Fəaliyyət yoluyla təbliğat
Fəaliyyət Yoluyla Təbliğat və ya Fəaliyyətin Təbliği (ingiliscə "propaganda by the deed", fransızca " propagande par le fait") başqalarına nümunə olmaq və inqilab üçün katalizator olmaq məqsədi daşıyan konkret siyasi birbaşa fəaliyyətdir. Anarxizmin bağrından çıxmış və daha sonra başqa radikallar tərəfindən mənimsənmişdir.
Bu, ilk növbədə, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində üsyankar anarxizm tərəfdarları tərəfindən törədilən zorakılıq aktları, o cümlədən hakim sinfə yönəlmiş bombalamalar və sui-qəsdlərlə əlaqələndirilir, həm də zorakı olmayan tətbiqlərə malikdir. Bu əməllər dövlətin hər şeyə qadir olmadığını nümayiş etdirməklə və məzlumlara ümid verməklə xalqda "üsyan ruhunu" alovlandırmaq, həmçinin dövlətin reaksiyasında daha da repressivləşdikcə anarxist hərəkatlara dəstəyi genişləndirmək məqsədi daşıyırdı. 1881-ci ildə London Beynəlxalq Anarxist Konqresi bu taktikanı təsdiqlədi.
== Görkəmli fəaliyyətlər ==
4 aprel 1866-cı il – Dmitri Karakozov Sankt-Peterburqdakı Yay bağının qapısında Rusiya çarı II Aleksanda uğursuz sui-qəsdə cəhd edir. Çar Yay bağını tərk edərkən, Dmitri silahından atəşaçmaq üçün irəli atılır. Lakin bu cəhdin qarşısı kəndli əsilli papaqçı şagirdi Osip Komissarov tərəfindən alınır və o, atəş açmağa az qalmış Karakozovun dirsəyini sıxır.
11 may 1878-ci il — Maks Hodel Almaniyada Kayzer I Vilhelmə sui-qəsd cəhdi edir . Onun monarxı güllələmək üçün etdiyi iki cəhd də uğursuzluğa düçar olur və o, avqustun 15-də tutulur və başı kəsilərək edam edilir.