zərdüştilik sözü azərbaycan dilində

zərdüştilik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • zərdüştilik • 75.0000%
  • Zərdüştilik • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Zərdüştilik
Zərdüştilik (avest. vahvī- daēnā- māzdayasna- — "Müdriklərə hörmət bəsləyən xoş inam", fars. «بهدین»‎ — behdin, "Xoş inam") dünyanın ən qədim dinlərindən biri. Azərbaycanın qədim dövləti olan Atropatena da bu dinə sitayiş edirdi. == Ümumi məlumat == Dünyanın ən qədim etiqadlarından biri olan Zərdüştilik İran ərazisində meydana gəlmişdir. Zərdüşt dini onun banisi Zərdüştün adı ilə bağlıdır. Bu yeni dini etiqad yalnız İran ərazisində yaşayan tayfalar tərəfindən qəbul edilmədi. O, eyni zamanda Azərbaycan, Orta Asiya, Hindistan və digər ölkələrdə yaşayanların da dininə çevrildi. Zərdüştün həyat və fəaliyyəti haqqında indi də tədqiqatçılar arasında mübahisələr davam edir. Uzun illər ərzində bu barədə külli miqdarda tədqiqatlar aparılmasına baxmayaraq, hələ də Zərdüştün nə vaxt və harada yaşayıb, yaratmasıyla bağlı dəqiq fikir yoxdur.
Azərbaycanda zərdüştilik
Yampolski belə hesab edirdi ki, Azərbaycan zərdüştlük üçün bir növ, papa vilayəti rolunu oynayıb. Ən nüfuzlu atəşpərəst məbədləri Azərbaycanda yerləşirdi. Zərdüştlük ideologiyasının yayıcıları kahin-maqlar da Azərbaycanın yerli xalqı idilər. Maq sözü öz əsl mənasından başqa həm də sehrbaz, cadugər anlamında bütün dünya dillərinə keçib. Azərbaycanın çox yerlərində indiyədək yanan şamı üfürüb söndürmək, yanan ocağa su tökmək günah sayılır. Şamın, çırağın və s. bu kimi şeylərin evdə qəflətən sönməsi yaxın vaxtlarda ailə üçün bədbəxtlik gözlənildiyindən xəbər verir. Odu söymək, yaxud oda boş yerə and içmək böyük günahdır. Odu su ilə söndürmək olmaz. Azərbaycanda yaranıb yayılmış xürrəmilik, məzdəkilik, hürufilik kimi dini cərəyanlar da zərdüştilikdən qidalanıblar.
Cahi (zərdüştilik)
Cahi — zərdüştilikdə "şəhvət" iblisi. Adı Avesta dilindədir. İpostatik bir varlıq olan Cahi müxtəlif cür şərh olunur. Onun standart epiteti "fahişə"dir. Zərdüşti ənənəsində Cahi Pəhləvi dilində "Ceh" kimi qeyd edilir. Burada o, Əhrimənın yoldaşı və menstrual dövrünün səbəbi kimi xarakterizə olunur. == Mətnlərdə == "Haoma" ilahisində dindar "oturub Haomanın qurbanını yeyərək çirkli fahişənin" vəsvəsələrini rədd edir. "Aşa" ilahisində "mantra senta" Cahi və digər zərərli varlıqlara qarşı təsirli bir vasitədir. "Aşi" ilahisində "Bəxt" Cahinin nalayiq hərəkətlərindən necə utandığına görə fəryad edir.
Daxma (zərdüştilik)
Daxma (fars. دخمه‎, ˈdäχ-mä) və ya Sükut qülləsi — torpağın və digər təbii elementlərin çürüyən cəsədlərlə çirklənməsinin qarşısını almaq üçün zərdüştilər tərəfindən ekskarnasiya məqsədilə tikilmiş dairəvi, hündür tikili. Leş yeyənlər, adətən kərkəslər metiyin ətini yeyirlər. Skelet qalıqları daha da aşınma və parçalanmanın davam etdiyi mərkəzi çuxura yığılır. == Əsaslandırma == Təsir etmənin doktrina əsası zərdüştilik dinində hər üçü müqəddəs sayılan torpaq, su və ya odla təmasdan qaçmaqdır. Zərdüştilik ənənəsi insan cəsədlərini və heyvan cəsədlərini (saç və dırnaq qırıntılarından əlavə) "nasu", yəni natəmiz, çirkləndirici hesab edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Vendidad Fargard 5, Purity Laws, as translated by James Darmesteter Wadia, Azmi (2002), "Evolution of the Towers of Silence and their Significance", in Godrej, Pheroza J.; Mistree, Firoza Punthakey (eds.), A Zoroastrian Tapestry, New York: Mapin Excerpted in "A Zoroastrian Tapestry (book extract)". The Hindu - Sunday Magazine. 21 July 2002. Archived from the original on 7 January 2003.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.18 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.79
2006 •••••• 0.23
2007 ••••••••••• 0.42
2008 ••••••• 0.24
2011 ••• 0.09
2012 ••••••••••• 0.43
2013 •••• 0.15
2014 ••••••••• 0.34
2015 ••••• 0.17
2017 ••••••••••••••••• 0.65

zərdüştilik sözünün leksik mənası və izahı

  • 1 is. Qədim Azərbaycan, İran və Orta Asiya xalqlarının dini (zərdüştlüyün ən səciyyəvi xüsusiyyəti dünyada iki qüvvənin – xeyir ilə şərin həmişə bir-biri ilə mübarizədə olduğu təsəvvürümdən ibarətdir).

    Azərbaycan dilinin izahlı lüğəti / zərdüştilik

zərdüştilik sözünün rus dilinə tərcüməsi

  • 1 парсизм, маздаизм

    Azərbaycanca-rusca lüğət / zərdüştilik
  • 2 сущ. зороастризм (религия, распространённая в древности и раннем средневековье во многих странах Востока, а в настоящее время у парсов в Индии и гебров в Иране)

    Azərbaycanca-rusca lüğət / zərdüştilik

zərdüştilik sözünün inglis dilinə tərcüməsi

zərdüştilik sözünün fransız dilinə tərcüməsi

zərdüştilik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 ZƏRDÜŞTLÜK сущ. къадим Азербайжан, Иран ва Юкьван Азиядин халкьарин дин (а диндин лап кьетӀен хсусият дуьньяда кьве къуватди - хийир ва шерди гьамиша сад-садахъ галаз женгина хьунин фикирдикай ибарат я).

    Azərbaycanca-ləzgicə lüğəti / zərdüştilik

zərdüştilik sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

Azərbaycan, İran, Orta Asiya, Əfqanıstan və Ön Asiyanın bir sıra digər vilayətlərində yayılmış qədim dövr erkən orta əsrlərinin ən mühüm dinlərindən biri.

Fəlsəfə terminlərinin izahlı lüğəti

"zərdüştilik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#zərdüştilik nədir? #zərdüştilik sözünün mənası #zərdüştilik nə deməkdir? #zərdüştilik sözünün izahı #zərdüştilik sözünün yazılışı #zərdüştilik necə yazılır? #zərdüştilik sözünün düzgün yazılışı #zərdüştilik leksik mənası #zərdüştilik sözünün sinonimi #zərdüştilik sözünün yaxın mənalı sözlər #zərdüştilik sözünün əks mənası #zərdüştilik sözünün etimologiyası #zərdüştilik sözünün orfoqrafiyası #zərdüştilik rusca #zərdüştilik inglisça #zərdüştilik fransızca #zərdüştilik sözünün istifadəsi #sözlük