Zəngəzur sözü azərbaycan dilində

Zəngəzur

Yazılış

  • Zəngəzur • 99.4502%
  • zəngəzur • 0.4276%
  • ZƏNGƏZUR • 0.1222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zəngəzur
Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı, 91 kürd və 81 erməni kəndi var idi. Toponimin sonundakı "zur" türk dilində "dərə", "yarğan" mənasında işlənən car (>zar>zur -İ. B) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Bölgədə Tatev monastırı adlanan köhnə bir kilsə var. Əmir Teymur bölgəni fəth etmək istədikdə ona zəngin insanları xəbərdar etdiyini və onların qarşısını aldığını söylədilər; Beləliklə, təxribatçılar göndərdi. Səhər olanda monqollar xalqın küçələrə çıxması üçün zəngi çaldı və xalq, camaat bir -birinə dedilər: Güc zəngi (zəngezor) çalındı! Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib.
Murğuz (Zəngəzur)
Murğuz — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 31 km cənubda, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Muxris, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Mahrus, Qafqazın 5 verstlik xəritəsində Murqus, erməni mənbələrində Murxuz formasında qeyd edilmişdir. Toponim türk dilində "təpə" mənasında işlənən mar sözünün fonetik variantı olan mur sözü ilə ğuz (oğuz etnonimi ərəb mənbələrində adı) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrdə Zəngəzur qəzasında yaşamış Sofulu tayfasının qışlaqlarından (bax: Acıbac) birinin adı idi. Mənbədə Murxus kimidir (yenə orada). Əsli:Murquz. XIX əsrdi Tiflis quberniyasının Borçalı qəzasında Murquztəpə, Azərbaycanda Murquzdağ [Qazax rayonu] və Murquztala (Zaqatala rayonu) kənd adları ilə mə'naca eynidir.
Urud (Zəngəzur)
Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir. Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir. Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Zəngəzur armudu
Zəngəzur armudu (lat. Pyrus zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. Ermənistanda (Basarkeçər rayonu Məzrə kəndi, Sav-Çay dərəsi) yayılmışdır. Budaqları çılpaq, iynəsiz, qonur qabıqla örtülmüş (yaşlandıqda bozumtul olur) 10 m-ə qədər hündürlükdə ağacdır. Yarpaqların üstü yaşıl, alt tərəfi açıq yaşıl, ellipsvaridən enli-lansetvariyədək, aşağı hissəsi enəlmiş, uzunluğu 5-9 sm, eni 3-5 sm-dir. Yarpağın ucu küt və ya bir az biz, kənar dişlidir. Tumurcuqların uzunluğu 0,5 sm-dək, ensiz-konusvaridən yumurtavariyədək. Aprel-may aylarında çiçəkləyir, avqust-sentyabr ayları arasında isə meyvəsi yetişir. Meyvələri armudşəkilli və ya təxminən şar şəkilli, bərktəhər, lətində çox miqdarda bərk hüceyrəlidir, sancaqvari qalınlaşmış saplaqlıdır. Meyvələrin diametri təxminən 1,5 sm, qalxanlarda 7-8 ədəd yerləşir.
Zəngəzur dağları
Zəngəzur silsiləsi və ya Zəngəzur dağları — Cənubi Qafqazda, Azərbaycan və ərazisində dağ silsiləsi. Şimalda Tərtərçay və Arpaçayın yuxarı axınlarından başlayaraq Araz çayına qədər uzanır. Uzunluğu 130 km-dir. Dağ silsiləsinin çox hissəsi sıldırım yamaclıdır. Əlvan metallara zəngin mürəkkəb geoloji quruluşa malikdir. Ümumiyyətlə, Naxçıvan MR-in ərazisində əsas üstünlük təşkil edən iki iri oroqrafik vahid vardır: Zəngəzur silsiləsi Dərələyəz silsiləsi Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvədir. Qapıcıq zirvəsi 3865 metr hündürlüyə malik olan daim qar xəttindən də yüksəyə qalxır. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd təşkil edir. Cənub-şərq istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır.
