yoldaşı-İmperator sözü azərbaycan dilində

yoldaşı-İmperator

Yazılış

  • yoldaşı-İmperator • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İmperator
İmperator (lat. imperātor — "rəis", "hökmdar", həmçinin "hərbi rəhbər", "sərkərdə") — imperiyanın rəhbəri, monarx, titul. İmperatiça — imperatorun arvadı, yaxud imperiyanı idarə edən qadın hökmdar. == Ədəbiyyat == Некрасов Г. А. Международное признание российского великодержавия в XVIII в. // Феодальная Россия во всемирно-историческом процессе. Сб. статей, посвященный Льву Владимировичу Черепнину. М.: Наука, 1972. С. 381—388; Флоровский А. В. Страница истории русско-австрийских отношений XVIII в. // Там же.
Artabasd (imperator)
Artabasd (yun. Ἀρτάβασδος) (bilinmir – bilinmir) — Bizans imperatoru. == Həyatı == Ailəsi və doğum tarixiylə bağlı məlumat yoxdur. Erməni əsilli bir əsgər olaraq orduya daxil olmuşdur. 713-cü ildə II Anastasi tərəfindən Anadolu birliklərindən birinə təyin edilmişdir. Bu ərəfədə özü kimi ordu generalı olan Leonun qızıyla evlənərək onun imperator III Feodosiyə qarşı üsyanında iştirak etmişdir. Qaynatasının imperatoru devirərək taxta çıxmasının ardından sarayda nüfuz sahibi oldu. Ancaq qaynatası III Leonun ölümündən sonra (18 iyun 741) taxta çıxan qaynı V Konstantin həm yaşca, həm də təcrübə etibarilə ondan kiçik idi. Üstəlik atası kimi ikonomaxiya cərəyanını dəstəkləyən V Konstantin paytaxt əhalisi və kilsə tərəfindən sevilmirdi. Bundan istifadə edən Artabasd imperatorun ərəblər üzərinə çıxdığı səfər əsnasında əmrindəki birliklərlə arxadan hücum edərək onu məğlub etdi.
Feofil (imperator)
Feofil (yun. Θεόφιλος) (813 – 20 yanvar 842, Konstantinopol) — Bizans imperatoru. == Babəklə əlaqələri == Babək Bəzzi itirəndən sonra Bizans ərazisinə gedib çatmağı düşünürdü, çünki Bizans imperatoru ilə çox yazışırdı. Ərəb mənbələrində Babəkin Feofil ilə necə əlaqə saxladığı və Bizansın xürrəmilərə necə təsirli kömək göstərdiyi barəsində məlumat verilir. Ət-Təbəri 837–838-ci illərin hadisələrini şərh edərkən bildirir: "Həmin ildə bizanslıların hakimi Feofil Mixail oğlu Zibatra əhalisinə hücum edərək onları əsir aldı və onların şəhərini talan etdi. Sonra o, sürətlə müsəlman qalalarından keçdi, müsəlman qadınlarını [bəziləri deyirlər ki, onların sayı min nəfərdən çox idi] əsir aldı və əlinə keçən müsəlmanlara işgəncə verdi; o, əsirlərin gözlərini qızmar dəmirlə yandırır, qulaq və burunlarını kəsirdi."Feofilin Xilafət ərazisinə hücumu Bəzzdə mühasirə olunmuş Babək tam çarəsiz vəziyyətdə olduğu barəsində Feofilə məktub yazandan sonra başlamışdı, çünki Babəkin məktubundan sonra ərəblər Bəzzi darmadağın etmişdilər. Ət-Təbəri Bizans qoşunlarının qəflətən hücumunun səbəbini belə də izah edir: "O (Babək), ölümə yaxın olanda, öz gücsüzlüyünü, habelə öz qoşununun gücsüzlüyünü yəqin edəndə, Bizans padşahı Georgi oğlu, Mixail oğlu Feofilə yazıb bildirdi ki, ərəblərin padşahı bütün ordularını, hətta öz dərzisi və aşpazı daxil olmaqla bütün döyüşçülərini onun əleyhinə göndərmişdir, belə ki, onun qapısında (Bizans sərhədində) daha heç kəs qalmamışdır. Buna görə "əgər sən [onun ərazisinə] soxulmaq istəsən, bil ki, heç kəs sənin yolunu tutmayacaq və sənə mane olmayacaqdır". O (Babək), Feofilə məktub göndərərkən belə ümid edirdi ki, bu məktub Bizans padşahını ciddi əməliyyata başlamağa vadar edəcək və bunun nəticəsində o, [özünün] bəzi fəlakətlərindən xilas olacaqdır, çünki Mötəsim onun müqabilində duran qoşunlardan bir hissəsini geri çağırıb bizanslıların padşahına qarşı göndərməyə məcbur olacaqdır, beləliklə də onun başı onunla (Babəklə) deyil, bizanslılarla qarışacaqdır". Babək Feofilin Xilafətə qarşı hücuma keçməsini sürətləndirmək üçün hətta yalan vədlər verməkdən çəkinməmişdi..
