zeyt sözü azərbaycan dilində

zeyt

Yazılış

  • zeyt • 71.4286%
  • Zeyt • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Armudu zeytun
Armudu zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 7,0 m-ə çatır. Çətirin diametri 7,5 m-dir. Dağınıq çətirə malikdir. Budaqları bir qədər yuxarı qalxmış vəziyyətdədir. Yarpaqları tünd yaşıl rəngdədir. Yaıpağm orta ölçüsü (sm); saplağm uzunluğu 0,6; eni 1,1. Meyvələri tünd bənövşəyi rənglidir. Uzunsov-oval formalıdır, qeyri-simmetrikdir.
Avropa zeytunu
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Azərbaycan zeytunu
Azərbaycan zeytunu - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Hündürlüyü 6,0 m-ə çatır. Çətirin diametri 7,0 m-dir. Dağınıq şarşəkilli çətirə malikdir. Budaqları bir qədər aşağı əyilmiş vəziyyətdədir. Yarpaqlan tünd yaşıl rəngdədir. Yarpağm orta ölçüsü (sm): saplağm uzunluğu - 1,0; yarpağm uzunluğu - 6,8; eni - 1,3. Meyvələri tam yetişdikdə qara olur. Qısa-oval fonnalıdır, simmetrikdir.
Azərbaycan zeytunu (film, 1951)
Azərbaycan zeytunu qısametrajlı sənədli filmi rejissor Mikayıl Mikayılov tərəfindən 1951-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə Abşeronda yetişdirilən və böyük müalicəvi əhəmiyyəti olan zeytun plantasiyalarının genişləndirilməsindən, zeytun yağı və konservlərinin istehsalından bəhs olunur. == Məzmun == Filmdə Abşeronda yetişdirilən və böyük müalicəvi əhəmiyyəti olan zeytun plantasiyalarının genişləndirilməsindən, zeytun yağı və konservlərinin istehsalından bəhs olunur.
Baba zeytun
Baba zeytun - Nardaran kəndində Abşeron yarımadasında ən qoca zeytun ağacı. Bəzi ehtimallara görə bu ağacın 500 yaşı var.
Baba zeytun diyarında (film, 1992)
Baba zeytun diyarında filmi rejissor Nicat Feyzullayev tərəfindən 1992-ci ildə çəkilmişdir. "Mozalan" Studiyasında istehsal edilmişdir. Qiymətli bitki-zeytuna həsr olunmuş bu film kəskin problemlər qaldrır. == Məzmun == Qiymətli bitki-zeytuna həsr olunmuş bu film kəskin problemlər qaldrır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Nicat Feyzullayev Rejissor: Nicat Feyzullayev Operator: Nemət Rzayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bakı zeytunu
Bakı zeytunu - Azərbaycanın yerli zeytun sortlarından biri. Yerli Azərbaycan sortudur. Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən seçilmişdir. Ağacı kifayət qədər iridir, şarşəkilli dağmıq çətirə malikdir. Budaqları yuxaıı qalxmış vəziyyətdədir. Meyvələri tam yetişdikdə parlaq qara rəngli olur. Oval formalıdır, qeyri-simmetrikdir. Meyvələr budaqda tək tək və yaxud iki-iki yerləşir. Meyvələr saplağa möhkəm birləşmişdir. Meyvənin qabığı bərkdir.
Buzovna zeytunu
Buzovna zeytunu - Qədim mənşəli yerli Azərbaycan zeytun sortudur. Azərbaycan ET Çoxillik Bitkilər İnstitutu tərəfındən Abşerondakı (Nardaran və Buzovna qəsəbələri) — köhnə zeytun ağacları içərisindən seçilmişdir. Ağacı iridir. Şarşəkilli, bir qədər dağınıq, srx çətirə malikdir. Budaqları yuxarı qalxmış vəziyyətdədir. Meyvələri tünd zoğalı rənglidir. Budaqda meyvələr tək-tək, nadir halda iki-iki yerləşir. Meyvələr saplağa kifayət qədər möhkəm birləşməmiş- lər. Ona görə də meyvələr yarıyetişmiş halda olduqda tökü- lürlər. Meyvənin qabığı bərkdir.