Zəngəzur döyüşləri
Zəngəzur döyüşləri — 2021-ci il noyabrın 16-da, Azərbaycan və Ermənistan Respublikaları sərhədində baş verən döyüşlərdir. Döyüşlər əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəd ərazilərində baş verib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri, tank əleyhinə qurğu və minaatan məhv edilib. Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terrorçu Rusiya sülhməramlıları tərəfindən tutulsa da, tezliklə azadlığa buraxılıb və Ermənistanda qəhrəman kimi qarşılanıb. Bu hadisədən sonra Azərbaycan və Ermənistan hərbçiləri arasında sərhəd boyunca qarşılıqlı atışmalar güclənib.
Zəngəzur dəhlizi
Zəngəzur dəhlizi — Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Azərbaycan SSR hökuməti 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb edir. 10 avqust 1920-ci il tarixində RSFSR ilə Birinci Ermənistan Respublikası arasında bir müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə RSFSR-in Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzrətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarılır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olunur. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunUR. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur – əhalisinin bir hissəsi kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv.
Zəngəzur ekspedisiyası
Zəngəzur ekspedisiyası — Azərbaycan və Ermənistanın gənc respublikaları tərəfindən mübahisə edilən və Türkiyə ilə Azərbaycan arasındakı son maneəni aradan qaldırmaq üçün, Azərbaycan müntəzəm qoşunlarının Qarabağdan Zəngəzura girişi. Naxçıvanda Türkiyədən olan iki taqımının dəstəyi ilə oxşar hərbi əməliyyat keçirilirdi. 1918-ci ildə Zəngəzurda, eləcə də qarışıq erməni-azərbaycanlı əhalisi olan digər ərazilərdə millətlərarası müharibə başlamışdı. 1918-ci ildə çıxan qarşıdurmalar nəticəsində, Ermənistan hökumətindən asılı olmayan, yerli erməni rəhbərliyi (Zəngəzur Mərkəzi Milli Şurası) Zəngəzurun əksər hissəsini, azərbaycanlılar isə Gorusu Tatev monastırı ilə Qafan və Meğridən ayıran Bərgüşad silsiləsini və Gorusun şimalındaki dağları idarə edirdi. Nə Azərbaycan, nə də Ermənistan, mahalı öz nəzarəti altına götürə bilmirdi. Lakin 1919-cu ilin yanvarında Qafqazdakı Britaniya rəhbərliyi Xosrov bəy Sultanovu Azərbaycan hökumətinin Qarabağ və Zəngəzurun general-qubernatoru vəzifəsinə təyin olunduğunu təsdiq etdi və bu, erməni tərəfinin etirazlarına səbəb oldu. Bundan sonra Azərbaycan tərəfinin reaksiyası gəldi. Britaniya komandanlığı tərəflərin Paris Sülh Konfransının qərarını gözləməyi təklif etdi. Britaniyalıların Ermənistana Şərur-Naxçıvan verməsi qərarından sonra Zəngəzurun Ermənistana verilməsi tələbləri daha da artdı. 1919-cu il martın 6-da Gorusa Ermənistan hökumətinin Zəngəzurun Ermənistana daxil olmasını təşviq etmək sifarişi ilə leytenant-polkovnik Arsen Şahmazyan gəldi.
Zəngəzur itburnu
Zəngəzur mahalı
Zəngəzur — Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahal. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 azərbaycanlı, 91 kürd və 81 erməni kəndi var idi. Toponimin sonundakı "zur" türk dilində "dərə", "yarğan" mənasında işlənən car (>zar>zur -İ. B) sözünün fonetik variantıdır. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Bölgədə Tatev monastırı adlanan köhnə bir kilsə var. Əmir Teymur bölgəni fəth etmək istədikdə ona zəngin insanları xəbərdar etdiyini və onların qarşısını aldığını söylədilər; Beləliklə, təxribatçılar göndərdi. Səhər olanda monqollar xalqın küçələrə çıxması üçün zəngi çaldı və xalq, camaat bir -birinə dedilər: Güc zəngi (zəngezor) çalındı! Qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları bu qədim mahalın sipərinə çevrilib.
