yurd sözü azərbaycan dilində

yurd

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yurd • 84.8863%
  • Yurd • 14.7570%
  • YURD • 0.3567%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eger-Yurd
Eger-Yurd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Coğrafiyası və iqlimi == Egeryurd Kəlbəcər rayonu ərazisində dağ. Hündürlüyü 2167 m. Oronim haqqında tədqiqatçıların bir qismi xalq etimologiyasına əsaslanaraq belə ehtimal edirlər ki, dağ uzaqdan at yəhərinə oxşadığına görə Yəhərdağ adlanmış, rusdilli xəritələrdə isə təhrif olunaraq Eqeryurd kimi qeydə alınmışdır. Tədqiqatçıların digər qismi isə bu fikirdədir ki, toponim qədim türk dillərindəki eqer (yayda ev heyvanlarının saxlandığı düşərgə) və yurd komponentlərindən düzəlib, elatların yaylaq yurdları ilə bağlı yaranmış coğrafi adlardandır.
Alxan-Yurd cümə məscidi
Məhəməd Bəşir Hacı Arsunkayev adına Alxan-Yurd cümə məscidi (çeç. Iалхан-Юрт маьждиг Мохьмад-Башир-хьажин цӀарах дина) — Çeçenistan Respublikası Urus-Martan rayonu, Alxan-Yurd kəndində yerləşən Qafqaz magistral yolunun yaxınlığında tikilmiş, kəndin ən böyük Cümə məscidi. Məscid Çeçenistan Respublikasının ilk müftisi Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. == Tarixi == 1883-cü ildə Alxan-Yurt kəndində əsas Cümə məscidi olan 7 məscid və 6 məhəllə məscidi fəaliyyət göstərirdi.. Lakin Sovet hakimiyyəti illərində bütün məscidlər bağlanmış və yaxud dağıdılmışdı. Alxan-Yurd cümə məscidi alim və ilahiyyatçı Məhəməd Bəşir Hacı Arsunkayevin adını daşıyır. Maqomed-Bəşir-Hacı Çeçenistan Respublikasının ilk müftisi olmuşdur. == Tikintisi == Müsəlman ziyarətgahının inşası layihəsinin müəllifi Qroznı şəhərinin baş arxitektoru Balaudi Maqomadov olub. Məscidin inşasına 2008-ci ildə başlanmışdır. Lakin 2009-cu ildə çeçen iş adamı Adam Albakovun məscidin inşasına maliyyə dəstəyi göstərməsi ilə işlər daha da canlanmışdır.Məscidin inşasında neft sənayeçisi Mixail Qutseriyev böyük köməklik göstərmişdir.
Azərbaycan Yurd Bilgisi (jurnal)
Azərbaycan Yurd Bilgisi (türk. Azerbaycan Yurt Bilgisi) Türkiyə Respublikasında qurulmuş olan jurnal. İlk sayı 1932-ci ilin yanvarında işıq üzü görən “Azərbaycan Yurd Bilgisi”nin məqsədi bu ilk nömrədə vurğulanır. "Bir neçə söz" başlıqlı bu bölmədə bildirilir ki, jurnalın məqsədi təkcə Azərbaycanı yaxından tanıyanlarla araşdırma qrupu yaratmaq və mədəniyyətşünaslıq aparmaq deyil, həm də onu həmvətənlərinə, dostlarına tanıtmaqdır. Bunun da kifayət etməyəcəyi, ortaq türk mədəniyyətinin öyrənilməmiş tərəflərini işıqlandırmaq məqsədinin güdüldüyü də əlavə edilir. "Azərbaycan Yurd Bilgisi" jurnalının Mühacirət mətbuatı tariximizdə başlıca əhəmiyyəti türk mədəniyyəti tarixini və dəyərlərini elmi əsaslarla oxuculara çatdırmasında olmuşdur. == Tarixi == İlk nömrəsi 1932-ci ilin yanvarında çıxan jurnalın bütün nömrələri İstanbuldakı Bürhanəddin mətbəəsində çap olunurdu. Son çıxan nömrələr 35-36-cı nömrələrdir. Anlaşıldığı kimi, 1932-ci ilin ilk ayında nəşrə başlayan jurnal 1934-cü ilin noyabr-dekabr aylarında nəşrini dayandırdı. Üç il ərzində 12 sayı çıxan jurnalın ümumi səhifəsi 1344 (I cild üçün 456 səhifə, II cild üçün 472 səhifə, III cild üçün 416 səhifə) təşkil edirdi.
Yurd
Yurd — bir şəxsin doğulduğu, əslən gəldiyi yer, vətəni, vətəndaşı olduğu ölkə, həmçinin fərd ilə cəmiyyət arasında, vətəndaş ilə dövlət arasında, şəxsiyyət ilə mərkəzləşdirilmiş ideoloji sistem arasında münasibətlər modeli. == Etimologiyası == "Yurd" sözü qədim türk mənşəlidir. Sevan Nişanyana görə, bu söz qədim türkcədə "ur-" feilindən "+ut" şəkilçisi ilə törəmiş ola bilər, lakin bu dəqiq deyil. Sözün ilkin mənası "çadır" və "oba", həmçinin "məskən" demək idi. == İkinci yurd == "İkinci yurd" bir şəxsə sığınacaq verən, doğma olmuş yerdir. . Əgər bir insan yaşadığı ölkəni dəyişirsə, bu milli quruluşun mədəniyyətinə yiyələnirsə və yeni ölkəyə intuitiv şüurlu bağlılıq inkişaf etdirərsə, yeni yaşayış ölkəsi onun üçün "yeni yurd" ola bilər. == Yurdun təsviri == Təbii və insan yaradıcılığı ilə yaradılmış yurd təsvirləri onun kimliyinin şüurlu və şüursuz dərkini formalaşdırır, ona münasibəti əvvəlcədən müəyyən edir. İncəsənətdə yaradılmış yurd obrazları kimliyin ona aid olduğunu hiss etməyə imkan yaradır. Yurd obrazları da dövlət ideologiyası sistemində şüurlu quruculuğun nəticəsi ola bilər. == Həmçinin bax == İlk vətən Qohumluq münasibətləri Ana dili == İstinadlar == == Əlavə ədəbiyyat == Андерсон Б. Воображаемые сообщества.
Yurd (dəqiqləşdirmə)
Yurd — İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən.
Yurd (jurnal)
