ziyilotu sözü azərbaycan dilində

ziyilotu

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ziyilotu • 64.7059%
  • Ziyilotu • 29.4118%
  • ZİYİLOTU • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ziyilotu
Ziyilotu (lat. Lapsana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Lampsana Mill.
Adi ziyilotu
Adi ziyilotu (lat. Lapsana communis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ziyilotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-100 sm, gövdəsi seyrək süpürgəvari budaqlanmış və az tüklü olan birillik ot bitkisidir. Yarpaqları nazikdir, çılpaq və ya az tüklüdür, aşağı yarpaqları 1-2 cüt xırda yumurtaşəkilli uzunsov-yumurtaşəkilli yan seqmentləri və çox iri üçbucaq-yumurtaşəkilli oyuqlu-dişli təpə seqmentlərləri vardır, yuxarı yarpaqları yumurtavaridir, neştəvari formaya qədər dəyişir, kənarları oyuqlu-dişli və ya tamkənarlıdır, aşağı yarpaqlar uzun, orta yarpaqlar daha qısa saplaqda yerləşmişlər, yuxarı yarpaqlar isə demək olar ki, oturaqdır. Səbətin eni bar verənə yaxın 4-5 mm olub, qismən uzun saplaq üzərindədir, boş süpürgədə toplanmışdır və adətən çoxsaylıdır. Çiçəkləri açıq-sarı rəngdədir, adətən 1,5 dəfə qından uzundur. Toxumlarının uzunluğu 4 mm-ə yaxındır, uzunsovdur, az əyilmiş və nazik tillidir. (May) İyun-avqust aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.

ziyilotu sözünün leksik mənası və izahı

  • 1 bax dəmrovotu. Ziyilotu və ya dəmrovotu köhnə daş divarlarda, meşə kənarlarında, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi olan çoxillik otdur. M.Qasımov.

    Azərbaycan dilinin izahlı lüğəti / ziyilotu

ziyilotu sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ZİYİLOTU, DƏMROVOTU (bot.) Ziyilotu və ya dəmrovotu köhnə daş divarlarda meşə kənarlannda, əkinlərdə və zibilli yerlərdə bitən və narıncı süd şirəsi olan çoxillik otdur (M.Qasımov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / ziyilotu

ziyilotu sözünün rus dilinə tərcüməsi

ziyilotu sözünün ləzgi dilinə tərcüməsi

Oxşar sözlər

#ziyilotu nədir? #ziyilotu sözünün mənası #ziyilotu nə deməkdir? #ziyilotu sözünün izahı #ziyilotu sözünün yazılışı #ziyilotu necə yazılır? #ziyilotu sözünün düzgün yazılışı #ziyilotu leksik mənası #ziyilotu sözünün sinonimi #ziyilotu sözünün yaxın mənalı sözlər #ziyilotu sözünün əks mənası #ziyilotu sözünün etimologiyası #ziyilotu sözünün orfoqrafiyası #ziyilotu rusca #ziyilotu inglisça #ziyilotu fransızca #ziyilotu sözünün istifadəsi #sözlük