Şəki (Zəngəzur)
Şəki — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə qeyd edilmişdir. Toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak // saka etnoniminin fonetik variantıdır. Albaniya dövründə Səhl ibn Sumbat Şəki hakimi deyə keçir . Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşamışdır.
Zəngəzur itburnusu
Zəngəzur itburnusu (lat. Rosa zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Ermənistanın Gorus və Meqri rayonlarında (Xosrov qoruğu) rast gəlinir. Naxçıvan MR-ın dağlarında, Daşkəsən və Cəbrayıl rayonlarının aşağı dağ qurşağından orta dağ qurşağına qədər meşə kənarları və kol cəngəlliyində rast gəlinir. Azərbaycanın nadir bitkisidir. NT. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə daşlı-qayalı quru yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 80-120 sm-ə qədər olan qırmızımtıl qаbıqlı kollardır. Qopartikanı bir formadadır, düz və ya möhkəm, qaidə hissəsi enliləşmiş, çox vaxt ikiləşəndir. Yarpaqları 7-8 ədəd tərs yumurtavarı və ya ellipsşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur.
Dəlləkli (Zəngəzur)
Dəlləkli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Tsav kəndindən 2 km qərbdə yerləşirdi. == Etimologiyası == Kəndin adı Dəlləkli nəsil adı əsasında yaranmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 118, 1905-ci ildə 336, 1914-cü ildə 276 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Mülk (Zəngəzur)
Mülk — keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunun, hazırkı Sünik mərzinin ərazisində mövcud olmuş kənd. Mehri (Meğri) qəsəbəsindən 16–18 km şimal-qərbdə yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin adı Stepan Zelinskinin siyahısında "Mülkəçap" kimi qeydə edilmişdir. Toponim ərəb dilində "mülkiyyət, mal-mülk, malikanə", "torpaq sahəsi, malikanə, daşınmaz əmlak" mənasında işlənən "mülk" sözü əsasında əmələ gəlmişdir. Kənddə 1914-cü ildə 90 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 56 nəfər, 1926-cı ildə 48 nəfər, 1931-ci ildə 78 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kollektivləşmə ilə bağlı XX əsrin 30-cu illərin axırlarında kənd ləğv edilmişdir.
Göyçə-Zəngəzur Respublikası
Göyçə-Zəngəzur Respublikası — XX əsrin axırlarında deportasiya olunana qədər Ermənistan ərazisində,Zəngəzur regionunda və Göyçə gölünün şərqində kompakt yaşamış etnik azərbaycanlıların dövlət layihəsi. 19 sentyabr 2022-ci ildə əvvəllər bu regionda yaşamış və SSRİ-nin dağılmasından sonra oranı tərk etməyə məcbur qalmış bir qrup azərbaycanlı tərəfindən respublikanın yaradıldığı elan edilmişdir. Bəyanatda respublikanın gələcək hökumətinin strukturu öz əksini tapmışdır və bir ay müddətində onun parlamentinin (milli məclisinin) çağırılması elan edilmişdir. Respublikanın paytaxtı Qafan şəhəri və ya Basarkeçər şəhəri olmalı idi. Layihənin təşəbbüskarlarının fikrinə görə, yeni dövlət qurumu Ermənistan Respublikası ilə konfederasiyanın tərkibində olmalı idi. Ankarada türkiyəli siyasətçi Mehmet Əli Arslanın iştirakı ilə gələcək dövlətin nümayəndəliyi açılmış və Göyçə-Zəngəzur Respublikasının nümayəndələri arasında İraq kürdlərinin islamçı hərəkatının lideri Əli Bapir ilə danışıqlar aparılmışdır. 20 sentyabrda Qərbi Azərbaycan İcması təşkilatının nümayəndələri Göyçə-Zəngəzur Respublikasının təşəbbüsünə etiraz edərək bunu "qəbuledilməz və zərərli" adlandırmışdılar. Bu layihənin arxasında duran şəxsin – medianın avantürist adlandırdığı qalmaqallı azərbaycanlı fəal Rizvan Talıbovun adını çəkən nəşrlər də peyda olmuşdur. Milli Məclisin deputatı Məlahət Həsənova bu təşəbbüsü qətiyyətlə pisləyərək vurğulamışdır ki, Ermənistanın hazırda yerləşdiyi "əsl Azərbaycan torpaqlarının" Azərbaycanın "geri qaytarılması" taktikası müəmmalı ictimai fəallar yox, yalnız Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilməlidir. Bir sıra ekspertlər Göyçə-Zəngəzur Respublikasının elan edilməsini yalnız "Azərbaycanın düşmənləri olan Ermənistan və İrana istiqamətləndirilmiş təxribat" kimi qiymətləndirmişdilər.
