yoxsul sözü azərbaycan dilində

yoxsul

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yoxsul • 93.2054%
  • Yoxsul • 6.5643%
  • YOXSUL • 0.2303%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəlsəfənin yoxsulluğu
«Fəlsəfənin yoxsulluğu. M.Prudonun “Yoxsulluq fəlsəfəsi”nə cavab» (alm. Das Elend der Philosophie. Antwort auf Proudhons „Philosophie des Elends“‎) — Karl Marksın əsəri. == Tarixi == Əsər 1847-ci ilin əvvəlində Pyer-Jozef Prudonun "İqtisadi ziddiyyətlər sistemi və ya yoxsulluğun fəlsəfəsi" (Système des contraditions économiques ou Philosophie de la misère, 1847) kitabının tənqidi kimi yazılmışdır. İyulun əvvəlində Parisdə Frank və Brüsseldə Foqler tərəfindən fransız dilində nəşr edilmişdir. Marksın sağlığında əsər yenidən çap olunmamışdır. İlk dəfə 1885-ci ildə Ştutqartda alman dilində nəşr edilmişdir. 1848-ci ildə “Fəlsəfənin yoxsulluğu”nu Rusiyaya idxal etmək üçün senzuradan icazə alınmışdır. Essenin mövzusu olan senzura Rusiyaya şamil edilməmişdir və “kifayət qədər mücərrəd fərziyyələri” təmsil edirdi.
Yoxsulların toyu
"Yoxsulların toyu" — azərbaycanlı rəssam Əzim Əzimzadənin 1931-ci ildə çəkdiyi rəsm əsəri == Poçt markası üzərində == 2007-ci ilin iyun ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Əzim Əzimzadəyə həsr olunmuş 2 poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 10000 ədəd olan həmin markalardan biri "Yoxsulların toyu" adlı rəsm əsərinə həsr olunmuşdur.
Yoxsulluq
Yoxsulluq və ya kasıblıq — gündəlik əsas ehtiyacların hamısını və ya bir qismini qarşılamaq üçün kifayət qədər gəliri olmayan vəziyyətdir. Xüsusilə, qida, içki, sığınacaq və geyim kimi əsas ehtiyaclara çətinlik çəkmək imkanı və ya çatışmazlığı yoxsulluq kimi müəyyən edilə bilər. Ancaq bəzi inkişaf etmiş ölkələrdə yoxsulluq standartları dəyişikdir.
Çoxölçülü Yoxsulluq İndeksi
Çoxölçülü Yoxsulluq İndeksi, ÇYİ, ing. Multidimensional Poverty Index-MPI) – BMT-nin İnkişaf proqramı çərçivəsində dünya ölkələrində yoxsulluğun səviyyəsini müəyyən etmək üçün 2010-cu ildə Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü mərkəzi tərəfindən hazırlanmış göstərici. Bu, indeksin əsas məqsədi fərdin təkcə maddi-iqtisadi cəhətcə deyil, digər göstəricilər üzrə yoxsul olmasını göstərməkdir. Onun İnsan İnkişafı İndeksindən (İİİ) əsas fərqi ondan ibarətdir ki, İİİ fərdin nələrə malik olduğunu, ÇYİ isə fərdin nələrdən məhrum olduğunu göstərir. == Tarixi == ÇYİ BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksinin nəşr olunmasının 20 illiyinə həsr olunaraq yaradılmış, yoxsulluğun ənənəvi gəlirə əsaslan ölçü metodologiyasından fərqli bir metodologiya ilə yoxsulluğu ölçmək üçün bu proqrama daxil edilmişdir. Yaradıcısı Oksford Universitetinin professoru Ceyms Foster hesab olunur. == İstifadə olunan göstəricilər == ÇYİ 3 ölçü istiqaməti (dimensions) və 10 göstəriciyə əsasən hesablanır: Təhsil (hər bir göstərici 1/6 nisbətdə