* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Keçmişdə qiymətli daşlardan sayılan, zümrüdə bənzəyən yaşıl rəngli daş. Sabahısı gün qız oğlana bir zümrüd göndərdi. Oğlan getdi bazara, bir dənə zəbərcəd alıb qoydu bının yanına, qeytərdi dala. (Nağıl). Mina qəddin zəbərcəddi; Nə desən cana minnətdi. “Qurbani”. Çəpkənin yaxasındakı zümrüd və zəbərcəd düymələri altından tellərinə sancdığı badam şəkilli almaz cıqqa … görünürdü. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / zəbərcəd2 zümrüdə bənzər yaşılımtıl rəngli qiymətli bir daş.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / zəbərcəd3 f. qızıla çalan yaşılımtıl rəngli qiymətli daş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zəbərcəd4 Zümrüdəbənzər qiymətli daş. Al cavabın deyim, Süsənbər xanım, Ərş üzünün on iki bürcü-barı var. Behişti-əlanın ləli-zəbərcət fərşi, Çox hesabsız huri, qılmanları var. (“Heydər bəy”) * Mina qəddin zəbərcəddi, Nə desən, cana minnətdi, El köçüb, otaq xəlvətdi, Gəlsən, alam busən, dilbər. (“Qurbani”)
Azərbaycan dastanlarının leksikası / zəbərcəd1 [ər.] сущ. виликра къиметлу къванерикай яз гьисабзавай, зумруддиз ухшар къацу ранг алай са къван.
Azərbaycanca-ləzgicə lüğəti / zəbərcəd