Balliqaya (Zəngəzur)
Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı. == Toponim == Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır. == Əhalisi == 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. == Həmçinin bax == Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam) == Ədəbiyyat == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.
Burunlu (Zəngəzur)
Burunlu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan r-nunda) kənd adı. 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır. Toponim yerin coğrafi quruluşu, (orada dağ burnunun olması) ilə əlaqədardır.
Darabaz (Zəngəzur)
Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir. Kəndin adı 844-cü ildən çəkilir. Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur. == Əhalisi == Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır.
Daşbaşı (Zəngəzur)
Daşbaşı - Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == == Adı == Toponim Azərbaycan dilində dağ, qaya mənasında işlənən «daş» sözü ilə yuxarı, zirvə, yüksəklik mənasında işlənən «baş» sözündən əmələ gəlmişdir. «Baş» sözü toponimlərin tərkibində "dağın zirvəsi" mənasında işlənir. Orotoponimdir, quruluşca mürəkkəb toponimdir. == Mədəniyyəti == == Coğrafiyası və iqlimi == Qafan şəhərindən 23 km şimal-qərbdə, Qazangölçayın sol sahilində, Gığı dərəsində Pürülü kəndi yaxınlığında, dəniz səviyyəsindən 1500 m yüksəklikdə, dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi azərbaycanlılardan ibarət olmuş kənddə 1897-ci ildə 53 nəfər, 1922-ci ildə 42 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 65 nəfər əhali yaşamışdır. === Görkəmli şəxsiyyətləri === Yusif Aslanov - alim.
Zəngəzur nahiyəsi
Zəngəzur nahiyəsi — XIV əsr-XIX əsrlər. İnzibati ərazi. Zəngəzur nahiyəsi və yaxud Zəngəzur nahiyəsi — 1593-cü ildə Osmanlı İmperiyasının İrəvan əyalətinin Urud livası tərkibində nahiyə. 1. Xınzurək erm. kəndi (15 ailə) 2. Goris erm. kəndi (20 ailə) 3. Kiği. Başqa adı Əliquludur 2 azər.
Zəngəzur qırğınları
Zəngəzur qəzasında soyqırımlar (1918–20) — erməni-daşnak quldur dəstələrinin 1918-ci ildən 1920-ci ilin aprelinə qədər Zəngəzurda azərbaycanlılara qarşı törətdiyi soyqırımları. Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır. Bu soyqırımları sübut edən qiymətli sənədlər bu gün Azərbaycan Respublikası Milli Arxiv İdarəsində qorunan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində, Türkiyə Cumhuriyyətinin “Genelkurmay Askeri Tarih ve Stratejik Etüt Başkanlığı Arşivi”, “Başbakanlık Osmanlı Arşivi” və Almaniya Federativ Respublikasının Berlin şəhərindəki “Almaniya Xarici İşlər Nazirliyinin Siyasi arxivi”nin (Politischen Archiv den Auswätrigen) Birinci Dünya Harbi (BDH) və İstiklal Savaş Harbi (İSH) fondlarında qorunub saxlanılır. Həmin arxiv sənədlərindəki faktiki materiallar sübut edir ki, 1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədər ermənilər Azərbaycanın Zəngəzur qəzasında on minlərlə dinc, silahsız türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızcasına qətlə yetirmişdir. 