zamanın sözü azərbaycan dilində

zamanın

Yazılış

  • zamanın • 87.8148%
  • Zamanın • 12.0834%
  • ZAMANIN • 0.0509%
  • zamanIn • 0.0509%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zamanın bölünməsi
İnformasiyanın vaxtında bölüşdürülməsi çoxsaylı işlərin köməyi ilə istifadəçilər arasında resursların paylaşılmasına verilən adadır. 1960-cı illərdə yaranmış və 1970-ci illərdən bəri geniş yayılmış vaxt mübadiləsi bir kompüterdə işləyən istifadəçilərin sayına məhdudiyyət qoymuş və interaktiv proqramları yazmağı asanlaşdırmışdır. Vaxtın mübadiləsi müasir əməliyyat sistemlərinin tərkib hissəsidir.
Zamanın keşikçiləri
Zamanın keşikçiləri (ing. Guardians of Time) — Avstriya heykəltaraşı Manfred Kielnhofer tərəfindən işlənmiş incəsənət layihəsidir. == İdeya və tarix == "Zamanın keçikçiləri" incəsənət layihəsi insanlığın qəribə obrazlar tərəfindən izləndiyinə və qorunduğuna inanan heykəltaraş Manfred Kielnhofer tərəfindən yaradılmışdır. Dizayner və fotoqrafı həmişə insanın insanlıq üçün potensial təhlükə mənbəyi olması ideyası maraqlandırmışdı. Zaman keşikçiləri"ni yaratmışdı. Heykəllər rahibləri xatırladır. Sənətkar insan formasını həm kətan üzərində həm də heykəllərdə alət kimi istifadə edir. Növbəti illərdə Kielnhoferin keşikçiləri müxtəlif şəhərlərin tarixi abidələri, qəsrlər, meydanlar və parklarda sərgilənmişdir. Onlar şimal ölkələri boyunca səhayət edərək bir çox sərgilərin tərkib hissəsi olmuşlar. Öz əsərlərində Manfred Kielnhofer insanlığın daimi təhlükəsizlik arzusunu ifadə edir.
Zamanın qumları
Zamanın qumları (ing. The Sands of Time) — Sidni Şeldonun 1988-ci ildə yazdığı romandır. == Ədəbiyyat == Sidney Sheldon, The Sands of Time, published by Grand Central Publishing (1988) ISBN 978-0-446-35683-1.
Zamanın ruhu
Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir. Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.
Zamanın təhrifi
Zamanın təhrifi və ya zamanın distorsiyası (ing. tachypsychia) — zamanın həqiqi ölçüsündən asılı olmayaraq, insan zamanın uzandığını və ya daraldığını hiss edə biləcəyi zaman onun qavrayışındakı dəyişikliyi ifadə edən psixoloji termin. Zaman yavaşladıqda, hərəkət edən obyektlərin bulanıqlaşması kimi optik illüziyalar yarana bilər . Zamanın təhrifi keçmişin və ya gələcəyin təhrif olunmuş qavrayışına səbəb ola bilər. Bəzən bu şüursuz şəkildə baş verir. Qavrayışdakı dəyişikliklərin səbəbi çox vaxt psixoloji travma, fiziki fəaliyyət, psixi vəziyyətə və şüura təsir edən maddələrin istifadəsidir. == Tarixi == Zamanın distorsiyasının ayrıca bir fenomen kimi müəyyənləşdirilməsi nisbətən son dövrlərdə başlamışdır. Psixoloq Paul Fress 1978-ci ildə yazırdı ki, stresli vəziyyətdə yaşanan vaxtın həddən artıq qiymətləndirilməsi baş verir və bunda affektiv vəziyyət həlledici rol oynayır . Bəzi psixoloqlar fərdin psixoloji vaxtı kimi kateqoriyanı müəyyən edir , zamanın qavranılmasının subyektivliyini qeyd edirlər. Qeyri-elmi mühitdə, eyni zamanda, vaxtın fərdi olaraq qəbul edildiyi, həmçinin stresli bir vəziyyətdə bir çox insanın təhrif - uzadılmış vaxtı hiss etdiyi barədə ümumi bir fikir var.
Zeytgeyst (zamanın ruhu)
İtirilmiş zamanın axtarışında
İtirilmiş zamanın axtarışında — Marsel Prust həyatının son 17 ilində yazdığı nəhəng romandır. Roman ümumilikdə 4215 səhifədən ibarətdir. XX əsr ədəbiyyatının ən böyük əsərlərindən biri hesab olunur.
Zamanın və məkanın fəlsəfəsi
