Zənd sözü azərbaycan dilində

Zənd

Yazılış

  • Zənd • 51.7241%
  • zənd • 41.3793%
  • ZƏND • 6.8966%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İbrahim Zənd
İbrahim Tağı xan oğlu Zənd (1888-1974) - İranın hərbi naziri, diplomat. == Həyatı == O, vaxtilə Tiflisdə xidmət еdən İran Xarici İşlər Nazirliyinin məmuru Tağı xanın ailəsində, 1888-ci ildə doğulmuşdu. Hərbi təhsilini Rusiyada almışdı. Bakıda Azərbaycan milli hökuməti dövründə, Xarici işlər nazirliyinin diplomatik şöbəsinin rəisi vəzifəsində işləmişdi. Hətta Sovеt hakimiyyətinin ilk illərində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığında məsul vəzifə tutmuşdu. İbrahim xan Zənd 1921-ci ildə Tеhrana gеtmiş, İran Xarici İşlər Nazirliyində tərcümə bürosuna başçılıq еtmişdi. 1924-cü ildə Muğana sərhəd məsələləri ilə bağlı göndərilən komissiyaya tərcüməçilik еtmişdi. 1925-ci ildə şahın yaxın silahdaşı Əbdülhüseyn xan Teymurtaşla birlikdə Sovеt-İran danışıqlarını aparmaq üçün Moskvaya gəlmişdi. XX əsrin 20-30-cu illərdə İranın Ədliyyə nazirliyində və Milli Bankda rəhbər vəzifələrdə çalışmışdı. 1940-cı ildə briqada gеnеralı, 1944-cü ildə diviziya gеnеralı hərbi rütbəsi almışdı.
Cəfər xan Zənd
Cəfər xan Zənd (XVIII əsr, Məlayer, Həmədan ostanı – 23 yanvar 1789, Şiraz) — Zəndlər sülaləsindən, 18 fevral, 1785-ci ildən 23 yanvar 1789-cu ilədək hakimiyyətdə olmuş hökmdar. == Həyatı == Tarixçi Xosrov ibn Məhəmməd Bəni Ərdalan yazır: "1201-ci (1786/1787-ci) ildə Ağaməhəmməd xan Astrabaddan çıxış etməyə başlayır, onun xoşbəxtlik ulduzu doğur. Cəfər xan Zənd özünü hökmran elan edib, İsfahanda taxta əyləşir və cəsarət bayrağını ucaldır. Ağaməhəmməd xanın gəlişini eşidib, güc-bəla ilə Farsa qaçır. Ağaməhəmməd xan az zaman ərzində bütün İraqi-Əcəmə yiyələnir. O, Həmədana gəlib, Xosrov xanla görüşmək istəyir. Xosrov xan öz öhdəliyini xatırlayıb, onun atası Məhəmmədhəsən xanın xeyrxahlığını və comərdliyini yadına salıb, hansı ki, yuxarıda qeyd edilmişdi, görüşmək qərarına gəldi". 1786-cı ildə Ağaməhəmməd xan Qacar özünü İran hökmdarı sayan Cəfər xan Zənd üzərində əsaslı bir qələbə qazanır. Qoşunu dağılmış Cəfər xan Şiraza qaçır. 23 yanvar 1789-cu ildə, orada sui-qəsd qurbanı olur.
Kərim xan Zənd
Kərim xan Zənd (fars. کریم خان زند‎; 23 may 1705, Piruz, Həmədan ostanı – 1 mart 1779, Şiraz) — 1763-1779-cu illərdə hakimiyyətdə olmuş İran hökmdarı, İranın müvəqqəti vəkili. == Soyu və Ailəsi == Atası, Ləklərə mənsub olan Zənd qəbiləsinin Zənd-i Begile şöbəsinə mənsub olan Aynaq Xan'dır. Anasıda Ağabikə (Ağabəyim) xanımdır. Qəbilənin başına keçmədən öncəsi həyatı barədə məlumat yoxdur. Afşarlar tərəfindən anayurdları olan Zaqros dağlıq bölgəsindəki Məlayir şəhərinin kəvşənindən Quzey Xorasan’nın Əbivərd’inə sürülen Zəndlər, Nadir Şah’ın öldürülmesindən sonra Kərim xan’ın liderliyi zamanında geçmiş yerlərinə dönmüşlər. == Həyatı == Kərim Bəy, 1705-ci ildə Səfəvi imperiyasının bir hissəsi olan Pəri kəndində doğuldu. O, Aynaq Xan Zəndin böyük oğlu idi və 3 bacısı, Məhəmməd Sadiq xan adlı bir qardaşı və Zəki xan və İskəndər xan Zənd adlı iki ögey qardaşları vardı. 1722-ci ildə Səfəvi İmperiyası dağılmaq ərəfəsindəydi - İsfahan və mərkəzi və şərq torpaqları Hotaki sülaləsi tərəfindən işqal edilmişdi, Ruslar şimalındakı bir çox şəhəri fəth etdilər. Eyni zamanda Osmanlı İmperiyası, qərbi bölgələri ələ keçirdilər.
Lütfəli xan Zənd