götürülür) Təhsil alma illəri: ev təsərrüfatı üzvlərindən heç biri məktəbdə 5 il oxumayıbsa, məhrum olmuş hesab olnurlar. Uşaqların cəlb olunması: məktəb yaşına çatmış hər-hansısa bir uşaq 1-8-ci siniflərdə məktəbə getmirsə, məhrum olmuş hesab olunurlar. Sağlamlıq (hər bir göstərici 1/6 nisbətdə götürülür) Uşaq ölümü: uşaqlardan biri belə ölərsə, məhrum olmuş hesab olunurlar. Qidalanma: hər hansısa bir böyüyün və ya uşağın zəif qidalanması haqqında məlumat varsa, məhrum olmuş hesab olunurlar.
İngiltərədə yoxsullar haqqında qanunlar
İngiltərədə yoxsullar haqqında qanunlar — İngiltərə və Uelsdə 1587–1598-ci illərdə son orta əsrlər və Tudor dövrünün qanunlarının kodifikasiyası əsasında inkişaf etdirilən yoxsul relyef sistemi idi. Sistem İkinci Dünya Müharibəsindən sonra müasir rifah dövləti yaranana qədər davam etdi. İngilis Yoxsul Qanunu qanunvericiliyinin 1536-cı ilə qədər izlənilməsi mümkündür, qanunvericilik zəif kasıblarla məşğul olmaq üçün qəbul edildiyi zaman, baxmayaraq ki, çox əvvəllər Plantagenet qanunları avaraların və dilənçilərin səbəb olduğu problemlərlə məşğul idi. İngiltərə və Uelsdəki Yoxsullar Qanununun tarixi adətən iki qanuna bölünür: I Yelizaveta (1558–1603) dövründə qəbul edilmiş Köhnə Yoxsullar Qanunu və 1834-cü ildə qəbul edilmiş, yoxsulların yardım sistemini əhəmiyyətli dərəcədə dəyişdirən Yeni Yoxsul Qanun. Yeni Yoxsullar Qanunu yerli kilsə səviyyəsində təsadüfi idarə olunan sistemi zəif hüquq ittifaqları tərəfindən işçi evlərinin genişmiqyaslı inkişafını təşviq edən yüksək mərkəzləşdirilmiş sistemə dəyişdirdi. Liberal rifah islahatlarının tətbiqi və dost cəmiyyətlər və həmkarlar ittifaqlarının digər yardım mənbələrinin mövcudluğu, eləcə də Yoxsul Hüquq sistemindən yan keçən mərhələli islahatlar kimi amillər səbəbindən Yoxsul Hüquq sistemi 20-ci əsrin əvvəllərində tənəzzülə uğradı. Yoxsul Qanun sistemi 1948-ci il Milli Yardım Aktına qədər rəsmi olaraq ləğv edilmədi, qanunun bəzi hissələri 1967-ci ilə qədər kitablarda qaldı. == Tarixi == === Orta əsrlərin kasıb qanunları === Ən erkən orta əsr Yoxsullar Qanunu 18 iyun 1349-cu ildə İngiltərə Kralı III Edvard tərəfindən verilmiş və 1350-ci ildə yenidən işlənmiş İşçilərin Sərəncamı idi. Sərəncam 1348–1350-ci illərdə İngiltərədə baş vermiş Qara Ölümün yayılmasına cavab olaraq verilmişdir, o zaman əhalinin təxminən 30–40%-i ölmüşdür. Əhalinin azalması Britaniyanın kənd təsərrüfatı iqtisadiyyatında sağ qalan işçilərə böyük tələbat qoydu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.90 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 34.26
2003 ••• 3.54
2004 •••••• 9.43
2005 ••••••••••••••• 24.97
2006 ••••••••••• 18.47
2007 •••••••• 13.53
2008 ••••••• 10.96
2009 •••••••• 12.32
2010 •••••• 10.26
2011 ••••• 7.81
2012 ••••• 7.57
2013 ••••••• 10.79
2014 ••••• 8.07
2015 ••• 4.59
2016 •••• 5.21
2017 •••• 6.18
2018 •••• 5.24
2019 ••• 3.76
2020 ••••••• 11.14