Duza qoyulmuş zeytun
Duza qoyulmuş zeytun - Azərbaycan mətbəxində istifadə olunan, zeytunun duza qoyulub emaldan keçirilən formasıdır. == Lazım olan ərzaqlar == Zeytun Qələvi Duz Fenolftaein (apteklərdə satılan purgen dərmanı da olar) == Hazırlanma qaydası == Zeytun həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr ayında) və təmizlənir. Acılığı yox etmək üçün qələvi məhluluna qoyulur. Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. Bundan sonra zeytun məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da qapaqda bir neçə deşik açılır.
Fələstində zeytun istehsalı
Zeytun ağacları Fələstin ərazilərində əsas kənd təsərrüfatı bitkiləridir və burada daha çox zeytun yağı istehsalı üçün becərilir. 2011-ci ildə 7,8 milyon meyvə zeytun ağacının olduğu İşğal olunmuş Fələstin ərazilərində zeytun istehsalının əkin sahələrinin 57%-ni təşkil etdiyi təxmin edilir. 2014-cü ildə təxminən 108.000 ton zeytun sıxılmış və 24.700 ton zeytun yağı istehsal edilmişdir ki, bu da $ 10.900.000 gəlir gətirmişdir. Əsas gəliri zeytundan asılı olan təxminən 100.000 ailə var. Zeytun ağacı bir çox fələstinlilər tərəfindən millətçiliyin və ağacın Fələstin torpağına bağlılığının simvolu kimi, xüsusən də yavaş böyüməsi və uzunömürlülüyünə görə qiymətləndirilib. == Tarix == Bölgədə zeytun ağacları min illər əvvəl becərilməyə başlandı. O, Mis dövrünə aid bir çox zeytun bağlarına və neft hasil etmək üçün onları sıxışdırmaq üsullarına, xüsusən eramızdan əvvəl 3600-dən 3300-ə qədər olan kəşfləri tapdı. Türkiyə sahillərində tapılan Oluborun gəmisində Fələstindən gətirilən zeytunların daşındığı güman edildiyi üçün zeytun Tunc dövründə ticarət malına çevrilib. Zeytunçuluq 1700–1900-cü illər arasında Nablus şəhərini əhatə edən ərazidə inkişaf edərək əsas istehsal mərkəzinə çevrilmiş və çıxarılan neft pul əvəzi kimi istifadə edilmişdir. Neftin şəhərdə və ətraf kəndlərdə dərin quyularda saxlandığı yerlər tacirlər arasında ödəniş vasitəsi kimi istifadə olunurdu.
Qara zeytun
Qara zeytun - Azərbaycanın yerli zeytun sortlarından biri. Ağacı iridir. Şarşəkilli, bir qədər dağmıq çətirə malikdir. Meyvələri tam yetişdikdə qara rəngli olur. Oval formalıdır, qeyri-simmetrikdir. Budaqda tək-tək yerləşirlər. Meyvələr saplağa mölıkəm birləşmişdir. Meyvənin qabığı nazikdir, lakin bərkdir. Meyvənin ləti açıq mirvari rə- ngdədir. Lət meyvənin 86-87% -ni təşkil edir.
Xallı zeytun
== Təbii yayılması: == Bitki təbii halda əsasən Aralıq dənizi ölkələrində, Asiya, Hindistan, Avstraliya, Afrika, Pakistan, Hindistan, Himalay və s. ölkələrdə subtropik, enliyarpaqlı meşələrdə bitir. == Botaniki təsviri: == Hündürlüyü 15 m-ə çatan həmişəyaşıl koldur. Budaqları və onun üzərində olan tək-tək tikanları qara xallıdır. Ellips formalı, nisbətən kiçik və gümüşü rəngli yarpaqlara malikdir. Yarpaqları əks, düz bucaq altında kəsişən və bütöv, uzunluğu 3-dən 7 sm-dək və eni 0,8-dən 2,5 sm-dir; apeksi iti, kiçik nöqtəli, bünövrəsi klinşəkillidir. Yarpağın kənarı bütöv və əyilmiş, yuxarı tərəfi boz-yaşıl, aşağı tərəfi möhkəm üzlü, gümüşü, qızılı və ya qonur pulcuqludur. Saplağının uzunluğu 10 mm-dir. Kasacığı dörd pərli, uzunluğu təxminən 1 mm-dir. Çiçək tacı yaşılımtıl-ağ və ya açıq sarıdır; borucuğun uzunluğu 1-dən 2 mm-dək; qulaqcıqların uzunluğu təxminən 3 mm-dir.