1917-ci ilə aid statistik məlumatlara görə, Zəngəzur qəzasında türk-müsəlman əhali 123.085 (və ya 99.073), yəni 55,0%, ermənilər isə 99.257 (və ya 82976), yəni 44,3% təşkil edirdi. Kütləvi terror və zorakılıqlardan istifadə edən erməni şovinistləri təkcə 1917-ci ildə Zəngəzur qəzasında 109 kəndi dağıtmışdılar. Əgər 1918-ci ilin mayına qədər türk-müsəlman əhaliyə qarşı kütləvi talanlar və vəhşiliklər I Dünya müharibəsində iştirak etmiş erməni hərbi hissələri və yerli ermənilərin quldur dəstələri tərəfindən həyata keçirilirdisə, Ararat Respublikasının yaranmasından sonra türk-müsəlman əhalisinin soyqırımı rəsmi İrəvanın dövlət siyasətinə çevrildi və bu işdə dövlətin nizami silahlı qüvvələrdən fəal istifadə olunmağa başlandı. Dağlıq bölgədə yerləşən Zəngəzur qəzasının əlaqələri Şuşa qəzası ilə tamamilə, Cəbrayıl qəzası ilə isə qismən kəsildi. Azərbaycan kəndləri erməni kəndlərinin arasında qaldığından, bir-birləri ilə yalnız həmin kəndlər vasitəsilə əlaqə saxlaya bilirdilər. Qəzanın müsəlman əhalisinin vəziyyəti Azərbaycanın başqa əyalətlərinə nisbətən bir də ona görə ağır idi ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada Andronikin mütəşəkkil erməni əsgər və zabitlərindən ibarət nizami qoşunları da var idi.
Zəngəzur qəzası
Zəngəzur qəzası — Yelizavetpol quberniyası tərkibində inzibati ərazi vahidi. Qarabağ regionunun Zəngəzur qəzasının sərhədləri şərqdən və şimal-şərqdən Şuşa, Cəbrayıl qəzaları, şimaldan Cavanşir qəzası, Ərəş qəzası Nuxa, Göyçay, qərbdən və cənub-qərbdən Naxçıvan və Şərur–Dərələyəz qəzaları, İrəvan quberniyası, Cənubi Azərbaycan Yelizavetpol qəzaları və Zaqatala, cənub və cənub-şərqdən Araz çayı hansı ki, Rusiya və İran dövləti arasındadır" kimi göstərilmişdir. 1873-cü ildə Yelizavetpol quberniyasında təsis olunmuş Qəza mərkəzi Gorus məntəqəsi idi. Qəza 3212, 5 km² sahəyə malik idi. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu 1867-ci il dekabr tarixli fərmana əsasən, Zəngəzur və Cavanşir sahələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Zəngəzur ərazi etibarilə Araz çayı boyu ilə Meğridən başlamış Əkərəyə qədər, şimala doğru isə Qapıcıq, Xustup dağlarına, Zəngəzur sıra dağlarından Bərguşad dağlarınadək ərazini əhatə edir . XIX əsrdə yeni inzibati ərazi bölgüsünə əsasən, indiki Qapan, Gorus, Meğri, Sisyan, Laçın, Qubadlı, Zəngilan rayonları Zəngəzur qəzası adı ilə Yelizavetpol (Gəncə) quberniyasına daxil olmuşdur. 1920-ci ilin axırında Ermənistan Respublikasının ərazisində sovet hakimiyyəti qurulan kimi xüsusilə Sovet Rusiyasının Xalq xarici işlər komissarı Çiçerinin, eləcə də Lenin, Stalin və Orconikidzenin təzyiqi ilə Zəngəzur iki yerə parçalandı — Laçın, Qubadlı, Zəngilan Azərbaycan SSR-in tərkibində qaldı, bolşeviklərin tabeliyinə keçmiş yeni sovet respublikasının "təhlükəsizlinin təminatçısı" olan XI ordunun qəsdən etinasızlığı ilə ermənilər tərəfindən işğal olunmuş digər dörd rayon isə, yaylaqlar istisna olunmaqla Ermənistana verildi. Sonralar həmin yaylaqlar da əlaltından ermənilər tərəfindən özününküləşdirildi. Əslində Zəngəzurun Ermənistana verilməsi Böyük Britaniyanın o vaxtkı xarici işlər naziri lord Kerzonun layihəsi əsasında olmuşdur.
