yüksəkliyi sözü azərbaycan dilində

yüksəkliyi

Yazılış

  • yüksəkliyi • 99.6601%
  • Yüksəkliyi • 0.3059%
  • YÜKSƏKLİYİ • 0.0340%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Babazənən yüksəkliyi
Babazənən yüksəkliyi — Azərbaycan Respublikasının Salyan rayonu ərazisində Salyan şəhərinin şimal-şərqində Duzdağ gölünün şimalında yerləşir. Cənub-şərqi Şirvan düzündəki yüksəklik Babazanan və Babazanlı olaraq da adlanır. Hündürlüyü 41,2 metrdir. 2008-ci ildə Babazənən dağında kütləvi məzarlıq aşkarlanıb. Məzarlıq ərazidə heyvan otaran çobanlar tərəfindən tapılıb. Dağın yamacında yaranmış yarğana baxarkən çobanlar orada çoxlu sayda insan sümüklərinin olduğunu görüblər. Aşkar edilmiş kütləvi məzarlığın 1918-ci ildə ermənilərin rayonda törətdikləri soyqırım zamanı yarandığı güman edilir. Tarixi faktlarda da göstərilir ki, 1918-ci ildə ermənilər bu ərazilərdə qırğınlar törədiblər. Əhali sağ qalmaq üçün Babazənən dağında gizlənsə də, ermənilər onları tapıb qətlə yetiriblər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya İnstitutunda Babazənən dağında aşkar edilmiş sümük qalıqlarına vizual baxış keçirilib.
Fərrux yüksəkliyi
Fərrux və ya Qaraqlux — Azərbaycan Respublikasının Xocalı rayonununda dağ. Eyniadlı yaşayış yerinin yuxarısında yerləşir.
Haanya yüksəkliyi
Haanya (est. Haanja kõrgustik) — Estoniyanın cənub-şərqində yerləşən yüksəklik. Estoniyanın və bütövlükdə Baltikyanı ölkələrinin ən yüksək zirvəsi olan Suur-Munamyaq (est. Suur-Munamägi) bu yüksəklikdədir. Haanya yüksəkliyinin cənub hissəsi qismən Latviya ərazisinə keçir. Yüksəklik burada Aluksnen adlanır. Latviya hissəsindəki maksimal yüksəklik dəniz səviyyəsindən 271.5 metrdir — Delinkalns təpəsi (Dēliņkalns). Haanyanın cənub-şərq hissəsi Rusiyanın Pskov vilayətinin Peçora rayonuna aiddir. Beləliklə, bu yüksəklik üç dövlət sərhəddinin qovuşduğu zonada yerləşir. Haanya yüksəkliyi daxilində kiçik yüksəkliklər ayrılmış: Vallamyaqi (Vällamägi) — dəniz səviyyəsindən 304 m hündürlükdə, Kerekunnu (Kerekunnu) — 296 m, Tsalbamqqi (Tsälbamägi) — 293 m.
Hocaz yüksəkliyi
Hocaztəpə — Laçın rayonu ərazisində dağ. Yerli əhali arasında Hocazdaşı adı ilə tanınır. Oronim Hoçaz çayının adı ilə bağlıdır.
Moldova yüksəkliyi
Moldova yüksəkliyi (rum. Podișul Moldovei) — Rumıniyanın şərqində, Prut və Siret çayları arasında yüksəklik. Maksimum hündürlüyü 562 metrdir. Əhəngdaşı, qumdaşı və gillərdən təşkil olunmuşdur. Bitkisi, əsasən, meşə-çöl tiplidir. Çox hissəsi əkin sahəsi və üzümlüklərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Moldova yüksəkliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Ortarus yüksəkliyi
Ortarus yüksəkliyi — Şərqi Avropa düzənliyində yerləşən bir yüksəklik. Şimalda Oka çayı vadisinin enlik seqmentindən cənubda Donetsk silsiləsinə qədər uzanır. Şimal-qərb Smolensk-Moskva silsiləsi ilə həmsərhəddir. Qərbdə Polesskaya, cənub-qərbdə Dnepr yaylası və şərqdə Oka-Don düzənliyi (Tambov düzənliyi) ilə həmsərhəddir. Uzunluğu təxminən 1000 km, eni 500 km-ə qədər, hündürlüyü 200–253 m (ən hündür nöqtəsi — 305 m). Cənub-şərq hissəsi Kalac yüksəkliyi adlanır. == Relyef və geologiya == Kembridən əvvəlki kristal təməl yüksəkliyin orta hissəsində ən yüksək səviyyədədir və Don çayı vadisində, Pavlovsk və Boquçar şəhərləri arasındakı ərazidə səthə çıxır. Şimalda Devon və Daş kömür dövrünün əhəng daşları, Yura və Alt Təbaşir dövrünün qumlu-gilli yataqları ilə, cənubda Mergel qumları, gillər, qum daşları ilə örtülmüşdür. Minerallar: Kursk maqnit anomaliyasının dəmir filizi (ən əhəmiyyətli Mixaylovski yatağı), əhəng daşı və təbaşirin böyük ehtiyatları, Moskva kömür hövzəsinin qəhvəyi kömürü, uran filizinin sənaye ehtiyatları. Qranit, sement xammalı və digər tikinti materialları yataqları.
