Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi
Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi (気仙沼市東日本大震災遺構・伝承館) – Yaponiyanın Miyaqi prefekturasının Kesennuma şəhərində yerləşən muzey. 2011-ci ilin martında Yaponiyada baş vermiş Tohoku zəlzələsi və sunamisinin səbəb olduğu dağıntılara həsr olunmuşdur.
== Tarixi ==
Muzeyin rəsmi açılışı 10 mart 2019-cu ildə baş tutmuşdur. Fəaliyyətinin ilk bir ili ərazində 100.000-ə yaxın ziyarətçi qəbul etmişdir.
== Xüsusiyyətlər ==
Muzey keçmiş Kesennuma Koyo liseyinin dördmərtəbəli binasının ərazisində yerləşir. 2011-ci ildə baş vermiş Tohoku zəlzələsi və sunamisi zamanı liseyin 170 şagirdi təxliyə edilmişdir. Zərər görmüş lisey və ətrafındakı digər tikililərin mühafizə olunmuş dağıntıları muzeyin əsasını təşkil edir. Muzey fəlakətin səbəb olduğu dağıntıları nümayiş etdirmək məqsədini daşıyır.
Muzeyin dağıntılar sahəsində heç bir işçi yoxdur və heç bir şeyə toxunulmayıb. Otaqların şüşəsi sındığı üçün interyeri xarici təsirlərdən qoruyan heç bir vasitə yoxdur.