"Yurd" (jurnal) — türkmənlərin ilk rəsmi mətbu orqanı. == Məlumat == 1970-ci il yanvarın 24-ü türkmənların mədəniyyət hüquqlarının fonunda türkmən dilində fəaliyyətə başlayan “Yurd” jurnalının meydana gəlməsi türkmən mətbuatının inkişafı üçün vacib addım oldu. 1972-ci il iyunun 18-də işıq üzü görmüş “Yurd” jurnalı türkmənların ilk rəsmi mətbu orqanı olması ilə yanaşı, İraq-türkmən mədəniyyəti, ədəbiyyatının yaşamasına və inkişafına öncüllük etmişdir. Otuz üç il fəaliyyət göstərmiş “Yurd” jurnalı İraqın əvvəlki qəzet və jurnalları kimi Amerika işğalından sonra bağlanıb. Jurnalın son sayı 2003-cü il martın 15-də işıq üzü görüb.
Yurd (qəzet)
"Yurd" (qəzet) — 1970-ci ildə Bağdad şəhərində çap olunmuş qəzet. == Məlumat == Yurd qəzeti 1970-ci ildə Bağdad şəhərində çap olunmuşdur. 1970-ci il 24 yanvarda “Yurd” qəzeti fəaliyyətə başlayıb. “Yurd” qəzetinin ilk sayı 1970-ci il 18 iyunda işıq üzü görüb. 8 səhifəlik qəzetin baş məsul işçisi Abdullətif Bəndəroğlu, baş yazarı Tariq Abdulbaqi idi. O, qəzetin ikinci ilinin sonuna qədər fəaliyyətini davam etdirib, ondan sonra Sinan Səid 1972-ci il 20 iyulda yazı işləri katibi olub. Sinan Səid 1973-cü il fevral ayının 21-nə qədər bu vəzifəni yerinə yetirib. Qəzetin çapından bu günə kimi Abdullətif Bəndəroğlu həm baş redaktor, həm də qəzetin məsul rəhbəri olub. “Yurd” 345-ci sayına qədər 8 səhifəlik çıxmış və normal qəzet formasını qoruya bilmişdir. Qəzetin səhifələrində siyasi, tarixi, ictimai, elmi, iqtisadi, idman və folklor mövzusunda məqalələrə yer verilmişdir.
Yurd iyesi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. == Şəhər iyəsi == Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Yurd iyəsi
Yurd iyəsi — türk, tatar və altay mifologiyasında məmləkətin qoruyucu ruhu. Əslində Ev iyəsi ilə də əlaqəlidir. Çünki yurd eyni zamanda çadır deməkdir. Məna genişlənməsi vətənin qoruyucu ruhu mənasına da gəldiyi də deyilə bilər. Kimi mədəniyyətlərdə çadırdaki ocaqda yaşadığına inanılır. == Şəhər iyəsi == Şəhər iyəsi - türk və altay xalq inancında vilayət ruhu. İl iyəsi, Hula (Kula) iyəsi və monqolca Kota Ezen olaraq da bilinər. Yurd iyəsine çox bənzər və əlaqəli bir varlıqdır. Şəhərin və ya bir məskun yerin qoruyucu ruhudur. Hər şəhər üçün fərqli bir iye vardır.
Odlu Yurd (jurnal)
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. == Haqqında == 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Odlu Yurd dərgisi
Odlu Yurd (türk. Odlu Yurt) — Türkiyə Respublikasında qurulmuş olan jurnal. Azərbaycan siyasi mühacirətinin İstanbulda nəşr etdiyi aylıq ictimai-siyasi topludur. “Odlu yurd” Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir mətbuatı tərəfindən nəşr olunan üçüncü jurnaldır. İlk nömrəsi 1929-cu ilin martında, son - 31-ci nömrəsi isə 1931-ci ilin avqustunda çıxmışdır. == Haqqında == 1920-ci il rus işğalından sonra Azərbaycanda işğala qarşı mübarizə xaricdə davam etdirildi. Azərbaycan siyasi mühacirətinin məqsədi ilk növbədə istiqlal savaşını dəstəkləmək, onu siyasi, diplomatik və taktiki cəhətdən idarə etmək, Azərbaycanın müstəqillik ideyasını möhkəmləndirmək idi. Bu səbəbdən Rəsulzadəyə görə Azərbaycan siyasi mühacirətinin tarixi məqsədi diplomatik və intellektual fikri təbliğat kimi iki əsas istiqamətdə inkişaf etmişdir. Mühacirətdə olan Azərbaycan ziyalıları istiqlal mübarizəsini intellektual istiqamətdə davam etdirirdilər. Bu məqsədlə M. Ə. Rəsulzadənin rəhbərliyi ilə Azərbaycan mühacir hərəkatının nəşr orqanı kimi 26 sentyabr 1923-cü ildə İstanbulda “Yeni Qafqasiya” jurnalının ilk nömrəsi nəşr olundu.
Sarıbulaq yurd yeri
Sarıbulaq yurd yeri — Şərur rayonunda eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə. Kəşfiyyat qazıntıları nəticəsində divar qalığı aşkara çıxarılmışdır. Ərazidən bir neçə təndir qalığı, saxsı qablar və digər maddi mədəniyyət nümunələri də tapılmışdır. Əldə olunmuş materiallara əsasən, yurd yerinin IX–XVIII əsrlərə aid olması ehtimal edilir.
Yurd-Aux məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Yurd-Ayxov məscidi
Yurd-Aux məscidi (çeç. Ширча-Юртар маьждиг) — Dağıstan Respublikası Kazbek rayonu, Kalininaul (Yurd-Aux) kəndində ən qədim məscid. Məscidin əsası 1904-cü ildə yerli sakinlər tərəfindən qoyulmuşdur. Məscid yerli Ayxa kəndinin memarlıq abidəsidir. Tək minarəlidir, günbəzsizdir. Hazırda məscid yerli dindarların ibadətgahı kimi fəaliyyət göstərir. Ötən əsrin sonlarında məscid əsaslı şəkildə təmir edilmişdir. Yerli əhəmiyyətli mədəni irs siyahısına daxildir. == Tarixi == Yurd-Aux kəndinin qədim hissəsində fəaliyyət göstərən çeçen məscidi XX əsrin memarlıq abidəsi kimi tanınır. Yerli tarixçilərin dediyinə görə, köhnə, dağılmış vəziyyətdə olan məscidin yerində tikilmişdir.
