Zlatan sözü azərbaycan dilində

Zlatan

Yazılış

  • Zlatan • 99.5902%
  • zlatan • 0.4098%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zlatan İbrahimoviç
Zlatan İbrahimoviç (isv. Zlatan Ibrahimović; 3 oktyabr 1981[…]) — İsveçli futbolçu. İtaliyanın Milan klubunda çıxış edir. İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb.
Zlatan İbrahimoviçin milli komandada vurduğu qolların siyahısı
Zlatan İbrahimoviç — 2001-2016-cı illər aralığında beynəlxalq səviyyədə İsveç millisində oynamış peşəkar futbolçu. O, həmçinin Bosniya və Herseqovina və ya Xorvatiya millisinin şərəfini qoruya bilərdi. İsveç millisində debüt matçı 2001-ci ilin 31 yanvar tarixində, 0-0 hesabı ilə başa çatmış Farer adaları yığmasına qarşı oyun olmuşdur və İbrahimoviç ilk beynəlxalq qoluna məhz həmin il Azərbaycan millisinə qarşı keçirdiyi oyunda imza atmışdır. 2009-cu ilin oktyabr ayında İsveç millisi 2010-cu il FİFA Dünya Kuboku turnirindən kənarda qaldıqdan sonra o, millidə çıxışını başa vurduğunu elan etsədə, növbəti ilin avqust ayında millinin kapitanı kimi yenidən komandaya geri qayıtmışdır. Beynəlxalq karyerası dövründə o, meydana çıxdığı 116 matçda ümumilikdə 62 qola imza ataraq İsveç yığmasında ən çox qola imza atan futbolçu olmuşdur ki, 2014-cü ildə Frends Arena stadionunda Estoniya yığması ilə keçirilən yoldaşlıq oyununda 2 qol vuraraq Sven Ryüdellin rekordunu qırdı. 2016-cı ilin iyunun 21-də UEFA Avro 2016 turnirindən sonra İbrahimoviç milli səviyyəsində karyerasını bitirdiyini bəyan etdi və növbəti gün sonuncu dəfə Belçika yığması ilə oyunda milli formasını geyindi.İbrahimoviç millidə ilk het-trikə 2004-cü ilin 4 sentyabr tarixində imza atmışdır ki, Malta millisinə qarşı keçirdiyi bu oyunda o, ümumilikdə dörd qol vura bilmişdi. Yekunda isə İbrahimoviç milli karyerasında ən çox qolu (6) məhz Malta yığmasının qapısından keçirmişdir. O, milli karyerasında ümumilikdə 4 dəfə het-trikə imza atmışdır ki, bunlardan biri Malta millisinə qarşı, ikincisi 2012 UEFA Avropa Kubokunun seçmə mərhələsi çərçivəsində Finlandiya millisinə qarşı dörd qolu, 2012-ci ildə yoldaşlıq oyunu çərçivəsində İngiltərə millisinə qarşı və sonuncu het-trik isə 2013-cü ildə Norveç millisinin qapısından keçirmişdi. İbrahimoviç millidə vurduğu qolların yarıdan çoxuna məhz ev oyunlarında imza atmış, 12 qolu yoldaşlıq oyunlarında, 11 qolu Rasunda stadionunda, 5 qolu Ullevi stadionunda, 2 qolu Svedbank stadionunda, birini isə Qamla Ullevi stadionunda rəqib qapısından keçirmişdir.İbrahimoviç millidə vurduğu qolların böyük hissəsi seçmə mərhələlərdə vurulmuşdur. O, 19 dəfə UEFA Avropa Çempionatının seçmə mərhələləsində fərqlənmişdir ki, bu topların 11-i 2016-cı il seçmə mərhələlərində qeydə alınmışdır və yekunda o, qol sayına görə Polşa millisinin hücumçusu Robert Levandovskidən 2 qol geri qalmışdı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.88 dəfə / 1 mln.
2005 •• 0.67
2009 •••••• 1.92
2010 •••••••••••• 4.08
2011 ••• 0.94
2012 •••••••• 2.58
2013 •••••••••••••••••••• 7.15
2014 ••••••••••••• 4.46
2015 ••••••• 2.21
2016 0.17
2017 0.33
2018 •• 0.45
2019 •• 0.42
2020 •••••• 2.12

Oxşar sözlər

#zlatan nədir? #zlatan sözünün mənası #zlatan nə deməkdir? #zlatan sözünün izahı #zlatan sözünün yazılışı #zlatan necə yazılır? #zlatan sözünün düzgün yazılışı #zlatan leksik mənası #zlatan sözünün sinonimi #zlatan sözünün yaxın mənalı sözlər #zlatan sözünün əks mənası #zlatan sözünün etimologiyası #zlatan sözünün orfoqrafiyası #zlatan rusca #zlatan inglisça #zlatan fransızca #zlatan sözünün istifadəsi #sözlük