ziddiyyət sözü azərbaycan dilində

ziddiyyət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ziddiyyət • 98.4293%
  • Ziddiyyət • 1.4543%
  • ZİDDİYYƏT • 0.1163%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ziddiyyət qanunu
Ziddiyyət qanunu — məntiq qanunudur və bu qanuna görə bir-birini inkar edən iki təklif eyni vaxtda həqiqi ola bilməz. Ziddiyyət qanununun ilk ifadəsini Aristotel vermişdir. Ziddiyyət qanununu belə də ifadə etmək olur; təklif eyni vaxtda həqiqi və yalan ola bilməz. Formal ziddiyyətlərin düşüncəyə və ya elmi nəzəriyyəyə daxil olması, nüfuz etməsi onları əsassız edir. Ziddiyyət qanunu obyektlərin keyfiyyət müəyyənliyinin təfəkkürdə əks olunmasıdır. Belə bir sadə faktın təfəkkürdə əksidir; əgər obyektin dəyişməsindən sərf-nəzər etdikdə o, eyni vaxtda qarşılıqlı bir-birini istisna edən xassələrə malik ola bilməz.

ziddiyyət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. İki şey (fikir, hərəkət və s.) arasında olan tam uyğunsuzluq, əkslik, çox kəskin fərq, uyuşmazlıq. Fikirlər arasında ziddiyyət. Əqli əməklə fiziki əmək arasındakı ziddiyyətin aradan qaldırılması. – Cəlil Məmmədquluzadə varlığa realist münasibət bəsləyən, həyatı dərindən görən, onu ziddiyyətləri, çarpışmaları və rəzalətləri ilə dərk edən bir sənətkar idi. M.İbrahimov. // Uyğunsuzluq. Onun sözlərindəki məntiqsizlik, fikirlərindəki ziddiyyət … haqqında olan fikrimi tamamilə dəyişdirmişdi. A.Şaiq. [Dilənçinin] təbii gözəlliyi ilə geydiyi paltar arasındakı ziddiyyət o qədər böyük idi ki, insan ona baxarkən palçığa düşmüş bir dürr və ya gövhər gördüyünü zənn edirdi. Ə.Sadıq. 2. Öz keyfiyyətləri, xassələri etibarilə başqası ilə uyğun olmayan, düz gəlməyən. İri cüssəli və gur səsi etibarilə arvadı ilə tam bir ziddiyyət təşkil edən İsa ona məsləhət verirdi. Ə.Əbülhəsən. 3. Ədavət, düşmənçilik. Aralarında ziddiyyət var. 4. fəls. Təbiət və cəmiyyətin əşya və hadisələrinə daxilən xas olan əksliklər münasibəti; təzad. Sinfi ziddiyyətlər. Əmək ilə kapital arasında ziddiyyətlər.

    Azərbaycan dilinin izahlı lüğəti / ziddiyyət
  • 3 \ – hər bir inkişafın, hərəkətin daxili mənbəyini ifadə edən kateqoriya.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / ziddiyyət
  • 4 1) iki şey (fikir, hərəkət və s.) arasında olan tam uyğunsuzluq, əkslik, çox kəskin fərq, uyuşmazlıq. Məsələn, fikirlər arasında ziddiyyət (uyğunsuzluq); 2) öz keyfiyyətləri, xassələri etibarilə başqası ilə uyğun olmayan, düz gəlməyən; 3) ədavət, düşmənçilik; 4) təbiət və cəmiyyətin əşya və hadisələrinə daxilən xas olan əskliklər münasibəti; təzad. Məsələn, sinfi ziddiyyətlər, əmək ilə kapital arasında ziddiyyətlər; 5) hər cür hərəkətin, inkişafın, dəyişkənliyin, yeni keyfiyyətə keçidin daxili mənbəyini ifadə edən fəlsəfi kateqoriya.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / ziddiyyət

ziddiyyət sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 uyğunsuzluq — əksilik — fərq

    Azərbaycan dilinin sinonimlər lüğəti / ziddiyyət
  • 2 düşmənçilik — ədavət

    Azərbaycan dilinin sinonimlər lüğəti / ziddiyyət
  • 3 1. ZİDDİYYƏT C.Məmmədquluzadə varlığa realist münasibət bəsləyən, həyatı dərindən görən, onun ziddiyyətləri, çırpıntıları və rəzalətləri ilə dərk edən bir sənətkar idi (M.İbrahimov); BƏRƏKSLİK Dönə-dönə imtahan etdim fələk dövranını; Onda mən bərəksliklər, özgə adət görmədim (M.P.Vaqif); İXTİLAF (fikir ayrılığı nəticəsində doğan ziddiyyət) Bəs nədəndir ki, başqa kişilərlə başqa arvadlar arasında ixtilaf yoxdur? (M.S.Ordubadi); MÜNAFAT (kl.əd.) Fəqr ilə ğina əhlinə kim verdi müsavat? Mənada də, surətdə də var bunda münafat.. (M.Ə.Sabir); TƏZAD Burmayın boynunuzu mübarizə günündə; Sizi düşündürən bu təzadlar önündə (S.Rüstəm); UÇURUM [Rəşad Naşad] ər ilə arvad arasındakı uçurumu dərinləşdirirdi (M.Hüseyn); ANTAQONİZM, ZİDLİK. 2. ziddiyyət bax ədavət

