Zülfüqarlı sözü azərbaycan dilində

Zülfüqarlı

Yazılış

  • Zülfüqarlı • 97.5758%
  • ZÜLFÜQARLI • 2.4242%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zülfüqarlı
Zülfüqarlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Zulfüqarlı kəndi dağətəyi ərazidədir. Kənd XIX əsrin əvvəllərində Zülfüqarlı nəslinin məskunlaşması nəticəsində yaranmişdir. Nəslin başçisi Hətəm bəy Zülfüqar olmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının imzaladığı üçtərəfli bəyənatdan sonra Zülfüqarlı kəndi 25 noyabr 2020-ci ildə boşaldıldı. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 25 evdə 53 şiə kürd yaşayırdı.
Cümşüd Zülfüqarlı
Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, İrəvan – 12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası Əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. == Həyatı == Cümşüd Zülfüqarlı 30 yanvar 1905-ci ildə İrəvan şəhərində anadan olub. 1930-cu ildə Bakı Dövlət Universitetinin Peda­qoji fakültəsinin Təbiət şöbəsini bitirib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === 1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri; 1945-1957-ci illərdə Bakı Dövlət Universitetinin Qeyri-üzvi kimya kafedra­sının dosenti; 1951–1952-ci ildə Bakı Dövlət Unversitetində Kimya fakültəsinin dekanı; 1957-1980-ci illərdə Qeyri-üzvi kimya kafedrasının müdiri; Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir. Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir. === Akademik fəaliyyəti === Cümşüd Zülfüqarlı 1930-1932-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında təhsil alıb. 1940-cı ildə kimya üzrə fəlsəfə doktoru, 1963-cü ildə kimya elmləri doktoru elmi dərəcəsini və 1960-cı ildə professor elmi adını alıb. 1968-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilib. Cümşüd Zülfüqarlı 300-dən çox elmi əsərin, o cümlədən 4 mono­qrafiyanın müəllifidir.
Məhərrəm Zülfüqarlı
Məhərrəm Paşa oğlu Zülfüqarlı (19 avqust 1955, Ucar) — tarix üzrə elmlər doktoru, professor == Həyatı == 19 avqust 1955-ci ildə Azərbaycan Respublikasının Ucar şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsi əyani şöbəsini, 1986-cı ildə həmin universitetin aspiranturasını bitirib. 1977–1980-ci illərdə dövlət təyinatı ilə Saatlı rayonu Nərimankənd orta məktəbində müəllim işləyib. 1980–1981-ci illərdə Azərbaycan SSR EA Tarix İnstitutunda baş laborant vəzifəsində çalışıb. 1981–1992-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında əvvəlcə müəllim, sonra isə baş müəllim vəzifələrində işləyib.1992–1993-cü illərdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatında humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışıb.1994–1995-ci illərdə Sumqayıt şəhər Mənzil Təsərrüfat Birliyində baş metodist işləyib. 1995–1996-cı illərdə Sumqayıt Texnologiya Texnikumunda müəllim,1998–2001-ci illərdə Bakı Dövlət Universitetində baş müəllim ,2000–2001-ci illərdə Bakı Biznes Universitetində baş müəllim, magistratura şöbəsinin müdiri vəzifələrində işləyib. 2018-2020-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycan tarixi" fənnini tədris edib. 2007-ci ildən Azərbaycan Turizm və Menecment Universitetində çalışır. Hazırda həmin universitetin "İctimai fənlər " kafedrasının professoru, tarix elmləri doktorudur..Universitetdə nəşr olunan. AAK-ın elmi nəşrlər üçün tövsiyə etdiyi “ Turizm və otelçilik tədqiqatları” jurnalının məsul katibidir.
Qalib Zülfüqarlı
Qaragüney (Zülfüqarlı)