Yaşıl zeytun
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Zeytgeyst (film)
"Zeytgeyst" (ing. Zeitgeist, the Movie) — amerikalı rejissor Piter Jozefin sənədli filmidir. Rejissor filmdə xristian dinini, 11 sentyabr hücumunun rəsmi versiyasını, 2001-ci ilin oktyabr ayında qəbul edilmiş "Vətənpərvərlik aktı"nı, ABŞ-nin Federal Rezerv Sistemini tənqid edir. O iddia edir ki, bir qrup beynəlxalq banklar vahid ümumdünya hökumətini qurmaq məqsədilə, kütləvi informasiya vasitələri və ümümdünya pul sistemi vasitəsilə manipulyasiya edirlər. Filmin rəsmi təqdimatı 2007-ci il 18 iyun tarixində www.zeitgeistMovie.com saytı vasitəsilə ba. tutmuşdur. İkinci film olan "Zeytgeyst: Qoşma"- da (ing. Zeitgeist: Addendum) monetar sistemin tənqid olması davam etdirilir, futuroloq və mühəndis Jak Freskonun təklif etdiyi resursyönümlü iqtisadiyyat və onun Venera layihəsinə əsaslanan yeni ictimai quruluş təbliğ edilir. Filmin təqdimatından sonra, Piter Jozef Jak Freskonun ideyalarının təbliğ edilməsi məqsədilə "Zeytgeyst hərəkatını" (ing. The Zeitgeist Movement) yaradır, lakin o, bildirmişdir ki, hərəkatın məqsədi "Venera" layihəsinin birbaşa dəstəklənməsi deyil.
Zeytgeyst (zamanın ruhu)
Zeytirava
Zeytirava (az.-əbcəd زئیتیراوا‎, fars. زهترآباد‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 418 nəfər yaşayır (142 ailə).
Zeytoon qrupu
Zeytoon — 1998-ci ildə Təbriz şəhərində yaranan Azərbaycan rok qrupu. Bu, Azərbaycanın xaricində yaradılan ilk rok qrupu idi. İran hökuməti tərəfindən daim dağıdılma təhlükəsi olduğundan qrup 2007-ci ilə kimi fəaliyyət göstərdi. Hal-hazırda fəaliyyətini davam etdirən qrup İranda konsert proqramları ilə çıxış edir.
Zeytun
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Zeytun (1987)
== Məzmun == Filmdə nadir həmişəyaşıl ağac, onun çoxəsrlik tarixi haqqında söhbət gedir.
Zeytun (film, 1987)
== Məzmun == Filmdə nadir həmişəyaşıl ağac, onun çoxəsrlik tarixi haqqında söhbət gedir.
Zeytun (fəsilə)
Zeytunkimilər (lat. Oleaceae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Fəsiləyə 30 ağac və kol cinsini özündə birləşdirən bitki fəsiləsi. Göyrüş, zeytun, yasəmən, jasmin fəsiləyə daxil olan ən tanınmış cinslərdir. Fəsiləyə daxil olan növlər demək olar ki, dünyanın hər yerinə yayılmışdır. == Sinonimləri == Bolivariaceae Griseb. Forstiereae( Forstieraceae) Endl. Fraxineae ( Fraxinaceae) S.F. Gray Iasmineae ( Iasminaceae) Link Jasmineae ( Jasminaceae) Juss. Lilacaceae Ventenat Nyctantheae ( Nyctanthaceae) J.G. Agardh Syringaceae Horan.