[[İmage:Titian - Allegorie der Zeit.jpg|thumb|250px|Tisian, „Zamanın alleqoriyası" - Keçmişin, çağdaşın və gələcəyin münasibətlərinin alleqorik təsviri. Burada keçmiş sola, gələcək sağa, çağdaş yaşlı kişi düz baxır.]] Zaman fəlsəfədə baş verən hadisələrin ardıcıllığının insan tərəfindən dərk edilməsidir. Bu dəyişikliklər "zamanın istiqamətini" əsaslandırırlar. Zamanın mövcudluğunu Platon, Aristotel, Avqust, Leybnits, Kant kimi dahi filosoflar müxtəlif şəkildə təsvir etmişlər. Gündəlik həyatdan məlumdur ki, zaman dərk oluna bilməyən obyektlərdən asılı olmayaraq da mövcuddur. Buna görə də, zamanın təsvirində həmişə belə bir sual ortaya çıxırdı ki, zaman insanların düşüncəsində xüsusi baxış formalaşdıqdan sonra mövcud olmuş, ya da ondan asılı olmayaraq obyektiv, bərabərformalı və mütləq mövcuddur. Bu sualın cavabı əsrlər boyu fəlsəfənin, teologiyanın və mistikanın əsas mövzusu olmuşdur. Son zamanlarda fizika, astronomiya, neurologiya, xronopsixologiya və başqa elm sahələri də zamanın tədqiqində öz töhfələrini vermişlər. Zamanın mövcudluğu öz-özlüyündə problem yaradır, çünki, mövcudluq anlayışının vaxtla əlaqələndirilməsi çətindir. İnsan beynində aparılan son tədqiqatlar, molekulyar biologiya və psixologiya göstərmişdir ki, insanda dərketmə, düşünmə, yadasalma, vaxt hissi və şüur bir-biri ilə o dərəcədə sıx bağlıdır ki, onlar adi halda bir-birindən ayrıla bilməzlər.
Zamanın Əsas Yolu (1977)
== Məzmun == Hadisə filmi Bakıda və Lənkəranda "Kommunizm cəmiyyəti qurucusunun fəal həyat mövqeyi" mövzusunda keçirilən Ümumittifaq elmi-praktik konfransa həsr edilmişdir. Kinolentdə konfrans iştirakçılarının müsahibələri də verilmişdir.
Zamanın əsas yolu (film, 1977)
== Məzmun == Hadisə filmi Bakıda və Lənkəranda "Kommunizm cəmiyyəti qurucusunun fəal həyat mövqeyi" mövzusunda keçirilən Ümumittifaq elmi-praktik konfransa həsr edilmişdir. Kinolentdə konfrans iştirakçılarının müsahibələri də verilmişdir.
Fars Şahzadəsi: Zamanın qumları (film, 2010)
Fars Şahzadəsi: Zamanın qumları (ing. Prince of Persia: The Sands of Time) — Mayk Nyuell tərəfindən çəkilən ABŞ filmidir. Film ilk dəfə olaraq 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir. == Məzmun == Gənc şahzadə Dastan hər zaman döyüşlərdə düşmənlərinə qalib gəlmiş, lakin məkrli saray xadiminin fitnə-fəsadı nəticəsində şahlığından məhrum olmuşdur. İndi Dastan vaxtı geri qaytara biləcək və öz sahibini dünya hökmranı edəcək qüdrətli və eyni zamanda sehrli bir əşyanı canilərdən oğurlamalıdır. Düşmənlərini dəf etməkdə ona soyuq silahla davranışın incəliklərinə yiyələnmə bacarığı və qeyri-adi akrobatika və ekvilibristika qabiliyyəti yardım edəcəkdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 13.06 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 27.41
2003 ••••••••••••••••••• 25.20
2004 ••••••••••••• 16.84
2005 ••••••• 8.77
2006 ••••••••• 11.26
2007 •••••••••••• 16.07
2008 •••••••••••••••• 20.95
2009 ••••••••• 11.68
2010 •••••• 7.99
2011 •••••••• 10.04
2012 •••••••••••• 15.40
2013 ••••••• 8.75
2014 ••••••••••• 14.07
2015 ••••••••• 11.91
2016 ••••••••• 11.80
2017 •••••••••••• 15.28
2018 •••••••••• 12.74
2019 ••••••••••••• 16.55
2020 •••••••••• 12.47

"zamanın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zamanın nədir? #zamanın sözünün mənası #zamanın nə deməkdir? #zamanın sözünün izahı #zamanın sözünün yazılışı #zamanın necə yazılır? #zamanın sözünün düzgün yazılışı #zamanın leksik mənası #zamanın sözünün sinonimi #zamanın sözünün yaxın mənalı sözlər #zamanın sözünün əks mənası #zamanın sözünün etimologiyası #zamanın sözünün orfoqrafiyası #zamanın rusca #zamanın inglisça #zamanın fransızca #zamanın sözünün istifadəsi #sözlük