Karin (imperator)
Mark Avreli Karin (lat. Marcus Aurelius Carinus), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır (250, bilinmir – iyul 285, Moziya) — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru. Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür.Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı. == İstinadlar == == Xarici keçidlər == "Roman Imperial Coins of Carinus" (ingilis). Wildwinds. İstifadə tarixi: 2014-05-25.
Leonti (imperator)
Leonti (yun. Λεόντιος) (660 – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Əslən erməni olduğu iddia olunan Leonti təxminən 660-cı ildə indiki Konya yaxınlığında dünyaya gəldi. Gənc yaşlarında Bizans ordusuna alındı və sürətlə hərbi karyerasını qurdu. İmperator IV Konstantin dönəmində Anadoludakı hərbi birliklərdən birinə rəhbər təyin edildi. 686-cı ildə imperator II Yustinianın əmriylə Əməvi orduları üzərinə şərqi Anadoluya göndərildi. Qəddar və zülmkarlığı ilə şərqi Anadolu və Gürcü çarlığını ələ keçirən Leonti Qafqaz Albaniyasını da tabeliyi altına aldı. Ancaq Leontinin ikinci səfəri ordudakı slavyanların xəyanəti səbəbilə uğursuz oldu. 692-ci ildə Tokat yaxınlığında baş tutan döyüşdə məğlub olan Leonti Konstantinopola çağırıldı və dərhal həbs edildi. 2 illik həbs həyatının ardından 695-ci ildə bağışlanaraq azad edildi və II Yustinian tərəfindən Anadoludakı hərbi birliklərdən birinə təyin edildi.
Stavrak (imperator)
Stavrak (yun. Σταυράκιος)(775 – 11 yanvar 812, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Bizans imperatoru I Nikeforun yeganə oğludur. Anasının adı bilinmir. 803-cü ildə atası tərəfindən ortaq imperator elan edildi. 20 dekabr 807-ci ildə vaxtilə atasının taxtdan endirdiyi İmperatriça İrinanın qohumu Afinalı Teofanoyla evləndirilmişdir. Atasının Bulqar çarı Krum xana qarşı çıxdığı səfərə qatıldı. Ancaq 26 iyul 811-ci ildə Pliska yaxınlığında baş tutan döyüşdə atası həlak oldu. Özü isə ağır yaralandı və yaralı halda döyüş meydanından qaçırılaraq Hadrianapolisdə (indiki Ədirnə) tələm-tələsik yeganə imperator olaraq taxta çıxarıldı. Ancaq yaraları olduqca ağır idi və bu vəziyyətdə real hakimiyyəti ələ ala bilmirdi.
