zəhmətkeşlər sözü azərbaycan dilində

zəhmətkeşlər

Yazılış

  • zəhmətkeşlər • 70.4000%
  • Zəhmətkeşlər • 29.6000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Macarıstan Zəhmətkeşlər Partiyası
Macarıstan Zəhmətkeşlər Partiyası- (mac. Magyar Dolgozók Pártja), 1948-1956 illər ərzində Macarıstan Xalq Respublikasında iqtidarda olan kommunist partiyası. == Tarixi == 1948-ci il iyunun 12-si ilə 14-ü arasında Macarıstan Kommunist Partiyası (MKP) və Macarıstan Sosyal Demokrat Partiyasının (MSDP) birgə qurultayında hər iki partiya birləşdi və Macarıstan Zəhmətkeşlər Partiyası yaradıldı. Yaradılan yeni partiyanın sədri Şakaşiç, baş katibi isə Matyaş Rakoşi oldu. O, 1956-cı ilə qədər bu vəzifəni yerinə yetirmişdir. Rakoşidən sonra baş katib Ernü Gerü, ondan sonra isə Yanoş Kadar olmuşdur. Macarıstan zəhmətkeşlər partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu il avqustun 18-də Macarıstan Xalq Respublikasının Konstitusiyası qəbul edildi. 1956-cı il Macar inqilabından sorna Kadarın başçılıq etdiyi MZP Macar Sosialist Fəhlə Partiyası kimi yenidən təşkil edildi.
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə
Rusiyanın və bütün şərqin müsəlman zəhmətkeşlərinə — Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Sovetinin (RSFSR XKS) 1917-ci il noyabrın 20-də (dekabrın 3-də) qəbul olunmuş müraciətnaməsi. == Haqqında == XKS-nin sədri V.İ.Lenin və xalq milli işlər komissarı İ.V.Stalin imzalamışlar. Mətni Bakıda nəşr edilən qəzetlərdə, o cümlədən "Hümmət" qəzetində (1917 il 5 dekabr, № 22) dərc olunmuşdu. Müraciətnamədə deyilirdi: Bunun ardınca Rusiyada baş vermiş Oktyabr çevrilişinin {1917) rolundan bəlağətlə bəhs edilirdi: Sonra müraciətin ünvanı aşağıdakı kimi müəyyənləşdirilirdi: Lakin ən başlıca məsələ müraciətdə irəli sürülən müddəalar idi. Müraciətdə göstərilirdi ki, "Bu gündən sizin dininiz və adətləriniz, sizin milli və mədəni təsisatlarımız azad və toxunulmazdır. Öz milli həyatınızı azad və mümaniətsiz qurun. Sizin buna haqqınız vardır. Bunu biliniz ki, Rusiyanın bütün xalqlarınm hüququ kimi, sizin də hüququnuzu inqilab və onun orqanları, Fəhlə, Əsgər və Kəndli Deputatları Sovetləri var qüvvəsi ilə qoruyur" və i.a. 1917 il noyabrın 2 (15)-də elan edilmiş Rusiya xalqlartnın hüqııq bəyannaməsi kimi, bu sənəd də bilavasitə təbliğat xarakteri daşımış, orada elan edilmiş, prinsipial müddəalara əməl olunmamışdı. Bu, "Zaqafqaziyanın türk və müsəlmanları"na, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə münasibətdə özünü əyani şəkildə göstərmişdi.
Rusiya Zəhmətkeşləri İttifaqı
ABŞ və Kanadada Rusiya Zəhmətkeşləri İttifaqı (ing. Union of Russian Workers in the United States and Canada) və ya sadəcə Rusiya Zəhmətkeşləri İttifaqı (RZİ; rus. Союз Русских Рабочих) — 1908-ci ildə ABŞ-də Rusiyadan olan mühacirlər tərəfindən yaradılmış leyborist təşkilat. İttifaqın üzvlərinin əksəriyyəti siyasi təqiblərdən və iqtisadi sıxıntılardan xilas olmaq üçün Rusiyadan qaçan fabrik işçiləri və kəndlilər idi. RZİ ABŞ və Kanadadakı rusiyalı fəhlələri sosializm bayrağı altında birləşdirməyə, daha yaxşı iş şəraiti və əmək hüquqları uğrunda mübarizə aparmağa çalışırdı. RZİ anarxizm ideyalarından güclü şəkildə təsirlənmişdi. Həmçinin, təşkilatın bir çox liderləri və üzvləri anarxist dairələrdə fəal idilər. RZİ fəaliyyətinin ilk illərində əməkçilərin hüquqlarını dəstəkləmək məqsədilə, eyni zamanda ABŞ-də rusiyalı mühacirlərin üzləşdiyi təzyiqlərə qarşı tətillər və etiraz aksiyaları təşkil etmişdir. Buna baxmayaraq, qrupun radikal baxışları və anarxizmlə əlaqəsi onu Birinci Dünya müharibəsi zamanı hökumətin repressiya hədəfinə çevirmişdir. 1919-cu ildə ABŞ hökuməti RZİ və digər radikal əmək təşkilatlarına qarşı repressiya həyata keçirmiş və bu, nəticədə qrupun ləğv edilməsinə səbəb olmuşdur.

"zəhmətkeşlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəhmətkeşlər nədir? #zəhmətkeşlər sözünün mənası #zəhmətkeşlər nə deməkdir? #zəhmətkeşlər sözünün izahı #zəhmətkeşlər sözünün yazılışı #zəhmətkeşlər necə yazılır? #zəhmətkeşlər sözünün düzgün yazılışı #zəhmətkeşlər leksik mənası #zəhmətkeşlər sözünün sinonimi #zəhmətkeşlər sözünün yaxın mənalı sözlər #zəhmətkeşlər sözünün əks mənası #zəhmətkeşlər sözünün etimologiyası #zəhmətkeşlər sözünün orfoqrafiyası #zəhmətkeşlər rusca #zəhmətkeşlər inglisça #zəhmətkeşlər fransızca #zəhmətkeşlər sözünün istifadəsi #sözlük