zatən sözü azərbaycan dilində

zatən

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zatən • 50.4854%
  • Zatən • 49.5146%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.32 dəfə / 1 mln.
2004 •••••• 0.34
2009 ••••• 0.32
2010 ••• 0.18
2011 •• 0.09
2013 •••••••••••••••••••• 1.31
2014 ••••••••••••••••••• 1.20
2015 •••••••••••••••• 1.02
2016 •••••• 0.35
2018 ••••• 0.30
2020 ••••••••• 0.53

zatən sözünün leksik mənası və izahı

  • 1 zərf [ər.] 1. Təbii olaraq, əslində, fitrətən, həqiqətdə, həddi-zatında olaraq. Zatən muzdurların bədənləri davamlı, ruhları qüvvətli olur. S.M.Qənizadə. Zatən qüruba da bir şey qalmamışdı. S.Hüseyn. Zatən Dilbər son zamanlar tez-tez xəstələnirdi. C.Cabbarlı. 2. ara söz mənasında. Daha doğrusu, əslinə baxanda, əslində. Zatən, o haqlıdır. Zatən, deyəcək sözüm də yoxdur. – Zeynal səbəbini söyləyə bilməyəcəkdi. Zatən, buna lüzum da yox idi. S.Hüseyn. Qurbanqulu həmişə xalqın xeyirxahı hesab olunardı. Zatən də belə idi. T.Ş.Simurq. Buradakıların hamısı, zatən, həbəşi vəhşi zənn edərək ondan başqa bir hərəkət də ummurdular. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / zatən

zatən sözünün sinonimləri (yaxın mənalı sözlər)

zatən sözünün rus dilinə tərcüməsi

zatən sözünün inglis dilinə tərcüməsi

  • 1 z. essentially, in essence, in fact, actually, virtually; indeed; Hamı onu yaxşı adam hesab edirdi, zatən də belə idi Everybody considered him to be a kind man, and indeed / in fact he was so

    Azərbaycanca-ingiliscə lüğət / zatən

zatən sözünün fransız dilinə tərcüməsi

  • 1 zərf. réellement, effectivement ; en effet ; hamı onu yaxşı adam hesab edirdi, ~ də belə idi tout le monde le considérait comme un brave homme, en effet il l’était

    Azərbaycanca-fransızca lüğət / zatən

zatən sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] нареч. 1. тӀебии яз, асулдай, гьакъикъатда; 2. ара гаф манада: дуьз лагьайтӀани, асулдай.

    Azərbaycanca-ləzgicə lüğəti / zatən

zatən sözünün türk dilinə tərcüməsi

zatən sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) təbii olaraq, əslində; 2) özü-özündən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Oxşar sözlər

#zatən nədir? #zatən sözünün mənası #zatən nə deməkdir? #zatən sözünün izahı #zatən sözünün yazılışı #zatən necə yazılır? #zatən sözünün düzgün yazılışı #zatən leksik mənası #zatən sözünün sinonimi #zatən sözünün yaxın mənalı sözlər #zatən sözünün əks mənası #zatən sözünün etimologiyası #zatən sözünün orfoqrafiyası #zatən rusca #zatən inglisça #zatən fransızca #zatən sözünün istifadəsi #sözlük