* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 6.85 |
2005 | •• | 0.67 |
2006 | •• | 0.68 |
2007 | •• | 0.63 |
2009 | •••••• | 1.92 |
2010 | •••• | 1.36 |
2011 | ••••• | 1.46 |
2012 | •••• | 1.12 |
2013 | ••••• | 1.46 |
2014 | ••••••• | 2.23 |
2015 | •••• | 1.19 |
2016 | ••• | 0.69 |
2018 | • | 0.30 |
2019 | ••••••••••••• | 4.45 |
2020 | •••• | 1.19 |
1 is. 1. İçi oyulmaqla ağacdan (taxtadan) hazırlanan qab növü. Çanağa un tökmək. – …Kənarda taxtadan qayrılmış bir neçə su çanağı var idi. C.Məmmədquluzadə. 2. Çanaq tutan qədər ölçü vahidi. İki çanaq un. – [Pakizə xala:] Özüm də evin qabağında bir çanaq buğda əkmişəm. Mir Cəlal. Afaq, çoxdan bu yerləri tərk etmiş quşları da geri qaytarmaq istəyərək, bağçadakı təpəciyə gətirib bir çanaq arpa səpələdi. Ə.Məmmədxanlı. // Sosialist inqilabının ilk illərində Azərbaycanda alınan natural verginin adı. 3. tex. Müxtəlif mexanizmlərdə, istehsalatda şey götürmək, boşaltmaq üçün çalovvari qurğu. 65 metr uzunluğunda nəhəng buruğu xatırladan polad qaldırıcı yerə şığıyıb cəld qalxır, çanağına aldığı torpağı boşaldaraq böyük bir qum təpəsi yaradırdı. M.Əlizadə. 4. Krandan tökülən suyun axıb getməsi üçün onun altında yerləşdirilən deşikli çuxur ləyən. 5. Gövdə. Gəmi çanağı. 6. Bəzi heyvanların (tısbağa, timsah və s.) bədənini örtən çanaqvari sərt qabıq; qın. Yüzlərcə Hindistan tısbağasının çanağını kəşkül qayırıb qoluna keçirən bu … dilənçilərin hər biri bir cür qəsidə oxuyurdu. M.S.Ordubadi. 7. Bəzi simli musiqi alətlərinin (tar, kamança və s.), içi boş olduğundan səsi əks etdirən və gücləndirən əsas hissəsi. Sazın çanağı. – [İnsanlar] kamanların altına çanaqlar qayırıb, kirişlərin də sayını artırmaq yolu ilə nəticədə arfa və arfayabənzər çəng musiqi alətlərini ixtira edirlər. Ə.Bədəlbəyli. 8. İnsan və heyvan skeletinin bel hissəsi – aşağı (heyvanlarda arxa) ətraflara dirənən və bel sümüyü üçün dayaq vəzifəsini görən sümük kəmər; çanaq sümüyü. İnsanın çanağı heyvanlarınkına nisbətən geniş olub, kasa şəklindədir. “İnsanın anatomiyası və fiziologiyası”. ◊ Çanaq … başında çatlamaq (sınmaq) – öz əlilə özünü bəlaya salan adam haqqında. [Zülfüqar Qarakişiyə:] Onu bilirəm ki, çanaq mənim başımda çatlayacaq. B.Bayramov. Gözləri çanağından çıxmaq – bax gözləri hədəqəsindən çıxmaq (“göz”də).
Azərbaycan dilinin izahlı lüğəti / çanaq1 ÇANAQ I is. anat. İnsanın taz sümüyü, çanaq sümüyü. ÇANAQ II is. Taxta kasa. Çanağı başında sındı (Ata. sözü). ÇANAQ III is. köhn. Təxminən 5 kq-a bərabər ağırlıq çəki vahidi. ÇANAQ IV is. Musiqi alətinin hissəsi. Qorxuram çanağı partlaya tarın, Bu təzə guşənin hay-harayından (B.Vahabzadə).
