Zaqreb sözü azərbaycan dilində

Zaqreb

Yazılış

  • Zaqreb • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zaqreb
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Zaqreb Aeroportu
Franyo Tucman Aeroportu (xorv. Zračna luka „Franjo Tuđman”) — Xorvatiyanın ən böyük və ən aktiv aeroportudur. Hava limanı Xorvatiyanın keçmiş prezidenti Franyo Tucmanın adını daşıyır. Liman həm də Pleso aeroportu kimi də tanınır. Aeroport Velika Goritsada Zaqreb Mərkəzi Vağzalından 10 km cənub-şərqdə yerləşir. Aeroportun ərazisində, "Polkovnik Marko Jivkoviç" baraklarında Xorvatiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin bazası yerləşir. Həmçinin, aeroportda Xorvatiya Hava Nəqliyyatına Nəzarət İdarəsinin qərargahı var. Aeroport 2015-ci ildə 2 587 798 sərnişinə xidmət edib. Aeroport Xorvatiya hökuməti tərəfindən imzalanan müqaviləyə müvafiq olaraq 30 illik konsessiya əsasında ZAIC konsorsiumuna (Zaqreb Aeroportu Beynəlxalq Şirkəti) verilmişdir. Sərnişin terminalı yeni layihə ilə yenidən qurulub və 2008-ci ildən bəri VIP terminal kimi sərnişinlərə, aeroport ziyarətçilərinə xidmət göstərir.
Zaqreb Universiteti
Zaqreb Universiteti (xorv. Sveučilište u Zagrebu) — Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 23 sentyabr 1669-cu ildə qoyulmuşdur. Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.
Zaqreb bankı
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
Zaqreb funikulyoru
Zaqreb funikulyoru (xorv. Zagrebačka uspinjača) — Funikulyor Xorvatiyanın paytaxtı olan Zaqrebdə yerləşir. Funikulyor Tomisa və İlisa küçəsini Ştrosmayer prospekti ilə birləşdirir. Zaqreb funikulyorunun operator funksiyasını Zaqreb tramvay şirkəti (ZET) həyata keçirir. Funikulyorun istifadədə olan uzunluğu cəmi 66 metr təşkil edir. Bu xüsusiyyətinə görə funikulyor dünyanın ən qısa xəttə malik nəqliyyat vastəsidir. Zaqreb funikulyorunun tikintisinə 1890-cı ildən başlanmışdır. Tikinti işləri 1893-cü ilin 23 aprelində başa çatdırılır. İlk əvvəllər buxar mühərriklərindən istifadə edilmişdir. 1934-cü ildə isə buxar mühərrikləri elektrikli mühərriklə əvəzlənmişdir.
Zaqreb kafedralı
Zaqreb kafedralı (xorv. Zagrebačka katedrala) — Xorvatiyanın paytaxtı Zaqrebdə, Kaptolda yerləşən Roman-Katolik kafedralı. Xorvatiyanın ən hündür tikilisidir, Alp dağlarının cənub-şərqində yerləşən qotika üslubunda olan tikililərdən biridir. Kafedral Məryəmin göyə çıxmasına, eləcə də, I İştvan və I Lasloya həsr olunmuşdur. Kafedralda yerləşən sakristiya böyük memarlıq dəyərinə malikdir. Kafedralın gözəçarpan şpilləri görməli yerlərdən biri hesab olunur və şəhərin bir çox yerlərindən şpilləri görmək olar. 1093-cü ildə Kral Laslo (1040-1095) yepiskop kafedrasını Sisak şəhərindən Zaqreb şəhərinə köçürmüşdür və mövcud kilsə kafedral elan edilmişdir. Kafedralın