözü azərbaycan dilində

yelqovan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yelqovan • 87.5000%
  • Yelqovan • 12.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yelqovan
Yelqovan— İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. == Tarixi == 1590-cı ildən mə'lumdur1965-ci ildə kənd ermənicə Kotayk adlandırılmışdır. == Əhalisi == 1829-cu ildə kənddə Türkiyədən gəlmə ermənilər yerləşmişlər. 1948-ci ildə kəndin Azərbaycanlı əhalisi Azərbaycana köçürülmüşdür.
Nəsir yelqovanı
Nəsir yelqovanı - İranda istehsal edilən ilk elektrik avtomobili İranda istehsal edilən ilk elektrik avtomobili olan "Nəsir yelqovanı"nın təqdimat mərasimini 2009-cu ilin sentyabr ayının 3-də İran Nəqliyyat və Yanacaq Rəhbərliyi Qərargahı keçirib. “Nəsir yelqovanı” adlandırılan və cəmi iki sərnişini daşıya bilən avtomobili Tehranın Xacə Nəsir Universitetinin 14 nəfərlik tələbə qrupu istehsal edib. Avtomobilin çəkisi 700 kiloqramdır. Bir dəfəyə azı 50 kilometr məsafəni qət edə bilər. Sürəti saatda 80 kilometrdir və bütün yoxlamalardan müvəffəqiyyətlə çıxmış yığcam bir avtomobildir. Avtomobil əvvəlcə elektrik avtomobillər arasında keçirilən yarışma məqsədi ilə nəzərdə tutulsa da, sonradan onun kütləvi istehsalına və vətəndaşların istifadəsinə verilməsinə qərar verilib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

yelqovan sözünün leksik mənası və izahı

  • 1 is. 1. Uzun ağacın başına bənd edilmiş və küləyin əsdiyi tərəfə çevrilərək onun istiqamətini göstərən dəmir lövhəcik və s. 2. dan. Saatın, dəqiqələri göstərən uzun əqrəbi.

    Azərbaycan dilinin izahlı lüğəti / yelqovan
  • 2 is. 1. bot. Toxumu külək vasitəsilə uzaqlara aparılıb, orada tökülən bir bitki və onun dəni; süpürüm. Həsi və o biri rəncbərlər xırmanda eşələnir, saman içindən yelqovanları çıxarırdılar. S.Rəhimov. 2. məc. Fikrində və işində sabit olmayan adam haqqında. Yelqovanın biridir, onun sözünə etibar yoxdur.

    Azərbaycan dilinin izahlı lüğəti / yelqovan

yelqovan sözünün etimologiyası

  • 1 El arasında “qamqalaq” da deyirlər. M.Kaşğari də qamğaq kimi verilib. Ruslar “перекати-поле” deyirlər. Yel o yan, bu yana qovduğu üçün yelqovan adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yelqovan

yelqovan sözünün rus dilinə tərcüməsi

yelqovan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. флюгер (гар къвезвай пад къалурдай, лашунал, тӀвалунал алкӀурнавай элкъведай фарфалаг, бицӀи пайдах, хьел ва мсб.); 2. рах. сятдин декъикъаяр къалурдай яргъи акьраб.

    Azərbaycanca-ləzgicə lüğəti / yelqovan
  • 2 сущ. 1. бот. элвенаг; // элвенагдин; 2. пер. са фикирдал алачир, фикир дегишдай кас.

    Azərbaycanca-ləzgicə lüğəti / yelqovan

yelqovan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Basarkeçər, Cəbrayıl) susuz yerlərdə bitən kol-bitki adı. – Küləy əsəndə yelqovan dağın başınnan dığırranıf gedir (Basarkeçər); – Yolun qırağında yelqovan çoxiydi (Cəbrayıl)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yelqovan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yelqovan nədir? #yelqovan sözünün mənası #yelqovan nə deməkdir? #yelqovan sözünün izahı #yelqovan sözünün yazılışı #yelqovan necə yazılır? #yelqovan sözünün düzgün yazılışı #yelqovan leksik mənası #yelqovan sözünün sinonimi #yelqovan sözünün yaxın mənalı sözlər #yelqovan sözünün əks mənası #yelqovan sözünün etimologiyası #yelqovan sözünün orfoqrafiyası #yelqovan rusca #yelqovan inglisça #yelqovan fransızca #yelqovan sözünün istifadəsi #sözlük