Tit (imperator)
Titus (30 dekabr 39, Roma – 13 sentyabr 81[…]) — Flavilər sülaləsinə aid, atası Vespasiandan sonra sayca ikinci olan 24 iyun 79-cu ildən ölüm gününə qədər olan Roma imperatorudur. Imperator olduqdan sonra tam adı lat.Titus Caesar divi Vespasiani filius Vespasianus Augustus olmuşdur. İmperatorluğa qədər Tit Yerusəlim məbədinin talan edilib dağıdılması ilə sona yetən yəhudi müharibəsində baş komandan olmuşdur. Bu qələbəsinə görə zəfər yürüşünə və zəfər tağına layiq görülmüşdür. Tit müharibədən əldə etdiyi qənimət hesabına Kolizey in tikintisini sona çatdırır. == Həyatı == Ailənin böyük oğlu olan Tit Vespasianın ailəsində 30 dekabr 39 cu ildə Romada dünyaya gəlmişdir. Tit Flavia Domitilla adında bacıya və Domisian adında bir qardaşa malik olmuşdur. Atası əslən adi bir Sabinalı olub Imperator Klavdinin zamanında cəngavər rütbəsinə layiq görülmüşdür. Klavdi və Neronun saray mühitində tərbiyə aldıqdan sonra Tit hərbi xidmətə Almaniya vä Britaniyada başlayaraq, sonradan kvesterə qədər yuksəlir. Neron atası Vespasianı Fələstinə qiyamçı yəhudilərin üstünə göndərdikdə Tit də onu müşayət edir.
Valerian (imperator)
Publi Avreli Lisini Valeri Valerian (lat. Publius Aurelius Licinius Valerius Valerianus), Roma tarixşünaslığında daha çox Valerian kimi tanınır (200 – 260-cı illər, Bişapur[d], Fars ostanı) — 22 oktyabr 253-cü ildən 260-cı ilin yazına qədər hakimiyyətdə olmuş Roma imperatoru. O, Edessa döyüşü zamanı Sasani şahı I Şapur tərəfindən əsir götürülmüş, əsirlikdə ölmüş yeganə Roma imperatoru olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == "Valerian and Gallienus", at De Imperatoribus Romanis.
Yulian (imperator)
Yulian, Flavius Klavdius (lat. Flavius Claudius Iulianus Augustus; 17 noyabr 331, Konstantinopol – 26 iyun 363, Mesopotamiya) — Roma imperatoru (361-363), neoplatonçu filosof və Xristianlığın tənqidçisi. == Həyatı == Munisipal kuriyaların hüququnu genişləndirmiş, vergiləri azaltmış, dəbdəbəli, cah-cəlallı saray həyatından imtina etmişdi. Onun hakimiyyətə gəlməsindən öncə Xristianlıq dövlət dininə çevrilmişdir. Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını almağa çalışmışdır. O öncə xristian olmuş, ancaq sonra antik inancları qəbul edərək Yamblixin və Efesli Maksimin öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində Dinindən Dönmüş Yulian deyirlər. Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian bütün dinlərin bərabərliyini elan etmişdir.
İmperator Akihito
Akihito (yaponca 明仁; 23 dekabr 1933[…], Tokio İmperator sarayı[d], Kodzimati-ku[d]) — 125-ci Yaponiya imperatoru (Yamato sülaləsindən). Arvadı - Syoda Mitiko (1959-ci ildən). 1989-2019-ci il yanvarın 7-sində taxta çıxmışdır. Hökmdarlıq dövrü Heysey adlanır.
