zınqırov sözü azərbaycan dilində

zınqırov

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zınqırov • 77.0833%
  • Zınqırov • 20.8333%
  • ZINQIROV • 2.0833%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zınqırovlu ilanlar
Çökükbaşlar, çökükbaş ilanlar (lat. Crotalinae) və ya zınqırovlu ilanlar (lat. Crotalidae) — gürzələr fəsiləsinə aid ilan yarımfəsiləsi. Burun dəlikləri ilə gözü arasındakı üz çuxurunda yerləşən sinir uçları vasitəsilə hava temperaturunun ən zəif (0,1°S-dən) dəyişilməsini hiss edir, ovunu yaxşı duyur. Müxtəlif onurğalılarla, əsasən, məməlilərlə qidalanır. Tropik meşə və səhralarda, bəzi növləri dağlarda yaşayır. Əksəriyyəti yumurtadiridoğandır. Şimali Amerikada yaşayan Crotalus və Sistrurus cinslərinin quyruğunun uçunda zınqırov var (adı da buradandır). Quyruğunun uc seqmentləri bir-birinə toxunduqda zınqırov səsinə bənzər səs çıxarır. Asiyada, Şimali və Cənubi Amerikada 6 cinsi, 120-dən çox növü yayılmışdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.08 dəfə / 1 mln.
2004 •••••••••• 0.34
2005 •••••••••••••••••••• 0.67
2006 ••••••• 0.23
2007 ••••••••••••• 0.42
2013 ••••• 0.15
2015 ••••••••••• 0.34
2018 ••••• 0.15

zınqırov sözünün leksik mənası və izahı

  • 1 is. Heyvanların boynuna, dəfin sağanağına taxılan xırda zəng, qumrov. Tək çalınan zınqırovlar uzun-uzun guvuldar; Usandıran bir səs ilə vıyıldar. A.Səhhət. Yeridikcə dəvələr səslənən zınqırovlar; Əruzun ahəngini xatırladır şairə. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / zınqırov

zınqırov sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ZINQIROV Karvan gedir yol boyu uzanıb qatar-qatar; Yeridikcə dəvələr, səslənən zınqırovlar... (B.Vahabzadə); CƏRƏS (kl.əd.) Cismimdəki bimar könül haləsi, guya; Bir qəmzədə məhməlden asılmış cərəsim (Natəvan); QUMROV Keçi yırğalandıqca boynundakı iri yumru qumrov da səslənirdi (Ə.Vəliyev); ZƏNG Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin., səsindən başqa bir şey eşidilmirdi (M.S.Ordubadi).

    Azərbaycan dilinin sinonimlər lüğəti / zınqırov

zınqırov sözünün rus dilinə tərcüməsi

zınqırov sözünün inglis dilinə tərcüməsi

zınqırov sözünün fransız dilinə tərcüməsi

zınqırov sözünün ləzgi dilinə tərcüməsi

"zınqırov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zınqırov nədir? #zınqırov sözünün mənası #zınqırov nə deməkdir? #zınqırov sözünün izahı #zınqırov sözünün yazılışı #zınqırov necə yazılır? #zınqırov sözünün düzgün yazılışı #zınqırov leksik mənası #zınqırov sözünün sinonimi #zınqırov sözünün yaxın mənalı sözlər #zınqırov sözünün əks mənası #zınqırov sözünün etimologiyası #zınqırov sözünün orfoqrafiyası #zınqırov rusca #zınqırov inglisça #zınqırov fransızca #zınqırov sözünün istifadəsi #sözlük