    Azərbaycan dilinin sinonimlər lüğəti / ziddiyyət

ziddiyyət sözünün rus dilinə tərcüməsi

  • 1 1. противоречие; 2. антагонизм; 3. контраст;

    Azərbaycanca-rusca lüğət / ziddiyyət
  • 2 I сущ. 1. противоречие: 1) положение, при котором одно исключает другое. Əsas ziddiyyət главное противоречие, kəskin ziddiyyət острое противоречие, mövcüd ziddiyyətlər существующие противоречия, fikirlər (rəylər) arasında ziddiyyət противоречие между мнениями, şəhərlə kənd arasında ziddiyyətlər противоречия между городом и деревней 2) филос. отношение противоположностей, внутренне присущих предметам и явлениям. Daxili ziddiyyətlər внутренние противоречия, milli ziddiyyətlər национальные противоречия, ictimai ziddiyyətlər социльные противоречия, dərin ziddityyətlər глубокие противоречия, ziddiyyətləri kəskinləşdirmək обострять противоречия 2. разногласие: 1) отсутствие согласия между кем, чем-л.). Aralarındakı ziddiyyət разногласия между ними 2) противоречие. İfadələrindəki ziddiyyət kimin разногласие в показаниях чьих 3. противоположность (несходность, резкое различие). Əqli əməklə fiziki əmək arasındakı ziddiyyət противоположность между умственным и физическим трудом II прил. лингв. противительный. Ziddiyyət bağlayıcısı противительный союз (союз, соединяющий предложения или члены предложения, которые разграничиваются или противопоставляются), ziddiyyət əlaqəsi противительные отношения

    Azərbaycanca-rusca lüğət / ziddiyyət

ziddiyyət sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. (müxt. mənalarda) contradiction; (təzad) contrast, opposition, contrariety; (çəkişmə, toqquşma) conflict; (ədavət, düşmənçilik) antagonism; (uyğunsuzluq) discrepancy; barışmaz ~lər irreconcilable contradictions; daxili ~lər inner / internal contradictions; kapitalizmin ~ləri contradictions of capitalism; sinfi ~lər class contradictions; özünə xas olan / məxsus ~lər intrinsic / inherent contradictions; Onların arasındakı ziddiyyət sonsuzdur Their antagonism is endless; ~ təşkil etmək to be* in contradiction (with); to be* at variance (with); ~ də olmaq to contradict (d.); to be* at variance (with); ~i artırmaq / gücləndirmək to aggravate / to intensify contradictions (between) II. s.: ~ bağlayıcısı qram. adversative conjunction

    Azərbaycanca-ingiliscə lüğət / ziddiyyət

ziddiyyət sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. contradiction f ; opposition f ; contraste m (təzad) ; conflit m (çəkişmə, toqquşma) ; antagonisme m, rivalité f (ədavət, düşmənçilik) ; discordance f (uyğunsuzluq) ; différend m désaccord m (fikir ayrılığı) ; barışmaz ~lər contradictions irréconcilibles ; sinfi ~lər contradictions de classes ; kapitalizmin ~ləri contradictions du capitalisme ; daxili ~lər contradictions intérieures ; özünə xas olan (məxsus) ~lər contradictons inhérentes (intrinsèques) ; onların arasındakı ~ sonsuzdur leur antagonisme est sans fin ; ~ təşkil etmək être en contradction avec, être (trouver (se) en désaccord avec ; ~i artırmaq (gücləndirmək) intensifier la contradiction (entre) ; 2) sif. ~ bağlayıcısı qram. conjonction f d’opposition

    Azərbaycanca-fransızca lüğət / ziddiyyət

ziddiyyət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. аксивал, зидвал; сад-садав кьун тавун, фаркьлу хьун, сад-садав дуьз татун (мес. фикирар, гафар); 2. адават, мидявал, душманвал.

    Azərbaycanca-ləzgicə lüğəti / ziddiyyət

"ziddiyyət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ziddiyyət nədir? #ziddiyyət sözünün mənası #ziddiyyət nə deməkdir? #ziddiyyət sözünün izahı #ziddiyyət sözünün yazılışı #ziddiyyət necə yazılır? #ziddiyyət sözünün düzgün yazılışı #ziddiyyət leksik mənası #ziddiyyət sözünün sinonimi #ziddiyyət sözünün yaxın mənalı sözlər #ziddiyyət sözünün əks mənası #ziddiyyət sözünün etimologiyası #ziddiyyət sözünün orfoqrafiyası #ziddiyyət rusca #ziddiyyət inglisça #ziddiyyət fransızca #ziddiyyət sözünün istifadəsi #sözlük