İmperator Avqust
Sezar Avqust (23 sentyabr e.ə. 63, Roma – 19 avqust 14) — Oktavian olaraq tanınan, e.ə. 27 — eramızın 14-cü ilinə qədər hakimiyyətdə olan ilk Roma imperatoru. Roma Prinsipatının (Roma imperiyasının ilk mərhələsi) qurucusu olması onun insanlıq tarixinin ən təsir gücünə malik başçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdi. Avqustun hakimiyyəti Pax Romana adlanan dinclik dövrünün başlanğıcını qoydu. İmperiyanın ərazisini genişləndirmək uğrunda sərhədlərdə davam edən işğallara və 4 fərqli imperator tərəfindən idarə olunması ilə nəticələnən bir illik vətəndaş müharibəsinə baxmayaraq, romalılar iki əsrdən çox genişmiqyaslı münaqişələrdən uzaq qaldı. Əsl adı Qay Oktavi olan Avqust pleybeylərin ekvit qoluna mənsub köklü və varlı bir ailədə dünyaya göz açdı. Anasının dayısı Qay Yuli Sezar e.ə. 44-cü ildə qətlə yetirildi və Sezarın vəsiyyətinə əsasən, Avqust onun oğulluğu və varisi elan olundu; beləcə, Sezarın adı, mal-mülkü və legionları ona miras qaldı. Avqust, Mark Antoni və Markus Lepid Sezarın qatillərini məğlub etmək üçün İkinci Triumvirat qurdular.
İmperator Cimmu
İmperator Cimmu (13 fevral e.ə. 711 – ən tezi 11 mart e.ə. 585 və ən geci 9 aprel e.ə. 585, Kasixara[d], Nara prefekturası) — Yapon ənənəsinə əsasən Yaponiyanın ilk imperatoru. Adətən hakimiyyətə başladığı il E.ə. 660-cı il kimi qəbul edilir. Mifoloji inanca görə o, Yapon tanrısı Uqayafukiaezu və ilahə Tamayori-bimenin övladıdır. Hakimiyyətə başladığı 11 fevral günü Yaponiyada Milli Bünövrə Günü kimi qeyd olunur.
İmperator Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 Kioto – 30 iyul 1912 Tokio) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
İmperator Murakami
İmperator Murakami (14 iyul 926, Heyan-kyo[d] – 5 iyul 967, Heyan-kyo[d]) — 62-ci Yaponiya imperatoru. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == 「新编 日本史 辞典」 (Yapon tarixinin Lüğəti) / 京 大 日本史 辞典 编纂 会. - 东京:. 东京 创 元 社, 1994 - P.1057-1058. 「歴 代 天皇 全 史 - 万 世 一 系 を 彩る 君臨 の 血脈」 (歴史 群像 シリーズ (69)) (Yaponiya imperatorları bütün tarixi -. Monarchical ailə ağac davamlı line Series "Tarixi portretləri"). - 东京: 学 研, 2003. Rubel VA Yapon mədəniyyəti:. Ənənəvi ictimai və dövlət - Kiyev "Aquilon-Press", 1997.
İmperator Norton
Coşua Abraham Norton (ing. Joshua Abraham Norton; təxminən 1819–8 yanvar, 1880) — ABŞ sakini, 1859-cu ildə özünü "Birləşmiş Ştatların İmperatoru və Meksikanın Protektoru" elan edib və özünə Əlahəzrət Birləşmiş Ştatların İmperatoru Norton I və Meksika Protektoru titulunu götürüb. San-Fransisko şəhərində öz valyutasını buraxmış, hətta dollarları bir neçə restoran tərəfindən qəbul edilmişdir. 1870-ci ildə keçirilmiş siyahıalmada isə peşəsi "imperator" olaraq göstərilmiş və "dəli" olduğu qeyd olunmuşdur. == Mənbə == Radio-epizod Dissoving Parties Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine и Royal Wardrobe Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine из прокламаций императора Нортона I , 1862–69. California Legacy Project. Radio-epizod Norton Imperator Arxivləşdirilib 2012-02-02 at the Wayback Machine a tribute poem by Dr. George Chismore,1880. California Legacy Project.
