Zimmer sözü azərbaycan dilində

Zimmer

Yazılış

  • Zimmer • 91.6667%
  • zimmer • 8.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hans Zimmer
Hans Florian Simmer (12 sentyabr 1957[…], Frankfurt-Mayn, Hessen) — Alman film-musiqi bəstəkarı və musiqi prodüseri. O, 1980-ci ildən bəri 150-dən çox film üçün musiqilər bəstələmişdir. Onun əsərlərinə Ən yaxşı musiqiyə görə Oskar mükafatını qazandırmış Kral Şir və bundan başqa Ulduzlararası, Qladiator, Başlanğıc (film, 2010) və Qara cəngavər trilogiyası daxildir. Zimmer karyerasının ilkin mərhələsində Birləşmiş Krallıqda fəaliyyət göstərmiş və sonradan Amerika Birləşmiş Ştatlarına . O, DreamWorks Pictures-də film-musiqi bölməsinin rəhbəridir və öz qurduğu əvvəllər Media Ventures kimi tanınan Remote Control Productions şirkəti vasitəsilə digər bəstəkarlarla əməkdaşlıq edir. Studiyası Kaliforniyanın Santa Monika şəhərində yerləşir və film musiqilərinin ilkin versiyasının qısa zamanda hazırlanması üçün geniş kömpüter texnologiyası ilə təchiz olunmuşdur. Zimmerin əsərləri başlıca olaraq elektronik musiqi səslərini ənənəvi orkestr tərtibatları ilə bütünləşdirməsi ilə fərqlənir. O, dörd Qremmi mükafatı, üç Klassik Brit Mükafatları (ing. Classic Brit Awards), iki Qızıl qlobus mükafatı və bir Oskar mükafatı almışdır. Hans Zimmer The Daily Telegraph tərəfindən yayımlanan Yaşayan 100 Dahi siyahısına salınmışdır.
Zimmer qalası
Zimmer qülləsi ( nid. Zimmertoren Zimmertoren, həmdə Kornelius Tower Corneliustoren ) - əvvəllər şəhər istehkamlarınndan biri olmuş, Lier şəhərində (Belçika) yerləşən, orta əsrlərə aid müdafiə qalası. Qüllə təxminən 1425-ci ildə tikilib (tikintinin dəqiq tarixi məlum deyil). 1812-ci ildə tikili şəhər rəhbərliyi tərəfindən satılmış, lakin Birinci Dünya Müharibəsindən sonra onu sökmək üçün geri alınmışdır. Ancaq 1928-ci ildə saatsaz Luis Zimmer şəhərə özünün düzəltdiyi yubiley saatını hədiyyə edir ( nid. Jubelklok Jubelklok ) əsərinin. Bu saat bütün qitələrdəki vaxtı , ayın fazalarını, Qabarma və çəkilmənin vaxtını və bir çox digər dövri hadisələri göstərirdi. Saatı köhnə qüllədə yerləşdirməyə qərar verdilər. Lakin qüllə bunun üçün əsaslı şəkildə yenidən qurulmalı idi.Saatsazın şərəfinə tikili Zimmer qülləsi adlandırıldı. Saatda 57 siferblat var (onlardan 13-ü qüllənin kənarında yerləşir).
Allophylus zimmermannianus
Allophylus cobbe (lat. Allophylus cobbe) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin allophylus cinsinə aid bitki növü.
Dactylorhiza sambucina f. zimmermannii
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Filipp Zimmermann
Filipp Zimmermann (Philip R. Zimmermann) — (12 fevral 1954) — dünyanın ən çox istifadə edilən e-poçt şifrləmə proqramı Pretty Good Privacy (PGP) yaradıcısıdır. O, VoIP şifrləmə protokollarında, xüsusilə də ZRTP və Zfone ilə işləyir. Zimmermann, qlobal şifrli kommunikasiya şirkəti Silent Circle-in həmtəsisçisi və baş alimidir. == Həyatı == Filipp Zimmermann 12 fevral 1954-cü ildə Camden şəhərində anadan olmuşdur. Atası beton qarışdırıcı yük maşını sürücüsü idi. Filipp Zimmermann 1978-ci ildə Boca Ratonda Florida Atlantik Universitetindən kompüter elmləri üzrə dərəcə alıb və bundan sonra San Fransisko Körfəzi ərazisinə köçdü. 1980-ci illərdə, Zimmermann, Boulder şəhərində bir proqram mühəndisi olaraq çalışmış və hərbi siyasət analitiki olaraq Nüvə Silahları Dondurma Kampaniyasının bir hissəsi olmuşdur. == Fəaliyyəti == Amerikalı proqramçı Filipp Zimmermann 1991-ci ildə o, elektron formada təsvir edilən informasiya üzərində şifrləmə əməliyyatlarını yerinə yetirməyə imkan verən PGP (Pretty Good Privacy) proqramını yaratmışdır. Zimmerman Beynəlxalq Kriptoqrafik Araşdırmalar Assosiasiyasının (International Association of Cryptologic Research), Kompüter Assosiasiyasının (Association for Computing Machinery) və Proqramlaşdırma Azadlığı Liqasının (League for Programming Freedom) üzvüdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar.