Ulu yurd (film, 1990)
== Məzmun == Film Azərbaycan Respublikasının Balakən bölgəsinin tarixindən, bu günündən bəhs edir.
Yurd yeri (film, 1994)
== Məzmun == Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar. Lakin Mahal kişi doğma torpağını tərk etmək istəməyəndə işlər daha da çətinləşir...
Yurd yeri (film, 1997)
== Məzmun == Mahal kişi (Kamal Xudaverdiyev) artıq öz yurd yerindən didərgin düşmüş və çadır şəhərciyində məskunlaşmışdır. Ermənilərin torpaqlarımızda tikanlı məftillərdən sərhəd çəkməsi xəbəri onu rahat qoymur və Bakıya yollanır ki, bu məsələni qaldırsın. Lakin şəhərdə ona məhəl qoyan olmur...
Çoçi Yurd cümə məscidi
Maqomed Mitayev adına Çoçi Yurd cümə məscidi (çeç. Цоцин-Эвлахь Мохьмад Митаев цIарах дина маьждиг) — Çeçenistan Respublikasının Kurçaloyevski rayonu Çoçi Yurd kəndində əsas cümə məscidi. Məscid eyni vaxtda 5000-ə qədər insanın ibadət etməsi üçün nəzərdə tutulmuşdur. == Tarixi == 1883-cü ilə qədər Çoçi Yurd kəndində 9 məscid, o cümlədən, əsas Cümə məscidi və 8 məhəllə məscidi fəaliyyət göstərirdi.Çoçi-Yurd cümə məscidi məşhur çeçen din xadimi Bamat Giray Hacının nəvəsi — Maqomed Mitayevin adını daşıyır. Məscidin tikintisinə 2009-cu ilin mayında başlanılıb. Onun inşa layihəsi Hacı Əhməd Kadırov adına Regional İctimai Fondu tərəfindən maliyyələşdirilib. 2010-cu il noyabrın 16-da məscidin təntənəli açılışı olub. Açılışda yerli sakinlər və Çeçenistan Respublikasının rəhbərliyi iştirak edib. Həmçinin rəsmi tədbirə xarici ölkələrdən qonaqlar da dəvət olunub. == Təsviri == Məscidin memarlığı iki üslubu — klassik Osmanlı memarlığı və Bizans üslubunu birləşdirir.
Yurd yeri-2 (film, 1997)
== Məzmun == Mahal kişi (Kamal Xudaverdiyev) artıq öz yurd yerindən didərgin düşmüş və çadır şəhərciyində məskunlaşmışdır. Ermənilərin torpaqlarımızda tikanlı məftillərdən sərhəd çəkməsi xəbəri onu rahat qoymur və Bakıya yollanır ki, bu məsələni qaldırsın. Lakin şəhərdə ona məhəl qoyan olmur...
Abdal yurdu
Orta çağda Qarabağda Abdal adlı üç yurd yerı vardı. Bunlardan biri Dizaq nahiyəsinda, indiki Cəbrayıl rayonunun Yuxarı Xələfli kəndinin yerində, ikincisi və üçüncüsü Vərəndə nahiyəsində yerləşirdi. İkinci Abdal yurdu hazırkı Ağdam rayonunun Abdal kəndidir. Ücüncü Abdal yurdu isə Günümüzdəki Füzuli rayonunda yerləşən Qacar kəndinin bir məhəlləsi idi. Maraqlıdır ki, Qacar elinin böyük qollarından biri Abdallı adlanırdı. Abdal adının qədim bir tarixi var. Bu ada Altaydan Anadoluya qədər, türklərin məskunlaşdıqları hər yerdə rast gəlmək mümkündür. Abdal qədim türk tayfasının adıdır. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır.
Ata yurdum, xoşbəxtliyim və sevincim
Ata yurdum, xoşbəxtliyim və sevincim (est. Mu isamaa, mu õnn ja rõõm) – Estoniyanın 1920-ci ildə qəbul olunan dövlət himni. Himnin İohan Voldemar Yannsen tərəfindən yazılan sözlərini alman immiqrant Fredrik Paçiusun 1848-ci ildə ildə bəstələdiyi musiqi müşayiət edir. Bu musiqi eyni zamanda Finlandiyanın “Bizim diyar” (fin. Maamme) adlı himnində də istifadə olunub. İki himnin musiqisi arasında sadəcə açar fərqi var.
Azərbaycan – odlar yurdu (film, 2009)
Azərbaycan-odlar yurdu tammetrajlı sənədli filmi rejissor İsrafil Ağazadə tərəfindən 2009-cu ildə çəkilmişdir. "Baguan Cinema"nın istehsalıdır. Filmdə Azərbaycanın qədim tarixi və mədəniyyəti öz əksini tapıb. == Məzmun == Filmdə Azərbaycanın qədim tarixi və mədəniyyəti öz əksini tapıb. Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunub.
Baba yurdunda (pyes)
Baba yurdunda (pyes) — XIX əsrin sоnunda Azərbaycan dramaturgiyasında maarifçiliyin növbəti mərhələsini başa çatdıran Əbdürrəhim bəy Haqvеrdiyеv rеalist ədəbiyyatımızın və sənətimizin inkişafında əhəmiyyətli xidmətlər göstərmişdir. 1920-ci ildən sоnra Ə.Haqvеrdiyеv yaradıcılığının üçüncü dövrü başlanır. Bu dövrdə yazdığı dram əsərlərindən biridə "Baba yurdunda" pyesidir. == Əsərin mövzusu == “Baba yurdunda” (1927) pyеsində Pərviz xanın nəslindən оlan Cahangir ağanın zülmü təsvir оlunur. Aradan iki əsr kеçməsinə baxmayaraq, Azərbaycan kəndlisinin halı dəyişməmişdir. Pərviz xan gеtmiş, Cahangir ağa gəlmişdir. Cahangir ağa yоxsul kəndli qızı Gülnisəni zоrla alır, nişanlısı yоxsul İskəndəri isə öldürtdürür. Əsərin axırında Cahangir ağanın оğlu, İskəndərzadə adı ilə mеydana çıxır və öz atasına qarşı mübarizə aparıb, ölkədə zəhmətkеşlər hakimiyyəti yaranmasına çalışır. Kəndli qızından оlan İskəndərzadə dairə icraiyyə kоmitəsinin sədri vəzifəsində işləyir. Müəllif yоxsul kəndlilərin zülmdən azad оlub, hökumət işlərində böyük mövqе tutmalarına sеvinir, xalqın azadlığı uğrunda çalışan İskəndərzadəni dərin məhəbbətlə təsvir еdir.