yoxsul sözünün leksik mənası və izahı

  • 1 1. is. Yaşamaq üçün kifayət qədər vəsaiti, imkanı olmayan, ehtiyac içində olan adam; kasıb, möhtac. Var bu kənddə yenə elə yoxsullar; Nə cütü var, nə kotanı, nə kəli. A.Səhhət. [Almaz:] Biz istəyirik ki, kəndimizdə yoxsul qalmasın. Bütün yoxsullar varlansın… C.Cabbarlı. [Zeynəb deyir:] Xeyr, yoxsullar iclasında keçibdir, gərək otaqları boşaldasan. Qantəmir. // Sif. mənasında. Yoxsul kəndlilər. Yoxsul adam. Əhalinin yoxsul təbəqəsi. – Mirbalayev yoxsul bir kəndlinin oğlu idi. M.Hüseyn. 2. sif. Miskin, kasıb, bəzəyi-düzəyi olmayan, çox sadə. İçərişəhərdə qaranlıq, dar bir dalanda kiçik bir otaq tutub anamla yoxsul həyat keçirirdik. A.Şaiq. // Bir şeyi çatışmayan, ya az olan; nöqsanlı, çox məhdud. Ağıldan yoxsul. – [Nizami:] Bu torpağın oğulları hər şeydən yoxsul olsalar da, namusdan yoxsul deyildir! M.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti / yoxsul

yoxsul sözünün etimologiyası

  • 1 1. Kök “yox”dur, -su feil düzəlib (Anadolu türklərində yox-su-maq feili var), qax-sı-maq qəlibi üzrə yaranıb. Yoxsul isə həmin feildən düzəlmiş sifətdir. 2. Mən­­bələrdə yoxsuz kimi də qeydə alınıb. Sinonimi çığay (kasıb) sözü olub. “Бед­ность” anlamında yoxsuzluq sözü işlədilib. Qəribə burasıdır ki, yox sözü ilə -suz şəkilçisi birləşəndə müsbət məna alnmalıdır. Çünki iki mənfi mənalı element birləşib müsbət məna verir (müqayisə et: pis deyil, yəni yaxşıdır). Bu baxımdan yoxsuz da, əslində, varlı kimi başa düşülməlidir. Türk dillərində -sal(-sel) şəkilçisi –lı4 şəkilçisinin sinonimidir. Deməli, yoxsul sözü, əslində, yoxsel kimi olub. -lı4 şəkilçisi qoşulduğu sözün mənasına çoxluq əlaməti gətirir: sulu, yəni suyu çox olan, yoxsul da bu baxımdan “kasıblığın çox olan” kimi başa düşülməlidir. Mənbələrdə sözün həm də yoxsuz kimi qeydə alınmasını təhrif kimi qəbul etmək daha inandırıcı olar (yoxsel kəlməsi təhrif nəticəsində yoxsuz olub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yoxsul

yoxsul sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 kasıb — möhtac — fağır