Hilda Zimmerma
Hilda Zimmerma (alm. Hilde Zimmermann‎; 12 sentyabr 1920, Vyana – 25 mart 2002, Vyana) — Avstriyalı siyasi fəal, Nasizmə qarşı mübarizə aparan. Avstriya müqavimət hərəkatının üzvü, Ravensbrük həbs düşərgəsi və Ölüm yürüşündən xilas olmuş şəxs. == Bioqrafiyası == 12 sentyabr 1920-ci ildə Vyanada anadan olmuşdur. Valideynləri aktiv Sosial Demokratlar idi: anası Anna Vudsam Avstriya Sosialist Partiyasının təhsil şövbəsində işləyirdi, atası dəmiryolu işçisi olaraq eyni zamanda sadiq Sosial Demokrat idi. Dörd yaşında ikən Hilda valideynləri və kiçik qardaşı Otmar ilə Kaqran kəndinə köçür. Əvvəlcə ailəsi ilə yaşayır, sonra bir müddət nənə və babasının yanında böyüyür. Valideynlər 1934-cü ildə işsiz qalır və Avstriya Vətəndaş müharibəsində iştirak edirlər. Tezliklə vbalideynləri həbs olunur: anası iki ay, atası isə altı ay həbsdə yatır. 14 yaşlı Hilda və 12 yaşlı qardaşı tək qalır.
Kristof Zimmermann
Kristof Zimmermann (12 yanvar 1993, Düsseldorf) — Çempionşip mübarizə aparan Norviç Siti klubunda müdafiənin sağ cinahında çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == Zimmermann 2014-cü ildə Borussiya Münhenqladbax klubundan Borussiya Dortmund II komandasına transfer olmuşdur. O, öz peşəkar karyerasında debütünü 3-cü Liqada 26 iyul 2014-cü ildə Rot-Veib Erfurt komandası ilə oyunda etmişdir.15 iyun 2017-ci ildə Zimmermann Borussiya Dortmund II klubundan ayrıldıqdan sonra İngiltərə təmsilçilərindən olan Norviç Siti klubu ilə iki illik müqavilə imzalamışdır. O, 1 iyul 2017-ci ildə kluba qoşulacaq.
Orchis sambucina var. zimmermannii
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Pfals-Zimmern
Pfals-Zimmern (alm. Pfalz-Simmern‎), Vittelsbax sülaləsinin eyniadlı qolu tərəfindən idarə olunan Almaniyanın Reynland-Pfalts əyalətinin müasir Reyn-Hunsrük rayonunda yerləşən Müqəddəs Roma İmperiyasının dövlətinin adı idi. == Tarixi == Pfals-Zimmern, 1444-cü ildə, Zimmern-Çvaybrükgen qrafı Stefan onun ərazisini — Pfals-Zimmern və Çvaybrükgeni iki oğlu arasında bölüşdürdükdə, ayrıca bir knyazlıq olaraq qurulmuşdu. Stefanın qərarına görə kiçik oğlu I Lüdviq Çvaybrükgün qraflığını və Veldenz qraflığını aldı. Böyük oğlu Fridrix isə Pfals-Zimmerni almışdı. Bu torpaqlar Stefana 1453-cü ildə atası Almaniya kralı III Rupert sayəsində keçmişdi. Həmin ildə Stefan Veldenz qraflığını qayınatası III Fridrixdən miras almışdı. Stefanın titulları arasında "Bavariyada hersoq" da var idi ki, hər iki oğul bu titullardan istifadə etmək hüququnu miras aldılar, buna görə də yeni yaranan qraflıqlar bəzən hersoqluq kimi təsvir edilirdi. Pfals-Zimmern hakimləri həm də Şponhaym qrafları idilər. Vittelsbax sülaləsinin bu qolu daha sonra Pfals kürfürstlüyünü miras aldı.
Zimmern
Zimmern (Almanca tələffüz: [ˈzɪmən]; rəsmi olaraq Zimmern/Hunsrük) — Almaniyanın Reynland-Pfats əyalətində, Reyn-Hunsrük dairəsində 7600 nəfər əhalisi olan bir şəhərdir (2013).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.85
2014 ••••••••••••••••• 0.69
2019 ••••••• 0.28

Oxşar sözlər

#zimmer nədir? #zimmer sözünün mənası #zimmer nə deməkdir? #zimmer sözünün izahı #zimmer sözünün yazılışı #zimmer necə yazılır? #zimmer sözünün düzgün yazılışı #zimmer leksik mənası #zimmer sözünün sinonimi #zimmer sözünün yaxın mənalı sözlər #zimmer sözünün əks mənası #zimmer sözünün etimologiyası #zimmer sözünün orfoqrafiyası #zimmer rusca #zimmer inglisça #zimmer fransızca #zimmer sözünün istifadəsi #sözlük