Cavad Yurdaqul
Cavad Yurdaqul (1 yanvar 1942, Ordu – 28 sentyabr 1979) — Adana ili Təhlükəsizliyi Müdiri. Bülent Ecevit hakimiyyəti zamanı Adana ili Təhlükəsizliyi Müdiri olmuş,28 sentyabr 1979-cu il tarixdə bir qrup idealist tərəfindən odlu silahla güllələnərək öldürüldü.Cinayət ərəfəsində Yurdaqula tam 29 dəfə atəş açılmış bu atəşlərin yalnız 4-ü xəsarət yetirmişdir,lakin birinci güllə beyin nahiyəsindən dəydiyi üçün o hadisə yerində həlak olmuşdur.6 fevral 1980-ci ildə Yurdaqul ailəsinin vəkili Xəlil Güllüoğluda öldürüldü. Cinayətin şübhəlilərindən Muhsin Kəhya, Respublika Xalq Partiyası Adana il başçısı vəkil Əhməd Albay və Respublika Xalq Partiyası Kayseri il başçısı vəkil Mustafa Kulkuloğlunun öldürülməsi hadisələrinə də qarış idi. Kəhya, həbsxanadan iki dəfə fərarilik etdikdən sonra Almaniyaya qaçdı. 1997-də edam edilməmə şərtiylə Türkiyəyə qaytarıldı və 36 il həbs cəzasına məhkum oldu.Cinayətin bir başqa şübhəlisi Əbdürrəhman Kıpçak, Kəhya kimi həbsxanadan fərarilik etdikdən sonra xaricə qaçdı.5 Oktyabr 1989da 47 kilo heroinlə İstanbulda tutuldu və bir müddət sonra sərbəst buraxıldı. Kıpçak, 5 Fevral 2006-da Ümraniyedə uğradığı silahlı hücum nəticəsi öldürüldü.
Elxan Yurdoğlu
Elxan Yurdoğlu (Məmmədov Elxan Qadir oğlu; 9 may 1980, Yurdçu, Naxçıvan Muxtar Respublikası) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru. == Həyatı == Məmmədov Elxan Qadir oğlu 9 may 1980-cı ildə Şərur (indiki Kəngərli) rayonunun Yurdçu kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var. == Təhsili == 1986-cı ildə Yurdçu kənd orta məktəbinin I sinfinə gedib. 1994-cü ildə Quba Özəl Türk Litseyində təhsilini davam etdirib. 1997-ci ildə Naxçıvan Türk Litseyinə köçürülərək 1998-ci ildə həmin məktəbdən məzun olub. 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinini "Azərbaycan dili və ədəbiyyat" ixtisasına köçürülüb və 2002-ci ildə həmin universitetdən məzun olub. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin “Folklorşünaslıq və mifologiya” ixtisasında təhsil alıb.
Elxan Yurdoğlu (Məmmədov)
Elxan Yurdoğlu (Məmmədov Elxan Qadir oğlu; 9 may 1980, Yurdçu, Naxçıvan Muxtar Respublikası) — şair, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru. == Həyatı == Məmmədov Elxan Qadir oğlu 9 may 1980-cı ildə Şərur (indiki Kəngərli) rayonunun Yurdçu kəndində anadan olub. Ailəlidir, bir oğlu, bir qızı var. == Təhsili == 1986-cı ildə Yurdçu kənd orta məktəbinin I sinfinə gedib. 1994-cü ildə Quba Özəl Türk Litseyində təhsilini davam etdirib. 1997-ci ildə Naxçıvan Türk Litseyinə köçürülərək 1998-ci ildə həmin məktəbdən məzun olub. 1998-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun Qazax filialının “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olunub. 2000-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinini "Azərbaycan dili və ədəbiyyat" ixtisasına köçürülüb və 2002-ci ildə həmin universitetdən məzun olub. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin “Folklorşünaslıq və mifologiya” ixtisasında təhsil alıb.
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Kazımbəy yurdu
Kаzımbəy yurdu — Hаvuş kəndindən şimаl-şərqdə, “cəvizlik” аdlаnаn yеrin yахınlığındа, Hаvuşа gеdən yоlun sаğ tərəfində yеrləşir. Yаşаyış yеri yоl bоyu nаlşəkilli fоrmаdа uzаnаn təpələrin üzərini və ətəklərini əhаtə еdir. Еvlər təpənin yаmаcındа, süni şəkildə düzəldilmiş şəkillərdə tikilmişdir. Еvlər dördkünc fоrmаlı оlub dаşdаn inşа еdilmişdir. Kеrаmikа nümunələri Еrkən Оrtа əsrlərə аid fоrmа vеrməyən pаrçаlаrdаn ibаrətdir. Kеrаmikа nümunələrinə əsаsən yаşаyış yеrini III- VIII əsrlərə аid еtmək оlаr. Еhtimаl ki, yаşаyış yеrində həyаt sоnrаkı dövrlərdə də dаvаm еtmişdir.
Kolanı yurdları (Şirvan və Muğanda)
Kolanı yurdları — Kolanı tayfası ilə bağlı Şirvanda və Muğanda geniş yayılmış yer adları. == Haqqında == Tarixi Şirvan ərazisinin ən böyük tayfalarından biri olan Kolanılar barədə geniş araşdırmalar aparan tədqiqatçı Nurəddin Bəndəliyevin tədqiqatına əsasən Qarabağdan Şirvana köçürülən Kolanı elatının Şamaxı şəhəri yaxınlığındakı müasir Xilmilli və Qızmeydan kəndləri ərazisində yerləşdiyi müəyyənləşdirilmişdir. Tədqiqatçının mülahizələrinə əsasən Qarabağdan böyük bir Kolanı tayfasının Şirvana göndərilməsi 1795-ci ildə olsa da, Kolanıların Qarabağ və Naxçıvandan bu bölgəyə yerləşməsi bu tarixdən əvvələ, XVI əsrdən olmalıdır. Girdə yaylağında Kolanıların məskunlaşmasından əvvəl digər