yerikləmək sözü azərbaycan dilində

yerikləmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yerikləmək • 92.3077%
  • Yerikləmək • 7.6923%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

yerikləmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Hamiləlik dövründə ağız dadının azması nəticəsində turşu və ya başqa şeylərə ehtiyac hiss etmək. Onun anası yerikləyəndə aslan ətinin kababını yemiş imiş. M.İbrahimov. 2. məc. Bir şeyin həsrətində olmaq, bərk istəmək, həris olmaq. [Koroğlu dedi:] Koroğlu fərmanı mərdi-mərdanə; Dəlilərim yerikləyir al qana. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / yerikləmək

yerikləmək sözünün etimologiyası

  • 1 Mənbələrdə həvəs göstərmək, istəmək kimi açıqlanıb. Yerimək (bətndə dölün tərpənməsi) sözü ilə heç bir əlaqəsi yoxdur, çünki proses (həvəs) tərpənmədən çox-çox qabaq baş verir. Həvəs ərəb sözüdür, görünür, bizdə onun yerinə məhz yerik kəlməsi işlədilib. Güman edirəm ki, buradakı yerik sözü armaq sözü ilə bağlıdır, armaq indi və həvəs mənasını saxlayır: dialeklərdə armaq­lan­maq “həvəs göstərmək”, “arzulamaq” mənasında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yerikləmək

yerikləmək sözünün rus dilinə tərcüməsi

  • 1 вступать в период беременности, когда женщина проявляет пристрастие к кислым вещам

    Azərbaycanca-rusca lüğət / yerikləmək
  • 2 глаг. nəyə 1. испытывать изменение вкусовых ощущуний, ощущать потребность в кислом (о беременных женщинах) 2. перен. испытывать сильное желание чего-л.

    Azərbaycanca-rusca lüğət / yerikləmək

yerikləmək sözünün inglis dilinə tərcüməsi

yerikləmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. аялдик квай (кӀвачел залан) девирда сивин дад квахьунин нетижада дишегьлидиз цурубур ва я мс. рикӀе акуьр вуч хьайитӀани кӀан хьун; 3. пер. вил хьун, цӀигел хьун, гзаф кӀан хьун, къаних хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / yerikləmək

yerikləmək sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Hamiləlik dövründə hamilə qadının turşu və ya başqa şey istəməsi. (“Koroğlu” dastanının lüğəti) Dastanda qanına yerikləmək frazeologizminin tərkibində işlənir və qanına susamaq, kimisə öldürmək istəmək mənasını verir. Bilmirsənmi ki, paşalar sənin qanına yerikləyir. (“Koroğlunun İstanbul səfəri”)                                                                     * Koroğlu fərmanı mərdi-mərdana, Dəlilərim yerikləyir al qana, Qataram şəhərdə tozu dumana, Dəlilərim bu şəhərdə qalıbdı.                                   (“Qulun qaçmağı”)

Azərbaycan dastanlarının leksikası

Oxşar sözlər

#yerikləmək nədir? #yerikləmək sözünün mənası #yerikləmək nə deməkdir? #yerikləmək sözünün izahı #yerikləmək sözünün yazılışı #yerikləmək necə yazılır? #yerikləmək sözünün düzgün yazılışı #yerikləmək leksik mənası #yerikləmək sözünün sinonimi #yerikləmək sözünün yaxın mənalı sözlər #yerikləmək sözünün əks mənası #yerikləmək sözünün etimologiyası #yerikləmək sözünün orfoqrafiyası #yerikləmək rusca #yerikləmək inglisça #yerikləmək fransızca #yerikləmək sözünün istifadəsi #sözlük