Zəngəzur silsiləsi
Zəngəzur silsiləsi və ya Zəngəzur dağları — Cənubi Qafqazda, Azərbaycan və ərazisində dağ silsiləsi. Şimalda Tərtərçay və Arpaçayın yuxarı axınlarından başlayaraq Araz çayına qədər uzanır. Uzunluğu 130 km-dir. Dağ silsiləsinin çox hissəsi sıldırım yamaclıdır. Əlvan metallara zəngin mürəkkəb geoloji quruluşa malikdir. Ümumiyyətlə, Naxçıvan MR-in ərazisində əsas üstünlük təşkil edən iki iri oroqrafik vahid vardır: Zəngəzur silsiləsi Dərələyəz silsiləsi Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvədir. Qapıcıq zirvəsi 3865 metr hündürlüyə malik olan daim qar xəttindən də yüksəyə qalxır. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd təşkil edir. Cənub-şərq istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır.
Zəngəzur yemişanı
Zəngəzur yemişanı (lat. Crataegus × zangezura) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. Təbiətdə növün arealı Zaqafqaziyanın cənub rayonlarını əhatə edir. Endemik bitkidir. Gorus çay yamacından təsvir edilmişdir (Gorus şəhərinin yaxınlığında). Hündürlüyü 1,5 m-dək olan koldur. Budaqları tünd boz, zoğları nazik, tünd qonur, çılpaq və ya bir az tükcüklüdür. İynələri azsaylı, qoltuq zoğları yarpaqsiz, qısa, uzunluğu 7-10 mm, təxminən tünd bozdur. Yarpaqların üstü tünd yaşıl, alt tərəfi bir az açıq və çılpaqdır. Meyvə verən zoğlarda alt yarpaqları uzunsov-əks yumurtavari, ensiz ayalı, 3 bölümlü, yarpaqların uzunluğu və eni 3,5 sm-dək, kəsiyində enli-yumurtavaridir.
Zəngəzur zəngçiçəyi
Zəngəzur zəngçiçəyi (lat. Campanula zangezura) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinin zəngçiçəyi cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU C2a (i). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik bitkidir. Gövdələr 20-40 sm hündürlükdədir. Altyarpaqlar uzun saplaqlı, dərin ürəkvari, 5 künclü, ortaya qədər dərin kəsilmiş rombvari, uzunsov-üçkünc və ya uzunsov seqmentli, üst yarpaqlar tədricən azalan və oturaqdır. Çiçəklər nazik saplaqların üzərindədirlər, əyilən, iri, diametri 3 sm, bənövşəyi-göyümtül rəngdədir. Kasacıq sərt tükcüklü, əyilmiş lansetvari-xətvari dişciklidir. tac xaricindən çılpaq, içəridən zəif kirpiklidir.
Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı
Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. == Coğrafiyası == Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000–3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır.
Pərvanə Zəngəzurlu
Pərvanə Zəngəzurlu (1958, Acıbac, Qafan rayonu) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.
Səlim Karvansarası (Zəngəzur mahalı)
Səlim Karvansarası – Azərbaycan tarixi Zəngəzur mahalında, dəniz səviyyəsindən 2410 m hündürlükdə, Səlim keçidindədir. Asiya ilə Avropanı birləşdirən tarixi Böyük İpək Yolunun üstındə yerləşirdi. Yaxşı cilalanmış bazalt daşından inşa edilmişdir. Salonu 7 qoşa dirəklə orta (5.3 m) və yan (3.05–3.2 m) hissələrə – neflərə bölünmüşdür. Bina tikilərkən giriş qapısının (1.80 x 0.86 m) üzərindəki divara hörülmüş daşda (1.87 x 0.86 m) cızma üsulu ilə həkk olunmuş farsca kitabədə karvansaranı Elxani hökmdarı Əbu Səidin vaxtında Çuşkyab ibn Ləvənd ibn Şax Nur ibn … adlı şəxsin vəsaiti ilə hicra 729–1328-1329 ildə inşa edildiyi göstərilir. Tədqiqatlar nəticəsində sübut edilmişdir ki, S.k. Araz boyunca Böyük İpək Yolunun abadlaşdırılmasına çalışan Elxani hökmdarları vaxtında inşa edilmiş abidələrdən olub, Qarabağ memarlıq məktəbinə mənsubdur. Nemətova M. S. Köprükənddə konfrans: "Elm və həyat" jurnalı, 1997, № 2; Немат М.С. Корпус эпиграфических памятников Азербайджана, т. 3. Арабо-персо-тюркоязычные надписи Нахичеванской Автономной Республики (XII–XX вв.), Баку, 2001, стр.