tikintisinə kralın ölümündən qısa müddət sonra başlanılmış və 1217-ci ildə tamamlanaraq Kral II Andraş tərəfindən təqdis olunmuşdur. Tikili 1242-ci ildə monqollar tərəfindən dağıdılmışdır, lakin bir neçə il sonra yepiskop Timotej (1263-1287) tərəfindən bərpa edilmişdir. XVI əsrin sonlarında Xorvatiyanı işğal etmiş Osmanlı imperiyası kafedral ətrafında istehkam divarları tikməyə başlamışdır və divarların bir hissəsi hələ də salamatdır.
Zaqreb məscidi
Zaqreb məscidi (xorv. Zagrebačka džamija) — Zaqreb şəhərində yerləşən Xorvatiyanın ən iri məscidi. Məscidin tikintisinə 1981-ci ildə başlanılmışdır. Məscidin tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərindən Şarja əmiri Sultan bin Məhəmməd Əɬ-Qasimi 2,5 milyon ABŞ dolları ianə etmişdir. O, 1983-cü ildə Zaqrebdə İslam icmasını ziyarət etmişdir. 1987-ci ildə Zaqreb məscidinin tikintisi başa çatmışdır. Zaqreb məscidi Xorvatiyada ən iri məsciddir. Məscidin yaxınlığında Əhməd Smayloviç adına İslam Ali məktəbi və İslam mədəni mərkəzi yerləşir. Məscidin layihəsi bosniyalı memarlar - Camal Seliç və Mirzə Qolosun tərəfindən hazırlanıb. Minarəsinin hündürlüyü 51 metrdir.
Zaqreb tramvayı
Zaqreb tramvayı (xorv. Zagrebački tramvaj) — Zaqreb şəhərində mövcüd olan nəqliyyat növlərindən biri. 1891 ildə şəhərdə ilk dəfə konka, 1910 ildə isə elektrikli tramvay istifadəyə verilmişdir. Sərnişinlərin daşınması üçün 116 km uzunluğa və reylslər arasında məsafəsi 1 metr olan sistemdən ibarətdir. Əvvəllər günorta radələrinə qədər 1-17 maşrut xidmət göstərirdi. Gecə radələrində isə 31-34 maşrut işləyirdi. Maşrutlar arasında interval 5-10 dəqiqə təşkil edir. Gecə radələrində tramvaylar rəsmi göstərilən vaxtlarda dayancaqlada olurlar. Bu zaman interval 40 dəqiqə təşkil edir. Gündüz radələrində də rəsmi dayanacaqlar üzrə vaxtlar təyin edilsələrdə, pik radələrinə təsadüf etdiyindən buna tam riayyət edilmir.
Zaqreb şəhəri
Zaqreb (xorv. Zagreb) — Xorvatiyanın paytaxtı və ən böyük şəhəri. Zaqrebdə iqtisadiyyatın əsas sənaye sahələri elektrik maşınlarının və aparatlarının istehsalı, kimya sənayesi, əczaçılıq, toxuculuq və qida sənayeləridir. Zaqreb şəhəri beynəlxalq ticarət mərkəzlərindən biri olmaqla yanaşı, həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri arasındakı nəqliyyat yolunun kəsişməsində yerləşir. Zaqreb şəhəri adambaşına düşən Ümumi Daxili Məhsulun miqdarına görə ölkədə birinci yeri tutur. 2005-ci ildə Xorvatiyada adambaşına düşən ÜDM miqdarı 10431 dollar idisə, Zaqrebdə bu göstərici 19132 dollar olub. 2006-cı ilin göstəricilərinə görə şəhərdə işsizlik səviyyəsi 8,6% olub. Xorvatiyadakı şirkətlərin 34%-nin mərkəzi qərargahı Zaqrebdə yerləşir, ölkədəki işçi qüvvəsinin 38,4%-i Zaqrebdə işləyir. Ölkədəki ixracatın 35%-i, idxalın isə 60%-i Zaqrebin payına düşür.
Dinamo Zaqreb FK
