Zlata sözü azərbaycan dilində

Zlata

Yazılış

  • Zlata • 93.3333%
  • zlata • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zlata Filipoviç
Zlata Filipoviç (bosn. Zlata Filipović; 3 dekabr 1980, Sarayevo) — Bosniyalı yazıçı və tərcüməçi. == Həyatı və əsərləri == 1991-1993-cü illərdə yazılan və Bosniya müharibəsi hadisələrinin əks olunduğu "Gündəlik" əsəri (1994) ilə məşhurlaşmışdır. Əsər tez-tez Anna Frankın gündəliyi ilə müqayisə olunur. 1993-cü ildə Zlata ailəsi ilə birlikdə Fransaya köçə bildilər. 2001-ci ildə o, humanitar elmlər ixtisası üzrə Oksford Universitetini bitirdi, Dublində yaşayır. Onun redaktorluğu və ön sözü ilə Nyu Yorkda "Kəsilmiş səslər: Birinci Dünya və İraq müharibələrinə qədər yeniyetmə gündəlikləri" toplusu nəşr edildi (2006). == Tanınması == Gündəlik təlçə 1994-cü ildə bir neçə dəfə nəşr edildi və sonra 1995, 1998, 2004, 2006-cı illərdə ingilis dilində təkrar nəşr edilmişdir. O, fransız, alman, ispan, niderland, norveç, fin, macar, türk, çin, koreya dillərinə tərcümə edilmişdir. Soyqırıma həsr olunmuş ensiklopediya, müntəxəbat və antologiyalarda yer almışdır.
Zlata Oqneviç
Zlata Oqneviç (Ukraynca: Злата Огневич) 12 Yanvar 1986-cı ildə anadan olan Ukraynalı müğənni. Zlata Oqneviç 2013 Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı "Gravity" mahnısı ilə təmsil edib və Ukraynaya 3-cü yeri qazandırıb.
Zlata Tkaç
Zlata Moizeyevna Tkaç (tam adı: Zlata Tkaç, mold. Zlata Tcaci; idiş זלאַטע טקאַטש‎‎; rus. Злата Моисеевна Ткач; 16 may 1928 və ya 1928 – 1 yanvar 2006 və ya 2006, Kişinyov) — Moldova bəstəkarı və musiqi müəllimi. O, Moldovada peşəkar bəstəkar olan ilk qadındır. == Həyatı == Zlote Beyriman Lozovonun Bessarabiya kəndində Moizey Bentsiyonoviç Beyriman və onun həyat yoldaşı Frida Mendelevna Koyfmanın ailəsində dünyaya göz açmışdır. Zlata hələ uşaq olarkən ailəsi Kişinyova köçmüşdür. O, burada qızlar üçün rumın ibtidai məktəbinə getmiş, həmçinin atasından skripka dərsləri almışdır. İkinci Dünya müharibəsi zamanı Zlota anası ilə Mərkəzi Asiyaya təxliyə edilmişdir. Lakin səfər zamanı anasından ayrı düşmüş və yatalaq və qarın yatalağı xəstəliyinin yayıldığı Özbəkistanın Nəməngan şəhərinə aparılmışdır. Zlota daha sonra Droqobıç uşaq evində qalmış və orta məktəbə getmişdi.
Gravity (Zlata Oqneviç)
Gravity — (Azərbaycanca: Yer Çəkimi) Ukraynanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Zlata Kolariç-Kişur
Zlata Kolariç-Kişur (xorv. Zlata Kolarić-Kišur) (d. 29 oktyabr, 1894 – ö. 24 sentyabr, 1990) — Xorvat yazıçısı. == Haqqında == Kolariç-Kişur Slavonski Brodda anadan olub. Lakin sonradan ailəsi ilə birlikdə Pojeqaya köçüb. O uşaqlığını "Moja Zlatna Dolina" (Mənim Qızıl vadim) adlı əsərində təsvir edir. O, 1919-cu ildən 1990-cı ilə qədər Zaqrebdə yaşayıb. O Hinko Kolariç Kişur ilə evlənib. 24 sentyabr 1990-cı ildə Zaqrebdə 96 yaşında vəfat edib.
Vera Zlatareva
Vera Dimitrova Zlatareva (bolq. Вера Златарева; 3 dekabr 1905, Qolyamo Belovo[d], Bolqarıstan knyazlığı – 19 avqust 1977, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqarıstan ictimai fəalı, feminist, sufrajist, yazıçı və hüquqşünas. Bolqarıstan Alimlər Birliyinin üzvü == Həyatı == === Cavanlığı və təhsili === Vera Zlatareva 3 dekabr 1905-ci ildə Bolqarıstanın Qolyamo Belovo kəndində anadan olmuşdur. Plovdivdə məktəbi bitirdikdən sonra Sofiya şəhərinə köçdü və 1929-cu ildə Sofiya Universitetinin hüquq fakültəsini bitirdi və iki il sonra elmlər namizədini aldı. === İşi === 1931 — 1932-ci illərdə Vera Dimitrova Bolqarıstan Kənd Təsərrüfatı və Dövlət Əmlak Nazirliyində hüquq məsləhətçisinin köməkçisi, sonra isə Sosial Cinayətlərə Qarşı Mübarizə İdarəsi rəhbərinin köməkçisi kimi çalışmışdır. 