Zira sözü azərbaycan dilində

Zira

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Zira • 66.2162%
  • zira • 31.0811%
  • ZİRA • 2.7027%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ziraat Bank
Ziraat Bank — Türkiyədəki üç dövlət bankından biri. 1863-cü ildə Osmanlı İmperiyası dövründə Mithat Paşa tərəfindən qurulan Məmləkət Sandıqlarının bir hissəsidir. == Tarixçə == Türkiyə Respublikası Ziraat Bankı Anonim Şirkətinin 18 müxtəlif ölkədə 88 yerdə törəmə bankı, filial və nümayəndəlik ofisləri mövcuddur. Ziraat Bank ilk dəfə 1863-cü ildə “Milli Xəzinə” kimi fəaliyyətə başlamışdır. “Xəzinələr” 1883-cü ildə yardım fondları ilə əvəz edilmiş və Bank 1888-ci il tarixindən etibarən rəsmi olaraq "Ziraat Bank" kimi fəaliyyətə başlamışdır. 1923-cü ildə Türkiyə Respublikasının yaradılması ilə Bankın adı Türkiyə Respublikası Ziraat Bankı adlandırılmışdır. 2000-ci ilin noyabr ayında Ziraat Bankı dövlət bankı statusunu dövlətə məxsus birgə səhmdar cəmiyyəti ilə əvəzləmiş və onun yeni adı Türkiyə Cumhuriyeti Ziraat Bankası Anonim Şirkəti (“T.C. Ziraat Bankası AŞ”) olmuşdur. Türkiyə Respublikasının Xəzinə Katibliyi 100% səhmlərin tək sahibidir. Ziraat Bankının Baş Ofisi, Türkiyə Respublikasının paytaxtı olan Ankara şəhərində yerləşir və Baş Ofisin bir çox bölmələri ölkənin maliyyə mərkəzi olan İstanbul şəhərində fəaliyyət göstərir.Ziraat Bankı 2014-cü ildə də əvvəlki illərdə olduğu kimi inkişaf tempini yüksəltmişdir. Belə ki, 2013-cü il ilə müqayisədə, 2014-cü ildə Bankın aktivləri 19% artaraq 108 milyard dollar, kreditləri 27.8% artaraq 74.5 milyar dollar, mənfəəti 21.6% faiz artaraq 1.75 milyard dollar təşkil etmişdir.
Zirab
Zirab — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,216 nəfər və 4,764 ailədən ibarət idi.
Zirar ibn Əmr
Əbu Əmr Zirar ibn Əmr Qətafani Kufi (ərəb. ضرار بن عمرو‎) (728, Kufə – 815, Bəsrə) — islam ilahiyyatçısı, ilk mötəzililərdən biri. Zirar ibn Əmr Bəsrə və Bağdad mötəzililik məktəblərinin formalaşmasından əvvəlki dövrdə yaşamışdır. 786-cı ildən sonra o, Bağdadda Bərməkilər dairəsində əhəmiyyətli şəxsə çevrilmişdir. Yəhya ibn Xalid Bərməkinin təşkil etdiyi məşhur mübahisələrdə iştirak etmişdir. O hesab edirdi ki, Quran insan tərəfindən tələffüz edilir, lakin Allah tərəfindən yoxdan yaradılmışdır. Allahı adi hisslərlə görmək imkanını inkar etmişdir. O, qiyamət günü ilə bağlı əqidənin mövqeyini izah edərək, bunun üçün altıncı hissin yaradılacağını irəli sürmüşdür.
Zirarilər
Zirarilər (ərəb. الضرارية‎) — Zirar ibn Əmr və Həfsülfərdin ardıcılları olan mütəkəllimlərin keçmiş islam məzhəbi. Onlar "tətil" və "Allahın Qədri tanıması" ideyasına, cəhl və acizin Allaha xas olmadığına, Allahın zatının özündən başqa heç kəsə məlum olmadığına inanırdılar. Onlar inanırdılar ki, müsəlmanın içində altıncı hiss gizlidir və bu, cənnətə düşdüyü təqdirdə qiyamət zamanı Allahı görmək üçün verilir. Şiələrdən fərqli olaraq, onlar peyğəmbərin vəfatından sonra Allahın höccətinin ümmətin icmasından başqa bir şey olmadığına inanırlar. Sünnilərdən fərqli olaraq onlar imamətin Qureyş və Haşimilərin arxasında olmasını vacib saymırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2010 •• 0.27
2013 0.15
2014 •••••• 0.86
2019 0.14
2020 •• 0.27

zira sözünün leksik mənası və izahı

  • 1 bağl. [ər.] Çünki, ona görə ki (bəzən “ki” bağlayıcısı ilə). Deməzəm dəxi: “Sənə aşiqəm”, ey gül! Zira; Sənə aşiqliyim izhar edəli xar olubam. Füzuli. Zira ki, atası şahımızdır; Hər müşkül işə pənahımızdır. Məsihi. Yusif uşaqlarının içində hamıdan çox kiçik qız Sonanı istəyirdi. Zira ki, Sona əxlaq və ətvarda hamıdan gözəl bir qız idi. N.Nərimanov. …Öz ana dilimizdə tədris və təlim etmək indi bizim əməllərimizin ən ümdəsidir… Zira nəşri-maarif və təlimi-mədəniyyət üçün yeganə vasitəmiz bir bu təriqdir. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / zira

zira sözünün sinonimləri (yaxın mənalı sözlər)

zira sözünün rus dilinə tərcüməsi

zira sözünün inglis dilinə tərcüməsi

zira sözünün fransız dilinə tərcüməsi

zira sözünün ləzgi dilinə tərcüməsi

zira sözünün türk dilinə tərcüməsi

zira sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ZİRA f. çünki, ona görə ki. ZİRA’ ə. 1) qol, dirsək; 2) təxminən 48 sm-ə bərabər uzunluq ölçüsü; qolac.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"zira" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zira nədir? #zira sözünün mənası #zira nə deməkdir? #zira sözünün izahı #zira sözünün yazılışı #zira necə yazılır? #zira sözünün düzgün yazılışı #zira leksik mənası #zira sözünün sinonimi #zira sözünün yaxın mənalı sözlər #zira sözünün əks mənası #zira sözünün etimologiyası #zira sözünün orfoqrafiyası #zira rusca #zira inglisça #zira fransızca #zira sözünün istifadəsi #sözlük