* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf Zarafat olmadan, ciddi; doğrudan, həqiqətən. Bu sözü zarafatsız deyirəm. Zarafatsız danışmır. – [Halay:] Elədir, zarafatsız, bizim Turşsuyun bütün işıqlı dünyada bəlkə də tayı-bərabəri yoxdur. S.Rəhimov. Dostları Kələntərlinin haqqında deyirdilər: – Məcid çörəksiz-susuz keçinər, zarafatsız keçinməz. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / zarafatsız2 ZARAFATSIZ (zarafat olmadan, həqiqətən) [Ferma müdiri:] İndi gəl, zarafatsız, özümüzü yoxlayaq (Ə.Vəliyev); BİZARAFAT Bizarafat deyirəm ki, hər kəs rastıma gəlir, – hamısını yavaş-yavaş dinə soyumuş görürəm (C.Məmmədquluzadə); CİDDİ Doğrudan, ona nə olub? – deyə Könül yenə ciddi bir tərzdə soruşdu (Ə.Qasımov).
Azərbaycan dilinin sinonimlər lüğəti / zarafatsız2 I нареч. не шутя, без шуток, серьёзно. Mən zarafatsız deyirəm я серьёзно говорю II модал. сл. кроме шуток. Zarafatsız, düzünü deyirəm кроме шуток, я говорю правду
Azərbaycanca-rusca lüğət / zarafatsız