Zəngəzur (film,1938)
Zəngəzur filmi Ermənistan SSR-də Amo Beknazaryanın rejissorluğu ilə çəkilən filmdir. Film Zəngəzurda Qızıl ordu və yerli bolşeviklərin daşnaklara qarşı mübarizəsindən bəhs edir. Rejissor : Ssenari Müəllifi : Operator : Musiqi Tərtibatı : Səs Operatoru : Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 40.
Zəngəzur Cəmiyyətləri Birliyi
Zəngəzur Cəmiyyətləri Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat. “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb (№176).[mənbə göstərin] İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir.[mənbə göstərin] 2010-cu ildən İctimai Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.[mənbə göstərin] Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının (müəllif H.Nərimanoğlu) Praqada, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının (müəllif H.Nərimanoğlu) Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitab - almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına, Milli Qəhrəman Əliyar Əliyevin döyüş yoluna həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, 30 konfrans, müsabiqə, dəyirmi masa, təqdimat təşkil edib.[mənbə göstərin] 2022-ci ildə QHT Agentliyinin maliyyəsi ilə həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Birlik həm də “Şəhidlər”, “Şərqi Zəngəzur”, “Qardaşlığın Zəfəri”, “Şuşa-270” kitablarını nəşr edib, Şuşa, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatlarını keçirib, layihə barədə KİV-də, 4 televiziya da daxil olmaqla, 63 informasiya yayılıb, sosial şəbəkədə 24 paylaşma 10 mindən çox oxunma, bəyənmə olub (siyahı bu linkdə). Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb və bir neçə tədbir keçirib.
Zəngəzur Gorus FK
Zəngəzur Gorus Futbol Klubu (erm. Ֆուտբոլային Ակումբ „Զանգեզուր“ Գորիս) — Ermənistanda Gorus şəhərini təmsil etmiş futbol klubu. 1982-1997-ci illər aralığında fəaliyyət göstərib. Zəngəzur Gorus FK 1982-ci ildə Ermənistan Respublikasının Gorus şəhərində yaradılıb. Klub ilk dəfə 1993-cü ildə Ermənistan Çempionatının Birinci Liqasında çıxış edərək birinci yeri tutmuş və yüksək liqaya vəsiqə qazanmışdır. Yüksək liqada ard-arda 4 mövsüm çıxış etsə də 1996/97 mövsümündə axırdan ikinci - 11-ci yeri tutaraq aşağı liqaya yuvarlanmış, bununla da klub faəliyyətini 1997-ci ildən bəri dayandırmışdır. Ermənistan Çempionatının bürünc mükafatçısı 1995 A. Arakelyan (1991) Vrej Davatyan (1994) Serj Petrosyan (1995 - 1996) Feliks Veranyan (?
Zəngəzur Milli Parkı
Zəngəzur Milli Parkı (tam adı: Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Zəngəzur Milli Parkı) – 2003-cü ilin 16 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisinin 12131 hektarında yaradılmışdır. 2009-cu il 25 noyabr tarixinədək Akademik Həsən Əliyev adına Ordubad Milli Parkı adlanmış, həmin tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə adı dəyişdirilmişdir. Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42797,4 hektara çatdırılmışdır. Milli Parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27870,0 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Gəmiqaya Zəngəzur Milli Parkının ərazisində olmaqla 3906 metrdir. Bu eyni zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu üçüncü hissəsi Soyuq dağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Soyuq dağın mütləq yüksəkliyi 2000–3000 metr arasında tərəddüd edir. Bu hissə 12 km-lik bir məsafədə həm cənub, həm də qərb istiqamətində alçalır.
