* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Atası-anası, yaxud atası və ya anası ölmüş. Yetim uşaq. Atadan yetim qız. – Qürbət içrə fəhləliklə saxlar idi öz başın; Həm vətəndə dul anasın, yetim bacı, qardaşın. A.Səhhət. // İs. mənasında. Yetimə cancan deyən çox olar, çörək verən az. (Ata. sözü). Yetim malına göz dikdiyin nədir daim; Həlal kəsb məgər narəvadır, ey vaiz? S.Ə.Şirvani. Yetimlər məlul-məlul Aslanın əlinə baxdılar. C.Cabbarlı. Bu gün isə Hüseyn artıq arxasız və kimsəsiz bir yetimdir. S.Rəhman. □ Atadan (anadan) yetim – atası (anası) ölmüş. Bu iki uşaq atadan yetim idi … və ataları bunlara bir şey qoymamışdı. S.S.Axundov. 2. məc. Fağır, yazıq, aciz, zavallı, miskin mənasında. [Əsgər:] Bircə deyin görüm, mən yetimin təqsiri nədir? N.Vəzirov. Bu gün görürdüm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, … məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər. C.Məmmədquluzadə. İndi bəlkə mən yetimin də günü ağardı, – deyə, Səməd pıçıldadı. İ.Hüseynov. ◊ Yetim segah – Azərbaycan muğamlarından birinin adı. Fışqırıq çala-çala, dodaqaltı yetim segah oxuya-oxuya malı sahmanladı. Mir Cəlal. Yetimlər evi köhn. – bax yetimxana.
Azərbaycan dilinin izahlı lüğəti / yetim2 ə. valideynlərindən hər ikisi və ya biri ölmuş uşaq.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / yetim1 Ərəblərdən keçib, türk dillərində onun yerinə öksüz kəlməsi işlədilib. Əri olmayan (dul) qadına da öksüz qadın deyiblər. Belə məlum olur ki, ök sözünün bir mənası bəsləyən demək olub. Mənbələrdə öksüz sözü ruscaya “круглая сирота” kimi tərcümə edilib. Deməli, söhbət təkcə ana (“ök”ün bir mənası “ana”dır) ilə məhdudlaşa bilməz. Ögey tarixən ana ilə bağlıdır, qabaq atası olmayana qansıq, anası olmayana isə ögey deyiblər. Ey sözü tərəf deməkdir (yada sal: gün-ey...). Öksüz sözü осиротеть, не идти в рост deməkdir (yüksəlməyən, böyüməyən). Ös (yada sal: əsrə, ərsə) sözü böyümək demək olub, görünür, ök kəlməsi “ös”lə bağlıdır və böyüdən deməkdir. Ögey “ana tərəfdən yetim” mənasını verib, indi isə ata tərəflə də bağlı işlədilir. Özbəklərdə öksüz “anasız” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yetim2 YETİM Yetim qız da, şahzadə oğlan da çıxıb getdi işinin dalınca.. (Elçin); ATA-ANASIZ [Hacı Murad:] Budur on iki ildir ki, ata-anasız yetimi öz oğlum kimi bəsləyib, paltar, çörək verib, bu boya çatdırmışam (S.S.Axundov); ÖKSÜZ Bilməm bu dağlar, bu məhabətli fırtına; Öksüz bu milləti çıxararını o bir yana? (A.Şaiq); SƏĞİR (həddibüluğa çatmamış yetim) Xudayar bəyin qəsdi Zeynəbin və səğirlərin var-yoxuna, puluna və mülkünə sahib olub, Zeynəbi çölə ötürmək idi (C.Məmmədquluzadə).
Azərbaycan dilinin sinonimlər lüğəti / yetim1 YETİM – ATA-ANALI Xeyir, mən bədbəxt təkcə, yetim böyümüşəm (C.Əmirov); Uşaq ata-analı böyüyür.
Azərbaycan dilinin antonimlər lüğəti / yetim2 1 I сущ. сирота: 1. ребёнок или подросток, оставшийся без одного или без обоих родителей. Atadan yetim сирота, оставшийся без отца, anadan yetim сирота, оставшийся без матери, atadananadan yetim круглый (круглая) сирота, yetim böyümək расти сиротой, yetim böyütmək воспитывать, воспитать сироту 2. перен. одинокий, без поддержки (о человеке) II прил. сиротский. Yetim qisməti (taleyi) сиротская доля; yetim qoymaq осиротить, оставить сиротой; yetim qalmaq осиротеть, остаться сиротой; yetim deyiləm я не сирота (т. е. имею какую-л. поддержку), yetimə arxa olmaq быть поддержкой для сирот; yetim uşaq ребёнок-сирота ◊ yetim kimi как сирота, как беспризорный 2 сущ. диал. сорт риса
Azərbaycanca-rusca lüğət / yetim1 I. i. orphan; ~ qalmaq to become* an orphan; ~ olmaq to be* an orphan; O beş yaşında yetim qaldı He / She became an orphan when he / she was five years old II. s. orphan; ~ uşaq orphan child
Azərbaycanca-ingiliscə lüğət / yetim1 is. orphelin m, -e f ; ~ qalmaq rester vi (ê) orphelin, -e ; ~ olmaq être orphelin, -e
Azərbaycanca-fransızca lüğət / yetim1 прил. 1. етим (диде-буба кьведни ва я абурукай сад кьенвай); yetim uşaq етим аял; // сущ. yetimə can-can deyən çox olar, çörək verən az. Ata. sözü етимдиз чан лугьудайбур гзаф, фу гудайбур тӀимил жеда; atadan (anadan) yetim бубадилай (дидедилай) етим, буба ва я диде кьенвай; 2. пер. фагъир, язух, ажуз, заваллу, муьскӀуьн; ** yetim segah Азербайжандин мугъаматрикай садан тӀвар; yetimlər evi куьгьн. кил. yetimxana.
Azərbaycanca-ləzgicə lüğəti / yetimyetim dügi: (Salyan) düyünün bir növü. – Bir girvənkə yetim dügi al ◊ Yetimi çırax (Mingəçevir, Şəki, Zaqatala, Zərdab) – çıraq, şüşəsiz çıraq
Azərbaycan dilinin dialektoloji lüğəti.