Yusifoğlu sözü azərbaycan dilində

Yusifoğlu

Yazılış

  • Yusifoğlu • 98.9071%
  • YUSİFOĞLU • 1.0929%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Altay Yusifoğlu
Məmmədov Altay Yusif oğlu (15 may 1930, Gəncə, Gəncə dairəsi – 15 iyul 2003, Gəncə) — nasir, dramaturq, ədəbiyyatşünas, mütərcim, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1971), filologiya elmləri namizədi (1964), dosent (1965). == Həyatı == Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir. === Təhsili === H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır. == Fəaliyyəti == Tələbəlik dövründə "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində çalışmışdır (1951-1953). Ədəbi fəaliyyətə 1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından "Kirovabad kommunisti" qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur.
Fərid Yusifoğlu
Fərid Yusifoğlu — vizual effekt mütəxəssisi (VFX Supervisor) == Həyatı == Fərid Yusifoğlu 1983-cü il avqust ayının 3-də Mingəçevir şəhərində anadan olub. 2005-ci ildə İqdisad universitetinin Türk Dünyası İşlətmə fakultəsini bakalavr dərəcəsində bitirib. Reklam üçün animasiyalar hazirlamaqla başlayan 'freelancer' iş həyatı, peşəkar animatorluqla əvəz olunur. 3D və Matte Painting həvəsi sonradan filmlərə tədbiq olunur. Rejissor Samir Kərimoğlu-nun 'Sirat Körpüsü' filmi ilə başlayan filmoqrafiya siyahısı artıq 6 film ilə sıranı artırır. Hal hazırda 'Samir Kərimoğlunun "Mən Evə Qayıdıram" filmində VFX supervayzer vəzifəsində debütə imza atır. Ən son işi tanınmış Azərbaycanın tanınmış rejissoru Fikrət Əliyevin "Polkovnikin xəzinəsi" filmi olub. Filmdə həm Vizual Effekt Supervayzer kimi həm də Matte Paint Artist kimi çalışmışdır. Son zamanlar Azərbaycan kinomatoqrafiyasının inkişafı Vizual Effektlər industriyasına da təsir edib. Bir çox işlərdə yeniliklər tələb etdiyi üçün yeni texnologiyaların kinomatoqrafiyada tədbiqi də başlanıb.
Rafiq Yusifoğlu
Rafiq Yusifoğlu (Rafiq Yusif oğlu Əliyev; d. 2 yanvar 1950, Qubadlı rayonu, Çardaxlı kəndi) — şair, yazıçı, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1986), Əməkdar mədəniyyət işçisi (2005), filologiya elmləri doktoru (2007), professor (2008). == Həyatı == Rafiq Yusifoğlu 2 yanvar 1950-ci ildə Qubadlı rayonunun Çardaxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Burada səkkizillik məktəbi, 1966-cı ildə isə Qubadlı qəsəbə orta məktəbində onillik məktəbi bitirmişdir. Ədib 1966-1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdır. Rafiq Yusifoğlu əmək fəaliyyətini davam etdirməklə yanaşı, 1978-1982-ci illərdə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. O, 1984-cü ildə "Azərbaycan poemasının inkişaf problemləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 2006-cı ildə isə "XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Rafiq Yusifoğlu əmək fəaliyyətinə Sumqayıt şəhərində tərbiyəçi müəllim kimi başlamış, 1971-1972-ci illərdə Sumqayıtda 10 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləmişdir. Hərbi xidməti başa vurduqdan sonra 1973-1985-ci illərdə Sumqayıt şəhərində 23 saylı orta məktəbdə müəllimlik etmişdir.
İbrahim Yusifoğlu
İbrahim Yusifoğlu və ya əsı adı ilə İbrahim Yusif oğlu Yusifov (30 sentyabr 1954, Axura, Noraşen rayonu) — Azərbaycan pedaqoqu və şairi, prezident mükafatçısı. == Həyatı və təhsili == İbrahim Yusifoğlu Yusifov 30 sentyabr Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərində pedaqoji fəaliyyətlə məşğuldur. "Şərur gönçələri" ədəbi birliyinin rəhbəridir. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib. == Fəaliyyəti == Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan "Qələbə atəşi" şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir.Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 25 (iyirmi 25) adda şeirlər, poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Mükafatları == Azərbaycanın xalq maarif əlaçısı (1987) "Qızıl Qələm" media mükafatı laureatı, 2016-cı ildən Prezident mükafatçısı.
Ənvər Yusifoğlu
Ənvər Yusifoğlu (15 yanvar 1914, Yevlax, Cavanşir qəzası – 4 mart 1989, Bakı) — Azərbaycan yazıçısı. == Həyatı == Ənvər Yusifoğlu (tam adı və soyadı Ənvər Yusif oğlu Qasımov) 15 yanvar 1914 ildə Yevlaxda anadan olmuşdur. Əslən Ordubaddandır. Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. "Yeni kənd" (Tiflis), "Kommunist" (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir. Ənvər Yusifoğlu 1937 ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir. Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə (1950–1956), "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat") qəzetində, "Azərbaycan" jurnalında ədəbi işçi (1957–1965) vəzifələrində çalışmışdır. Ənvər Yusifoğlu 4 mart 1989 ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.64 dəfə / 1 mln.
2004 •••• 0.34
2006 ••••• 0.45
2007 ••• 0.21
2008 •••••••••••• 1.22
2009 •••• 0.32
2010 ••••••••• 0.91
2011 ••••••••••••• 1.29
2012 •• 0.17
2013 ••••• 0.44
2014 •• 0.17
2015 •••••••••••••••••••• 2.04
2016 •••••••••••• 1.21
2018 •••••••• 0.75
2019 •••••• 0.56
2020 ••• 0.27

Oxşar sözlər

#yusifoğlu nədir? #yusifoğlu sözünün mənası #yusifoğlu nə deməkdir? #yusifoğlu sözünün izahı #yusifoğlu sözünün yazılışı #yusifoğlu necə yazılır? #yusifoğlu sözünün düzgün yazılışı #yusifoğlu leksik mənası #yusifoğlu sözünün sinonimi #yusifoğlu sözünün yaxın mənalı sözlər #yusifoğlu sözünün əks mənası #yusifoğlu sözünün etimologiyası #yusifoğlu sözünün orfoqrafiyası #yusifoğlu rusca #yusifoğlu inglisça #yusifoğlu fransızca #yusifoğlu sözünün istifadəsi #sözlük