Zeytun ağacı
Zeytun bitkisi — Zeytun fəsiləsindən bitki cinsi. Cənubi Avropa, Afrika, Cənubi Asiya və Avstraliyanın mülayim isti və tropik zonalarında yayılmışdır. 20-yə yaxın növü var. Zeytun həmişəyaşıl halda, 4-6, nadirən 10–12 m hündürlükdə ağac olub, müxtəlif çətir formasındadır. Çətirinin diametri 2 metrə qədər çata bilir. Yarpaqları bütöv,uzunluğu 3–8 sm,eni isə 1–5 sm – dir. Yarpaqlarının üst hissəsi tutqun yaşıl, alt hissəsi gümüşü – parlaq, kənarları burulmuş halda olur. Yarpaqlarının epidermis qatında qış dövründə ikinci dəfə nişasta toplanır. Yarpaqları 2–3 il tökülmədən ağacın üzərində qalır. Nəzəri o qədər də cəlb etməyən xırda ağ və ya yaşıltəhər rəngli çiçəkləri və yetişəndə qara-bənövşəyi rəngə boyanan meyvələri vardır.
Zeytun ballıcası
Zeytun ballıcası (lat. Euphyllura olivina) — buğumayaqlılar tipinin bərabərqanadlılar dəstəsinin ballıcalar fəsiləsinə aid olan növ. == Xarici quruluşu == Yetkin fərdin bədəni tünd sarı, sürfəninki narıncı, nimfanınkı isə yaşıldır. Yetkin dişi fərdin uzunluğu 2–2,5 mm-dir. Yumurtası uzunsov ovaldır, əvvəlcə ağ, sürfənin çıxma ərəfəsində isə narıncı rəngdə olur. Qışlama noyabrın sonu, dekabrın əvvəllərində, havanın orta gündəlik temperaturu 100C-dən aşağı olduqda başlayır. Qışlamadan çıxma aprelin ortalarında temperatur 10,5–110C-dən yuxarı olduqda başlayır. == Həyat tərzi == Qışlamadan çıxdıqdan təxminən iki həftə sonra dişilərin daxilində yumurtalar yetişir. Yumurtalarını budaqlar üzərinbə qoyurlar. Hər bir dişi fərd orta hesabla 350 yumurta qoyur.
Zeytun budağı
Zeytun budağı - Qədim Yunanıstanda sülh və zəfərə işarə edən simvol.
Zeytə
Zeytə - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 7 km cənub-qərbdə, Arpaçayın bir qolu olan Zeytədərəsi çayının sahilində yerləşir. Erməni mənbələrində kəndin adı həm də Çopma, Çomap, Zeta, Çapma, Zeyvə kimi göstərilir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Yuxarıda qeyd etdik ki, kəndin qədim adları çox olmuşdur və biri də «Zeyvə»dir. Onda bu qənaətə gəlirik ki, Zeytə, Zeyvə sözünün fonetik formasıdır. Deməli, ərəb dilində «künc», «bucaq» mənasında işlənən zaviyə (>zeyvə >zeytə) sözündən əmələ gəlib. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Zedsa qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 67 nəfər, 1873 - cü ildə 224 nəfər, 1886-cı ildə 261 nəfər, 1897-ci ildə 324 nəfər, 1916-cı ildə 403 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur.

zeyt sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) zeytun yağı; 2) bitki yağı.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zeyt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zeyt nədir? #zeyt sözünün mənası #zeyt nə deməkdir? #zeyt sözünün izahı #zeyt sözünün yazılışı #zeyt necə yazılır? #zeyt sözünün düzgün yazılışı #zeyt leksik mənası #zeyt sözünün sinonimi #zeyt sözünün yaxın mənalı sözlər #zeyt sözünün əks mənası #zeyt sözünün etimologiyası #zeyt sözünün orfoqrafiyası #zeyt rusca #zeyt inglisça #zeyt fransızca #zeyt sözünün istifadəsi #sözlük