Yohanna sözü azərbaycan dilində

Yohanna

Yazılış

  • Yohanna • 97.0588%
  • yohanna • 2.9412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yohanna
Yohanna Qudrun Yonsdottir (isl. Jóhanna Guðrún Jónsdóttir; 16 oktyabr 1990, Kopenhagen) – müğənni. == Həyatı == Yohanna Qudrun Yonsdottir 16 noyabr 1990-cı ildə Danimarkanın Kopenhagen şəhərində anadan olmuşdur. Yohanna əsasən pop, soul, ballada, pop-rok və akustik musiqi janrlarında ifa edir. Danimarkada anadan olsa da, Yohannanın ailəsi tezliklə İslandiyanın paytaxtı Reykyavikə, oradan da Hafnarfyordur şəhərinə köçür. Artıq 10 yaşında olanda onun ilk albomu işıq üzü görür. 13 yaşınadək daha 2 albom buraxan Yohanna 2009-cu ildə “Is It True?” (“Bu həqiqətdirmi”) adlı mahnıyla İslandiyanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edir və 218 xalla 2-ci olur. 2008-ci ildə Yohannanın “Butterflies and Elvis” (“Kəpənəklər və Elvis” adlı ilk professional albomu işıq üzü görür. Albom İslandiyada böyük rəğbətlə qarşılanır.
Yohanna Bayştayner
Yohanna Bayştayner (alm. Johanna Beisteiner‎; 20 fevral 1976, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — Avstriyalı klassik gitaraçı. == Bioqrafiyası == Yohanna Bayştayner doqquz yaşında Viner Norştatda Yosef Matias Hauverin adına musiqi məktəbində musiqi öyrənməyə başlayır. 1992-ci ildə Vyana Musiqi və Səhnə Sənətləri Universitetinə gitara sinifini bitirir. Bundan əlavə Bayştayner musiqişünaslıq ixtisası üzrə təhsil alır və 2005-ci ildə "Fiqurlu konkisürmə, sinxron üzgüçülük və bədii gimnastikada klassik musiqi" (alm. Kunstmusik in Eiskunstlauf, Synchronschwimmen und rhythmischer Gymnastik‎) adlı doktorluq dissertasiyasını müdafiə edir. Yohanna Bayştayner ilk günlərdən bu günə qədər geniş bir repertuara sahibdir. Xüsusilə bəstəkar Robert Qulya, Ruben Paçe və Eduard Şafranskinin əsərlərinin dünya premyeralarını səsləndirir. Gitaraşı ayrıca öz əsərlərini də bəstələyir və ifa edir. Bayştayner Soçi Simfonik Orkestri, Malta Filarmoniya Orkestri, Macarıstan Radio Simfonik Orkestri, Qraz Kamera Filarmoniyası, Budapeşt Simli Kamera Orkestri və dirijorlar Oleq Soldatov, Mişel Kastelletti, Bela Draxoşom, Axim Golubtin və rəqqas Rafael ramires ilə əməkdaşlıq etmişdir.
Yohanna Donal
Yohanna Donal (alm. Johanna Aloisia Dohnal‎; 14 fevral 1939, Vyana – 20 fevral 2010) — müxtəlif illərdə Vyana Bələdiyyə Şurasının və Vyana Landtağının üzvü, Avstriya Parlamentinin aşağı palatasının üzvü və Avstriyanın üç federal hökumətində federal nazir, siyasətçisi və ictimai xadimi. Avstriyanın qadın məsələləri üzrə ilk federal naziri. == Bioqrafiyası == Yohanna Vyanada anadan olub. İbtidai və orta məktəbdə oxuduğu Penzinqdə nənəsi ilə birgə yaşamışdır. Donal maddi çətinliklər üzündən yeniyetməlik dövründə ali təhsil ala bilmir. 1953-cü ildən bəri "sənaye məmuru" olaraq oxuyur və çalışır. Yohanna Donal 18 yaşında, 19 illik evlilikdən sonra boşanan Franz Donal ilə evlənir. Yohanna Donal iki uşaq dünyaya gətirir - oğlu Robert (1959-2008) və qızı İngrid (1961). 22 yanvar 2010-cu ildə Donal və uzun müddət vətəndaş nikahında olduğu Annemari Aufreyter ilə Avstriyada eynicislilərin nikahlarının qanuni qüvvəyə mindiyi andan bir müddət sonra rəsmi nikah bağlayırlar.
Yohanna Spiri
Yohanna Spiri (12 iyun 1827, Hirzel - 7 iyul 1901, Sürix) - İsveçrə yazıçısı. Ən məşhur əsəri yazdığı "Heydi" uşaq romanıdır. Yayda vaxtının çoxunu Çur, Qrabündün kimi yerlərdə keçirmiş, kitablarında da bu yerləri daxil etmişdir. == Şəxsi həyatı == 1852-ci ildə Bernhard Spiri adlı vəkil ilə evləndi. Sürixdə yaşayarkən İsveçrədəki həyat haqqında əsərlər yazmağa başladı. Yazıçılığa başlamamışdan qabaq adi evdar xanım idi. İlk kitabı "Vroninin Məzarı üzərindəki yarpaqdır, Heydi" olmuş və uğur qazanmışdır. Heydi Alp dağlarında babası ilə yaşayan qızdır və oradakı həyatı öz dili ilə təsvir edir. 1884-cü ildə həm həyat yoldaşı, həm də tək oğlu Bernhard öldülər. 1901-ci ilin 7 iyulunda isə özü vəfat etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.20 dəfə / 1 mln.
2007 ••••••••• 0.21
2008 •••••••••• 0.24
2009 ••••••• 0.16
2010 •••••••••••••••••• 0.45
2011 ••••••• 0.17
2012 •••••••••••••• 0.34
2013 •••••• 0.15
2014 •••••••••••••• 0.34
2015 •••••••••••••• 0.34
2016 •••••••••••••••••••• 0.52
2019 •••••• 0.14

Oxşar sözlər

#yohanna nədir? #yohanna sözünün mənası #yohanna nə deməkdir? #yohanna sözünün izahı #yohanna sözünün yazılışı #yohanna necə yazılır? #yohanna sözünün düzgün yazılışı #yohanna leksik mənası #yohanna sözünün sinonimi #yohanna sözünün yaxın mənalı sözlər #yohanna sözünün əks mənası #yohanna sözünün etimologiyası #yohanna sözünün orfoqrafiyası #yohanna rusca #yohanna inglisça #yohanna fransızca #yohanna sözünün istifadəsi #sözlük