Zəngəzur döyüşləri (Noyabr, 2021)
Zəngəzur döyüşləri — 2021-ci il noyabrın 16-da, Azərbaycan və Ermənistan Respublikaları sərhədində baş verən döyüşlərdir. Döyüşlər əsasən Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın və Kəlbəcər rayonlarının Ermənistanın Zəngəzur bölgəsi ilə həmsərhəd ərazilərində baş verib. Döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri, tank əleyhinə qurğu və minaatan məhv edilib. Noyabrın 13-də saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Terrorçu Rusiya sülhməramlıları tərəfindən tutulsa da, tezliklə azadlığa buraxılıb və Ermənistanda qəhrəman kimi qarşılanıb. Bu hadisədən sonra Azərbaycan və Ermənistan hərbçiləri arasında sərhəd boyunca qarşılıqlı atışmalar güclənib.
Şəki qalası (Zəngəzur)
Şəki qalası – Ermənistan respublikası ərazisində qala-şəhər. Qala Qarakilsə rayonu (dəyişdirilmiş adı Sisiyan) ərazisində, Bazarçayın sahilində, Darvaztəpə dağının zirvəsində yerləşir. Şəki qalası Azərbaycanda eramızdan əvvəl VII–V əsrlərdə məskunlaşan Saka (Şaka, Saklar) adlı türk tayfasının adını qoruyub saxlayıb və qalanın da əsasının saklar tərəfindən qoyulması faktını da sübut edir. Son tədqiqatlar göstərmişdir ki, vaxtilə həmin ərazidə mərkəzi Şəki qalası olan vilayət mövcud olmuşdur. Şəki qalası Qafqaz albanlarından olan knyaz Səhl ibn Sunbatın əsas iqamətgahı kimi, Babək Xürrəmidinin də süqutunun şahididir. Şəki qalası həm də Qızıl Arslanla Nizami Gəncəvinin görüş yeridir.
Zəngəzur Mis-Molibden Kombinatı
Zəngəzur Mis-Molibden Kombinatı (erm. Զանգեզուրի պղնձամոլիբդենային կոմբինատ) — Ermənistanın ən böyük mədən şirkəti və dünyanın 10 ən böyük molibden istehsalçısından biridir. ZMMK-nin fəaliyyəti SSRİ dövründə başlamışdır. 1952-ci ilin yazında zavod kütləvi istehsala start vermişdir. Əvvəlcə mədən yeraltı və açıq mədən üsullarının kombinasiyası ilə, 1957–1959-cu illərdə isə yalnız açıq mədən üsulları ilə istismar edilmişdir. Zəngəzur Mis-Molibden Kombinatı Ermənistan Respublikasının şimal-şərqində, Sünik mərzinin Qacaran şəhərində, Qafan rayon mərkəzindən 30 kilometr qərbdə və paytaxt İrəvandan təxminən 350 km məsafədə yerləşir. İllik hasilatı ildə 22,0 milyon ton filizdir. 2000-ci illərdən başlayaraq ZMMK Ermənistanda ilk ən böyük vergi ödəyicisi, Sünik mərzində ən böyük işəgötürən olmuşdur. 2023-cü ilin məlumatına görə, onun 4,500-ə yaxın işçisi var.

"zəngəzur" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zəngəzur nədir? #zəngəzur sözünün mənası #zəngəzur nə deməkdir? #zəngəzur sözünün izahı #zəngəzur sözünün yazılışı #zəngəzur necə yazılır? #zəngəzur sözünün düzgün yazılışı #zəngəzur leksik mənası #zəngəzur sözünün sinonimi #zəngəzur sözünün yaxın mənalı sözlər #zəngəzur sözünün əks mənası #zəngəzur sözünün etimologiyası #zəngəzur sözünün orfoqrafiyası #zəngəzur rusca #zəngəzur inglisça #zəngəzur fransızca #zəngəzur sözünün istifadəsi #sözlük