Zamin sözü azərbaycan dilində

Zamin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Zamin • 60.4502%
  • zamin • 39.3087%
  • ZAMİN • 0.2412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zamin
Zəmanət və qarant — zəmanət verən şəxs; dövlət, təşkilat, müəssisə, fərd ola bilər. Subyekt hər hansı öhdəliklərə və ya bir şeyin keyfiyyət və xüsusiyyətlərinə görə müəyyən məsuliyyət (öhdəlik) elan edir və öz üzərinə götürür. Zamin duran şəxsə zəmanətçi və ya qarantçı deyilir. Dövlət vətəndaşlara və ya hüquqi şəxslərə hər hansı öhdəlikləri yerinə yetirmək üçün təminatlar verə bilər. Məsələn, dövlət zəmanəti dövlətin vətəndaşlar və ya hüquqi şəxslər qarşısında maddi və ya qeyri-maddi nemətlərin verilməsini nəzərdə tutan öhdəliyidir. Hüquqi təminatlar isə qaydalar toplusudur ki, onlara əsasən dövlət şəxsə məxsus bütün qanuni hüquqlara hörmət etməlidir. Zəmanətin subyekti təsərrüfat subyekti ola bilər. Məsələn, bank zəmanəti borclunun (əsas verənin) tələbi ilə bankın, digər kredit təşkilatının, sığorta təşkilatının və ya digər kommersiya təşkilatının (zəmanətçinin) verdiyi öhdəliklərin yerinə yetirilməsini təmin etmək üsullarından biridir. kreditora (faydalanan şəxsə) onun ödənilməsi tələbi ilə onlara pul məbləği ödəmək öhdəliyi. Marketinq vasitəsi kimi zəmanət məhsulun satışa çıxarılan istehlak xüsusiyyətlərinə uyğunluğunun göstəricisidir.
Zamin Ağayev
Zamin Zülfiqar oğlu Ağayev (11 may 2002, Sündü, Qobustan rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamin Ağayev 11 may 2002-ci ildə Qobustan rayonunun Sündü kəndində doğulmuşdur. Subay idi. == Hərbi xidməti == Zamin Ağayev 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Zamin Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zamin Ağayev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Zamin Balakişiyev
Zamin Dadaş oğlu Balakişiyev (27 aprel 2001; Sabirabad rayonu, Azərbaycan — 7 mart 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamin Balakişiyev 2001-ci il aprelin 27-də Sabirabad rayonunun Qaralar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Zamin Balakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamin Balakişiyev oktyabrın 8-də ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Zamin Balakişiyev "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Zamin Balakişiyev 2021-ci il martın 7-də müalicə aldığı tibb müəssisəsində şəhid olub. Zamin Balakişiyev martın 8-də Sabirabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Zamin Balakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Zamin Balakişiyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zamin Hacı
Zamin Hüseynov
Zamin Mirəli oğlu Hüseynov (12 noyabr 1938, Boladı, Lənkəran rayonu – 12 mart 2000, Sumqayıt) — neft-kimya sənayesi üzrə sovet-Azərbaycan mütəxəssisi. == Həyatı == Zamin Mirəli oğlu Hüseynov 1938-ci il noyabr ayının 12-də Lənkəran rayonunun Boladı kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 1946-cı ildə Boladı kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 1956-cı ildə həmin orta məktəbin 10-cu sinfini bitirmişdir. Zamin Hüseynov 1956-cı ildə Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsinə daxil olmuş və 1961-ci ildə mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. Zamin Hüseynov institutu bitirdikdən sonra təyinatla Sumqayıt şəhərindəki "Sintetik-kauçuk" zavoduna göndərilmiş və bu müəssisədə texniki avadanlıqların təmiri sexində usta və qurğu mexaniki vəzifəsində işləmişdir. 1963-cü ilin noyabr ayında Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının qərarı ilə Sumqayıt "Superfosfat" zavodunun dənəvər superfosfat sexinə mexanik göndərilmiş və 1965-ci ildə həmin sexin rəisi təyin olunmuşdur. 1967-ci ildə "Superfosfat" zavodunun partiya üzvlərinin yekdil səsverməsi nəticəsində zavod partiya təşkilatının katibi seçilmişdir. 1968-ci ildə Azərbaycan SSR Sənaye-Tikinti Materialları Nazirliyi tərəfindən Sumqayıt Polimer-Tikinti Materialları Kombinatının baş mühəndisi vəzifəsinə irəli çəkilmişdir. 1971-ci ilin sentyabr ayında isə keçmiş SSRİ Kimya Sənayesi Nazirliyinin qərarı ilə Sumqayıt "Superfosfat" zavoduna direktor təyin edilmişdir. Təşkilatçılığını, bacarığını və idarəetmə təcrübəsini nəzərə alan SSRİ Kimya Sənayesi Nazirliyi 1974-cü ildə onu "Sumqayıtkimyasənaye" İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin etmişdir.
Zamin Rüstəmov
Zamin Səxavət oğlu Rüstəmov (17 oktyabr 2000; Füzuli rayonu, Azərbaycan — 23 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Zamin Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamin Rüstəmov oktyabrın 23-də Zəngilanın azad edilməsi zamanı Ağbənd qəsəbəsi istiqamətində şəhid olub.
Zamin Rüstəmov.
Zamin Səxavət oğlu Rüstəmov (17 oktyabr 2000; Füzuli rayonu, Azərbaycan — 23 oktyabr 2020; Zəngilan rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Zamin Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zamin Rüstəmov oktyabrın 23-də Zəngilanın azad edilməsi zamanı Ağbənd qəsəbəsi istiqamətində şəhid olub.
Zamin Rəhimov
Zamin Vahid oğlu Rəhimov (21 aprel 1988; Məzrə, Cəbrayıl rayonu, Azərbaycan — 8 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zamin Rəhimov 21 aprel 1988-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olmuşdur. 1993-cü ilin 23 avqust tarixində Cəbrayıl rayonu erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi üçün Zamin Rəhimov ailəsi ilə birgə Biləsuvar rayonuna köçmüşdür. 1995-ci ildə Biləsuvar rayonunda orta təhsil almağa başlamışdır. Sonra ailəsi ilə birgə Bakı şəhərinə köçmüşdür. Orta təhsilini 2006-cı ildə Ə. Veysəlov adına Cəbrayıl rayon Sirik kənd tam orta məktəbdə başa vurmuşdur. Şuşa Musiqi Texnikumunda "Qarmon" ixtisası üzrə təhsilini davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra 2012-ci ildən Cəbrayıl rayon Mahmudlu kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi kimi fəaliyyətə başlamışdır. 2017-ci ilin 24 aprel tarixində Leyla adlı xanımla ailə həyatı qurmuş və bu evlilikdən 2018-ci ilin 1 sentyabr tarixində bir qız övladı dünyaya gəlmişdir. == Hərbi xidməti == Zamin Rəhimov 2006-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Şəmkir rayonunda yerləşən "N" saylı hərbi hissələrin birində rabitə üzrə hərbi xidmət keçməyə başlamışdır.
Qara Zamin (Şot)
Qara Zamin (fars. قره زمين‎) - İranın Qərbi Azərbaycan ostanının Şot şəhristanı ərazisinə daxil olan kənd.
Zamin Məmmədov (leytenant)
Zamin Allahverdi oğlu Məmmədov (5 oktyabr 1985; Nehrəm, Naxçıvan MSSR — 25 yanvar 2011, Ağdam rayonunun Cəvahirli kəndi) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == ŞƏHADƏTİ == 2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində Zamin Məmmədov şəhidlik məqamına qovuşur. == HƏYATI == Zamin Məmmədov 1985-ci il oktyabrın 5-də Nehrəm kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Bu kənddən başlayıb Vətən sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı, sonra bütünlüklə Azərbaycanı sarıb. Nehrəm əsasən muxtar respublikanın daha çox ziyalılar yetirmiş yaşayış məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm kənd 2 nömrəli orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zamini həkim görmək idi. Lakin o, qəhrəman doğulmuşdu. Onun missiyasi daha ali idi. Bu missiyanın ilk işartıları da elə uşaq yaşlarından görünürdü.
Zaminbank
Zaminbank — fəaliyyətini dayandırmış Azərbaycan bankı. 16 noyabr 1992-ci ildə fəaliyyətə başlamışdır. 21 iyul 2016-cı ildə lisenziyası ləğv edilmişdir.
Zaminəli Sultanov
Zaminəli Nazim oğlu Sultanov (25 dekabr 1999; Qara Nuru, Saatlı rayonu, Azərbaycan — 20 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zaminəli Sultanov 25 dekabr 1999-cu ildə Saatlı rayonunun Qara Nuru kəndində anadan olmuşdur. Saatlı rayon Qara Nuru kənd tam orta məktəbində təhsil almışdır. == Hərbi xidməti == Zaminəli Sultanov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti bitdikdən sonra təsərrüfat işləri ilə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Zaminəli Sultanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Qubadlının və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Zaminəli Sultanov 20 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 4.33 dəfə / 1 mln.
2003 0.39
2004 •••• 1.68
2006 ••• 1.13
2007 ••• 1.48
2008 •••••••• 3.90
2009 ••••••••• 4.64
2010 •••••• 2.81
2011 ••••••• 3.26
2012 ••••••••• 4.65
2013 •••••• 2.63
2014 •••••••••••• 6.01
2015 ••••• 2.21
2016 •••••••• 3.99
2017 •••••••• 4.06
2018 •••••••••••••• 6.89
2019 ••••••••••••••••• 8.90
2020 •••••••••••••••••••• 10.48

