zəhərlənməsi sözü azərbaycan dilində

zəhərlənməsi

Yazılış

  • zəhərlənməsi • 99.4231%
  • Zəhərlənməsi • 0.5769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qida zəhərlənməsi
Qida zəhərlənməsi - bakteriyalar, viruslar və parazitlər kimi ziyanlı mikroorqanizmlərin qidaya bulaşması zamanı həmin qidanın istifadəsinin nəticəsində yaranan haldır. Yay aylarında daha tez-tez rast gəlinən qida zəhərlənməsi əsasən ishal, ürək bulanması, qusma və mədə ağrıları ilə özünü göstərir. Düzgün diaqnoz üçün qan analizi vacibdir. Adətən qida zəhərlənməsi bir neçə günə düzəlir lakin bəzi zəhərlənmə halları var ki, həddən artıq ciddi problemlərə yola aça bilər və bu zaman ciddi həkim nəzarətinə ehtiyac vardır. Zəhərlənmədə ishal baş verən zaman ishalı dayandırmaq üçün istifadə edilən hər hansı bir dərman orqanizmdəki toksinlərin ishalla xaric olunmasının qarşısını alarsa bu hal xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Onun üçün də bu kimi dərmanların yalnız həkim məsləhəti ilə qəbulu məsləhətdir.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. == Səbəb == Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır. İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər.
Morinaga arsenli süd zəhərlənməsi insidenti
Morinaga arsenli süd zəhərlənməsi insidenti (森永ヒ素ミルク中毒事件) – 1955-ci ildə Yaponiyada 130-dan çox körpənin ölümü ilə nəticələnmiş qida zəhərlənməsi insidenti. Hadisəyə səbəb "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunmuş süd tozuna yanlışlıqla əlavə olunan arsen olmuşdur. İnsident 12.000-dən çox körpənin sağlamlığına mənfi təsir göstərmişdir. Hadisənin leqal tarixi 18 il davam etmiş və istehsal menecerenin həbsi ilə nəticələnmişdir. == Zəhərlənmə == 1955-ci ildə iyulunda Yaponiyanın qərbində yeni doğulmuş körpələr arasında qızdırma, iştahsızlıq, səpmə, ishal, qıcolma, dəridə qara nöqtələrin çıxması halları və bu əlamətlərin ölümlə nəticələnməsi müşahidə olunmağa başlamışdır. Avqust ayında Okayama Universiteti Tibb Məktəbinin professoru bu hallara səbəb olan şeyin "Morinaga Milk" şirkəti tərəfindən istehsal olunan süd tozundakı arsen olduğunu müəyyən etmişdir. Arsenin mənbəyi "Morinaga Milk" şirkəti tərəfindən südü daha həll olan hala salmaq üçün stabilləşdirici kimi istifadə olunan natrium dihidrofosfat idi. Şirkət sənayedə istifadə olunmağa uyğun olan, lakin insanların istehlakı üçün uyğun olmayan böyük miqdarda natrium dihidrofosfat almışdır. Natrium dihidrofosfatın tərkibində 0,0021–0,0035 % arsen mövcud idi. Şirkət stabilləşdirici və son məhsul üçün heç bir təhlükəsizlik testi aparmamışdır.
İrkutskda kütləvi spirt zəhərlənməsi (2016)
İrkutskda kütləvi spirt zəhərlənməsi (rus. Массовое отравление метиловым спиртом в Иркутске) - Rusiya Federasiyasının İrkutsk vilayətinin eyni adlı şəhərində 2016-cı ilin 17 dekabr tarixində baş vermiş kütləvi spirt zəhərlənməsi. Hadisə nəticəsində 62 nəfər dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb. İrkutskda fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib. Kütləvi zəhərlənmənin əsas səbəbi kimi tərkibində Boyarışnik losyonu olan müxtəlif spirtli içkilər göstərilir. Boyarışnik losyonundan əsasən sabun və şampun ləvazimatlarının hazırlanmasında istifadə olunur.
İranda məktəbli qızların kütləvi zəhərlənməsi
İranda məktəbli qızların kütləvi zəhərlənməsi — İranda qız məktəblərində zəncirvari zəhərlənmə çoxlu sayda İran məktəbinin şagirdlərinin şübhəli şəkildə zəhərləndiyi bir sıra qəsdən və ardıcıl hadisələrdir. Bu hadisə 2022-ci il noyabrın 30-da Qumdakı qızlar liseyində başladı. O vaxtdan bəri Qum şəhərinin 60 məktəbində yüzlərlə şagird zəhərlənib, onların əksəriyyəti qızların birinci və ikinci orta məktəbi idi. Bu hadisələr təkcə Qumla məhdudlaşmır və onun əhatə dairəsi İranın digər şəhərlərinə, o cümlədən Borucerd, Sari, Ərdəbil, Tehran, Fərdis, Xuzistan və Neyşabur da çəkilib. Bəziləri, o cümlədən İran rəsmiləri bunun Məhsa Əmininin ölümü ilə əlaqədar güclənən məcburi hicaba qarşı etirazların "intiqamı" ola biləcəyini ehtimal edir.
İ̇randa məktəbli qızların kütləvi zəhərlənməsi

Oxşar sözlər

#zəhərlənməsi nədir? #zəhərlənməsi sözünün mənası #zəhərlənməsi nə deməkdir? #zəhərlənməsi sözünün izahı #zəhərlənməsi sözünün yazılışı #zəhərlənməsi necə yazılır? #zəhərlənməsi sözünün düzgün yazılışı #zəhərlənməsi leksik mənası #zəhərlənməsi sözünün sinonimi #zəhərlənməsi sözünün yaxın mənalı sözlər #zəhərlənməsi sözünün əks mənası #zəhərlənməsi sözünün etimologiyası #zəhərlənməsi sözünün orfoqrafiyası #zəhərlənməsi rusca #zəhərlənməsi inglisça #zəhərlənməsi fransızca #zəhərlənməsi sözünün istifadəsi #sözlük