İmperator Tamarin
İmperator Tamarin (Saguinus imperator) — olaraq bilinən bu növün adı, iddialara görə əslində Alman imperatoru II Vilhelm məsxərəyə qoymaq üçün qoyulmuşdur. Bəzi qaynaqlar isə bu adın Çin imperatorlarına göndərmə olaraq qoyulduğunu iləri sürürlər . Ancaq "imperator" kəliməsi, həqiqətən də növün elmi adı olaraq qeydlərə keçmişdir. == Yaşadığı ərazi == Peru'nun şərqində, Amazon bölgəsində yaşayan İmperator Tamarin'i Bolivya və Brazilya'nın bəzi əyalətlərində də görülmüşdür. Meşələrdə ağaclar üzərində yaşayaraq çeşidli bitkilər, bitki nektarları və böcəklərlə bəslənirlər. Pəncələri və əlləri cisimləri tutmaq və saxlamaq mövzusunda püxtələşəcək şəkildə təkamülləşmişlər. Məsələn pəncələri sayəsində bitki gövdələrini parçalayaraq içlərindən çıxan saqqızı yeyebilirlər . == Fiziki quruluşu == Normalda tükləri çoğunluqla bozdur, Sinəsinde ise sarı bənəklər görülə bilər. Əlləri və ayaqları qara, quyruğu isə qəhvəyidir. Onu maraqlı edən isə dişiləri çəkmək üçün istifadə etdiyi və olduqça maraqlı quruluşda olan "saqqal" ve "bığ"larıdır.
İmperator dağlaləsi
İmperator iynəcə
İmperator iynəcə (lat. Anax imperator) — İynəcələr dəstəsinə, Cırcımalar fəsiləsinə aid növ. == Təsviri == İri ölçülü iynəcə növünə aid olub bədəninin uzunluğu 62–82 mm təşkil edir. Erkək fədlər mavi, dişi fərdlər isə yaşıl rəngdə olur. Bədənin üst hissəsində çıxıntılı uzun qara zolaq gedir. İri mavi-yaşıl rəngli gözləri var. Qanad arakəsməsi ikirəngli olub boz-ağ çalardadır. == Yayılması == Qusar, Lənkəran, Masallı rayonlarının ərazisində, Mingəçevir və Varvara su anbarlarının ətraf ərazilərində, Araz su anbarı ətrafı ərazilərdə yayılmışdır. == Həyat tərzi == Su və sahil bitkiləri ilə zəngin olan durğun sututarlarında: Su snbarları, kanallar və şirinsulu göllərdə və onların yaxınlıqlarında yaşayırlar. Az saylı olması ilə səciyəvidir.
İmperator laləsi
İmperator pinqvini
İmperator pinqvini (lat. Aptenodytes forsteri) — hazırda dünyada mövcud olan pinqvin növləri arasında çəki və boy baxımından ən irisi olan pinqvin növü. Yetkin sərdin orta boyu 122 sm, çəkisi isə 22 və 45 kq arasında dəyişir. Başı və arxa hissəsi qara, qarın nahiyyəsi isə ağdır. Digər pinqvinləri kimi imperator pinqvinləridə uça bilmirlər. Kral pinqvini ilə birlikdə İmperator pinqvinləri cinsinə daxildilər. Latın adı alman alimi İqonn Fosterin (1729–1798) şərəfinə adlandırılmışdır. == Xarici görünüş == Erkəklər 130 sm hündürlüyə və ortalama olaraq 35–40 kq olur. Bəzən çəkisi 50 kq olan fərdlərə rast gəlinir. Dişilər 114 sm boya, 32 kq çəkiyə malik olur.