zamin sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Öhdəsinə zaminlik götürən, zəmanət verən adam. [Heydər bəy:] Hacı, mən zamin ki, bu səfərdə bulardan sənə heç bir xata yetişməsin. M.F.Axundzadə. Mən zaminəm ki, olmaya bir illət ilə fövt; Hər xəstəyə dəva edələr gər şərab ilə. S.Ə.Şirvani. □ Zamin olmaq (durmaq) – birinin və ya bir işin məsuliyyətini öz üzərinə götürmək, zəmanət vermək. Borcun yoxdur, zamin ol! (Ata. sözü). …Zamin olmuşam ki, topu fırlanan tapançanı bizim eloğlu Şamo düşmən əlinə keçirməz! S.Rəhimov. Zamin(ə) vermək – 1) hüq. birinin zəmanəti (məsuliyyəti) ilə bir şəxsi müvəqqəti olaraq həbsdən azad etmək. Müttəhimi zaminə vermək. – [Naçalnik:] Buları zaminə ver ta yuxarıdan cavab gəlincə. M.F.Axundzadə. Cinayət sübut olunana qədər Bəndalını Tahirzadəyə zaminə verdilər. Mir Cəlal; 2) zamin kimi göstərmək. Zeynal yenə bir çox sözlər söyləyirdi. Gah Şərifzadəni, gah Möhsünzadəni zamin verirdi ki, bundan sonra alacağı paraları tamamilə Mehribana təslim etsin. S.Hüseyn. Zaminə götürmək hüq. – ittiham olunan bir şəxsin istənilən vaxt inzibat və ya istintaq orqanına qayıdacağı haqqında dilindən rəsmi iltizam verərək, həbsdən müvəqqəti azad etdirmək. [İbrahim bəy:] …Zaminə götürərik… Sən də, hacı, mənim yolumu görərsən. N.Vəzirov. Uzun danışıqdan sonra Xasay [İsmiyevi] zaminə götürdü. M.Hüseyn. [Yüzbaşı:] Bundan bir ay möhlət alaq, mən zaminə götürürəm. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / zamin