tayfalar da olmuşdur, ancaq yaylaq ərazisində mövcud olmuş Dağ Kolanı kəndinin qəbiristanlığının tarixi, yerli sakinlərin fikrincə, 1600-cü illərədək qədimə aiddir. Onların Naxçıvan və Qarabağdan Şirvan ərazisinə 1600-cü illərdən də əvvəl köçməsi səbəbləri və faktlar barədə tarixi qaynaqlar vardır. Osmanlı hücumları, Şah Təhmasibin "yandırılmış torpaq" taktikası ilə köçürmə siyasəti bu tarixi yarım əsr də geriyə aparır. Kolanıların Şirvana məhz Qarabağ və Naxçıvandan, eləcə də XVI əsrdə gəlməsi onların Şirvanda ilk məskunlaşma tarixi kimi qəbul oluna bilməz. Məlum olduğu kimi, Şirvan ərazisində türk tayfalarının məskunlaşma tarixi qədim dövlərə gedib çıxır. Kolanı tayfasının bəzən Kolan olaraq da adlanmasına Şirvanda da rast gəlinmişdir. N. Bəndəliyev Kolanıların Goran, Qaraoğlanlı, Pirəvənd, Osallı, Türəni, Şadılı, Həzili, Ağsaqlı, Lolaylı və Alataxtalı kimi qollarının XVIII əsrdə Şirvanda məskunlaşdığını bildirir.
Laçın-Qədim Oğuz yurdu (kitab)
Laçın-Qədim Oğuz yurdu - Əli Umud oğlu Əliyevin Hacısamlı nahiyəsinin (indiki Laçın rayonu) keçmiş tarixi və hal-hazırkı durumundan yazdığı kitab. Azərbaycan Elmlər Akademiyası, Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Əli Əliyevin yazdığı bu kitab Qədim Oğuz yurdu olan Qarabağın bir hissəsi, Hacısamlı nahiyəsi və Hacısamlı camaatı haqqında, xüsusən, bu elin-elatın tarixi, tanınmış şəxslərinin yaşam yolundan bəhs edir. Kitabda arxiv sənədlərindən daha çox istifadə edilmiş, tarixi faktlardan söhbət açılmışdır. Bu kitab bizləri tariximizi unutmamağa, mübarizə ruhumuzu artırmağa, döyüşkənliyə, bizdə düşmənə qarşı barışmaz ruh formalaşdırmağa, yaddaşsızlıq, ürəyiyumuşaqlıq kimi bəlalarımıza son qoymağa çağırır. Əksinə, dözümlülük, səbirlilik təbliğinin köləlik fəlsəfəsindən irəli gəldiyini bizlərə xatırladır.
Laçın yurdu (jurnal)
"Laçın yurdu" — Ədəbi-bədii publisistik jurnal. Jurnal 2010-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib, 2011-ci ildən nəşr edilir və rübdə bir dəfə işıq üzü görür. == Məzmun == Jurnalda laçınlı şəhidlər, ziyalılar, tarixi şəxsiyyətlər, elm, mədəniyyət, incəsənət adamları, veteranlar, idmançılar, Laçın rayonunun işğal altında olan kəndləri, tarixi abidələri, mədəniyyət nümunələri haqqında məlumatlar, publisistik məqalələr, xatirə yazıları, şeirlər və ədəbi düşüncələr dərc olunur. "Laçın yurdu" jurnalı səhifələrində ciddi, araşdırma yazılarına xüsusi yer ayırır. Şou xəbərlərdən uzaqdır. Ona görə də jurnala maraq ilbəil artmaqdadır. == Jurnalın əsas rubrikaları == "Laçın toponimləri", "O kənd bizim kəndimizdi", "Nəsr", "Publisistika", "Poeziya", "Kitab rəfi", "Araşdırma", "Ovqat", "Münasibət", "Axtar babaları", "Şəhidlərimiz", "Qazilərimiz", "Sənətçilərimiz", "Ziyalılarımız", "Kimlər keçdi bu dünyadan", "Dünya ədəbiyyatı" və s. == Jurnalın dizaynı == Jurnal ilk sayından başlayaraq hər nömrəsinin cildində rayondakı tarixi abidələrin fotosunu çap edir == Jurnalın heyəti == Təsisçi və baş redaktor: Arif Məmmədli Baş redaktorun müavini: Araz Yaquboğlu (01.01.2012–indi). Redaktor: Siyavuş Əmirli (2011–31.12.2012). Məsul katib: Elnur İrəvanlı === Redaksiya heyəti === Knyaz Məmmədov, İlham Qəhrəman, Ələmdar Şahverdiyev, Tamxil Ziyəddinoğlu, Mütəllim Həsənov, Fəxri Uğurlu, Taleh Şirinov, Yusif Mirzə, Fəxrəddin Şahsuvarov və Orxan Cəbrayılov.
Mehmed Əmin Yurdaqul
Mehmed Əmin Yurdaqul (türk. Mehmed Emin Yurdakul; 13 may 1869, Beşiktaş – 14 yanvar 1944 və ya 1944, İstanbul) — Türk şairi, millət vəkili. "Türk şairi", "Milli şair" kimi anılır. == Həyatı == Mehmet Əmin Yurdaqul 1869-cu ildə İstanbulun Beşiktaş məhəlləsində doğulmuşdu. Arası bir balıqçı olan Salih rəis, anası isə Ədirnədən köçüb İstanbula yerləşmiş olan Əminə xanım idi. Mehmet Əmin Yurdaqul Beşiktaş Əsgəri Rüştiyesini bitirdikdən sonra edadiyyə məktəbə davam etmiş, ancaq bitirə bilməmişdir. Bir müddət Huquq Məktəbinə də oxumuşdur. Mehmet Əmin Yurdaqul Əhməd Ağaoğlu, Dr. Fuat Salih, Əhməd Fərid kimi ziyalılarla birlikdə "Türk kültürü, dili və sənətinin gəlişdirilməsi məqsədilə" qurulan Türk ocağı adlı təşkilatın qurucuları arasında yer aldı. Təşkilatın ilk başqanı oldu.
Məhməd Əmin Yurdaqul
Mehmed Əmin Yurdaqul (türk. Mehmed Emin Yurdakul; 13 may 1869, Beşiktaş – 14 yanvar 1944 və ya 1944, İstanbul) — Türk şairi, millət vəkili. "Türk şairi", "Milli şair" kimi anılır. == Həyatı == Mehmet Əmin Yurdaqul 1869-cu ildə İstanbulun Beşiktaş məhəlləsində doğulmuşdu. Arası bir balıqçı olan Salih rəis, anası isə Ədirnədən köçüb İstanbula yerləşmiş olan Əminə xanım idi. Mehmet Əmin Yurdaqul Beşiktaş Əsgəri Rüştiyesini bitirdikdən sonra edadiyyə məktəbə davam etmiş, ancaq bitirə bilməmişdir. Bir müddət Huquq Məktəbinə də oxumuşdur. Mehmet Əmin Yurdaqul Əhməd Ağaoğlu, Dr. Fuat Salih, Əhməd Fərid kimi ziyalılarla birlikdə "Türk kültürü, dili və sənətinin gəlişdirilməsi məqsədilə" qurulan Türk ocağı adlı təşkilatın qurucuları arasında yer aldı. Təşkilatın ilk başqanı oldu.
