Mirzə Camal Yusifzadə
Mirzə Cəlal Yusifzadə (1862, Şuşa – 1931, Şuşa, DQMV) — azərbaycanlı şair, yazıçı, redaktor. "Fərhad və Şirin" operasının müəlliflərindən biri, tacik dilində nəşr edilmiş ilk qəzetin naşiri və redaktoru, Azərbaycan Cümhuriyyəti Milli Şurasının və Difai Partiyasının üzvü.
== Həyatı ==
Mirzə Cəlal Yusifzadə 1862-ci ildə ildə Şuşada anadan olub. İlk təhsilini burada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Sonradan təhsilini Təbriz şəhərində mədrəsədə davam etdirib.
== Fəaliyyəti ==
Ölkəyə qayıtdıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Həmçinin bədii yaradıcılığa maraq göstərir, qəzəl və mənzum hekayələr qələmə alır."Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və digər qəzetlərdə "C. C. Y", "Cəlal Qarabaği", "Cəlal Yusifi", "Mirzə Cəlal Yusifzadə" və digər imzalarla çıxış edib.
6 mart 1911-ci ildə Mirzə Cəlalın librettosunu yazdığı, müsiqisini tarçalan Mirzə Zeynal hazırladığı "Fərhad və Şirin" operası Bakıda Nikitin qardaşlarının sirkində tamaşaya qoyulub. Bakıda ana dilində "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti) qəzetini nəşr etməyə başlayıb. Operanın librettosu Mirzə Cəlal Yusifzadə tərəfindən "Mərhum Şeyx Nizaminin asari-nəzmiyyəsindən intixab və təlxis olunmuş bir hekayəyi aşiqanə əsəri" adı ilə yazılmış və 31 səhifəlik kitabça şəklində nəşr edilmişdir.