Lütfəli xan Zənd (1769–1794) — 1789–1794-cü illərdə hakimiyyətdə olmuş Zənd hakimi. == Həyatı == Hakimiyyət uğrunda Zəndlərlə uzun savaşlar aparan Ağaməhəmməd şah 1785-in yanvarından mühasirədə saxladığı Tehran qalası önündə müəyyən qədər qoşun saxlamaqla 1785-in martında Qum şəhərinə yürüş etdi və oranı tutdu. Elə o vaxt onun sərkərdəsi Məcnun xan da Tehranı aldı və şah bu kiçik şəhəri Əstərabaddan sonra ikinci paytaxta çevirdi (1785). İsfahanı tutaraq (2.1786) Zəndləri oradan qovan və 40 gün həmin şəhərdə qaldıqdan sonra Tehrana qayıdan Ağaməhəmməd şah 11 cəmadiyül-əvvəl 1200-də (12 mart 1786) Tehranda səltənət taxtına əyləşdi və elə o gün Tehranın şahlığın paytaxtı olmasına fərman verdi. (Mazandarandan sonra ikinci yol taxta əyləşən Ağaməhəmməd şah tacqoyma mərasimini bu dəfə düz 10 il gecikdirdi). 21 mart 1786-da Ağaməhəmməd şah Qacarın adına Aslan və Günəş (Şirü Xurşid) təsvirli qızıl sikkə kəsildi, onun adına xütbələr oxundu. Şah 1786-da özünü "İran şahı" adlandıran Cəfər xan Zənd üzərində parlaq qələbə qazandı. (Şiraza qaçan Cəfər xan orada sui-qəsdlə öldürüldü). Beləliklə, həmin il o, gündoğandan Bəstam və Şahrudu, günbatandan Gilan, Talış və Kirmanşahı, quzeydən İsfahan, Əstərabad və Mazandaranı bütünlüklə öz ağalığı altına keçirdi. Qardaşı Murtuzaqulu xan Qacarı Gilan və Əstərabad hakimi qoydu.
Sadıq xan Zənd
Sadıq xan ibn İnaq xan Zənd (?- 14.3.1781) — Zəndlər sülaləsindən, Kərim xanın ögey qardaşı, 22 avqust, 1779-cu ildən 14 mart 1781-ci ilədək hakimiyyətdə olmuş hökmdar.
Zəki Xan Zənd
Zəki Xan Zənd (Məlayer, Həmədan ostanı – 6 iyun 1779 və ya 14 iyun 1779) — Zəndlərin hərbi komandiri və Kərim Xanın Nənə (Ağa Bəyim) tərəfindən qardaşı, həm də əmisi Budaq Xanın oğluydu. == Həyatı == Zənd sülaləsinin üzvü Zəki xan, rəsmi olaraq heç vaxt Zənd hökmdarı olmadı, ancaq 1779-cu il martın 2-də, qardaşı Kərim Xanın vəfatı ardından üç ay ərzində ölkənin gücünü ələ keçirdi. 6 iyun 1779-cu ildə Zəki xan İsfahana gedərkən İzədxast qəsəbəsində qorxu yaratdı. Ancaq bu dəfə o qədər iti getdi ki, hətta öz adamları da şoka düşdü. Aralarında olan bir qrup qəbilə lideri, İzədxast kəndindəki çadırında yatarkən onu öldürdü.
Əlimurad xan Zənd
Əlimurad xan Zənd (?-18.1.1785) — Zəndlər sülaləsindən Fars, İsfahan hakimi. == Həyatı == Kərim xan Zəndin ölümündən sonrа Mərkəzi İrаndа Zəndlər sülaləsinin nümаyəndəsi Əlimurаd хаn hаkimiyyəti ələ keçirmişdi. Lаkin o öz hаkimiyyətini möhkəmləndirə bilmirdi. Çoхlаrı Əlimurаd хаnı İrаn hökmdаrı kimi tаnımаq istəmirdilər. Bunа görə Əlimurаd хаn Rusiyаnın dəstəyini qаzаnmаq üçün onа ittifаq bаğlаmаq təklifi ilə mürаciət etdi. Hələ 1783-cü ildə generаl Potyomkinin təbrik məktubunu аlаn Əlimurаd хаn öz məmuru Məhəmməd bəyi məktublа Qаfqаz хəttinə göndərib rus tаcirlərinə hər cür şərаit yаrаtdığını, Peterburq sаrаyınа səfir göndərib Rusiyа ilə onun аrzulаdığı şərtlərlə ittifаq bаğlаmаq istəyində olduğunu bildirmişdi. Cənubi Qаfqаzı öz mülklərinə qаtmаğı niyyət edən Rusiyа onun üçün çoх əlverişli olаn bu mürаciətə həvəslə cаvаb vermişdi. Q.А.Potyomkin II Yekаterinаyа yаzmışdı ki, Mərkəzi İrаnı ələ keçirən Əlimurаd хаn Rusiyа ilə ittifаq ахtаrır və bundаn istifаdə edərək "İrаn Ermənistаnını" könüllü аlıb, onun əsаsındа Аlbаniyа quberniyаsı təşkil etmək olаr. О, 1784-cü ilin mаy аyındа isə Əlimurаd хаnın təklifindən fаydаlаnmаq bаrədə müsbət rəyini Bezborodkаyа bildirmişdi: "Bundаn böyük хeyir qаzаnmаq, Ermənistаn ölkəsini və Аlbаniyаnı təşkil etməli olаn hissəni, İrаklinin çаrlığını qurmаq olаr". Əlimurаd хаnlа dаnışıqlаrın sürətləndirilməsinin bir səbəbi də Qubаlı Fətəli хаnın Cənubi Аzərbаycаn torpаqlаrını birləşdirmək istiqаmətində cəhdlər göstərməsi idi.