Nizami yurdu (film, 1968)
== Məzmun == Film qədim Nizami yurdu olan Gəncə şəhərinə həsr edilmişdir. Filmdə qocaman Kəpəz, Göy-göl, qədim Gəncə şəhəri, şəhərin yaşıllığa qərq olmuş küçələri, Nizami məqbərəsi, alüminium zavodu, prospektlər, tarixi abidələr, yeni binalar, xalçaçılıq kombinatı və s. əks etdirilmişdir. Film "SSRİ-yə səyahət" silsiləsindəndir.
Nuh Yurdu
Nuh Yurdu — siyasi, ictimai, iqtisadi və ədəbi qəzet == Haqqında == Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanıdır. İlk nömrəsi 1996-cı il 5 apreldə çıxmışdır. Qəzetdə Naxçıvan şəhərinin və muxtar respublikanın ictimai-siyasi, iqtisadi, ədəbi-mədəni həyatına, eləcə də Azərbaycanda və dünyada baş verən mühüm hadisələrə dair məqalələr, ədəbi-bədii yazılar dərc edilir. Ayda iki dəfə, böyük formatda rəngli çap olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 452. ISBN 5-8066-1468-9.
Odlar Yurdu
Odlar Yurdu (rəqs) — Azərbaycanın milli rəqsi. Odlar Yurdu (şərab) — Azərbaycan istehsalı şərab. Odlar Yurdu (konsept) — Azərbaycan dilində milli və mədəniyyət konsepti. Odlar yurdu (film, 1967) — Azərbaycanın tarixindən, coğrafiyasından, nailiyyətlərindən və adamlarından bəhs edən film. Odlar yurdunun qızları (film, 1972) — Azərbaycanın ilk qadın təyyarəçiləri Leyla Məmmədbəyova və Züleyxa Seyidməmmədovaya həsr olunmuş film. Odlar Yurdu Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri. "Odlar Yurdu" Gənclər İctimai Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai birlik. Odlar Yurdu Kolleci — Azərbaycanda fəaliyyət göstərən özəl təhsil ocaqlarından biri.
Odlar Yurdu (konsept)
"Odlar Yurdu" — Azərbaycan dilində milli və mədəniyyət konsepti. == Tarixi və siyasi inkişafı == Tarixçi bəzi mənbələrdə Azərbaycanın Odlar Yurdu kimi tanınmasının atəşpərəstliklə əlaqələndirilməsinə ilə bağlılığı ilə əlaqələnir. İçərişəhərdəki Cümə məscidinin atəşpərəst zərdüştilərin məbədgahının yerində tikilməsi barədə rəvayət Bakı əhalisi arasında indiyədək yaşayır. Bizans diplomatı Prisk yazırdı: «Midiyaya basqın edən hunlar geri qayıdarkən başqa yolla döndülər və dənizdəki qayada yüksələn alovun yanından ötərək vətənlərinə qayıtdılar».Bəziləri bunu Atropatın adı ilə, bəziləri “Adərbayqan”, “Odər” və başqa sözlərlə açırlar. Bəziləri bunu Yunan mifologiyasına görə Prometey odu allahlardan oğurlayıb bəşəriyyətə verdiyi üçün cəzalanaraq Zevsin əmri ilə Qafqaz dağlarına zəncirlənmişdir ilə əlaqələnir. Ehtimal var ki, bu əfsanə yunanlaşmamışdan, prometeyləşməmişdən əvvəl adında od sözu olmuşdur. Mirəli Seyidovun qənaətincə bu türklərin mifik qəhrəmanı Dədə Qorqud obrazıdır. O, yazır ki, Qorduz sözü «Qor» yəni od, «qut» yəni xoşbəxtlik sözlərinin birləşməsindən əmələ gəlib.Ancaq Azərbaycanın odla simvollaşdırılmasının başqa səbəbləri də var. Qədimdən ərazimizdə neft və qazın olması və bunun nəticəsində təbii məşəllərin meydana gəlməsi də bu fikrin yaranmasına səbəb olub. Eyni zamanda islam dini mənbələrində də Azərbaycan haqda az saylı hədis və rəvayətlərdə od ifadəsinə rast gəlinir.
Odlar Yurdu (triptix)
"Odlar Yurdu" — azərbaycanlı rəssam Tahir Salahovun 2007-ci ildə çəkdiyi triptix rəsm əsəri. Rəssam əsərin üzərində on aydan çox işləmişdir. == Tarixi == Tahir Salahovun sözlərinə görə, "Çox istəyirdim ki, açıq dənizdə çalışan insanların qarşılaşdıqları təhlükəni dəfələrlə azaldan belə bir qurğunu çəkim...". == Təsviri == Triptixin mərkəzi hissəsində "Xəzər bu gün" əsəri yerləşir. Triptixin sol tərəfində "Atəşgah", sağında isə Qız qalası var. == Tənqid == İncəsənət tarixçisi və tənqidçisi Yekaterina Dyoqotun fikrincə, triptix nefti "sənaye yox, dini mənada" şərh edir.
Odlar Yurdu Kolleci
Odlar Yurdu Kolleci və ya qısaca OYK — 2016-cı ildə Odlar Yurdu Universitetinin nəzdində yaradılmış kollec. == Haqqında == Odlar Yurdu Universiteti nəzdində Odlar Yurdu Kolleci 2 may 2016-cı il tarixində yaradılmışdır. Kollec universitetin bazasında fəaliyyət göstərir və dərsləri universitetin professor-müəllimləri tədris edir. Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir. Direktor həm də Pedaqoji Şuranın sədridir. Odlar Yurdu Kolleci Ədliyyə Nazirliyinin 12.02.2016-cı il tarixli 1116-A11–563 nömrəli dövlət qeydiyyatından keçmişdir. Kollecə 2 may 2016-cı il tarixində 088971 nömrəli lisenziya verilmişdir. == Rəhbərlik == === Struktur === Direktor Direktorun 1-ci müavini Direktorun Tədris İşləri üzrə müavini Tədris şöbəsinin müdiri İnsan resusrları şöbəsinin rəhbəri Arxiv müdiri Təsərrüfat şöbəsinin müdiri Mühasibatlıq Daxili Nəzarət və Monitorqin şöbəsinin rəhbəri === Pedaqoji Şura === Nizamnaməyə əsasən kollecin Ali idarəetmə orqanı pedaqoji şuradır. Kollecə rəhbərlik direktor tərəfindən həyata keçirilir.
