zinhar sözü azərbaycan dilində

zinhar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zinhar • 57.1429%
  • Zinhar • 42.8571%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zinhar (Tikantəpə)
Zinhar (fars. زنهاركندي‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (24 ailə).
Faiq Zinharov
Zinharov Faiq Turan oğlu — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zinharov Faiq Turan oğlu 1973 Ağdaş rayonu Abad (Ağdaş) kəndində anadan olub. 1992 şəhid olmuşdur. == Təltifləri == Ağdaş rayonu Abad (Ağdaş) kəndi tam orta məktəbi Faiq Zinharov adını daşıyır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 0.42
2011 ••••••••• 0.17
2012 ••••••••• 0.17
2020 ••••••• 0.13

zinhar sözünün leksik mənası və izahı

  • 1 nida [fars.] klas. Məbada, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir). Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! Füzuli. Yatsa o mahparə, yatar bəxtimiz bizim; Zinhar, qoymayın onu, zinhar, yatmasın. S.Ə.Şirvani. Zinhar, vəfa etmə tələb ər dediyindən; Sərvəqt ol, amandır! M.Ə.Sabir. Məni bənzətməyin Məcnuna, zinhar; Ahımca olsaydı Məcnunun ahı; Yuva tikərdimi başında quşlar? B.Vahabzadə. □ Zinhar etmək (eləmək) – bax zinhara gətirmək. Zinhar olmaq – bax zinhara gəlmək. Zinhara gəlmək – usanmaq, bezikmək, yorulmaq, cana gəlmək, təngə gəlmək. Lay-lay dedim yatınca; Gözlərəm Ay batınca; Canım zinhara gəldi; Sən hasilə çatınca. (Bayatı). Day camaat [Qara xanın] əlindən zinhara gəlmişdi. “Koroğlu”. Vallah, bu gədənin əlindən lap zinhara gəlmişəm. M.Süleymanov. Zinhara gətirmək – bezikdirmək, usandırmaq, yormaq, cana gətirmək, təngə gətirmək. [Səməd bacısına:] Ay arvad, bu xalqı nə zinhara gətirdin? Sənə demədimmi çox zarıldayıb, zırıldama. B.Talıblı. Bu uzun gecə Mədədovu lap zinhara gətirmişdi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / zinhar

zinhar sözünün sinonimləri (yaxın mənalı sözlər)

zinhar sözünün rus dilinə tərcüməsi

  • 1 в сочет. zinhara gətirmək kimi надоедать, надоесть к ому; zinhara gəlmək, zinhar olmaq kimdən, nədən испытывать отвращение к кому, к чему

    Azərbaycanca-rusca lüğət / zinhar

zinhar sözünün inglis dilinə tərcüməsi

  • 1 nid. (ay aman, amandır) Have a mercy (ehtiyatlı ol) Refrain from; Be careful; Take care; ~ etmək, ~a gətirmək to bore (d.), to bother (d.); to weary (d.); ~a gəlmək to be* bored (with), to be* tired (of)

    Azərbaycanca-ingiliscə lüğət / zinhar

zinhar sözünün fransız dilinə tərcüməsi

  • 1 nid. ~ etmək, ~a gətirmək importuner vt, ennuyer vt, embêter vt fam ; raser vt fam ; emmerder vt (kobud) ; ~a gəlmək en avoir marre (de), en avoir assez (de)

    Azərbaycanca-fransızca lüğət / zinhar

zinhar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] межд. клас. ай аман, гьайаман, аман, игьтиятлу хьухь (са затӀуникай къакъасарун манада); // zinhar etmək (eləmək) кил. zinhara gətirmək; zinhar olmaq кил. zinhara gəlmək; zinhara gəlmək шерзум хьун, жазан хьун, бизар хьун, галатун, ччандивай хьун, ччан туьтуьниз атун; zinhara gətirmək шерзумун, жазанарун, бизар авун, галудун, ччандивай авун, ччан туьтуьниз гъун.

    Azərbaycanca-ləzgicə lüğəti / zinhar

zinhar sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) ay aman! ehtiyatlı ol! 2) aman, pənah; 3) təhlükəzislik, aman; 4) himayə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zinhar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zinhar nədir? #zinhar sözünün mənası #zinhar nə deməkdir? #zinhar sözünün izahı #zinhar sözünün yazılışı #zinhar necə yazılır? #zinhar sözünün düzgün yazılışı #zinhar leksik mənası #zinhar sözünün sinonimi #zinhar sözünün yaxın mənalı sözlər #zinhar sözünün əks mənası #zinhar sözünün etimologiyası #zinhar sözünün orfoqrafiyası #zinhar rusca #zinhar inglisça #zinhar fransızca #zinhar sözünün istifadəsi #sözlük