    Azərbaycan dilinin sinonimlər lüğəti / yoxsul
  • 3 YOXSUL Çərkəz yoxsul bir adam idi (M.Hüseyn); AC (məc., dan.) [Mərdan:] ...Mən qızımı elə aclara verə bilmərəm (A.Şaiq); AYAQYALIN (məc.) Bir də görürsən getdi.. əsil-nəcabəti, adı-sanı bilinməyən bir ayaqyalının qızını aldı gətirdi evinə (Əfqan); BİÇİZ (köhn.) Sonra şah üzün hərəmlərə tutub xitab elədi: – Mən əfradi-nasdən bir fağır və biçiz kimsəyəm (M.F.Axundzadə); BİNƏVA Yadə salın soyuqda yatan binəvaları (M.Ə.Möcüz); ÇILPAQ (məc., dan.) Leyla: Xalq acdır, çılpaqlar, yemək axtarır (M.S.Ordubadi); DƏRVİŞ (məc.) Kərimxan: Nə rəhmət olacaq, dərvişin olanından (M.İbrahimov); FAĞIR/FƏQİR Məşğuldular buxarı kənarında işrətə; Əmma fəqirlər soyuq evlərdə titriri (M.Ə.Möcüz); GƏDA (köhn.) Şah ola, gəda ola, divanə, ya əhli nizam; Etməmiş məqsudinə aləmdə heç ərbabi-nam (M.V.Vidadi); KASIB Xosrov: Kasıbı isə kasıb olduğuna görə hər addım başı söyür, təhqir edirlər, ona alçaq nəzərlə baxırlar (M.İbrahimov); KASIB-KUSUB (yoxsullar) Əmiraslan ağa: O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış dəstədir (S.S.Axundov); QARNIAÇIQ (məc., təhqir kimi işlədilir) Hatəmxan: Bab olmayan bir qarnıaçıqla qohum olmaq mənim işim deyildir (S.Rəhimov); LÜT (məc.) Getdi əldən qızıllarım, getdi; Lütəm artıq bütün varım getdi (S.Rüstəm); LÜT-MÜT (məc.) Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım! (C.Məmmədquluzadə); YOLUQ (məc.) Yoluğun nəyi var, şuluğa nə versin? (Ata. sözü); TAVANASIZ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / yoxsul

yoxsul sözünün antonimləri (əks mənalı sözlər)

yoxsul sözünün rus dilinə tərcüməsi

  • 1 1. неимущий, несостоятельный, нуждающийся, бедный, убогий; 2. скудный; 3. бедняк;

    Azərbaycanca-rusca lüğət / yoxsul
  • 2 I прил. бедный: 1. неимущий, не имеющий достаточных средств к существованию (о человеке). O, yoxsul deyildi он не был бедным, o, yoxsul kəndli ailəsində anadan olmuşdur он родился в бедной крестьянской семье 2. нищенский, небогатый, убогий, скудный (о предметах, вещах и т.п., отличающихся бедностью, убожеством). Yoxsul süfrə бедный стол, yoxsul kənd бедное село, yoxsul təsərrüfat бедное хозяйство II сущ. бедняк III нареч. бедно. Yoxsul dolanmaq бедно жить; yoxsul düşmək обеднеть, обнищать

    Azərbaycanca-rusca lüğət / yoxsul

yoxsul sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. poor man*; (kəndli) poor peasant; ~lar the poor; the needy; ~lara kömək üçün pul money to help the needy / the poor II. s. poor, needy; ~ adam a poor man*; ~ ailə a needy family III. s. poorly; ~ yaşamaq to live poorly; ~ geyinmiş poorly clad / dressed

    Azərbaycanca-ingiliscə lüğət / yoxsul

yoxsul sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. pauvre m, indigent m ; sans-lesou m ; ~lara kömək aide pour les nécessiteux ; 2) sif. pauvre, déshérité, -e, nécessiteu//x, -se ; 3) zərf. pauvrement ; ~ geyinmiş pauvrement vêtu, -e

    Azərbaycanca-fransızca lüğət / yoxsul

yoxsul sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. прил. 1. юхсул, кесиб, мугьтеж (кас); yoxsul adam юхсул кас; 2. кесиб, муьскӀуьн; ağıldan yoxsul акьулдикай кесиб, акьулдикай кими (кьери).

    Azərbaycanca-ləzgicə lüğəti / yoxsul

yoxsul sözünün türk dilinə tərcüməsi

"yoxsul" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yoxsul nədir? #yoxsul sözünün mənası #yoxsul nə deməkdir? #yoxsul sözünün izahı #yoxsul sözünün yazılışı #yoxsul necə yazılır? #yoxsul sözünün düzgün yazılışı #yoxsul leksik mənası #yoxsul sözünün sinonimi #yoxsul sözünün yaxın mənalı sözlər #yoxsul sözünün əks mənası #yoxsul sözünün etimologiyası #yoxsul sözünün orfoqrafiyası #yoxsul rusca #yoxsul inglisça #yoxsul fransızca #yoxsul sözünün istifadəsi #sözlük