Meiji Bulgaria Yogurt
Meiji Bulgaria Yogurt (明治ブルガリアヨーグルト, bolq. Кисело мляко Мейджи България) – Yaponiyanın "Meiji" qida şirkəti tərəfindən istehsal olunan qatıq brendi. Yaponiyadakı qatıq bazarının 30%-ini bu brendin satışları təşkil edir. Qatığın istehsal prosesi Bolqarıstan hökuməti tərəfindən sertifikatlaşdırılmış və rəsmi şəkildə bolqar qatığı brendi kimi tanınmışdır.
== Tarixi ==
1970-ci ildə Yaponiyanın Osaka şəhərində baş tutmuş Expo 1970 tədbiri zamanı "Meiji Dairies" şirkətinin nümayəndələri Bolqarıstan pavilyonunda sərgilənən bolqar qatığı ilə tanış olmuşdurlar. Qatıq plastik çantaya qoyulmuş və laboratoriyaya aparılmışdır. Şirkətin nümayəndələri qatığın nümunələrini əldə etmək üçün üçün bir neçə dəfə Bolqarıstana səfər etmişdirlər. 1971-ci ildə şirkət tərəfindən Yaponiyanın ilk sadə qatıq brendi olan "Meiji Plain Yogurt" təqdim olunmuşdur. Şirkət əvvəlcə qatığın adını "Meiji Bulgaria Yogurt" qoymaq istəsə də, Bolqarıstanın Yaponiyadakı səfirliyi bu ideyaya qarşı çıxmışdır. Məhsul satışa çıxdığı ilk il ərzində yaxşı satılmamışdır (gündə 300 ədəd).