Yurdda sülh, cahanda sülh
Yurdda sülh, cahanda sülh! (türk. Yurtta sulh, cihanda sulh) — şüarı Türkiyə Respublikasının qurucusu və ilk prezidenti, dövlət xadimi, marşal Mustafa Kamal Atatürk tərəfindən səsləndirilmişdir. Atatürk 20 aprel 1931-ci ildə Anadolu turları zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını tələffüz edib. Bu şüar sonradan Türkiyə Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
== Tarixi ==
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk 20 aprel 1931-ci ildə Anadolu səfəri zamanı ilk dəfə ictimaiyyət qarşısında Yurdda sülh, cahanda sülh! şüarını səsləndirmişdir. Əslində şüarın cümləsi genişdir. Atatürk nitqində "Hesab edirəm ki, Cümhuriyyət Xalq Partiyasının qəti ümumi siyasətini ifadə etmək üçün aşağıdakı qısa cümlə kifayətdir: Yurdda sülh, cahanda sülh üçün çalışırıq".