İmperator pinqvinləri
İmperator pinqvini və ya Böyük pinqvinlər (lat. Aptenodytes) — pinqvinlər fəsiləsinə daxil olan quş cinsi. Elmi adı yunancadan tərcümədə "qanadsız üzənlər" mənasını verir. Bu cinsə daxil olan növlər dünyada daha çox tanınır. İmperator pinqvinləri eyni fəsiləyə daxil digər cinslərdən tam fərqlənir. Onlar çəki və boy baxımından iri olur və yuva qurmurlar. Onlar yumurtanı ayaqları üzərində qarının sallanan dərisi altında saxlayırlar. == Təkamül == İmperator pinqvinlərinə daxil olan növlərin DNK analizlərinin aparılması onu göstərmişdir ki, onların yaşı 40 miluon il öncəyə gedir. Bu cinsə daxil olan və Yeni Zelandiya ərazisində yayılan Ridqen pinqvini (Aptenodytes ridgeni) pliosen dövründə yaşamışdır == Növləri == Cinsə üç növ daxil edilsə də yalnız iki növ günümüzdə yaşayır: İmperator pinqvini (Aptenodytes forsteri) və nisbətən kiçik olan kral pinqvini (Aptenodytes patagonicus). == Ədəbiyyat == Е.А. Коблик.
Postum (imperator)
Markus Cassianius Latinius Postumus (III əsr, Qalliya – 269, Mayns) Roma imperiyasının qərbində imperator Qallienusa qarşı hakimiyyəti ələ keçirmiş komandir idi və Qalliya İmperiyası kimi də tanınan qısa ömürlü İmperatorluğun qurucusu olmuşdur. Postumus eramızın 260-cı ildən eramızın 269-cu ilinə qədər Qalliya İmperiyasının başında duraraq hökmranlıq etmişdir. == Ədəbiyyat == John F. Drinkwater: The Gallic empire. Separatism and continuity in the North-Western provinces of the Roman empire A.D. 260–274 (= Historia Einzelschriften. Band 52). Steiner, Stuttgart 1987, ISBN 3-515-04806-5. Ingemar König: Die gallischen Usurpatoren von Postumus bis Tetricus (= Vestigia. Band 31). C.H.Beck, München 1981, ISBN 3-406-04801-3.
Sonuncu imperator
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur. == Süjet == Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır.
Beş yaxşı imperator
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
III Tiberi (imperator)
III Tiberi (yun. Τιβέριος)(VII əsr – 15 fevral 706, Konstantinopol) — Bizans imperatoru. == Həyatı == Haqqında yetərli məlumat yoxdur. 698-ci ildə imperator Leontinin şimali Afrikaya göndərdiyi donanmada xidmət etdiyi, əslən alman olduğu bilinir. Bu yürüşdə məğlub olan Bizans donanması Konstantinopola geri dönərkən, Tiberinin rəhbərliyi altında Krit adası yaxınlığında üsyan etdi. Hələ yolda ikən onu imperator elan etdilər və paytaxtdakı dəstəkçilərinin də köməyilə döyüşmədən Konstantinopola daxil oldular. Ələ keçirilən imperator Leontinin burnu və dili kəsilərək paytaxtda bir kilsəyə həbs olundu. Hakimiyyəti ələ aldıqdan sonra şərqi Anadoludakı ərəb nüfuzunun azalmasıyla məşğul oldu. 700-cü ildə göndərdiyi orduyla bölgəni yenidən Bizans hakimiyyətinə qatdı. Sərhəd bölgələrindəki qalaları təhkim etdirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

Oxşar sözlər

#yoldaşı-imperator nədir? #yoldaşı-imperator sözünün mənası #yoldaşı-imperator nə deməkdir? #yoldaşı-imperator sözünün izahı #yoldaşı-imperator sözünün yazılışı #yoldaşı-imperator necə yazılır? #yoldaşı-imperator sözünün düzgün yazılışı #yoldaşı-imperator leksik mənası #yoldaşı-imperator sözünün sinonimi #yoldaşı-imperator sözünün yaxın mənalı sözlər #yoldaşı-imperator sözünün əks mənası #yoldaşı-imperator sözünün etimologiyası #yoldaşı-imperator sözünün orfoqrafiyası #yoldaşı-imperator rusca #yoldaşı-imperator inglisça #yoldaşı-imperator fransızca #yoldaşı-imperator sözünün istifadəsi #sözlük