Odlar Yurdu Universiteti
"Odlar Yurdu" Universiteti — Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 10 noyabr 1995-ci ildə qoyulmuşdur. Odlar Yurdu Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 1996-cı il tarixli, 86 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir. == Haqqında == Universitetin müasir tələblərə cavab verən maddi-texniki bazası, o cümlədən bütün ixtisaslar üzrə müasir avadanlıqlarla təmin edilmiş laboratoriya və fənn kabinetləri (kimya, fizika, avtomobil, biokimya və immunologiya, morfologiya, kriminalistika və s.), yeni modelli kompüterlərlə təchiz olunmuş kompüter zalları, müasir tipli linqafon otaqları, zəngin kitabxanası, oxu zalı, ixtisaslaşdırılmış auditoriyaları, konfrans və mədəni-kütləvi tədbirlər mərkəzi, nəşriyyatı, tibb məntəqəsi, yeməkxanası və s. vardır. == Maddi-texniki bazası == Universitetin ümumi sahəsi 1 hektar ərazini əhatə edir. 16000 m² ərazidə müasir tələblərə cavab verən maddi-texniki bazalı, tədris prosesinin bütün zəruri tələblərini ödəyən müasir tipli 7 mərtəbəli binaya malikdir. Oksigen Klinik Xəstəxanası 6000 (altı min) m² sahəyə malikdir, Tibb muzeyi, Hüquq Klinikası, Kriminalistika laboratoriyası, Elektron imtahan otaqları, Kompüterlərin təmiri mərkəzi, Elektron kitabxana, Oxu zalı, Açıq idman meydançası, Qapalı idman zalı, Böyük akt zalı, Kiçik akt zalı, Xarici tələbələr üçün yataqxana, Açıq havada yeməkxana, Qapalı yeməkxana, Mikrobiologiya, immunologiya və virusologiya laboratoriyası, Histologiya və sitologiya laboratoriyası, Zoologiya kabineti, Fiziologiya kabineti, Anatomiya otağı, Fizika və biofizika laboratoriyası, AzRENA ictimai internet mərkəzi, Texnopark, Sürücülük məktəbi fəaliyyət göstərir. == Beynəlxalq statusları == Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür. Almaniyanın H+ akkreditasiyasına malikdir.
Oğuz yurdu (qəzet)
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. Qəzetin "Oğuz yurdu" adı isə Oğuz ziyalılarının, rayon ictimaiyyətinin tələbi ilə reallaşmışdır. Qəzet rayonun tarixinə, burada aparılan tikinti-quruculuq işlərinə, iqtisadiyyatın, həyatın müxtəlif sahələrinə aid yazıları, faktları şəkilləri, materialları yaşadır. Qəzet nəşrə başladığı ilk illərdən rayon həyatını özündə əks etdirmişdir. Şübhəsiz ki, qəzet şəraitdən asılı olaraq ayrı-ayrı dövrlərdə müxtəlif ideologiya və fərqli formatda işıq üzü görmüşdür. Bununla belə o öz ənənəsinə sadiq qalmış, yeganə informasiya mənbəyi kimi rayon həyatının bütün sahələrini özündə əks etdirmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Neçə-neçə qələm sahibi redaksiyada müxtəlif vəzifələrdə çalışmış, qəzetin maraqlı və məzmunlu çıxmasında yaxından iştirak etmişlər.
Zemestan Yurd kömür mədəni qəzası (2017)
Zemestan Yurd kömür mədəni qəzası (fars. معدن زغال سنگ زمستان یورت آزادشهر‎) — İran İslam Respublikasının Gülüstan ostanının Azadşəhr şəhristanınında yerləşən Zemestan Yurd kömür mədənində 2017-ci ilin 3 may tarixində baş vermiş partlayış. Hadisə 1300 metr uzunluğu olan mədənin 700 metr dərinliyində baş verib. Partlayışa metan qazının sızması və qığılcımın səbəb olduğu bildirilir. Azadşəhr şəhristanındakı Zemestan Yurt daş kömür mədəni Gülüstan ostanının mərkəzi olan Qorqan şəhərindən 90 kilometr şərqdə yerləşir.Hadisə nəticəsində 35 nəfərə yaxın mədənçinin həlak olduğu və 15 nəfərə yaxın mədənçinin dağıntılar altında qaldığı bildirilir. Ərazidə axtarış və xilasetmə tədbirləri İran qırmızı aypara cəmiyyətinin Axtarma və xilasetmə şöbəsi tərəfindən aparılır. İran İslam Respublikasının prezidenti Həsən Ruhani partlayışdan sonra hadisənin baş verdiyi mədəni ziyarət edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 12.72 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 30.84
2003 •••••••••••••••••••• 36.22
2004 •••••••••••••••••• 31.67
2005 ••••••••• 15.52
2006 ••••••••••••• 23.20
2007 •••••••••• 17.97
2008 •••••••••••• 20.71
2009 •••••••••••• 20.96
2010 •••••••• 12.71
2011 ••••••• 11.50
2012 ••• 5.42
2013 •••• 5.83
2014 •••••• 9.44
2015 •• 3.57
2016 ••••• 9.02
2017 •••••••• 14.31
2018 •••••• 9.74
2019 •••••••• 13.07
2020 ••••• 8.35