Qaragüney — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zülfüqarlı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Toponimikası == Kənd Qoşunəlilər Qaragüneyi, bəzən Məmmədli da adlanır. Yaşayış məntəqəsini Qoşunəli oğlu Məmməd adlı bir nəfər Qaragüney adlı ərazidə saldığı üçün belə adlandırılmışdır. Qara güney, yəni qara torpağı olan güney deməkdir. Qara torpaq məhsuldar olur, güney isə cənub, isti olan yerdir. Kəlbəcər rayonunun ərazisində Qaragüney adında başqa bir kənd də olmuşdur. Həmin kənd 2015-ci ildən Tağılar adlanır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən ş.-da, dağətəyi ərazidə yerləşir.
Zeynal Zülfüqarlı
Zeynal Alim oğlu Zülfüqarlı (31 may 1995; Şirvan, Azərbaycan — 20 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zeynal Zülfüqarlı 1995-ci il mayın 31-də Şirvan şəhərində anadan olmuşdur. 2001-2006-cı illərdə Mübariz İsrayılov adına Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini 2006-2007-ci illərdə 21 nömrəli tam orta məktəbdə almışdır. 2007-2010-cu illərdə Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə təhsilinə davam etmişdir. 2010-2014-cü illərdə Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kollecində təhsilini bitirmişdir. === Ailəsi === Zeynal Zülfüqarlı 2019-cu il dekabrın 2-də ailə həyatı qurmuşdur, Zeynal adlı oğlu yadigar qaldı. == Hərbi xidməti == Zeynal Zülfüqarlı 2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Hərbi Komissarlığı tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 1 il Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini 2017-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında "kiçik gizir" rütbəsində davam etdirmişdir.
İsmayıl Zülfüqarlı
İsmayıl Zülfüqarlı (16 aprel 2001, Gərənə, Bərdə rayonu) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi PFK klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == 16 aprel 2001-ci ildə Bərdə rayonunun Gərənə kəndində anadan olub. 2018-ci ildən etibarən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məşqçi-futbol ixtisası üzrə tələbəsidir. === Neftçi === "Neftçi" Futbol Akademiyasının yetirməsidir. 11 yaşından akademiyanın üzvüdür. U-11 yaş qrupundan başlayaraq, bütün yaş qrupları üzrə komandalarda, daha sonra əvəzedici heyətdə çıxış edib. 2019-cu ilin iyun ayında əsas heyətə keçib. Klubla 2023/2024-cü il mövsümünün sonuna kimi müqavilə imzalayıb. == Karyera statistikası == === Klub === 21 iyun 2020 tarixində yenilənib 1UEFA Avropa Liqası görüşləri daxildir.2Azərbaycan Superkuboku görüşləri daxildir. == Avropa Liqası == Avropa Liqası I təsnifat mərhələsində "Neftçi" komandasının Moldova təmsilçisi "Sperantsa"ya qarşı keçirdiyi hər iki qarşılaşmada iştirak edib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.13 dəfə / 1 mln.
2004 •••••••••••••••••• 3.03
2005 •••••••••••••••••••• 3.37
2006 ••••••• 1.13
2007 ••• 0.42
2008 ••••••••• 1.46
2009 ••••••• 1.12
2010 •••••••••• 1.63
2011 ••• 0.43
2012 ••••• 0.69
2013 •••• 0.58
2014 ••••••• 1.03
2015 •••••• 0.85
2016 •••••••••••••• 2.26
2017 ••••• 0.81
2018 •••••••••••• 1.95
2019 •••••••••• 1.67
2020 •••• 0.66

Oxşar sözlər

#zülfüqarlı nədir? #zülfüqarlı sözünün mənası #zülfüqarlı nə deməkdir? #zülfüqarlı sözünün izahı #zülfüqarlı sözünün yazılışı #zülfüqarlı necə yazılır? #zülfüqarlı sözünün düzgün yazılışı #zülfüqarlı leksik mənası #zülfüqarlı sözünün sinonimi #zülfüqarlı sözünün yaxın mənalı sözlər #zülfüqarlı sözünün əks mənası #zülfüqarlı sözünün etimologiyası #zülfüqarlı sözünün orfoqrafiyası #zülfüqarlı rusca #zülfüqarlı inglisça #zülfüqarlı fransızca #zülfüqarlı sözünün istifadəsi #sözlük