çapmaq sözü azərbaycan dilində

çapmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • çapmaq • 86.1702%
  • Çapmaq • 10.6383%
  • ÇAPMAQ • 3.1915%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2009 ••••••••••••••••••• 0.16
2010 ••••••••••• 0.09
2012 ••••••••••• 0.09
2015 •••••••••••••••••••• 0.17

çapmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Çapacaq, balta, külüng və s. ilə parçalamaq, doğramaq. Ət çapmaq. Odun çapmaq. – Belə ki, hansı kənd Şurasının adamı harada işləyəcək, nə qədər iş görəcək, torpaq qaldıracaq, daş çapacaq, meşə çıxaracaq – hamısı nəzərə alınmışdı. S.Rəhimov. 2. İti sürmək (atı). Odur atlılar dəstədəstə, ya tək-tək uzaqdan görsənirlər. Bir qeyriləri də şəhərdən çıxıb aşağı tərəfə çapırlar… C.Məmmədquluzadə. // Sürətlə getmək, qaçmaq (at). Hara belə çapırsan? – At kişnəyir, çapır, toz qopur dağdan; İştə bir hənirti gəlir uzaqdan. A.Səhhət. // Qaçıb getmək. Bəli, elə o lazımdır ki, Məşədinin gözü sataşsın övrətin qıçlarına, tez çapacaq mollanın yanına ki, filan övrəti al mənə! C.Məmmədquluzadə. 3. Zorla və ya başqa yolla var-yoxunu əlindən almaq; talamaq, soymaq, çapıb-talamaq. [Hacı Nuru şair:] Avar ləzgisi altmış il bundan əqdəm Xanbutayın sərkərdəliyilə Nuxunu gəlib çapdığını nəzm etmişəm. M.F.Axundzadə. 4. Kəsərti ilə, iti bir şeylə yaralamaq. …Mahmud ayağını balta ilə çapdı. Z.Xəlil. [Şəmsi] buradan yıxılıb üzünü çapmışdı. H.Seyidbəyli.

    Azərbaycan dilinin izahlı lüğəti / çapmaq

çapmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

çapmaq sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ÇAPMAQ I f. Səyirtmək, bərk sürmək. Tapdıqgil də onun arxasınca dördnala çapdılar (İ.Şıxlı). ÇAPMAQ II f. Kəsmək. Mən bədbəxt öz ayağıma balta çapdım (H.Nəzərli). ÇAPMAQ III f. Talan etmək, qarət etmək. Koxanı gör, kəndi çap (Ata. sözü).

    Azərbaycan dilinin omonimlər lüğəti / çapmaq

çapmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. рубить, рассекать; 2. скакать, мчаться, нестись; 3. грабить;

    Azərbaycanca-rusca lüğət / çapmaq
  • 2 глаг. 1. резать, разрезать. Daş çapmaq резать камни, küləş (kövşən) çapmaq резать солому 2. рубить, разрубать, разрубить: 1) ударяя секущим орудием, разделять на части, отсекать, размельчать. Ət çapmaq рубить мясо 2) нанося удары, поражать холодным оружием. Qılıncla çapmaq рубить шашкой 3. рассекать, рассечь: 1) размахнувшись, разрубить, разрезать на части острым орудием. Cəmdəyi çapmaq рассекать тушу 2) нанести рану, глубоко ранить чем-л. острым, режущим. Dodağını çapmaq kimin рассечь губу кому, чью, balta ilə çapmaq рассечь топором 4. грабить, ограбить: 1) похищать, похитить чужое имущество, отнять силой что-л. у кого-л., разграбить, разорить. Karvanı çapmaq разграбить караван, dükanı çapmaq (yarmaq) ограбить магазин 2) перен. разорять, разорить поборами, налогами, взысканиями и т.п., обирать, доводить, довести до нищеты. Əhalini çapmaq грабить население 5. мчаться, помчаться (с большой скоростью, очень быстро ехать, идти, нестись вскачь). At çapır (sürətlə) мчится лошадь (конь), atı minib düz evə çapdı сел на лошадь, помчался прямо домой; ardınca çapmaq помчаться вдогонку за кем-л., чем 6. скакать, поскакать (ехать быстро, с большой скоростью). Atı çapmaq скакать на коне; dördnala çapmaq скакать галопом, галопировать, пустить лошадь галопом

    Azərbaycanca-rusca lüğət / çapmaq

çapmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. (əti, kələmi və s.) to mince (d.), to chop (up) (d.); 2. (qılıncla) to cut* (d.), to share (d.), to slash (d.); 3. (atı və s.) to gallop, to set* off at a gallop, to rush / to speed / to tear* along

    Azərbaycanca-ingiliscə lüğət / çapmaq

çapmaq sözünün fransız dilinə tərcüməsi

çapmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. кукӀварун, пад-падун, куьткуьнун (нажахдив, дегьредив, кацадив ва мс.); ət çapmaq як кукӀварун; // хун (мес. кӀарас); // атӀун (мес. къван, раг); 2. зарбдиз гьалун, гьалун (балкӀан); // зарбдиз фин, катун (балкӀан); // зверна фин; 3. чапхунун, гужуналди ва я маса рекьелди авай-авачирди гъиляй къачун, алажун, къакъудун, тарашун; 4. яна кьацӀ авун, яна хер авун (мес. нажахдив, гапурдив).

    Azərbaycanca-ləzgicə lüğəti / çapmaq

çapmaq sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Talamaq, soymaq, çapıb-talamaq. (“Koroğlu” dastanının lüğəti) Çaldım, çapdım, çox sövdəgər taladım, Bazırganda arzumanım qalmadı.            (Əndəlib Qaracadaği “Şeirlər məcmuəsi”)

Azərbaycan dastanlarının leksikası

"çapmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çapmaq nədir? #çapmaq sözünün mənası #çapmaq nə deməkdir? #çapmaq sözünün izahı #çapmaq sözünün yazılışı #çapmaq necə yazılır? #çapmaq sözünün düzgün yazılışı #çapmaq leksik mənası #çapmaq sözünün sinonimi #çapmaq sözünün yaxın mənalı sözlər #çapmaq sözünün əks mənası #çapmaq sözünün etimologiyası #çapmaq sözünün orfoqrafiyası #çapmaq rusca #çapmaq inglisça #çapmaq fransızca #çapmaq sözünün istifadəsi #sözlük