GNK Dinamo Zaqreb (tam adı: Qradjyanski noqometni klub Dinamo Zaqreb (xorv. Građanski nogometni klub Dinamo Zagreb)), Dinamo Zaqreb və ya sadəcə Dinamo— Xorvatiyanın Zaqreb şəhərini təmsil edən peşəkar futbol klubu. Klub ev oyunlarını Maksimir stadionunda oynayır. "Dinamo" iyirmi beş dəfə Xorvatiya Futbol Liqasının (Prv HNL), on altı dəfə Xorvatiya Kubokunun, səkkiz dəfə Xorvatiya Super Kubokunun və bir Şəhərlərarası Yarmarka Kubokunun qalibi olaraq Xorvatiya futbolunun ən uğurlu klubudur. Klub 1946-cı ildən 1991-ci ilə qədər Yuqoslaviya Birinci Liqasının, daha sonra isə 1993-cü ildə yarandığı gündən bəri Xorvatiya Futbol Liqasının üzvü olmuşdur. İkinci Dünya Müharibəsinin sonunda Yuqoslaviyanın yeni kommunist hökuməti "XŞK Qradjyanski" kimi Xorvat klublarını faşist və millətçi hesab edirdi. Buna səbəb bu klubların müharibə zamanı Məhvər dövlətlərinin üzvü olan keçmiş Müstəqil Xorvatiya Dövlətinin hakimiyyəti altında fəaliyyət göstərmiş olmaları idi. Beləliklə, bu bklublar rəsmi olaraq ləğv edilmiş və 1945-ci ildə "XŞK Qradjyanski"nin qeyri-rəsmi varisi kimi "FD Dinamo" futbol klubub təsis edildi. Onlar Yuqoslaviya Birinci Liqasının ilk mövsümündə, 1946-47 mövsümündə oynayaraq ikinci yeri tutdular. Klub 1947-48 mövsümünü isə Yuqoslaviya çempionu kimi başa vurdular ki, bu da onların ilk böyük kuboku idi.
Aqiyə Zaqrebelska
Aqiyə Zaqrebelska (qızlıq soyadı Axundova) — Ukrayna Dövlət İcraçıları Xidməti rəisinin birinci müavini. A. Axundova Maydan hərəkatı iştirakçılarının hüquqlarının aktiv müdafiəçisi olub.
Zaqrebçanka
Zaqrebçanka (xorv. Zagrepčanka) — Xorvatiyanın paytaxtı Zaqreb şəhərində yerləşən "biznes qülləsi", ölkənin ən hündür binası. Tikili Savskaya küçəsi 41 ünvanında yerləşir. Zaqrebçanka Xorvatiyanın hündür tikililəri içərisində ilk yeri tutur (əgər antenaları nəzərə alsaq). 27 mərtəbəli bu binanın hündürlüyü 94,6 metrdir. Binanın damında yerləşdirilmiş radio qülləsi tikintinin ümumi hündürlüyünü 109 metrə qədər artırır. İki yeraltı mərtəbəsi mövcuddur ki, avtomobilləri park etmək üçün istifadə edilir. Binada 8 lift xidmət edir. Göydələn üç mərtəbəli biznes obyektləri, instalyasiya incəsənəti və fəvvarəni özündə birləşdirən memarlıq kompleksidir. Zaqrebçanka qülləsi 3 hissədən ibarətdir.

zaqreb sözünün fransız dilinə tərcüməsi

"zaqreb" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zaqreb nədir? #zaqreb sözünün mənası #zaqreb nə deməkdir? #zaqreb sözünün izahı #zaqreb sözünün yazılışı #zaqreb necə yazılır? #zaqreb sözünün düzgün yazılışı #zaqreb leksik mənası #zaqreb sözünün sinonimi #zaqreb sözünün yaxın mənalı sözlər #zaqreb sözünün əks mənası #zaqreb sözünün etimologiyası #zaqreb sözünün orfoqrafiyası #zaqreb rusca #zaqreb inglisça #zaqreb fransızca #zaqreb sözünün istifadəsi #sözlük