Zənd-i Vəhmən yəsn
Zənd-i Vəhmən yəsn — pəhləvi dilində orta əsr zərdüşti apokaliptik mətni. Bu, Ahura Mazdanın Zərdüştə behdinlərin ("yaxşı din"dən olanların, yəni zərdüştilərin) və gələcəkdə onların dininin başına gələcəklər haqqında məlumat verən peyğəmbərlik əsəridir. Saxlanılmış ən qədim əlyazma (K20, Kopenhagendə) təxminən 1400-cü ilə aiddir, lakin mətnin özü daha qədimdir. Bu, bir neçə nəsil ərzində yazılmış və redaktə edilmişdir. Əsər "Bəhmən Yəşt" və "Zənd-i vəhmən yəşt" kimi də tanınır. Bu başlıqlar sxolastik səhvlərdir. Onlar birinci halda XVIII əsrdə Anketil-Düperron, ikincisi isə XIX əsrdə Edvard Vilyam Vestlə bağlıdır.
Zəndlər
Zəndlər sülaləsi — 1747-ci ildən 1794-cü ilədək iqtidarda olmuş Lur sülaləsi 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 xanədan. Sülalə kökən olaraq Zənd tayfasına mənsub idi. == Sülalənin tarixi == Nadir şah Əfşarın ölümündən sonra isə İranda hakimiyyət uğrunda gedən mübarizə daha da kəskin xarakter aldı. Bu mübarizədə iştirak edən tərəflərdən biri Kərim xan Zənd idi. XVIII əsrin ikinci yarısında Kərim xan Zəndin İranda həkimiyyəti ələ almaq uğrunda apardığı mübarizə xüsusi qeyd edilməlidir. Qeyd edək ki, mövzu ilə bağlı çox məhdud dərəcədə ədəbiyyat mövcuddur. Bu isə Kərim xan Zəndin hakimiyyətə gəlməsi və onun yeritdiyi siyasətin araşdırılmasında xüsusi çətinlik yaradır. Bununla belə, mövzu üzrə bir sıra ədəbiyyatlardan istifadə etmişik. Bunlardan biri Kərim xan və Zəndlər Kitabıdır. Burada Kərim xan Zəndin XVIII əsrin ikinci yarısından etibarən apardığı mübarizə, Əlimurdan xan, Məhəmmədhəsən xanla olan toqquşmalar xüsusi qeyd olunur.
Zəndlər sülaləsi
Zəndlər sülaləsi — 1747-ci ildən 1794-cü ilədək iqtidarda olmuş Lur sülaləsi 2000-ci ilə olan təxminə əsasən İran İslam Respublikasında sayları 1,000,000 xanədan. Sülalə kökən olaraq Zənd tayfasına mənsub idi. == Sülalənin tarixi == Nadir şah Əfşarın ölümündən sonra isə İranda hakimiyyət uğrunda gedən mübarizə daha da kəskin xarakter aldı. Bu mübarizədə iştirak edən tərəflərdən biri Kərim xan Zənd idi. XVIII əsrin ikinci yarısında Kərim xan Zəndin İranda həkimiyyəti ələ almaq uğrunda apardığı mübarizə xüsusi qeyd edilməlidir. Qeyd edək ki, mövzu ilə bağlı çox məhdud dərəcədə ədəbiyyat mövcuddur. Bu isə Kərim xan Zəndin hakimiyyətə gəlməsi və onun yeritdiyi siyasətin araşdırılmasında xüsusi çətinlik yaradır. Bununla belə, mövzu üzrə bir sıra ədəbiyyatlardan istifadə etmişik. Bunlardan biri Kərim xan və Zəndlər Kitabıdır. Burada Kərim xan Zəndin XVIII əsrin ikinci yarısından etibarən apardığı mübarizə, Əlimurdan xan, Məhəmmədhəsən xanla olan toqquşmalar xüsusi qeyd olunur.

zənd sözünün leksik mənası və izahı

"zənd" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zənd nədir? #zənd sözünün mənası #zənd nə deməkdir? #zənd sözünün izahı #zənd sözünün yazılışı #zənd necə yazılır? #zənd sözünün düzgün yazılışı #zənd leksik mənası #zənd sözünün sinonimi #zənd sözünün yaxın mənalı sözlər #zənd sözünün əks mənası #zənd sözünün etimologiyası #zənd sözünün orfoqrafiyası #zənd rusca #zənd inglisça #zənd fransızca #zənd sözünün istifadəsi #sözlük