Səsin yüksəkliyi
Səsin yüksəkliyi (ing. pitch, rus. высота звука) — səsin qulağa təsiri ilə müəyyən edilib, subyektiv qiymətləndirilməsi. Qulağa gələn enerji axını nə qədər böyükdürsə, yüksəklik o qədər böyükdür. Səsin yüksəkliyini ölçmək üçün səsin intensivliyi əlverişlidir. Səsin yüksəkliyi desibel (dB) ilə ifadə edilir. Məsələn, yarpaqların xışıltısı 10 dB, pıçıltı 20 dB, küçədəki səs-küy 70 dB, ağrı yaradan hədd 120 dB, ölümcül səviyyə 180 dB olaraq qiymətləndirilir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti",2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,111 səh.
951 yüksəkliyi
951 yüksəkliyi və ya Qlobus yüksəkliyi — Azərbaycan Respublikası Tərtər rayonu ərazisində, Kiçik Qafqaz dağ sisteminin Murovdağ dağ silsiləsində yerləşən yüksəklik. Yüksəkliyin mütləq hündürlüyü 951 metr təşkil edir. Yüksəklik Tərtər rayonunun Suqovuşan, Təpəkənd və Dəstəgül kəndləri arasında, Suqovuşan su anbarının cənub-qərbində yerləşir. Yüksəklik strateji əhəmiyyət daşıyır və Qarabağ münaqişəsi dövründə bir neçə dəfə döyüşlərə şahidlik etmişdi. == Adı == Yüksəkliyin adı xəritələrdə rəsmi olaraq "951 yüksəkliyi" kimi gedir. Bu, yüksəkliyin mütləq hündürlüyünün 951 metr olması ilə əlaqədardır. Qeyri-rəsmi mənbələr və yerli xalq arasında yüksəkliyin adı "Qlobus" olaraq keçir. Yüksəkliyə niyə bu adın verilməsi ilə bağlı rəsmi məlumat olmasa da, yüksəkliyin nisbətən yumru şəkildə olması və qlobus formasına oxşaması yüksəkliyin yerli xalq arasında belə adlandırılması ehtimallarından biridir.[mənbə göstərin] == Tarixi == Yüksəkliyin 3 yaşayış məntəqəsi, Talış-Ağdərə yoluna və su anbarına vizual nəzarətə imkan verməsi Qarabağ müharibəsi dövründə həmin yüksəkliyin strateji əhəmiyyətini artırmışdır.[mənbə göstərin] Birinci Qarabağ Müharibəsi zamanı yüksəklik bir neçədə dəfə əl dəyişdirib. Qarabağ müharibəsinin ilk illərində yüksəklik və ona bitişik kəndlər erməni qüvvələrinin nəzarətində olub. 1992-ci ilin iyun-iyul aylarında keçirilmiş Ağdərə əməliyyatı zamanı Talış, Suqovuşan və Təpəkənd yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, yüksəkliyə nəzarətə imkan vermişdir.
Qlobus yüksəkliyi
951 yüksəkliyi və ya Qlobus yüksəkliyi — Azərbaycan Respublikası Tərtər rayonu ərazisində, Kiçik Qafqaz dağ sisteminin Murovdağ dağ silsiləsində yerləşən yüksəklik. Yüksəkliyin mütləq hündürlüyü 951 metr təşkil edir. Yüksəklik Tərtər rayonunun Suqovuşan, Təpəkənd və Dəstəgül kəndləri arasında, Suqovuşan su anbarının cənub-qərbində yerləşir. Yüksəklik strateji əhəmiyyət daşıyır və Qarabağ münaqişəsi dövründə bir neçə dəfə döyüşlərə şahidlik etmişdi. == Adı == Yüksəkliyin adı xəritələrdə rəsmi olaraq "951 yüksəkliyi" kimi gedir. Bu, yüksəkliyin mütləq hündürlüyünün 951 metr olması ilə əlaqədardır. Qeyri-rəsmi mənbələr və yerli xalq arasında yüksəkliyin adı "Qlobus" olaraq keçir. Yüksəkliyə niyə bu adın verilməsi ilə bağlı rəsmi məlumat olmasa da, yüksəkliyin nisbətən yumru şəkildə olması və qlobus formasına oxşaması yüksəkliyin yerli xalq arasında belə adlandırılması ehtimallarından biridir.[mənbə göstərin] == Tarixi == Yüksəkliyin 3 yaşayış məntəqəsi, Talış-Ağdərə yoluna və su anbarına vizual nəzarətə imkan verməsi Qarabağ müharibəsi dövründə həmin yüksəkliyin strateji əhəmiyyətini artırmışdır.[mənbə göstərin] Birinci Qarabağ Müharibəsi zamanı yüksəklik bir neçədə dəfə əl dəyişdirib. Qarabağ müharibəsinin ilk illərində yüksəklik və ona bitişik kəndlər erməni qüvvələrinin nəzarətində olub. 1992-ci ilin iyun-iyul aylarında keçirilmiş Ağdərə əməliyyatı zamanı Talış, Suqovuşan və Təpəkənd yaşayış məntəqələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi, yüksəkliyə nəzarətə imkan vermişdir.
