zindəganlıq sözü azərbaycan dilində

zindəganlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zindəganlıq • 66.6667%
  • Zindəganlıq • 28.5714%
  • ZİNDƏGANLIQ • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

zindəganlıq sözünün leksik mənası və izahı

  • 1 is. Həyat, dirilik, yaşayış, dolanacaq, məişət. [Xotkar:] Nə qədər ki bu Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindəganlıq bizə haram olacaq. “Koroğlu”. Ölüm yeydir belə zindəganlıqdan. Q.Zakir. …Komediya zindəganlığın ayinəsidir. N.Nərimanov. □ Zindəganlıq etmək – yaşamaq, dolanmaq, keçinmək, gün keçirmək, həyat sürmək. Dərya dibində zindəganlıq edən heyvanat və nəbatatın çoxu bir yerə bənd olub qeyri yerə getmirlər. H.Zərdabi. İki ildən bir qədər ziyadə “Əkinçi” artıq üsrət və məşəqqət ilə zindəganlıq edib canını millət uğrunda fəda etdi. F.Köçərli.

    Azərbaycan dilinin izahlı lüğəti / zindəganlıq

zindəganlıq sözünün rus dilinə tərcüməsi

zindəganlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. уьмуьр, диривал, яшайиш, дуланажагъ, майишат; zindəganlıq etmək яшамиш хьун, уьмуьр гьалун, дуланмиш хьун, югъ акъудун.

    Azərbaycanca-ləzgicə lüğəti / zindəganlıq

zindəganlıq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Həyat, yaşayış. (“Koroğlu” dastanının lüğəti) Nə qədər ki Koroğlunun səsi kəsilməyib, dünya üzündə zindənganlıq bizə haram olacaq. (“Həmzənin Qıratı aparmağı”)

Azərbaycan dastanlarının leksikası

"zindəganlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zindəganlıq nədir? #zindəganlıq sözünün mənası #zindəganlıq nə deməkdir? #zindəganlıq sözünün izahı #zindəganlıq sözünün yazılışı #zindəganlıq necə yazılır? #zindəganlıq sözünün düzgün yazılışı #zindəganlıq leksik mənası #zindəganlıq sözünün sinonimi #zindəganlıq sözünün yaxın mənalı sözlər #zindəganlıq sözünün əks mənası #zindəganlıq sözünün etimologiyası #zindəganlıq sözünün orfoqrafiyası #zindəganlıq rusca #zindəganlıq inglisça #zindəganlıq fransızca #zindəganlıq sözünün istifadəsi #sözlük