yormaq sözü azərbaycan dilində

yormaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yormaq • 94.6429%
  • Yormaq • 3.5714%
  • YORMAQ • 1.7857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••••• 0.79
2004 •• 0.34
2005 •••••••• 1.35
2006 •• 0.23
2009 •• 0.32
2010 •••• 0.54
2011 0.09
2012 •• 0.26
2013 •• 0.29
2014 •••• 0.51
2015 0.17
2016 •• 0.17
2017 0.16

yormaq sözünün leksik mənası və izahı

  • 1 bax yozmaq. Günəş də Qəhrəmanın yuxusunu yorurdu. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / yormaq
  • 2 f. Yorulmasına səbəb olmaq, taqətdən salmaq, tabsız etmək; üzmək. Atı yormaq. Uşağı çoxlu tapşırıqla yormaq olmaz. Bu iş məni yordu. Yol adamı yorur. – Kinli paşalara meydan oxuyan; Çox köhlənlər yoran qoç Koroğludur. “Koroğlu”. Məhəmmədhəsən əmi eşşəyi heç kəsə verməzdi ki, bir yana aparıb heyvanı yorsunlar. C.Məmmədquluzadə. □ Yol yormaq – çox gedib-gəlmək. [Çarvadar:] Ə, bu yolu yorduğun bəs deyil? S.Rəhimov. Özünü yormaq məc. – boş yerə əlləşmək, əbəs çalışmaq. Özünü yorma, bundan heç bir şey çıxmayacaqdır. // Gərgin zəhmət tələb edən bir işdə üstün gəlmək. Nərddə o məni yordu.

    Azərbaycan dilinin izahlı lüğəti / yormaq

yormaq sözünün etimologiyası

  • 1 Yerimək kəlməsi ilə qohumdur. Canlı varlıqlar çox yeridikdə, hərəkət et­dikdə yorulur. Deməli, yorulmaq yeriməyin (hərəkətin) nəticəsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yormaq

yormaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 YORMAQ [Balağa:] Səni bərk yorduq, zərəri yoxdur, bunun sənə faydası var (H.Abbaszadə); ƏLDƏN SALMAQ Qəndab: Əmim mənə çox baxıb, çox düşündükdən sonra birdən dilləndi: – Səni əldən salan kitabdır. bir də gecənin yarısına qədər nağıl danışmaq (B.Bayramov); GÜCDƏN SALMAQ, TABDAN SALMAQ, TAQƏTDƏN SALMAQ, ÜZMƏK.

    Azərbaycan dilinin sinonimlər lüğəti / yormaq

yormaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. томить, утомлять, переутомлять, переутомить, измаять, измучить, выбить из сил; 2. надоедать, докучать;

    Azərbaycanca-rusca lüğət / yormaq
  • 2 глаг. kimi, nəyi 1. томить, утомлять, утомить, изнурять, изнурить, доводить, довести до усталости. Ağır işlə yormaq kimi утомить кого тяжёлой работой, bu iş məni yordu эта работа утомила меня 2. превосходить, превзойти в выдержке, в настойчивости, силе победить в чём-л., требующем напряжения кого

    Azərbaycanca-rusca lüğət / yormaq

yormaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to tire (d.), to weary (d.); to fatigue (d.); gözlərini ~ to tire one’s eyes; bir kəsi boş danışıqla ~ to weary smb. with idle talk / chatter

    Azərbaycanca-ingiliscə lüğət / yormaq

yormaq sözünün fransız dilinə tərcüməsi

yormaq sözünün ləzgi dilinə tərcüməsi

  • 2 гл. галудун, галатуниз себеб хьун, такьатдай авудун; юргъунрун, пелешрун; atı yormaq балкӀан галудун; yol adamı yorur рекьи инсан галудда; özünü yormaq пер. жува-жув галудун (юргъунрун), гзаф алахъун.

    Azərbaycanca-ləzgicə lüğəti / yormaq

yormaq sözünün türk dilinə tərcüməsi

"yormaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yormaq nədir? #yormaq sözünün mənası #yormaq nə deməkdir? #yormaq sözünün izahı #yormaq sözünün yazılışı #yormaq necə yazılır? #yormaq sözünün düzgün yazılışı #yormaq leksik mənası #yormaq sözünün sinonimi #yormaq sözünün yaxın mənalı sözlər #yormaq sözünün əks mənası #yormaq sözünün etimologiyası #yormaq sözünün orfoqrafiyası #yormaq rusca #yormaq inglisça #yormaq fransızca #yormaq sözünün istifadəsi #sözlük