Buqulma-Belebey yüksəkliyi
Buqulma-Belebey yüksəkliyi (ing. Bugulma-Belebey Upland) — Şərqi Avropa düzənliyinin şərqində, Rusiya Federasiyasının, Tatarıstan və Başqırdıstan respublikaları, Samara və Orenburq vilayətləri ərazisində pilləli yüksəklik. == Coğrafiyası == Belaya, Kama və Volqa çaylarının sol qollarının suayırıcısıdır. Hündürlüyü 200–400 m-dir. Yamacları çay dərələri ilə parçalanmışdır. Əhəngdaşı, gil və qum daşıdan təşkil olunmuşdur. Karst uçurumları və mağaraları var. Meşə-çöl və çöl landşaftı üstündür. Neft yataqları (Volqa-Ural neftli-qazlı əyaləti) var.
Sambek yüksəkliyi şöhrət memorialı
Sambek yüksəkliyi şöhrət memorialı — Rostov vilayəti Neklinnovski rayonu Sambek qəsəbəsindən bir qədər aralıda yerləşən memorial abidə kompleksi. Kompleks 130 və 416 atıcı diviziyalarının Taqanroqun alınmasındakı xidmətlərinə görə qoyulmuşdur. Bu diviziyalar fəxri "Taqanroq diviziyası" adın layiq görülmüşlər. == Abidə == Abidə kompleksinin müəllifi bakılı heykəltaraş Elcan Seyfulla oğlu Şamilov və rostovlu V. İ. və İ. V. Qriqor. Abidə kəndin ətrafında ən hündür nöqtədə, vaxtı mövcid olan səngərlərin yerində, pulemyotların yerləşdirildiyi ərazidə ucaldılmışdır. Abidə iki beton lövhədən ibarətdir. Mərkəzdə ayrılmış abidə iki hissədən ibarətdir. Bu isə Taqanroqun azad olunmasında iştirak etmiş iki atıcı diviziyanı tərənnüm edir. Bu abidə bütün Rostov vilayəti ərazisində ən böyük memorial abidədir. == Tarix == Abidə 7 may 1980-ci ildə Azərbaycan SSR MK baş katibi Heydər Əliyev başda olmaqla Azərbaycandan gəlmiş nümayəndə heyətinin iştirakı ilə açılmışdır.
Yüksəkliyin dabanı
Yüksəkliyin dabanı (rus. подошва возвышенностей, ing. foot of upland) — ayrıca bir dağı, yaylanı və s. ətraf düzənliklərdən ayıran və yüksəkliyin əsasını /oturacağını/ dövrəyə alan, qapalı əyri xətt.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.40 dəfə / 1 mln.
2002 •••••••••••••••••• 23.98
2003 •••••••••••••••••••• 27.95
2004 ••••••• 9.77
2005 •••••••• 10.80
2006 •••••• 8.11
2007 ••••••••••• 14.80
2008 ••••••••••••• 17.78
2009 •••• 5.28
2010 ••••• 6.08
2011 •••••• 8.06
2012 ••••••• 9.21
2013 •••• 4.67
2014 ••••••• 9.10
2015 •••••••• 10.21
2016 •••••••••••••••• 21.00
2017 ••••••••• 12.52
2018 ••••••• 8.69
2019 ••••••••• 11.96
2020 ••••••••• 11.27

"yüksəkliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yüksəkliyi nədir? #yüksəkliyi sözünün mənası #yüksəkliyi nə deməkdir? #yüksəkliyi sözünün izahı #yüksəkliyi sözünün yazılışı #yüksəkliyi necə yazılır? #yüksəkliyi sözünün düzgün yazılışı #yüksəkliyi leksik mənası #yüksəkliyi sözünün sinonimi #yüksəkliyi sözünün yaxın mənalı sözlər #yüksəkliyi sözünün əks mənası #yüksəkliyi sözünün etimologiyası #yüksəkliyi sözünün orfoqrafiyası #yüksəkliyi rusca #yüksəkliyi inglisça #yüksəkliyi fransızca #yüksəkliyi sözünün istifadəsi #sözlük