Yunanıstanda sözü azərbaycan dilində

Yunanıstanda

Yazılış

  • Yunanıstanda • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yunanıstanda azərbaycanlılar
Yunanıstan azərbaycanlıları — tarixi Azərbaycandan kənarda yaşayan etnik azərbaycanlıların təşkil etdiyi Azərbaycan diasporunun Yunanıstanda yaşayan hissəsinin adı. == Say == DAK-ın 2006-cı ildə yaımladığı məlumata əsasən Yunanıstandakı Azərbaycan diasporunun sayı 13 min nəfərdir. 10–24 may 2011-ci il siyahıyaalınmasına əsasən bu ölkədə rəsmən qeydiyyatda olan (de-yuri) Azərbaycan vətəndaşlarının sayı 126 nəfərdir.
Yunanıstanda cinayət
Yunanıstanda cinayətlə mübarizə Yunanıstan Polisi və digər qurumlar tərəfindən aparılır. 20-ci əsrin çox hissəsi üçün təhlükəsizlik qüvvələri, əsl cinayətə diqqət etmək əvəzinə, solçu siyasi baxışları olan insanları təqib etmək üçün vaxtlarını sərf etdikləri üçün tənqid olunurdu. Yunanıstanda cinayət nisbəti tarixən Qərbi Avropada ən aşağı səviyyədə olmuş və davam etməkdədir. 1980-ci ildə, Yunanıstan Polis Rəisi Nikon Arkoudeas (Νίκων Αρκουδέας), mütəşəkkil cinayətkarlığa qarşı ciddi bir uğura imza atdı. 1990-cı illərin əvvəlindən etibarən bir çox qeyri-qanuni immiqrantlar Mərkəzi və Şərqi Avropa ölkələrindən, Asiya və Yaxın Şərqdən Yunanıstana gəldi. Onların qəfil axını 1990-cı və 2000-ci illər ərzində cinayət işlərinin artmasına səbəb olmuşdur. Yunanıstan Polisi bir neçə zəfər qazanmışdır. Belə ki, mafiya təşkilatlarını parçalamış, 17 noyabr terrorçu qrupunu həbs etmiş, 2004-cü il Olimpiya Oyunları üçün təhlükəsizliyi uğurla təşkil etmiş və 2016-cı ildə ölkədə 2000-dən çox soyğunçu olan böyük cinayət təşkilatı məsuliyyətə cəlb etmişdi. 2002-ci ildə Yunanıstan polisi tərəfindən həyata keçirilən cinayətkarlığa qarşı mübarizə əməliyyatı nəticəsində "İnqilabçı Təşkilat" ın sol qolu terrorçu qrupunun fəaliyyətini dayandırmağa müvəffəq oldu. 2011-ci ildə Yunanıstanda cəmi 184 cinayət törədilmişdi.
Yunanıstanda nəqliyyat
Yunanıstanda nəqliyyat - dağlıq relyefə malik olan Yunanıstan müxtəlif nəqliyyat yollarından istifadə etməyə məcbur edir. Son zamanlar Avropa İttifaqının dəstəyi ilə nəqliyyat sistemi inkişaf etdirilir: Peloponnesdə dəmir yol xətti. Eqnatiyaya avtomagistralın çəkilişi İqumenisa dəniz limanı. Nəqliyyat sistemində köklü inkişaf 2014-cü il Yay Olimpiya oyunlarından əvvəl baş tutmuşdur. == Dəmir yolları == Dəmir yolları Yunanıstan Dəmir Yolları İdarəsinin balansındadır. Dəmiryollarının ümumi uzunlu 2 571 km təşkil edir ki, onunda 764 km elektrikləşdirilmişdir. Reylslər: Normal reyslər: 1 565 km — eni 1 435 mm enziz reyslər: 961 км — eni 1 000 mm 22 km — eni 750 mm ikili reylslər: 23 km — eni 1 435 mm və 1000 mm 2014-cü il Yay Olimpiya oyunlarından əvvəl bir çox sahələri yenilənmişdir. == Avtomobil yolları == Ümumi: 117 000 kş örtüklü: 107 406 km örtüksüz: 9 594 km 2004-ci ildə Afina aqlomerasiyasından Elefterios Venizelos hava limanına avtomagustral çəkilmişdir. Bu Avropanın ən təhlükəsiz avtomagistralıdlr. Bu yolda avtomobillər gün ərzində 2 mln ton benzin sərf edirlər.
