* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Acı meyvəsi olan bir cins ağac; ağı ağacı. [Xortdan:] Odabaşıdan xahiş etdim ki, zəqqum ağacını mənə göstərsin. Ə.Haqverdiyev. // Bu ağacın meyvəsi. 2. məc. Çox acı şey haqqında. Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü. Molla Cümə. Görürəm Muğanın, Milin havası; İndi acı deyil bir zəqqum kimi. R.Rza. ◊ Zəqqum! zəqqum yeyəsən! – qarğış, söyüş mənasında. [Vəzir:] Zəhirmar, zəqqum, sən mənə elə xörək yediribsən ki, bir ay da yeməsəm acmanam. M.F.Axundzadə. Zəqqum kimi – zəhər kimi (çox acı). Həyat bir zəqqum kimi; Görünürdü o xana. S.Vurğun. [Xanpəri] heç nə deyə bilmədi, cavab verəcəyi sözlər zəqqum kimi boğazına yığılıb xirtdəyinə tıxandı. Ə.Vəliyev. Sifətindən (üzündən) zəqqum yağmaq – çox acıqlı, hirsli, qaşqabaqlı adam haqqında. Gözünü kövşənə zilləyib həyatını torpağa bağlamış kəndlilərin sifətindən elə bil zəqqum yağır, zəhər ələnirdi. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / zəqqum2 ə. 1) acı meyvəsi olan ağac; 2) cəhənnəmdə bitən və meyvəsi cəhənnəm əhlinə yedirilən ağac; 3) cır zeytun.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zəqqum1 ZƏQQUM – ŞİRİN Heyif oldu yarın şirin söhbəti; Zəhərə, zəqquma, ağıya döndü (Molla Cümə).
Azərbaycan dilinin antonimlər lüğəti / zəqqum2 I прил. горький как яд II сущ. устар. 1. дикая олива или дерево, растущее в аду, по мусульманским религиозным представлениям 2. ядовитые плоды этого дерева, якобы предназначенные для грешников на том свете ◊ zəqqum yeyəsən! чтоб ты подавился! (проклятие); sifətindən (üzündən) zəqqum yağır противно смотреть на физиономию чью, кого
Azərbaycanca-rusca lüğət / zəqqum1 I. i. bot. balanites, wild olive II. s.: 1. ~ ağacı the underworld tree, a tree with bitter fruits in the hell; 2. məc. very bitter, poison; üz-gözündən ~ yağmaq to be* very angry / sullen
Azərbaycanca-ingiliscə lüğət / zəqqum1 [ər.] сущ. закьум (1. туькьуьл емишар жедай са ттар (ва гьа ттаран емишар); агъуд(ин) ттар; 2. пер. гзаф туькьуьл затӀ); ** zəqqum! zəqqum yeyesən! закьум! закьум (агъу) хьуй ваз! (къаргъиш, экъуьгъун); zəqqum kimi закьум хьтин, зегьер (агъу) хьтин, гзаф туькьуьл; sifətindən (üzündan) zəqqum yağmaq ччинай закьум (зегьер, агъу) авахьун (гзаф хъел авай, ччин чӀуру касдин гьакъинда).
Azərbaycanca-ləzgicə lüğəti / zəqqum