yelək sözü azərbaycan dilində

yelək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yelək • 85.7143%
  • Yelək • 9.5238%
  • YELƏK • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mavi yeləklər
Blucekinq (ing. Bluejacking) – Bluetooth simsiz şəbəkəsi vasitəsi ilə gözlənilməş şəkildə və sanki "heç bir yerdən" gəlməyən adsız mesajlarla telefon istifadəçilərini spamlama üsulu. Əsasən, əyləncə və tanışlıq üçün istifadə olunur. Bu mesajlaşma növündən istifadə edənlər özlərino blucekerlər, yəni "mavi yeləklər" olaraq adlandırır.Haker cəmiyyətində çoxları onları “şən zarafatcıllar” kimi qəbul edir və onları Ağ şlyapaların və Qara şlyapaların arasındakı boz zonada yerləşdirirlər.Texniki olaraq, nəzarət bəzi telefonların standart olaraq mesajlarını Bluetooth ilə digər telefonlara göndərilməsinə icazə verdiyi üçün mümkündür. Mavi yeləklər, adətən, mesajlarını qəbul edən telefona yerləşdirmək üçün telefonun kontaktında olan insanlardan istifadə edir və mesajlarını ad və soyad hissələrinə yazırlar. == Tarixi == Sinqapurlu Adrian Çianq blucekinqin yaradıcısı hesab olunur. O, 2002-ci ildə dünyanın Bluetooth vasitəsilə ilə yazılan ilk mesajını göndərmişdi. O, bankda olarkən telefonunun Bluetoothunu aktivləşdirir və qoşulduğu Nokia 7650 telefonuna "Buy Ericson" ("Ericson al") mesajını göndərir. Adrian Çianq bunu "blucekinq" adlandırdı. Son dövrlərdə blucekinqin öz populyarlığını itirdiyi düşünülür.
Yeləkəsən
Yeləkəsən — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.

yelək sözünün leksik mənası və izahı

yelək sözünün etimologiyası

  • 1 “Oxun qanadı”dır və onun uzağa getməsinə şərait yaradır. Xəstə Qasım yazırdı: Bir igidin dövlət-varı olmasa, yeləksiz ox kimi çovar (əsli: ciuvar) deyərlər. Yel feili “qaçmaq”, “sürətlə getmək”, deməkdir. Ondan əmələ gəlmiş yelək ismi də sürətlə bağlıdır. Yelkən də buna uyğun məna bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yelək

yelək sözünün sinonimləri (yaxın mənalı sözlər)

yelək sözünün rus dilinə tərcüməsi

  • 1 1 сущ. перо: 1. у птиц – полый стерженек с пушистыми отростками по бокам 2. у стрелы – заострённая металлическая пластинка (оперенье) 2 сущ. короткое женское платье без рукавов

    Azərbaycanca-rusca lüğət / yelək

yelək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. цӀакул, чаквал; 2. нугъ. хьилен кьилихъ жедай гьяркьуь пай (чӀемерукдай ядамаз хьиле яргъаз лув гун патал); 3. нугъ. хилер галачир куьруь ппек.

    Azərbaycanca-ləzgicə lüğəti / yelək

yelək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

1. Lələk. 2. məh. Oxun baş tərəfinin enli hissəsi; oxun pəri. 3. məh. Qolsuz paltar. Dastanda ikinci mənada işlənir. Neylərəm bağçanı, barı olmasa, Neylərəm heyvanı, narı olmasa, Bir igidin dünya varı olmasa, Yeləksiz ox kimi çovar deyərlər.                (“Aşıq Alı və Əsmər xanım”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Xaçmaz, Qax, Quba, Şəki, Zaqatala) bax yeleg. – Otun içindəki yeləkləri yığın (Qax); – Yeləkdən qələm qayrıllar; – Bu qaz yeləyidi (Şəki) II (Axalsxi, İrəvan) qolsuz gödək paltar. – Yeləyini gey, yoxsa üşüyərsən (İrəvan)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yelək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yelək nədir? #yelək sözünün mənası #yelək nə deməkdir? #yelək sözünün izahı #yelək sözünün yazılışı #yelək necə yazılır? #yelək sözünün düzgün yazılışı #yelək leksik mənası #yelək sözünün sinonimi #yelək sözünün yaxın mənalı sözlər #yelək sözünün əks mənası #yelək sözünün etimologiyası #yelək sözünün orfoqrafiyası #yelək rusca #yelək inglisça #yelək fransızca #yelək sözünün istifadəsi #sözlük