1938-ci ildə Beynəlxalq Qadın Alimlər Federasiyasında kriminal sosiologiya üzrə təqaüd müsabiqəsində iştirak etmişdir. Zlatareva 1944-cü ildə Kommunist çevrilişindən sonra Bolqarıstan Aqrar Milli Birliyinin üzvü kimi Milli Məclisə seçilmişdir. === Şəxsi həyatı === Vera Zlatareva vəkil Mixail Genovski (1903 - 1966) ilə evləndi, onların iki övladı oldu. Həyat yoldaşı ilə birlikdə Bolqarıstanın "Zemya və Trud" jurnalının redaktoru idi. == Biblioqrafiya == Vera Dimitrova hüquqi və populyar elmi məzmunlu bir çox monoqrafiyanın müəllifidir: «Наказание и осигурителни мерки» (doktor dissertasiyası / monoqrafiya, Plovdiv, 1931, 88 səh.) «Психология и социология на българската проститутка» (monoqrafiya, Sofiya, 1935, 340 səh.) «Проституцията и борбата против нея» (1936) «Обществени грижи» (monoqrafiya, Sofiya, 1940, 203 səh.) «Изнасилване» (1940) «Имуществени отношения между съпрузите» (1941) «Правната защита на жената» (1945) «Селянката и новото време» (1947) «Правната защита на брака и семейството в Народна република България» (1958).
Zlatan İbrahimoviç
Zlatan İbrahimoviç (isv. Zlatan Ibrahimović; 3 oktyabr 1981[…]) — İsveçli futbolçu. İtaliyanın Milan klubunda çıxış edir. İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb.
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı
Zlatan İbrahimoviç — 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Frends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi.İbrahimoviç millidə ilk het-trikə 2004-cü ilin 4 sentyabr tarixində imza atmışdır ki, Malta millisinə qarşı keçirdiyi bu oyunda o, ümumilikdə dörd qol vura bilmişdi. Yekunda isə İbrahimoviç milli karyerasında ən çox qolu (6) məhz Malta yığmasının qapısından keçirmişdir. O, milli karyerasında ümumilikdə 4 dəfə het-trikə imza atmışdır ki, bunlardan biri Malta millisinə qarşı, ikincisi 2012 UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Finlandiya millisinə qarşı dörd qolu, 2012-ci ildə yoldaşlıq oyunu çərçivəsində İngiltərə millisinə qarşı və sonuncu het-trik isə 2013-cü ildə Norveç millisinin qapısından keçirmişdi. İbrahimoviç millidə vurduğu qolların yarıdan çoxuna məhz ev oyunlarında imza atmış, 12 qolu yoldaşlıq oyunlarında, 11 qolu Rasunda stadionunda, 5 qolu Ullevi stadionunda, 2 qolu Svedbank stadionunda, birini isə Qamla Ullevi stadionunda rəqib qapısından keçirmişdir.İbrahimoviç millidə vurduğu qolların böyük hissəsi seçmə mərhələlərdə vurulmuşdur. O, 19 dəfə UEFA Avropa Çempionatının seçmə mərhələləsində fərqlənmişdir ki, bu topların 11-i 2016-cı il seçmə mərhələlərində qeydə alınmışdır və yekunda o, qol sayına görə Polşa millisinin hücumçusu Robert Levandovskidən 2 qol geri qalmışdı.
Asen Zlatarov
Asen Zlatarov (bolq. Асен Христов Златаров; 4 fevral 1885 – 22 dekabr 1936, Vyana) — Bolqarıstan biokimyaçısı, ictimai xadimi, yazıçısı və professoru. == Bioqrafiya == Asen Zlatarov 4 fevral 1885-ci ildə Haskovoda anadan olub. Atası Xristo Zlatarov 1851-ci ildə Stambolovo əyalətinin Haskovo kəndində yaradılmış ilk dünyəvi məktəbin müəllimi olub. Daha sonra Cenevrə Universitetində kimya üzrə təhsil almışdır (1904-1907). 1908-ci ildə Qrenobl Universitetində kimya və fizika elmləri doktoru olur. “Kimya və sənaye” və “Təbiət və elm” jurnallarının, “Təbiət fəlsəfəsi oxu” və “Elm və həyat” kitabxanalarının redaktoru olub. 1924-cü ildə xüsusi, 1935-ci ildə isə Sofiya Universitetinin baş professoru təyin edildi. 1928-ci ildə Bolqarıstan Kimyaçılar İttifaqının sədri seçilmiş, 1934-cü ildə Madriddə keçirilən 11-ci Beynəlxalq Kimya Konqresində iştirak etmişdir. 1935-ci ildə Asen Zlatarov, yerli tələbələri ziyarət etmək üçün Belqrada gedir və onlarla bir sıra söhbətlər edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 1.17
2019 ••• 0.14

Oxşar sözlər

#zlata nədir? #zlata sözünün mənası #zlata nə deməkdir? #zlata sözünün izahı #zlata sözünün yazılışı #zlata necə yazılır? #zlata sözünün düzgün yazılışı #zlata leksik mənası #zlata sözünün sinonimi #zlata sözünün yaxın mənalı sözlər #zlata sözünün əks mənası #zlata sözünün etimologiyası #zlata sözünün orfoqrafiyası #zlata rusca #zlata inglisça #zlata fransızca #zlata sözünün istifadəsi #sözlük