zamin sözünün sinonimləri (yaxın mənalı sözlər)

zamin sözünün rus dilinə tərcüməsi

  • 1 поручитель

    Azərbaycanca-rusca lüğət / zamin
  • 2 сущ. поручитель, поручительница; zamin olmaq kimə, nəyə поручаться, поручиться за кого, за что: принимать, принять на себя ответственность за кого, за что; zaminə götürmək kimi брать, взять на поруки кого; zaminə vermək kimi kimə отдавать, отдать на поруки кого кому

    Azərbaycanca-rusca lüğət / zamin

zamin sözünün inglis dilinə tərcüməsi

  • 1 i. hüq. bail, guarantor, voucher; surety; ~ə verilə bilən bailable; ~ə götürülən şəxs guarantee; ~ ilə on bail; ~ ilə azad etmək to set* free / to release on bail, to let* to bail; ~ olmaq / durmaq to warrant (d.), to vouch (for), to stand* surety for smb.; ~ vermək to bail (d.), to admit smb. to bail, to accept / to take* bail (for), to hold* smb. to bail; ~ə götürmək to bail (d.), to be* / to become* / to go* bail (for); pul ilə ~ə götürmək to bail out (d.) by putting up the cash required

    Azərbaycanca-ingiliscə lüğət / zamin

zamin sözünün fransız dilinə tərcüməsi

  • 1 is. hüq. garant m, garante f ; répondant m, répondante f ; ~ olmaq (durmaq) porter (se) garant de qn, de qch ; ~ ə buraxmaq mettre qn en liberté sous caution ; ~ə götürmək prendre qn en caution

    Azərbaycanca-fransızca lüğət / zamin

zamin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. замин (заминвал хивез къачудай, заманат гудай кас); zamin olmaq (durmaq) замин хьун (акъвазун), са кардин ва я садан жавабдарвал жуван (вичин) хивез къачун, заманат гун; zamin(ə) vermək а) юр. замин(диз) вугун, садан заманатдалди (жавабдарвилелди) са кас вахтуналди дустагъдай ахъаюн; б) замин хьиз къалурун; zaminə götürmək юр. заминдиз къачун, заминвиле къачун (вахтуналди дустагъ).

    Azərbaycanca-ləzgicə lüğəti / zamin

zamin sözünün türk dilinə tərcüməsi

zamin sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. zəmanət verən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

zəmanət verən, öhdəsinə götürən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"zamin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zamin nədir? #zamin sözünün mənası #zamin nə deməkdir? #zamin sözünün izahı #zamin sözünün yazılışı #zamin necə yazılır? #zamin sözünün düzgün yazılışı #zamin leksik mənası #zamin sözünün sinonimi #zamin sözünün yaxın mənalı sözlər #zamin sözünün əks mənası #zamin sözünün etimologiyası #zamin sözünün orfoqrafiyası #zamin rusca #zamin inglisça #zamin fransızca #zamin sözünün istifadəsi #sözlük