Azərbaycan dilinin omonimlər lüğəti / çanaq1 1. мера сыпучих тел (около 5 кг); 2. посуда, вмещающая 5 кг; 3. анат. таз; 4. деревянная миска; 5. раковина;
Azərbaycanca-rusca lüğət / çanaq2 сущ. 1. устар. чанах (посуда, вмещающая приблизительно 5 кг. сыпучих тел: пшеницы, ячменя и т.п.). Çanağa un tökmək сыпать муку в чанах, çanaqla ölçmək nəyi измерять чанахом (чанахами) что 2. мед. таз (часть скелета человека и животных – костный пояс, опирающийся на нижние конечности). Çanaq oxu ось таза, çanağın əyilməsi мед. наклонение таза 3. чашка, чаша: 1) любой сосуд, вместилище округлой формы 2) предмет или часть предмета, имеющие округлую форму. Sazın çanağı чаша саза, kamançanın çanağı чаша кеманчи 4. ковш (приспособление в различных машинах, производствах, служащее для зачерпывания, разливки и т.п.) 5. раковина: 1) твёрдый защитный покров наружного скелета многих беспозвоночных в виде витой коробки 2) водоотводная большая воронка под водопроводным краном 6. панцирь: 1) твёрдый покров некоторых животных (черепах, крокодилов и т.п.). Tısbağa çanağı черепаший панцирь 2) металлическая обшивка у военных кораблей, поездов; броня. Gəminin çanağı панцирь корабля 7. корыто (продолговатый сосуд из выдолбленного бревна для домашних надобностей) II прил. анат. тазовый (относящийся к тазокостному поясу). Çanaq qurşağı тазовый пояс, çanaq sümüyü тазовая (безымянная) кость; diz çanağı коленная чашка; baş (beyin) çanağı череп (скелет головы позвоночных и человека); göz çanağı глазница (глазная впадина) ◊ qan çanağı о человеке, жаждущем крови, драки и т.п.; gözləri qan çanağına döndü глаза налились кровью; gözləri çanağından çıxıb глаза вышли из орбит; tısbağa çanağından çıxıb çanağını bəyənmir черепаха вышла из панциря, а панцирь уже ей не нравится (говорят, когда дети, добившись определенного положения в обществе, игнорируют своих родителей, не считают их достойными себя)
Azərbaycanca-rusca lüğət / çanaq1 сущ. 1. чанахъ, легв (кӀарасдин къен акъудна раснавай ири къаб); üç çanaq un пуд чанахъ гъуьр; 2. совет гьукумат тешкил хьайи сифте йисара Азербайжанда къачур налогдин тӀвар; 3. техн. ковш, кавча (жуьреба-жуьре механизмра); 4. раковина (яд къведай крандин, ччин-гъил чуьхуьдайдан кӀаник жедай кӀаняй тӀвек авай лиген); 5. чанахъ, тан (гимидин); 6. бязи гьайванрин (мес. хъалхъас, тимсагь ва мс.) беденрал жедай кӀеви кӀараб хьтин хам; хъипрепӀ, гъепӀгъепӀ, шуькьуьнтин къаб ва мс.; 7. бязи музыкадин алатрин (тар, гитара, чуьнгуьр ва мс.) элкъвей, яцӀу, къен ичӀи пай; sazın çanağı чуьнгуьрдин чанахъ; 8. къалчахдин кӀараб, чанахъдин кӀараб, чанахъ (инсанрин ва я гьайванрин); ** çanaq ...başında çatlamaq (sınmaq) вичин гъилеривди вичин кьилел бала гъидай касдин гьакъинда; gözləri çanağından çıxmaq кил. göz (gözləri hədəqəsindən çıxmaq).
Azərbaycanca-ləzgicə lüğəti / çanaqİçi oyulmaqla ağacdan hazırlanan qab. (“Koroğlu” dastanının lüğəti) Qərəz, çoban çanağı əlinə alıb bir neçə qoyunu sağdı, elə ki çanaq süd ilə doldu, gətirdi qoydi Koroğlunun qabağına. (“Koroğlunun Türkman səfəri”) (İ.A.,B.A.)
Azərbaycan dastanlarının leksikası