Yunanıstanda islam
Yunanıstanda islam — Yunanıstanda İslam iki fərqli icma ilə təmsil olunur: Osmanlı İmperatorluğu dövründən Yunanıstanda yaşayan müsəlmanlar və 20-ci əsrin son rübündə Afina və Salonikiyə gəlməyə başlayan müsəlman mühacirlər. == Xristianlığa keçiş == Yuanıstanda islamdan xristianlığa keçiş edən iki qrup var. Birinci qrup Oniki Ada türkləridir. Onlar Yunan dövlətinə qarşı ayrı-seçkilik etməmək üçün İslam inancına maraq göstərmir. İkinci qrup, yunan mədəniyyətinə tez assimilyasiyaya üstünlük verən alban mühacirləridir. Onlar Yunanıstandakı ən böyük mühacir qrupunu təşkil edir və əksəriyyətinin alban kimi tanınmasını istəmirlər. Yeni gələn bir çox albanlar alban adını yunan adına, dinlərini isə İslamdan pravoslavlığa dəyişdilər. Mühacirətdən əvvəl də cənubi Albaniyada yaşayan bir çox müsəlman özlərini yunan kimi tanıyırdılar və köç etməzdən qabaq ayrı-seçkiliyə məruz qalmamaq üçün müsəlman adları yerinə yunan adlarını qəbul edirdilər. == Yunanıstanda müsəlmanlar == Yunanıstanda müsəlman əhali homojen deyil, çünki müxtəlif etnik, dil və sosial mənşələrdən ibarətdir. Müsəlman dini indiki Yunanıstanda yaşayan bir neçə etnik qrupun, yəni pomakların, etnik türklərin, müəyyən qaraçı qruplarının və xüsusilə Krit, Epirus və Qərbi Yunan Makedoniyasında 17-ci və 18-ci əsrlərdə müsəlman olan yunan müsəlmanlarının inancıdır.
Qədim Yunanıstanda din
Qədim Yunanıstanda din — qədim ellinlərin dini inancları və adətləri. Qədim yunan dini ənənəvi nağıllarla əlaqəli olan yunan mifologiyası ilə eyni deyil, baxmayaraq ki, ikisi bir-biri ilə sıx bağlıdır. Bu, həm məşhur xalq dini, həm də kult təcrübələri şəklində Qədim Yunanıstanda yaranan inanclar, rituallar və mifologiyalar toplusunu əhatə edir. Müasir "din" anlayışının qədim mədəniyyətlərə tətbiqi anaxronizm kimi şübhə altına alınmışdır. Qədim yunanların müasir mənada "din" sözü yox idi. Eynilə, məlum olan heç bir qədim yunan yazıçısı nə tanrıları, nə də dini ayinləri ayrı-ayrı "din"lərə ayırmır. Qədim Yunanıstanda tez-tez on iki böyük tanrı və ilahəni tanındığı halda, stoaçılıq və platonizmin bəzi formaları kimi fəlsəfi cərəyan tək bir ali tanrını qəbul edən dildən istifadə edirdilər. Müxtəlif şəhərlər çox vaxt eyni tanrılara sitayiş edirdilər. == İstinadlar == == Əlavə ədəbiyyat == Padilla, Mark William (editor), "Rites of Passage in Ancient Greece: Literature, Religion, Society", Bucknell University Press, 1999.
Qədim Yunanıstanda qanunlar
Qədim Yunanıstanın idarə edilməsində istifadə olunan qanunlar toplusuna verilən ad. Qədim Yunanıtan qanunlarının, hazırlanmasında Qədim Roma qanunlarının böyük rolu olmuşdur. Qədim Yunanıstan qanunlarının bu günə qədər böyük bir qisminin tarixə məlum olmasının səbəbi, qanunların German tayfaları tərəfindən əsrlər boyu qorunması olmuşdur. == İlk qanunlar == Qədim Yunanıstan qanunlarının yaranması haqqında bir sıra fikirlər vardır. Ən geniş yayılmış ehtimala görə, iki böyük şəhər arasında olan anlaşılmazlıqları aradan qaldırmaq üçün toplanan şura tərəfindən qanunların yaradılmasıdır. Qədim Yunanıstan qanunları əsasən miraslar üzərində olan mübahisələr, siyasət və ticarət sahəsində olan məsələlər, qulların azad edilməsi və ya edam edilməsi barədə olan məsələləri əhatə etmişdir. Qədim Yunan qanunlarının ilk nümunələri günümüzə qədər qəlib çatmamışdır. Yunan qanunlarının ilkin nümunələrinə, dahi yunan şairi Homer nəğmələrində rast gəlinir. Həmin nəğmələrdə, Yunanıstanda boşanma və qullar haqqında olan qanunlardan bəhs edilir. Yunanıstanda ilk konstitusiya e.ə II əsrdə Aristo tərəfindən yaradılmışdır.