yurd sözünün leksik mənası və izahı

  • 1 is. 1. İnsanın doğulub böyüdüyü yer, məmləkət, ölkə; vətən. Ey kiçik dəmirçi, duyduğun haqdır; Çalış, yurdun üçün özünü göstər. Ə.Cavad. Həyətimdə safalı bir bağ salacağam mən; Yurdumda bir misilsiz bağban olacağam mən. M.Müşfiq. Hər məktubun öz dili var; Təravəti, istisi var; Çox məktubun sözlərində; Doğma yurdun tüstüsü var. R.Rza. Onlar yeni bir ilham və inam ilə xaraba qalmış yurdlarını abad etməyə başladılar. Ə.Məmmədxanlı. 2. Yaşayış yeri, ev, ev-eşik, məskən. Yurdundan olmaq (ev-eşiyindən, yaşadığı yerindən məhrum olmaq, avara düşmək). □ Yurd salmaq – oturmaq, sakin olmaq. Deyirdilər ki, qədimdə [bu kəndə] daş qoyub yurd salan adamın gözəl bir qızı varmış. İ.Hüseynov. // Yaşayış məntəqəsi; kənd, el, oba. Biz düşən yurdun adı Qızılboğaz idi. İ.Əfəndiyev. 3. Körpə evi, uşaq bağçası mənasında. Səyyahlar fabriki gəzdilər. Burada körpə çocuqlar üçün yurdlar, dispanserlər, sənət məktəbləri … gördülər. Çəmənzəminli. 4. məc. Bir şeyin çox olduğu yer. Qəhrəmanlar yurdu. ◊ Yurdda qalan məc. – hamıdan geri qalan. [Badam xala:] Yurdda qalan elə səninlə mən imişəm. Kursda arvad nə qədər… Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / yurd

yurd sözünün etimologiyası

  • 1 Belə güman edirəm ki, yer kəlməsi ilə qohumdur, “yaşayışyeri” deməkdir. Sondakı samit nədir? - sualı qaranlıq qaldığından şərh mübahisəlidir. Bəlkə də, sözün əsli yerot (oturmaq yeri, lövbər salınan yer) kimi olub və sonradan sadə­ləşərək yurt şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / yurd

yurd sözünün sinonimləri (yaxın mənalı sözlər)

yurd sözünün rus dilinə tərcüməsi

  • 1 1. очаг, жилище, приют, дом, кров; 2. родина;

    Azərbaycanca-rusca lüğət / yurd
  • 2 сущ. 1. очаг (символ родного дома, семьи). Doğma yurd родной очаг 2. жильё, дом (обитаемое место). Köhnə yurd старое жильё, ata yurdu отчий дом 3. родина, отчизна, край: 1) страна, место, где человек родился. Azad yurd свободный край, öz yurdunu qorumaq беречь свой край; ana yurd Родина-мать, ata-baba yurdu родина предков, yurdundan ayrı düşmək оказаться вдали от родины, yurdunu tərk etmək покинуть родину 2) место зарождения, произрастания, нахождения кого-л., чего-л. Odlar yurdu страна огней, “qara qızıl” yurdu родина “чёрного золота”, şairlər yurdu родина поэтов ◊ yurd eləmək разрушить; yurd salmaq: 1. осесть, обосноваться, жить (постоянно); 2. перен. гнездиться; yurduna od salmaq kimin разорить, предать огню очаг чей; yurdunda turp əkmək kimin смести начисто кого; yurduna su bağlamaq kimin камня на камне не оставить от чьего жилья; yurdunda çıraq yandırmaq kimin продолжать род чей; yurdu dağılsın kimin чтобы остался без крова кто; ata yurdunu boş qoymaq покинуть родной очаг; nə yeri var, nə yurdu ни кола ни двора; yurdu boş qalmaq остаться без наследника

    Azərbaycanca-rusca lüğət / yurd

yurd sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (həm müst., həm də məc.) hearth; 2. dwelling; domicile; 3. native land, homeland, motherland, mother country, fatherland; (doğulduğu yer) birthplace; ~unu qorumaq to defend one’s native land; ~una məhəbbət love for one’s nativeland / fatherland; 4. land, home; ◊ odlar ~u land of flames; şairlər ~u land of poets; ◊ ~u boş olmaq ≅ to be childless, to be heirless

    Azərbaycanca-ingiliscə lüğət / yurd

yurd sözünün fransız dilinə tərcüməsi

  • 1 is. pays m natal ; patrie f ; foyer m ; maison f paternelle ; lieu m de naissance logis m ; demeure f ; ~unu qorumaq défendre sa patrie ; ~una məhəbbət amour m de la patrie ◊ odlar ~u pays des flammes ◊ ~u boş olmaq vivre sans enfants héritiers

    Azərbaycanca-fransızca lüğət / yurd

yurd sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. инсан хана чӀехи хьайи чка, мемлекат, уьлкве; диге, ватан; 2. яшамиш жедай чка, кӀвал, кӀвал-югъ, мескен; хуьр, уба; yurd salmaq мескен кутун, бине кутун, мескен кутуна ацукьун; 3. аялрин кӀвал, аялрин бахча манада; 4. пер. са затӀунин гзаф авай чка, макан (мес. кьегьалрин); ** yurdda qalan пер. виридалай гуьгъуьна амайди, виридалай кьулухъ галамайди.

    Azərbaycanca-ləzgicə lüğəti / yurd

yurd sözünün türk dilinə tərcüməsi

"yurd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yurd nədir? #yurd sözünün mənası #yurd nə deməkdir? #yurd sözünün izahı #yurd sözünün yazılışı #yurd necə yazılır? #yurd sözünün düzgün yazılışı #yurd leksik mənası #yurd sözünün sinonimi #yurd sözünün yaxın mənalı sözlər #yurd sözünün əks mənası #yurd sözünün etimologiyası #yurd sözünün orfoqrafiyası #yurd rusca #yurd inglisça #yurd fransızca #yurd sözünün istifadəsi #sözlük