AMEA Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi — 1930-cu ildə yaradılmış Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi. Muzey 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılmışdır və 1945-ci ildən Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Geologiya İnstitutunun tərkibindədir. Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutuna mənsub muzey. Muzey Azərbaycanın görkəmli ziyalısı Həsən bəy Zərdabinin adını daşıyır.
== Məzmun ==
Zərdabi adına Təbiət Tarixi Muzeyi ekspozisiyasında Azərbaycanın zəngin təbii sərvətləri əks etdirilmişdir. Muzey zoologiya, paleontologiya və geologiya bölmələrindən ibarətdir. Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları). Geoloji bölmədə isə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar).,
== Muzey ekspozisiyası ==
1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilmişdir. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.