Yeni il Yunanıstanda
Yunanıstanda vətəndaş müharibəsi
Yunanıstanda vətəndaş müharibəsi (yun. Ελληνικός Εμφύλιος Πόλεμος; o Emfýlios Pólemos, «vətəndaş müharibəsi») — 1946–1949-cu illərdə Birləşmiş Krallıq və ABŞ tərəfindən dəstəklənən Yunanıstan hökumət ordusu ilə SSRİ, Yuqoslaviya, Albaniya və Bolqarıstan tərəfindən dəstəklənən Yunanıstan Kommunist Partiyasının (YKP) silahlı qanadı olan Yunanıstan Demokratik Ordusu (YDO) arasında baş tutmuş müharibə. Döyüşlər nəticəsində Yunanıstan ordusu YDO-ni məğlub etmişdir. Vətəndaş müharibəsi 1943-cü ildə başlayan sağ və sol ideologiyalar arasında yüksək qütbləşmiş mübarizənin nəticəsi idi. 1944-cü ildən qlobal qüvvələr Yunanıstanın Ox dövlətləri tərəfindən işğalının sona çatması nəticəsində yaranan güc boşluğundan istifadə etməyə çalışırdı. 1946-cı ilin yayından etibarən münaqişə kommunist tərəfdarları partizanlarla Birləşmiş Krallıq və ABŞ-nin dəstəyinə yönəlmiş monarxiya rejiminin hökumət qüvvələri arasında vətəndaş müharibəsi şəklini almışdır. Geosiyasi baxımdan Yunanıstanda vətəndaş müharibəsi bir tərəfdən Birləşmiş Krallıq və ABŞ, digər tərəfdən isə SSRİ və onun müttəfiqləri arasında Soyuq müharibənin ilk mərhələsi idi. Sovet İttifaqının yardımı dayandırdığı kommunistlərin məğlubiyyətinin nəticəsində Yunanıstan 1952-ci ildə NATO-ya daxil olmuş və Egeydə ABŞ-nin təsirinin yaranmasına səbəb olmuşdur.
Yunanıstanda ölüm cəzası
Müasir Yunanıstanda ölüm cəzası gilyotinlə (1913-cü ilə qədər) və ya odlu silahla həyata keçirilirdi. Ölüm cəzası sonuncu dəfə 1972-ci ildə Hərbi Xuntanın hakimiyyəti dövründə tətbiq edilib və 1975–2005-ci illər arasında ölüm cəzası mərhələli şəkildə ləğv edilib. == Tarixi == Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı həyata keçirilən edamlar güllələnmə üsulu ilə idi, baxmayaraq ki, Monarxiya 1834-cü ildə Cəza məcəlləsini tətbiq edərkən yeganə edam üsulu olaraq gilyotinlə başın kəsilməsini qanuniləşdirmişdi. 1847-ci ildə hər edam üçün gilyotinin təmin edilməsində yaranan çətinliklər hökuməti alternativ edam üsullarını (güllələnmə) tətbiq etməyə məcbur etdi. Hər iki edam üsulu, 1929-cu ildə güllələnmə yeganə edam vasitəsinə çevrilənə qədər istifadə ediləcəkdi (sonuncu gilyotinlə edam 1913-cü ildə gerçəkləşdirilib). 1946–1949-cu illər arasında Yunanıstanda vətəndaş müharibəsi zamanı 3000-dən çox insan edam edilib. Sonuncu ölüm cəzası 1972-ci il avqustun 25-də həyata keçirilib. Bu da Krit adasında həyat yoldaşı, qayınanası və iki uşağını (onları öz evində diri-diri yandırıb) qətlə yetirdiyinə görə 27 yaşlı Vasilis Limberisin güllələnməsi olub. Ölüm cəzası 1975-ci il Konstitusiyasının 7-ci maddəsi əsasən müharibə dövründə vətənə xəyanət istisna olmaqla, dinc dövrdə törədilmiş cinayətlərə görə ləğv edildi. Yunan Xuntasının üç aparıcı üzvü Georgios Papadopulos, Stilianos Pattakos və Nikolas Makaresos Yunan Xuntası məhkəmələri zamanı edam cəzasına məhkum edilsələr də, Karamanlis hökuməti bu cəzanı ömürlük həbslə əvəz etdi.
Yunanıstanda Yeni il
Yeni il Yunanıstanda — Yunanıstanda təntənə ilə qeyd olunan bayram Yeni ili qarşılamaq üçün qonaqlığa gedən Yunanıstan sakinləri özləri ilə daş götürür və onu qonaq gözləyən evin kandarına atırlar. Əgər daş ağırdısa, onda deyirlər - “Qoy ev sahibinin sərvəti bu daş kimi ağır olsun”. Yox, əgər daş kiçikdirsə, onda “Qoy ev sahibinin gözünə düşən ləkə bu daş kimi kiçik olsun” deyirlər. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Yunanıstandakı vulkanların siyahısı
Yunanıstan ərazisində yerləşən, fəaliyyətdə olan və sönmüş vulkanların siyahısı == Qeydlər == Schwandner, F.M. (1998). Polyphase Meso-Cenozoic Structural Development on Poros Island (Greece) Arxivləşdirilib 2007-06-29 at the Wayback Machine. Bulletin of the Geological Society of Greece 32 + (1): 129-136. Aegina island History.

"yunanıstanda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yunanıstanda nədir? #yunanıstanda sözünün mənası #yunanıstanda nə deməkdir? #yunanıstanda sözünün izahı #yunanıstanda sözünün yazılışı #yunanıstanda necə yazılır? #yunanıstanda sözünün düzgün yazılışı #yunanıstanda leksik mənası #yunanıstanda sözünün sinonimi #yunanıstanda sözünün yaxın mənalı sözlər #yunanıstanda sözünün əks mənası #yunanıstanda sözünün etimologiyası #yunanıstanda sözünün orfoqrafiyası #yunanıstanda rusca #yunanıstanda inglisça #yunanıstanda fransızca #yunanıstanda sözünün istifadəsi #sözlük